Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Reyhanə Cabbari
Reyhanə Cabbari (5 noyabr 1987, Tehran – 25 oktyabr 2014, Qohardaşt həbsxanası[d]) — törətdiyi ölüm hadisəsinə görə dar ağacından asılmış İran qadını. Reyhanə məhkəmədə bildirirdi ki, öldürülən ona hücum edib və o özünü qoruyurdu. Vəkillərin səyinə, beynəlxalq ictimaiyyətin ciddi etirazına və hətta prokurorluğun dəstəyinə baxmayaraq R. Cabbari hökümdən 7 il sonra asıldı.. == Reyhanə Cabbarinin son məktubu == Edam edilən Reyhanə Cabbari ölməmişdən qabaq anasına yazdığı məktub yayımlandı. R. Cabbarinin anasına son məktubunda deyilir: "Sevgili Şölə! Bu gün öyrəndim ki, qisasla tanış olmaq növbəsi mənim imiş. Həyat kitabımın son səhifəsinə gəldiyimi səndən öyrənmədiyim üçün küsgünəm. Bilməyimi lazım görmədin? Nə qədər üzgün olduğumu bilirsən. Niyə sənin və atamın əlini öpmək imkanı vermədin mənə?
Reyhanə binti Zeyd
Reyhanə binti Zeyd (ərəb. ريحانة بنت زيد‎; güm. 590-cı illər, Hicaz – 631, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri. O, yəhudi əsilli ərəb qadın idi. Şimali Ərəbistan yarımadasında yaşayan Bənu Qureyzadan olan gənc qadın olmuşdur. Tam adı:Reyhanə binti Şəmun ibn Yezid və ya Reyhanə binti Zeyd ibn Amr ibn Hənəfe bin Şəmun bin Yezid. Dəqiq doğum tarixi məlum deyildir. == Bioqrafiyası == Rəyhana binti Zeyd yəhudi Qureyza qəbiləsindən idi. Onun birinci əri Bənu Qureyzadan olan Həkəm adlı birisi idi. O, Bənu-Qureyza döyüşündən sonra edam edilən ərinin ardından əsir düşmüş, sonra isə İslamı qəbul etmişdir, lakin onun müsəlman olması çox güman ki, məcburiyyətdən irəli gəlir.
Reyhan
Reyhan (lat. Ocimum) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Birillik ədviyyat bitkisinin vətəni Seylon (Sərəndib) adası ilə Hindistandır. Hazırda dünyanın əksər ölkələrində toxumları vasitəsilə reyhan bitkisi əkilib becərilir. Bitkinin hündürlüyü 30–50 sm olaraq yarpaqları yaşıl- mürəkkəb rəngli, xoş ətirli olur. Bitkidən müxtəlif ət xörəklərində ədviyyə kimi istifadə olunaraq süfrəyə salat kimi də gətirilir. Bitkinin yarpaq və zoğunda 0,02–0,08% efir yağı, vitaminlər və aşılayıcı qatranlı maddələr də vardır. Naxçıvan MR-da Babək rayonundakı təsərrüfatlarda reyhan, digər ədviyyat bitkiləri ilə bərabər becərilir. Bitki toxumları ilə əkilib çoxaldılır. == Növləri == Adi reyhan, dirrik reyhanı, nəcib reyhan (Ocimum basilicum L.) Gözəl reyhan (Ocimum gratissimum L.) Nanəyarpaq reyhan (Ocimum menthafolium Hochst.) == Dində == "Quran"da reyhan haqqında belə bir ifadə var: "Yarpaqlı dənələr və xoş qoxulu reyhan vardır." Əvvəlki məlumat yanlışdır, Rahman surəsi, 12-ci ayətdə reyhan bitkisinin adı keçmir.
Reyhani xətti
Reyhani xətti—Ərəb xətt növü. == Tarixi == Reyhani xətti XI əsrdə məşhur ərəb xəttatı İbn Muğlənin tələbəsi və davamçısı olmuş, daha çox İbn Əl-Bəvvab təxəllüsü ilə tanınmış görkəmli xətt ustası Əli ibn Hilal tərəfindən yaradılmışdır. Zahiri görünüşü bir qədər süls xəttinə bənzəsə də, bəzi özünəməxsus elementləri ilə fərqlənir. Belə ki, sülsdən fərqli olaraq burada “əlif” və “ləm” kimi hərflərin başları yazı istiqamətində çevrilir. Bu xətdən əsasən yazılı ədəbiyyatda istifadə olunur.
Bəhmən Reyhani
Bəhmən Reyhani (fars. بهمن ریحانی‎ , kürd. بەهمەن رەیحانی; XX əsr) — İran hərbçisi. 20 iyun 2014-cü ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun o zamankı komandiri Məhəmməd Əli Cəfərinin əmri ilə qərargahı Kirmanşah ostanında yerləşən "SEPAH" tərkibində kürd qüvvələri olan Kirmanşah Nəbi Əkrəm Korpusunun komandiri vəzifəsinə təyin edilmişdir. Mərasimdə o vaxt İran İslam İnqilabı Keşikçiləri Korpusu komandirinin müavini Hüseyn Səlami iştirak etmişdir. Reyhani 2018-ci ildə Sərpol Zəhab zəlzələsinin qurbanlarına kömək etməkdə həlledici rol oynamışdır. Bəhmən Reyhani İranda insan haqlarının kobud şəkildə pozulmasına görə 21 dekabr 2022-ci ildə Avropa İttifaqının sanksiya siyahısına daxil edilmişdir. == Erkən illəri == Onun "SEPAH"da xidmətindən başqa, şəxsi həyatı haqqında çox şey məlum deyil. O, etnik kürddür və əslən Kirmanşahdır. 2008–2014-cü illərdə qərargahı Kirmanşah ostanında yerləşən Nəbi Əkrəm Korpusunun komandir müavini olmuş, sonradan komandir təyin edilmişdir.
Adi reyhan
Adi reyhan, dirrik reyhanı və ya nəcib reyhan (lat. Ocimum basilicum) — dalamazkimilər fəsiləsinin reyhan cinsinə aid bitki növü. Əsasən subtropik və tropik ölkələrdə yayılan reyhanın dünyada 200-ə qədər növü var. Onların əksəriyyəti xarici görünüşcə oxşar olsalar da, ətirlərinə görə bir-birindən fərqlənirlər. Reyhanın vətəni Seylon adası, Asiyanın tropik rayonları hesab olunur. Həmin ölkələrin təbabət və mətbəxində bu bitkidən 5 min ildən çoxdur ki, istifadə olunur. Qədim zamanlarda Aralıq dənizi sahillərində yaşayan xalqlar onu "kralın ətirli bitkisi" hesab edirdilər. Reyhan sözü ərəb mənşəli olub "gözəl qoxu" deməkdir. Bitkinin latınca adı "krallara layiq ətir" mənasını verir. Qədim Romada belə bir inanc var idi ki, insan reyhan yeyərkən yenidən can qazanır, Hindistanda isə onu müqəddəs bitki hesab edirdilər.
Gözəl reyhan
Gözəl reyhan (lat. Ocimum gratissimum) — reyhan cinsinə aid bitki növü.
Nanəyarpaq reyhan
Nanəyarpaq reyhan (lat. Ocimum menthafolium) - reyhan cinsinə aid bitki növü.
Reyhan (ad)
Reyhan — qadın adı. Reyhan Camalova — Azərbaycanlı gənc startapçı. Reyhan Topçubaşova — Reyhan Müslümova — Müğənni. Aktrisa. Reyhan Yusifqızı — Azərbaycan yazıçısı Reyhan Tağıyeva — Reyhan Məmmədova — Reyhan Ağayeva — Sosialist Əməyi Qəhrəmanı (1948).
Reyhan (Əhər)
Reyhan (fars. ريحان‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 331 nəfər yaşayır (92 ailə).
Reyhan Ağayeva
Reyhan Ağababa qızı Ağayeva (1924, Musaküçə, Lənkəran qəzası – 24 aprel 1968, Musaküçə, Masallı rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1948). 1947-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir. Sosialist Əməyi Qəhrəmanı Əli Ağayevin bacısıdır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. I cild. Bakı, 2009, səh.173.
Reyhan Camalova
Reyhan Camalova (d. 17 noyabr 2002, Quba, Azərbaycan) — Azərbaycanlı ixtiraçı. O, 2017-ci ildə qurulan Reynerci (ing. Rainergy) startapının təsisçisidir. Yağış suyundan enerji istehsalını nəzərdə tutan bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırır və 22 vatt enerji yaradır. 2018-ci ildə 15 yaşlı Reyhan Camalova "Rainergy" adlı layihəsi ilə Forbes jurnalının 30 yaşdan aşağı 30 asiyalı siyahısına düşüb. == Həyatı == Reyhan Rauf qızı Camalova 17 noyabr 2002-ci il tarixində Quba şəhərində ziyalı ailəsində anadan olub. 2009-cu ildə Quba şəhərində A.Məmmədov adına 2 saylı təbiət-təmayüllü məktəb-liseyə qəbul olub. 2015-ci ildə İstək liseylərinə keçirilən qəbul imtahanında Quba-Xaçmaz iqtisadi rayonu üzrə ən yüksək nəticə göstərib. Əldə etdiyi nəticəyə görə 100% təqaüdlə İSTƏK liseyində təhsil almaq hüququ qazanıb.
Reyhan Karaca
Reyhan Karaca (8 noyabr 1970, İstanbul) türk müğənnisidir .
Reyhan Məmmədova
Reyhan İlqar qızı Məmmədova (d. 1995 — ö. 28 iyun, 2017, Bakı, Azərbaycan) — Azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Nəzdində İncəsənət Kollecinin Rəngkarlıq fakültəsinin keçən ilk məzunu idi.
Reyhan Tağıyeva
Reyhan Qəmbər qızı Tağıyeva (21 mart 1910, Tiflis – 29 noyabr 1973, Kirovabad) — Gürcüstan SSR əməkdar artisti, Gəncə Dram Teatrının aktrisası. == Həyatı == Reyhan Tağıyeva 21 mart 1910-cu ildə Tiflisdə dünyaya gəlib. Burada gimnaziya tipli məktəbdə ibtidai təhsil alıb. Bu illərdə Tiflisdə qadınlar klubunda qızların dram dərnəyi fəaliyyət göstərib. Məhz 15 yaşında olarkən ilk dəfə olaraq bu dərnəkdə Üzeyir Hacıbəylinin "Məşədi İbad" və "Arşın mal alan" komediyalarında Qoçu Əsgər və Soltan bəy obrazlarında çıxışlar edib. Qeyd etmək lazımdır ki, həmin dövrdə Tiflis Azərbaycan Teatrının məşhur truppaları birləşərək 1922-ci ildə dövlət teatrı kimi fəaliyyət göstərib. 1927-ci ildə daha da möhkəmlənən aktyor truppası kimi fəaliyyət göstərən Tiflis Dövlət Azərbaycan Dram Teatrına Mirzəli Abbasov və İbrahim İsfahanlının dəvəti ilə Reyhan Tağıyeva aktrisa olaraq gəlib. İyirmi illik səhnə fəaliyyəti dövründə bu teatrın səhnəsində bitgin obrazlar qaleriyası yaradan Reyhan Tağıyeva 1947-ci ildə Gürcüstan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. Aktrisa məhz bu teatrın səhnəsində Cəfər Cabbarlının "Yaşar"ında Tanya, "Od gəlini"ndə Gülgün, "Almaz"ında Yaxşı, Hüseyn Cavidin "Knyaz"ında Ana, Üzeyir Hacıbəylinin "Arşın mal alan"ında Telli, Sabit Rəhmanın "Toy"unda Zalxa, Rza Şahvələdin "Dağlılar"ında Ana, Heydər İsmayılovun "Koroğlu"sunda Gülsənəm, Rəsul Rzanın "Vəfa"sında Ülkər xala, Süleyman Rüstəmin "Qaçaq Nəbi"sində Leyla, Konstantin Trenyovun "Düşmənlər"ində Baronesa, Tur qardaşları və Lev Şeyninin "Üzləşdirmə"sində Vera, Konstantin Simonovun "Vətən oğlu"nda Yasəmən obrazlarını böyük sevgi və məhəbbətlə yaratmağa müvəffəq ola bilib. Tiflis Dövlət Azərbaycan Dram Teatrı 1947-ci ildə fəaliyyətini dayandırıb.
Reyhan Topçubaşova
Reyhan İbrahim qızı Topçubaşova (15 dekabr 1905, Quba – 5 mart 1970, Bakı) — Azərbaycanın ilk qadın rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943). == Həyatı == Reyhan Topçubaşova 15 dekabr 1905-ci ildə Qubada anadan olmuşdur. Reyhan xanım ilk təhsilini Hacı Zeynalabdin Tağıyevin Bakı Qızlar Məktəbində almışdır. Rəssam 1923-cü ilə kimi pedaqoji sahədə çalışmaqla yanaşı, konservatoriyanın (indiki Bakı Musiqi Akademiyası) fortepiano sinfində təhsil alıb, lakin Reyhan, oğlu İbrahimin dünyaya gəlişi ilə bağlı olaraq, təhsilini tamamlaya bilməyib. Reyhan xanım 1933-cü ildə indiki Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin xüsusi istedadına görə birbaşa 3-cü kursuna daxil olur. O, burada 1935-ci ilə qədər təhsil alır. Elə həmin dövrdən də rəssamlıq sənətinə başlayır. 1931–1935-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxumuşdur. 1941–1945-ci illərdə Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədr müavini olmuşdur. 1943-cü ildən Azərbaycan SSR-in əməkdar incəsənət xadimi idi.
Reyhan Yusifqızı
Reyhan Yusifqızı (Şıxlinskaya Reyhan Yusif qızı,13 noyabr 1965, Bakı) — Azərbaycan yazıçısı, uşaqlar üçün elmi-kütləvi kitablar və fantastik povestlər müəllifi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Reyhan Yusifqızı 1965-ci il, noyabrın 13-də anadan olub. 1972–1982-ci illərdə Bakı şəhəri 5 saylı orta məktəbdə və 20 saylı musiqi məktəbinin fortepiano sinfində oxuyub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə daxil olub, 1987-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutuna təyinat alib. 1990-cı ildə Bakı Dövlət Universitetində işləməyə başlayıb. Reyhan Yusifqızı 2007-ci ildə namizədlik dissertasiyası müdafiə edərək f.-r.e.n. alimlik dərəcəsi alıb. 60-dan çox məqalə və tezisin, həmçinin, riyaziyyat sahəsində üç kitabın müəllifidir. "Zadə irsi və süni intellekt" Assosiasiyasının üzvüdür, Soft Kompüting nəzəriyyələrini tədris edir. Ailəlidir.
Reyhan Müslümova
Reyhan Müslümova - Azərbaycanlı müğənni == Həyatı == Reyhan Müslümova 1949-cu ildə Qubada anadan olub. Valideynləri həkim olduğundan qızlarını da həmin sahəyə yönləndirmək istəsələr də, o müğənni olmağa qərar verib. Müğənnilik karyerasında ilk addımlarını "Lalə" qızlar ansamblında atıb. Kəmalə Rəhimli, Nəzakət Məmmədova, Nisə Qasımova, Ruhəngiz Allahverdiyeva, Yaqut Babayeva ilə birgə səhnəyə qədəm qoyub. 18 yaşındaykən Hüseyn Seyidzadənin ekranlaşdırdığı "Dəli Kür" filmində Cahandar ağanın qızı Salatın rolunu canlandırıb. == Vəfatı == Reyhan Müslümova artıq çəkidən əziyyət çəkib. Şəkər xəstəsi olduğundan həkimlər əməliyyat aparmaqdan imtina ediblər. 2002-ci ildə Bakıdakı 5 saylı xəstəxanada liposaksiya əməliyyatı keçirən sənətçinin şəkəri yüksələrək komaya düşür və 52 yaşında həyatını itirir. Digər bir versiyaya görə həkim müğənninin mədəaltı vəzini deşdiyi üçün qanaxma olub və ölüm də bu səbəbdən baş verib. Xəstəxanadan verilən ölüm kağızında isə Reyhan Müslamovanın guya yanıq xəsarətlərindən öldüyü qeyd olunub.
Reyhan (dəqiqləşdirmə)
Reyhan — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Reyhan (ad) — qadın adı. Reyhan (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Əmin ər-Reyhani
Əmin ər-Reyhani (24 noyabr 1876[…], Osmanlı Suriyası – 13 sentyabr 1940[…]) — Livan yazıçısı. == Həyatı == Əmin ər-Reyhani Qərbdə təhsil almasına və uzun müddət Amerikada yaşayıb-yaratmasına baxmayaraq, Şərq ruhuna həmişə sadiq qalmış, Şərq dəyərlərini tərənnüm etmiş, insanın mənəvi kamilliyini sivi-lizasiyanın zahiri cazibəsindən uca tutmuşdur. O, bütün yaradıcılığı boyu Şərqin prioritetliyini bu və ya digər formada nəzərə çarpdırmağa çalışmışdır. Lakin bu ideyanın ən aşkar və təsirli ifadəsi "Mən Şərqəm" şeirində öz əksini tapmışdır. Aida İmanquliyeva yazır: "Əmin ər-Rey-haninin "Mən Şərqəm" şeirində Şərqin keçmiş əzəməti barədə düşün-cələr yer alır, Şərq rəmzə çevrilir; günəş buradan doğur, həyatın başlanğıcı, insan oğlunun yer üzərində ilk addımlarını atdığı yer buradır".Əmin ər-Reyhani heç də sadəcə yazıçı olmayıb, həm də öz döv-rünün böyük mütəfəkkiri idi. Şərq və Qərbin sintezi ideyası onun bütün yaradıcılığından qırmızı xətlə keçir. Bu məqsədə xidmət etmək üçün həm Şərq, həm də Qərb ədəbi-bədii ənənələrini ehtiva edən yeni ruhlu bir ədəbiyyatın yaradılmasında fəal iştirak edir. Eyni məfkurəli, müasir düşüncəli ərəb mühacir şairləri öz səylərini birləşdirmək üçün "Qələmlər birliyi" adlanan yeni ədəbi təşkilat yaradırlar. A. İmanquliyeva yazır: ""Qələmlər birliyinin" üzvləri ərəb ədəbi-yyatında mənsur şeir janrını yaratdılar ki, bu da həm nəsrin, həm də po-eziyanın inkişafında bir addım irəliyə doğru hərəkət idi. Bu janrın müəllifi ərəb dünyasında tanınmış yazıçı və publisist Əmin ər-Reyhani idi".Aida xanımın tədqiqatları göstərir ki, ərəb romantikləri arasında Cübranın yaradıcılığı daha universal və ümumbəşəri səciyyə daşıdığı halda, ər-Reyhanidə realizmə doğru ciddi addımlar atılmış, Nüaymə isə realizm metodunu tam mənimsəyərək, sanki romantizmlə realizmin kə-sişmə zolağında yazıb-yaratmışdır.
Dağlar qızı Reyhan
Dağlar qızı Reyhan (mahnı)
Dağlar qızı Reyhan (mahnı)
Dağlar qızı Reyhan — Azərbaycan xalq mahnısı. 1960-ci ildə mahnını ilk dəfə SSRİ xalq artisti Rəşid Behbudov ifa etmişdir. == Mahnının yaranma tarixçəsi == 1918-ci il Mart soyqırımı zamanı erməni daşnakları azərbaycanlıların toyuna hücum edərək bəyi öldürürlər. Əslən Xaçmazdan olan Reyhan adlı gəlin isə qaçıb gizlənməyi bacarır. Sonradan dağlara çəkilən Reyhan başına dəstə yığaraq Qubada "Gəlinqaya" adlandırılan yerdə daşnakları darmadağın edir. 1928-ci ildə Reyhan həbs olunur, amma bolşeviklər tərəfindən güllələnməyə aparılan zaman o, xilas edilir. Reyhanın adı və soyadı dəyişdirilir. O, Krımdakı bir monastrda yerləşdirilir. Hansı monastra yerləşdirildiyi məlum deyildir.Əslən Xaçmazın Padar kəndindəndir. == Haqqında == 1959-cu ildə Azərbaycan bəstəkarı Fikrət Əmirov bu qəhrəman qıza həsr olunan "Dağlar qızı Reyhan" şerinə musiqi bəstələyir.
Əbu Reyhan əl-Biruni
Əl-Biruni Əbu Reyhan Muhəmməd ibn Əhməd (4 sentyabr 973, Kayat[d], Xarəzm, Samanilər dövləti – 9 dekabr 1048, Qəzni) – iranlı ensiklopediyaçı alim və mütəfəkkiri. == Həyatı == Əl-Biruni 4 sentyabr 973-cü ildə Xarəzmdə anadan olmuşdur. Əbu Reyhan Məhəmməd əl-Biruni Xarəzm şəhərinin qədim paytaxtı "Kayat" şəhərində dünyaya gəlib. Uşaqalıqdan valideynlərini itrib, tərbiyəsi ilə bir yunan məşğul olub və onda təbiətşünaslığa maraq yaranıb. == Elmi fəaliyyəti == Əl-Biruni XI əsrin ən böyük coğrafiyaşünası hesab olunur. Əl-Biruni tarix, etnoqrafiya, təbiət elmləri, riyaziyyat, astronomiya, mineralogiya və s. elm sahələrinə aid 150-dən çox əsərin müəllifidir. Özünün uzun səyahətləri zamanı İran yaylasını, Xəzər dənizinin şərq və cənub sahillərindəki ölkələri, Mərkəzi Asiyanın böyük hissəsini öyrənmişdir. Bu səyahətlər zamanı Biruni türk xalqlarının yaşadıqları ərazilər, onların adət-ənənə və mərasimləri barədə ətraflı məlumatlar əldə etmişdir. O, özündən əvvəlki coğrafiyaşünaslardan irəli gedərək, Hind okeanı ilə Atlantik okeanının Afrikanın cənubunda dar bir boğaz vasitəsilə birləşdirildiyini söyləmişdir.
Dağlar qızı Reyhan (film)
Dağlar qızı Reyhan (türk. Dağlar Kızı Reyhan) — 1969-cu ildə Mətin Erksanın rejissorluğu, Bülənd Oran və Müzəffər Arslanın ssenari müəllifliyi ilə çəkilmiş Türkiyə dram filmi. Filmin prodüseri Müzəffər Arslandır.Filmin baş rollarını Filiz Akın, Kartal Tibet və Ömər Dönmez canlandırır.
Dağlar qızı Reyhan (film, 1969)
Dağlar qızı Reyhan (türk. Dağlar Kızı Reyhan) — 1969-cu ildə Mətin Erksanın rejissorluğu, Bülənd Oran və Müzəffər Arslanın ssenari müəllifliyi ilə çəkilmiş Türkiyə dram filmi. Filmin prodüseri Müzəffər Arslandır.Filmin baş rollarını Filiz Akın, Kartal Tibet və Ömər Dönmez canlandırır.
Meyxanə
Meyxanə (türk. Meyhâne) — Türkiyədə asudə vaxtı spirtli içkilər qəbul etmək üçün ənənəvi içkixana. == Etimolgiya == Meyhane sözü türk dilinə farscadan gəlmişdir. Mürəkkəb sözdür. Mey şərab mənası, Hane isə ev, yer mənası verən 2 sözdən əmələ gəlmişdir. Meyhane sözünün bir çox sinonimi də köhnə dildə işlənmişdir. Bu səbəblə harâbât, humhane, hâne-i hammâr, der-i mugan, sahn-ı harâbât, bezm-i harâbat sözləri də meyhane sözünü əvəz edir və sinonim kimi istifadə olunur.Şeir və ədəbiyyat tarixində meyxanəlar mistik mənasında da istifadə olunurdu. Meyxanə, mistisizm mənasında şeyxin mistikasıdır. Şərab sevginin şərabı kimi nəzərdə tutulurdu. Qeyri-dini ədəbiyyatda isə meyxanə, sözün əsl mənasında, içki içənlər və şərab içənlərin oturub-içdikləri, söhbət etdikləri, yəni toplandıqları bir məkandır.
Reyhanlı
Reyhanlı (Vedibasar) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.
Ceyhan
Ceyhan — Türkiyənin Adana ilində ilçə. Aralıq dənizi bölgəsində yerləşən Ceyhan Adanaya 43 km, Aralıq dənizindən isə 30 km uzaqlıqda yerləşir. == Əhali == İlçə əhalisi 2018-ci ilin rəsmi qeydlərinə görə 160.474 nəfərdir.
Seyhan
Seyhan — Türkiyənin Adana ilində ilçə.
Reyan
Reyan (fr. Reillanne, oks. Ralhana) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Reyan kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04160. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1012 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 897 əmək qabiliyyətli insan (15–64 yaş arasında) arasında 603 nəfər iqtisadi cəhətdən fəal, 294 nəfər hərəkətsiz (fəaliyyət göstərici 67,2%, 1999-cu ildə bu 58,4%) idi. Fəaliyyət göstərən 603 nəfərdən 501 nəfər (273 kişi və 228 qadın), 102 nəfəri işsizdir (50 kişi və 52 qadın).
Məymanə
Məymanə ㅡ Əfqanıstanın Fəryab vilayətində şəhər. Mayoru Əhməd Cavid Qayvandır. == Tarix == Məymanə xanlığı: Buxara - Herat yolunun üzərində yerləşdiyindən asılı olaraq, fövqəladə bir strateji önəmi var.Əhalisi iki yüz mindən çoxdur ki bunun da hamısı Özbəklərdir.İnzibati mərkəz Məymanə şəhəridir. Bu yer 1874-cü ildə mühasirə döyüşləri ilə məşhur idi. Şəhərin ticarət önəmi getdikcə artaraq, Buxaraya açılan qapı rolunu oynayır.. == Əhalisi == XIX əsrdə şəhərin əhalisi 15-18 min nəfər idi.1958-ci ildə şəhərdə 30 min, 1979-cu ildə - 38.250, 1982-ci ildə - 56.973 nəfər yaşayırdı..2004-cü ildə şəhərin əhalisi 75.900 nəfər, 2015-ci ildə isə 149.040 nəfərə çatıbdır.. === Milli tərkibi === Məymanədə yerli Özbəklər üstünlük təşkil etsə də, az sayda Türkmənlər, Taciklər, Puştunlar və Bəluclar da yaşayırlar.
Rəqsanə
Rəqsanə (tam adı: Rəqsanə İsmayıl qızı İsmayılova; 25 may 1979, Qasım İsmayılov) — Azərbaycan və Türkmənistanda tanınmış müğənni. == Həyatı == Rəqsanə İsmayıl qızı İsmayılova 25 may 1979-cu ildə Goranboyda doğulmuşdur. Rəqsanə İsmayılova 2013-cü ildə Rusiya universitetlərinin birinin hüquq fakültəsinə daxil olmuşdur. == Ailəsi == Müğənni Rəqsanə bir dəfə rəsmi ailəli olub və həmin evlilikdən bir qızı dünyaya gəlib. Rəqsanə məhz boşanandan sonra şou-biznesə üz tutub. Sonradan sevdiyi şəxslə qeyri-rəsmi birlikdə yaşayan Rəqsanənin bu yaxınlarda bir qızı dünyaya gəlib. Lakin müğənni hazırda nə birinci, nə də ikinci qızının atası ilə deyil, sevdiyi başqa bir insanla birlikdədir.Rəqsanənin Aysun və Yağmur adlı iki qızı var. == Tənqid == 2023-cü ildə Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı "Mahnılarımız monitorinq aynasında" adlı kitabda zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların olduğunu iddia etdiyi siyahı tərtib edilib. Nöqsanlar aşkarlanan mahnılar müəllif və ifaçılarının adları ilə birlikdə qeyd olunub. Siyahıda Rəqsanənin Üzeyir Mehdizadə ilə birgə ifa etdiyi "Dəli balam" duet mahnısı da yer alıb.
Dəyhan
Dəyhan — Azərbaycan Respublikasının Laçın rayonu Mığıdərə kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 220 nəfər olmuşdur.