Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Revmatizm
Revmatizm — Orqanizmin birləşdirici toxumalarını zədələyən və ürək qüsurlarına gətirib çıxaran xəstəlik. Çox vaxt proses diz, topuq, dirsək oynaqlarında gedir. Zədələnmiş oynaqlar şişir dəri isə qızarır. Rematik proses nəticəsində ürəyin zədələnməsi Remakardid adlanır.
Palindrom revmatizm
Palindrom revmatizm, Henç-Rozenberq sindromu – palindrom residivləşən və ya qayıdan deməkdir. 30–50 yaşda, əsasən diz oynaqlarının qeyri-müntəzəm, bir oynaqdan çox olmaq şərti ilə (2–5), intensiv ağrı ilə, ağrının qısa müddətdə yüksəlməsi ilə müşahidə olunur. Remissiyada dəyişiklik tapılmır. Bu sindrom digər oynaq xəstəliklərinin başlanğıcı ola bilər.
Travmatizm
Travmatizm — müəyyən anda konkret şəxsdə yaranan zədə toplumu. Travmatizm kişilərdə ən çox 20–49 yaşda, qadınlarda – 30–59 yaşında baş verir. Bütün yaş qruplarda kişilərdə travmatizim daha çox olur. İlkin əlillikdə və ölüm hadisələrində travmatizim üçüncü, işlək əhali qrupunda isə birinci yerdə durur. Travmatizim əhalinin ümumi xəstəliklərindən biri sayılır.
Revmatik polimialgiya
Revmatik polimialgiya – ən çox rast gəlinən autoimmun sindromlardan biridir, yaşı 50-dən yuxarı və daha çox olan qadınlar xəstələnir. Ətrafların proksimal hissəsi və boyun nahiyəsində ağrı (amma əzələ gücü normaldır), buxovlanma hissi, oynaq sindromu (eroziyasız), qızdırma, EÇS və CRP artması, seroneqativ (RF və anti-CCP) olan və kiçik dozada (15–20 mq) QK sürətli, yaxşı, dinamik effekt verməsi ilə gedən iltihabi sindromdur. Giqant-hüceyrəli arteriitdən başqa digər xəstəlikləri inkar etmək lazımdır.
Revmatik qızdırma
Kəskin revmatik qızdırma və ya KRQ — həssas insanlarda A qrupu beta hemolitik streptekoklar tərəfindən törədilən yuxarı tənəffüs yolları infeksiyasından 1–5 həftə sonra ortaya çıxan, ürək, oynaqlar, beyin, qan damarları, dəri və dərialtı bağ toxumasını tutan sistemik bir xəstəlikdir. KRQ — A qrupu streptekokları tərəfindən törədilmiş faringitin qaliği olaraq yaranmış, ən çox oynaqları və ürəyi, daha az mərkəzi sinir sistemi, dəri və dərialtı toxumaları tutan nonsupuratif (irinsiz) iltihabi cavab reaksiyasıdır. ‘Rheumatism’, ‘rheuma’, ‘Bouillaud’s Disease’, ‘Poliarthritis Subacuta Rheumatism’, ‘Poliarthritis Acuta’, ‘Poliarthritis Rheumatica Acuta’,‘Rheumatismus İnfectiosus’, ‘ Rheumatismus Cerus’, ‘Morbus Rheumaticus Specificus’ kimi tarixi adları olmuşdur. KRQ — miladdan öncə 500-cü ildən bəri bilinən bir xəstəlikdir. Hipokrat "Xəstəliklər haqqında dörd kitab" əsərində belə yazmışdır : "Artrit zamanı halsızlıq meydana gəlir, şiddətli bir ağrı vücudun bütün oynaqlarını tuta bilir və bu ağrılar bəzən çox şiddətli, bəzən həlimdir, bir oynaqdan digərinə sıçraya bilir." Artriti ilk dəfə təsvir edən Guillaume de Baillou (1538 −1616) dur. Thomas Sydenham (1624–1668) 1686-cı ildə Sydenham xoreyasını təsvir etmiş, amma artrit ilə xoreyanı əlaqələndirə bilməmişdir. Charles Wells 1812-ci ildə ilk olaraq artrit və xoreya arasında əlaqəni təsvir etmiş və ilk olaraq subkutan nodullardan (dərialtı düyünlərdən) bəhs etmişdir. 18-ci əsrin ortalarında Gerard van Swieten "bəzən oynaqlarda ağrı qurtarır, sinədə ağrı başlayır, çırpıntı olur" deyərək revmatizm ilə ürək xəstəlikləri arasında əlaqə qurmağa cəhd etmişdir. William Cullen 1760-cı illərdə revmatizm xəstələrində "sürətli, dolğun və sərt nəbz" əlamətinə diqqət çəkmiş amma revmatizm və ürək xəstəlikləri arasında əlaqəni ilk təsvir edən Wells olmuşdur. David Pitcairn ilə birlikdə 1778-ci ildə bunu nəşr etdirmişdir.
Kəskin revmatik qızdırma
Kəskin revmatik qızdırma və ya KRQ — həssas insanlarda A qrupu beta hemolitik streptekoklar tərəfindən törədilən yuxarı tənəffüs yolları infeksiyasından 1–5 həftə sonra ortaya çıxan, ürək, oynaqlar, beyin, qan damarları, dəri və dərialtı bağ toxumasını tutan sistemik bir xəstəlikdir. KRQ — A qrupu streptekokları tərəfindən törədilmiş faringitin qaliği olaraq yaranmış, ən çox oynaqları və ürəyi, daha az mərkəzi sinir sistemi, dəri və dərialtı toxumaları tutan nonsupuratif (irinsiz) iltihabi cavab reaksiyasıdır. == Tarixçəsi == ‘Rheumatism’, ‘rheuma’, ‘Bouillaud’s Disease’, ‘Poliarthritis Subacuta Rheumatism’, ‘Poliarthritis Acuta’, ‘Poliarthritis Rheumatica Acuta’,‘Rheumatismus İnfectiosus’, ‘ Rheumatismus Cerus’, ‘Morbus Rheumaticus Specificus’ kimi tarixi adları olmuşdur. KRQ — miladdan öncə 500-cü ildən bəri bilinən bir xəstəlikdir. Hipokrat "Xəstəliklər haqqında dörd kitab" əsərində belə yazmışdır : "Artrit zamanı halsızlıq meydana gəlir, şiddətli bir ağrı vücudun bütün oynaqlarını tuta bilir və bu ağrılar bəzən çox şiddətli, bəzən həlimdir, bir oynaqdan digərinə sıçraya bilir." Artriti ilk dəfə təsvir edən Guillaume de Baillou (1538 −1616) dur. Thomas Sydenham (1624–1668) 1686-cı ildə Sydenham xoreyasını təsvir etmiş, amma artrit ilə xoreyanı əlaqələndirə bilməmişdir. Charles Wells 1812-ci ildə ilk olaraq artrit və xoreya arasında əlaqəni təsvir etmiş və ilk olaraq subkutan nodullardan (dərialtı düyünlərdən) bəhs etmişdir. 18-ci əsrin ortalarında Gerard van Swieten "bəzən oynaqlarda ağrı qurtarır, sinədə ağrı başlayır, çırpıntı olur" deyərək revmatizm ilə ürək xəstəlikləri arasında əlaqə qurmağa cəhd etmişdir. William Cullen 1760-cı illərdə revmatizm xəstələrində "sürətli, dolğun və sərt nəbz" əlamətinə diqqət çəkmiş amma revmatizm və ürək xəstəlikləri arasında əlaqəni ilk təsvir edən Wells olmuşdur. David Pitcairn ilə birlikdə 1778-ci ildə bunu nəşr etdirmişdir.