Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gecə reysi (film, 2005)
Gecə reysi (ing. Red Eye) — 2005-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == Bir-birindən xəbərsiz olan iki nəfər aeroporta gəlirlər və bir-birinə simpatiya hissi bəsləyirlər. N1019 reysi gəlir və onlar samolyot ilə uçmağa başlayırlar. Liza Rizert uçmaqdan bərk qorxur. Onun simpatiya hissi keçirdiyi Cekson Rippner əslində killerdir. Cekson onun atasını öldürmək hədəsi ilə gələrək Lizanın əli ilə məşhur biznesmeni öldürməlidir. Liza samolyotda olduğuna görə onun hal-hazırda başqa çıxış yolu qalmayıb... == Xarici keçidlər == Rəsmi sayt Gecə uçuşu — Internet Movie Database saytında.
İstanbul reysi (film, 2010)
İstanbul reysi — rejissor Eldar Quliyevin filmi. == Məzmun == Film bir çox mənəvi dəyərlərin aşınmaya məruz qaldığı cəmiyyətimizin ayrı-ayrı qütblərində təklənən 2 nəfərdən – kişi və qadından bəhs edir. Onların biri imkanlı, biri imkansız olsa da, öz yalnızlıqlarını bir-biri ilə unutmağa çalışırlar və ... == Film haqqında == Film Müslüm Maqomayevin kinoda son işidir. Filmin təqdimatı 10 iyun 2010-cu ildə olmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifləri: Eldar Quliyev, Ramiz Fətəliyev Quruluşçu rejissor: Eldar Quliyev Quruluşçu operator: Kənan Məmmədov Quruluşçu rəssamlar: Rafiz İsmayılov, Rafiq Nəsirov Bəstəkar: Müslüm Maqomayev Musiqi aranjimanı və ifası: Səyavuş Kərimi Musiqi redaktoru: Rauf Əliyev Musiqisindən istifadə edilən bəstəkar: Tofiq Quliyev Rejissor: Elman Qasımov Geyim üzrə rəssam: Elvira Hüseynova Qrim rəssamı: Firuzə İsmayılova Səs rejissoru: Mehman Nadirov Operator: Tərlan Babayev Montaj: Elmir Həsənov Redaktor: Vaqif Məmmədov Mətn düzümü: Eldəniz Rəsulov Prodüser qrupu: Fuad Əzizov, Rövşən Ağayev Rejissor qrupu: Kəmalə Zəkiyeva, Emin Qasımov, Nərmin İsmayılova Operator qrupu: Pərviz Cavadov, Elçin Məmmədov İnzibatçılar: Cabir Hacıyev, İlqar Abbasov Səs operatorları: Elmira Səmədova, Pərviz İsaqov, Elvin Bayramov Rəssam-fotoqraf: Elman Əliyev Qrim ustası: Cəmilə Məmmədova Dekor ustası: Elyaz Səfərov Geyim üzrə rəssam assistenti: Tatyana Mixaylıçeva İşıq ustası: Tahir Bağırov İşıqçılar: Əliağa İbrahimov, Rövşən Vahabov, Anar Almazov, Qabil Yəhyayev Quruluşçu pirotexnik: Əlibala Məmmədov Sürücülər: Ələkbər Abdulov, Mənsur Mustafazadə, Bəhmən Qasımov === Rollarda === Qeyd: Obrazların adları titrlərdə göstərilməyib. İlhamə Bədəlova – Aidə Elşən Rüstəmov – Murad Yaşar Nuri – Ağası Ramiz Məlikov-Aidənin tanışı Gülşad Baxşıyeva Qurban İsmayılov Fidan Axundova – Gülya Əlibala Ələsgərov – Hüseyn Elçin İmanov Eldəniz Rəsulov Loğman Kərimov – Rafiq Ömür Nağıyev – Çingiz Elxan Quliyev Ayşad Məmmədov – Məmməd Aydın Əliyev Əliqulu Səmədov Fərman Abdullayev Tünzalə Əliyeva – Toma Tofiq İsmayılov Rada Nəsibova — falçı Təranə Kərimova Aysel Kərimova Çingiz Balayev Alagöz Məmmədova Fəzail Ələsgərli Elnarə Əsgərova Rüfət Abbasov Elbrus Ələkbərov Anaida Rostovskaya Zahir Kazımov Elmira Əliyeva Arif Qasımov Eldar İsmayılov Məsumə Babayeva Təzəgül Məmmədova Arzu Muradova Rüfət Bağırov Ruslan Zahidov Cəminə Ağayeva Zeynəb Abdullayeva Murad İbrahimov == Filmi səsləndirənlər == Şövqi Hüseynov — Hüseyn (Əlibala Ələsgərov) (titrlərdə yoxdur) == Sponsor == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi == Çəkilişə köməklik edən qurumlar == "Panorama" production "CNF" production Cinealliance (Cinealians kimi) İsmayıllı Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Baş Dövlət Yol Polisi Bakı şəhəri Dövlət Yol Polisi Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Dövlət Sərhəd Xidməti Sərhəd qoşunları orkestri Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti Milli Hidrometeorologiya Departamenti (Hava proqnozları bürosu) Dövlət Yanğınsöndürmə Xidməti "Suraxanı Oil" Əməliyyat Şirkəti Bakı şəhəri Milli Parkı V.Səmədova adına sərgi salonu "Sovet Union" kafesi "Nərgiz" ticarət mərkəzi "Nur" oteli "Bakinka" gözəllik salonu "The Crescent Beach Hotel & Leisure Resort" istirahət mərkəzi "Min bir gecə" istirahət mərkəzi "İnterturan" mebel salonu "Moon light" pərdə-tül salonu == Çəkilişə kömək edənlər == Basqal kənd sakinləri. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten.
Metrojet Hava Yollarının 9268 reysi
Metrojet Hava Yollarının 9268 reysi — Rusiya Hava Yolları tərəfindən Metrojet Hava Yolları Rusiya Şarm əl Şeyx şəhərindəki eyni adlı hava limanından Rusiya Sankt-Peterburq Pulkovo hava limanına uçuşdur. 31 oktyabr 2015-ci ildə təyyarə Sinay yarımadasında olarkən təyyarə ilə siqnal kəsildi. Misir Aviasiya İdarəsinin açıqlamasında təyyarənin qəzaya uğradığı müəyyən edildi. Təyyarə Moskva vaxtı saat 7: 13-də. Təyyarə Airbus markalı idi A321 - 231. Təyyarədə 217 sərnişin və yeddi ekipaj üzvü olub. Ekipajda olduğu kimi 214 sərnişin rus, üç nəfər isə Ukrayna turisti idi. İŞİD qəzaya görə məsuliyyəti öz üzərinə götürdü. 224-cü bir tarixlə bu qəza Misir tarixindəki ən ölümcül təyyarə qəzası kimi tarixə düşdü. Ayrıca Airbus A321 ilə əlaqəli ən ölümcül qəzadır.
Rəqsci
Rəqs — bədii obrazın ritmik plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növü. Rəqs musiqisi Azərbaycan milli folklorunda xüsusi yer tutur. Azərbaycan xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunun əyani sübutudur. Ritminə görə Azərbaycan rəqsləri 3 qrupa bölünür: ağır, aram – "Mirzəyi", "Turacı", "Uzundərə"; yüngül şən – "Tərəkəmə", "Ceyranı", "Brilyant (rəqs); şıdırğı "Qaytağı", "Qazağı", "Xançobanı". Bəzi rəqslərin adı isə hərəkətlərlə bağlıdır: "Süzmə", "Kəsmə", "Atlanma", "Çolağı". Qadın və kişi rəqsləri bir-birindən fərqlənir. Qadın rəqslərində uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirir, rəqqasələrin bütün diqqəti əl və bədənin yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) hərəkətinə yönəlir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların hərəkətidir. Rəqqas barmaqları üzərində dayanır, dizləri sürətlə yerə vurur.
Peysli
Peysli (ing. Paisley, şot.kelt Pàislig) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində kiçik şəhər.
Qeydçi
Qeydçi (ing. registrar) — yeni domen adlarını yaratmaq (qeydə almaq) və mütləq qeydiyyatdan keçməli olan mövcud domen adlarının fəaliyyət müddətini uzatmaq səlahiyyəti olan qurum. Belə domenlərə aşağıdakılar aiddir: sıfrıncı səviyyəli demen (kök domeni); bütün yuxarı səviyyəli (birinci səviyyəli) domenlər; bəzi ikinci səviyyəli domenlər (məsələn, com.ru və ya co.uk).Qalan bütün domenlərdə isə altdomenlər yaratmaq üçün xüsusi səlahiyyət tələb olunmur. Kök domeninin qeydçisi kimi ICANN təşkilatı çıxış edir. Domenlərin əksəriyyəti üçün vahid qeydçi yoxdur. Bir neçə qeydçi olduqda, toqquşmalardan qaçmaq və domen adının bənzərsizliyini təmin etmək üçün onlar vahid verilənlər bazasından istifadə etməlidirlər. .com .net .org .biz .info .name .mobi .asia .aero .tel .travel.jobs zonalarında qeydçi olmaq üçün ICANN-nın akkreditasiyasını almaq lazımdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Repçi
Rep — repçi tərəfindən ifa edilən danışılan və ya oxunan qafiyələşmiş lirikadır. == Tarixi == "Rep" musiqisi 1970-ci illərdə Amerikada yaranmışdır. Ağdərililər tərəfindən qəbul edilməyən bu musiqi növü sıxışdırılıraq tənqid olunurdu. O vaxtın musiqi mütəxəssisləri repin zəncilərin öz içlərində böyüyüb elə öz içlərində də məhv olacağını söyləyirdilər. Lakin bütün bunlara baxmayaraq, qısa bir zaman çərçivəsində rep bütün Avropada yayılmağa başladı.
Reyki
Reiki (yap. 霊気) — XX əsrin əvvəllərində Yaponiyada meydana gələn, enerji yüklənməsi əsasında ruhi şəfa verməyə qadir bir sistemdir. "Rei "hər yerdə var olan" ki "ruhi yaşam enerjisi" anlamına gəlir. Qərb dünyasına "bəşəri yaşam enerjisi" olaraq təcümə edilmişdir. Reiki heç bir dinə bağlı olmayan, asanlıqla tətbiq edilə bilən, zərərsiz bir üsuldur. == Tarixi == Qaynağının Tibet hesab olunan Reiki XIX əsrdə bir Yapon Buddisti, Yapon ali silkinin nümayəndəsi, samuray Dr. Mikao Usui tərəfindən yaradılmış, şəfaverici bir sistem şəklində təklif olunmuşdur. Mikao Usuinin ölümündən sonra qoyulan abidədə yazılanlara görə, Reikinin təməlini təşkil edən enerjinin qaynağı - onun Kurama dağında 21 günlük zikrə çəkildiyi zaman gəlmişdir. Mikao Usui 1922-ci ildə bu enerji ilə işləyən şəfa texnikasını tətbiq etmək üçün Tokioda bir klinika açmışdır. Bu klinikada Usui yalnız şəfa verməklə məşğul olmamış, bir çox insanlara Reikini tətbiq etməyi də öyrətmişdir.
Bob Peysli
Bob Peysli(ing. Bob Paisley; 23 yanvar 1919 – 14 fevral 1996, Liverpul) — ingilis futbolçu və baş məşqçi. == Həyatı == == Karyerası == 1939-cu ildə Mersisaydın qırmızı tərəfinə transfer olan Bob Paisley, 1946-47 mövsümündə bir çempionluq qazandığı, ardından 1951-də kapitan olduğu və 1954-də aktiv futbol həyatını sonlandırdığı Liverpulda, 15 il boyunca, qırmızı formanı tərlətdi.Bob Peysli, futbolu buraxmasının ardından Liverpulda qaldı və ehtiyat komandada məşqçiliyi və əsas komandada fizyoterapistlik etməyə başladı. Onu Liverpul tarixinin ən çox uğur qazanan məşqçisi kimi qəbul edə bilərik. Bill Şenklidən sonra Liverpulun başına gələn ən yaxşı məşqçi. Avropanın kralı Peysli. 1 Dekabr 1959-cu ildə, Böyük Adam Bill Şenkli, 2-ci liqadakı Liverpulun başına keçdi. . Şenkli, Bob Peysli və Co Feqan köməkçiləri olaraq yanına aldı və 1962-ci ildə, klubu 8 illik ikinci liqa kabusundan çıxartdı. Bob Peysli, üç liqa, iki federasiya kuboku (FA), bir UEFA Kuboku zəfərindən sonra 1974-də məşqçiliyi buraxan Şenklidən bayrağı götürdü. İlk ilində Liverpulu liqada ikinci etməsi fanatları üzdü.
Brayan Treysi
Brayan Treysi (5 yanvar 1944, Şarlottaun) — Kanada əsilli Amerikalı motivasiyalı ictimai natiq və özünü təkmilləşdirmə üzrə müəllif. O, onlarla dilə tərcümə edilmiş səksəndən çox kitabın müəllifidir. Onun məşhur kitabları: Həqiqətən dəyər verdiyini qazan, O qurbağanı ye!, Bəhanələrə yox!, Daxili İntizamın Gücü və Nəailiyyət Psixologiyası. == Həyatı == Brayan Treysi 27 noyabr 1944-cü ildə, Şarlottaunda, Kanadada doğulmuşdur. Heykəltəraşlıq üzrə professor olan atası,Toronto Universitetində işlədiyindən ailə Torontoya köçür. 1952-ci ildə Kaliforniyaya köçürlər və Brayan 16 yaşınadək orada qalır. 1960-cı ildə isə onlar Britaniya Kolumbiyasına, Vankuverə köçürlər və Brayan orada Ali məktəbə daxil olur lakin, təhsilini yarımçıq qoymalı olur. Bir müddət taxta emalı sexində, fabrikdə və tikintidə işlədikdən sonra Norveçin Hanifaks yükdaşıma şirkətində işə düzəlir və gəmi ilə dünya səyahətinə çıxır. Brayan növbəti 7 ili işləyərək və səyahət edərək 80-dən artıq ölkədə olmuşdur. 21 yaşında iki dostu və Land Rover maşını ilə Saxara səhrasını keçərək Qibraltardan Qərbi Afrikaya səyahət etmişdir.
Con Keysiç
Con Keysiç (ing. John Richard Kasich; 13 may 1952) — Amerikalı siysətçi, Ohayo ştatından 69-cu qubernatoru və 2016-cı ildə keçirilmiş 58-ci Prezident seçkiləri zamanı Respublikaçılar partiyasının daxili namizədlərindən biri.
Neysbi döyüşü
Neysbi döyüşü (Naseby), Nezbi, Nesbi, İngiltərədə vətəndaş müharibəsinin gedişində (Northemptonşir qraflıqı) Neysbi kəndinin yaxınlığında 1645-ci il iyunun 14-də baş verən tarixi döyüş. Döyüş 1642-1646-cı illər 1-ci vətəndaş müharibəsi vaxtı, parlament ordusu (14 min, onlardan 6,5 min süvari; komandan T. Ferfaks) ilə I Karlın qoşunları (7,5 min, onlardan 4 min süvari) arasında döyüş baş verib. Parlament ordusunun qələbə qazanmasında həlledici rolu, kral kavaleriyasını dağıdan, sonra isə kral piyadalrının cinahına və arxasına zərbə endirən, Oliver Kromvelin süvariləri oynayıb. == Mənbə == Советская военная энциклопедия. Москва, 1980, Военное издательство министерства обороны СССР T. 5 səh.
Qreysi Karvalyo
Qreysi Karvalyo (23 iyul 1990, San-Joze-dus-Kampus[d], San-Paulu ştatı) – Braziliya modeli. The Lions (Nyu-York, Los-Anceles), Oui Management (Paris), Why Not Model Management (Milan), Select Model Management (London) agentlikləri ilə əməkdaşlıq edir. == Karyerası == Qreysi Karvalyo modellik karyerasına 2007-ci ildə 18 yaşında ikən San-Pauluda yerli müsabiqəyə daxil olduqdan sonra başlamışdır. 2008-ci ildə Dəb həftəsində debüt etmişdir. Rio Dəb Həftəsinin ən çox təklif alan modeli olmuşdur: 39 dəb şousunun 35-ində podiuma çıxmışdır. Dəb həftəsindəki uğurlarından, "L'Officiel" jurnalının üz qabığında göründükdən və "Vogue", "Elle" kimi jurnallarda bəhs edildikdən sonra Marilyn agentliyi ilə müqavilə bağlamışdır. Burberry brendi, Karl Lagerfeld, Ralf Loren, Vera Vonq və Vivianna Vestvud kimi dizaynerlər üçün modellik etmişdir.2009-cu ilin payızında ilk dəfə Nyu-York və Parisin dəb həftələrində podiuma çıxmış, Karoliaa Herrera, Maks Azriya, Cambattista Valli və Stella Makkartni kimi dizaynerlər üçün modellik etmişdir. Miu Miunun yeganə rəng modeli olmuşdur. 2009-10-cu illərdə DKNY moda evinin, 2010-cu ildə Tommy Hilfinger brendinin siması olmuşdur.Karvalyo qadınalt platarları, çimərlik geyimləri və kataloq modelliklərinə görə məşhurdur, H&M, Next və Calzedonia brendləri üçün modellik etmişdir. 2010 və 2015-ci illərdə Victoria's Dəb Şousunda podiumda çıxış etmişdir.
Seyiçi Miyake
Seyiçi Miyake (三宅 精一, Miyake Seyiçi, 5 fevral 1926, Kuraşiki, Okayama prefekturası – 10 iyul 1982, Okayama) – Yaponiya mühəndisi və ixtiraçısı. O, görmə məhdudiyyətli şəxslərin yol keçidlərində hərəkətini asanlaşdırmaq üçün taktil plitələri ixtira etməsinə görə tanınır. == Həyatı == Seyiçi Miyake 5 fevral 1926-cı ildə Yaponiyanın Okayama prefekturasının Kuraşiki şəhərində doğulmuşdur. Mühəndislik təhsili almış, bir neçə ixtiraya imza atmışdır. 10 iyul 1982-ci ildə Okayama şəhərində ölmüşdür. == İxtirası == Miyake 1965-ci ildə görmə qabiliyyəti zəifləmiş dostuna kömək etmək üçün qabarıq səthlərlə təcrübələr aparmağa başlamış və sonda öz maddi vəsaiti hesabına taktil plitələri və ya orijinal adı ilə Tenci plitələrini ixtira etmişdir. O, plitələrin iki növünü yaratmışdır: nöqtəli və zolaqlı. Zolaqlı plitələr təhlükəli yerə yaxınlaşdıqlarını bildirir və keçidlərin kənarında yerləşir. Zolaqlı plitələr isə istiqamət bildirir. O, görmə məhdudiyyətli şəxslərin əsasən müşayiətçi it və ya dəyənəklə hərəkət etdiyini düşündüyü üçün bu dizaynın uyğun olacağını qənaətinə gəlmişdir.
Seyiçi Sakiya
Seyiçi Sakiya (d. 1 dekabr 1950) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Spenser Treysi
Spenser Treysi (ing. Spencer Tracy, 5 aprel 1900 - 10 iyun 1967) - Amerika aktyoru.
Teyiçi Matsumaru
Teyiçi Matsumaru (28 fevral 1909 - 6 yanvar 1997) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Treysi Adams
Treysi Adams (7 iyun 1959) — ABŞ pornoaktrisasıdır. 1980-1990-cı illərdə 300-ə yaxın bir pornoqrafik janrlı filmlərə çəkilmişdir.
Treysi Eşton
Treysi Eşton (ing. Tracy Ashton) — ABŞ aktrisasıdır.
Treysi Lordz
Treysi Lordz (7 may 1968, ABŞ) — ABŞ pornoaktrisası, prodüseri, rejissoru və müğənnisidir. 1987-ci ildə pornokaryerasını başa vuraraq televiziya filmlərində rol almış və müğənnilik etmişdir. == Həyatı == Treysi Lordz 7 may 1968-cı ildə Ohayo ştatında anadan olmuşdur. Əvvəlcə televiziya filmlərinə çəkilmiş, sonralar isə pornoqrafik filmlərdə rol almışdır. Treysi ilk pornokaryerasına 1984-cü ildən başlamışdır. Treysi Lordz 16-19 yaşlarında porno filmlərə çəkilmişdir. Sonralar isə müxtəlif filmlərdə iştirak etmişdir. Treysi 100-dən çox filmdə rol almışdır. Məşhur filmləri arasında "What Gets Me Hot!", "Those Young Girl", "Talk Dirty To Me Part III" və "Tracy, I Love You" filmlərini göstərmək olar. Treysinin sonuncu pornoqrafik filmi olan 1987-ci ildə çəkilmiş "Tracy, I Love You" filmi onun başqa filmlərindən fərqli olaraq ABŞ ərazisində göstərilməsinə icazə verilir.
Yeni Veysli
Yeni Veysli — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == 2009-cu il noyabrın 20-də Goranboy rayonunun Veyisli kəndi yaxınlığında məcburi köçkünlər üçün salınmış Yeni Veysli qəsəbəsinin açılış mərasimi olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib. Prezident Kəlbəcər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.Qəsəbədə Kəlbəcər rayonundan olan 596 məcburi köçkün ailəsi yerləşdiriləcək. 120 hektar ərazidə salınan qəsəbədə 89-u bir, 275 iki, 200 üç, 32 dördotaqlı olan evlər tikilibdir. == İnfrastruktur == Qəsəbədə bütün zəruri infrastruktur yaradılıb. Qəsəbədə müstəqil elektrik stansiyası tikilib, bütün evlər təbii qazla təchiz olunub.2011-ci ildə Yeni Veysli qəsəbəsində elektron ATS istifadəyə verilməsi nəzərdə tutulmuşdur. == Mədəniyyət == Burada məktəb binası, uşaq bağçası, ambulatoriya, klub-icma mərkəzi, poçt binası və digər inzibati binalar tikilmişdir. Qəsəbədə inşa olunan 360 yerlik orta ümumtəhsil məktəbinin açılışında prezident də iştirak edib. == Əhlisi == Qəsəbənin əhalisi işğal olunmuş Kəlbəcər rayonunun əhalisindən ibarətdir.
Yeyski rayonu
Yeyski rayonu (rus. Ейский район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Yeysk şəhəridir. Əhali 134 491 nəfərdir (2019). == Coğrafiyası == Rayon Yeysk yarımadasında, Yeysk limanı (Şimali Qafqazın ən böyük körfəzi. Ərazisi təxminən 244 km²-dir) Taqanroq körfəzi, Azov dənizi və Beysuqski estuarisi suları ilə yuyulur. Yeisk rayonu, Krasnodar diyarının Şerbinovski, Kanevski və Primorsko-Axtarski rayonları ilə həmsərhəddir. Yeysk rayonunda yerləşən ən maraqlı təbii yerlər: Dolqaya dili Yeysk dili, Kamışevat dili, Yeysk adası Xanskoye gölü, Yaseni çayı, Beysuqski körfəzi. == Coğrafiyası == Rayon 2 iyun 1924-cü ildə Cənub-Şərq diyarının Don dairəsinin bir hissəsi olaraq qurulur. Buraya Kuban-Qara dəniz diyarının Yeisk bölməsinin ləğv edilmiş Doljanskaya, Kamışevatskaya, Novoçerbinovski və Staroşerbinovski volostlarının əraziləri daxil idi.
Seyiçi Morimura
Seyiçi Morimura (森村 誠一, Morimura Seyiçi, 2 yanvar 1933, Kumaqaya[d], Saytama prefekturası – 24 iyul 2023, Tokio) – müəmma janrında yazmış Yaponiya yazıçısı. İkinci Dünya müharibəsi zamanı Yaponiyada insanlar üzərində təcrübələr aparmış 731-ci dəstə haqqında olan mübahisəli "Şeytanın qarınqululuğu" ("Akuma no hoşoku") trilogiyasına görə tanınır. == Həyatı və karyerası == Seyiçi Morimura 1933-cü ildə Saytama prefekturasında doğulmuşdur. Kollecdən məzun olduqdan sonra 1964-cü ildə "Otani" hotelində işləməyə başlamış və növbəti 10 il oyunca burada işləmişdir. Hoteldə işləyərkən jurnal məqalələri yazmağa başlamışdır. İlk romanı "Böyük şəhər" ("Daytokay") 1967-ci ildə nəşr olunmuşdur. "Çoxmərtəbəli binada ölüm" ("Koso no şikaku") romanına görə 1969-cu ildə Edoqava Rampo mükafatını, 1973-cü ildə Yaponiya Müəmma Yazıçıları Mükafatını qazanmışdır.1976-cı ildə yazdığı "İnsanın sübutu" ("Ninqen no şomey") romanı qaradərili gəncin qətlindən bəhs edir və Yaponiyanın müharibədən sonrakı qaranlıq dövrünü işıqlandırır. Roman əsasında film çəkilmişdir. 1977-ci ildə nəşr olunmuş "Vəhşinin sübutu" ("Yasey no şomey") romanı ucqar bir kənddə baş vermiş soyqırımdan bəhs edir. 731-ci dəstənin insan təcrübələrindən bəhs edən "Şeytanın qarınqululuğu" əsəri 1981-ci ildə qəzet seriyası kimi nəşr olunmağa başlamışdır.
Ceysi Kerrol
Ceysi Kerrol (ing. Jaycee Don Carroll; 16 aprel 1983, Larami[d], Vayominq) — amerikalı peşəkar basketbolçu. Real Madrid basketbol klubunun və Azərbaycan milli basketbol komandasının oyunçusu. Yuta Dövlət Universitetinin "Aggies" basketbol klubunda oynayarkən atış uzaqlığına, dəqiqliyinə və dözümlülüyünə görə məşhurlaşmışdır. O, ABŞ Milli Tələbə İdman Assosiasiyasının I divizionu tarixində 3 xallıq atışlar üzrə 2-ci ən yaxşı göstəriciyə sahibdir, "Aggies"ə ən çox xal qazandıran oyunçudur və universitetin daha 9 rekordunun sahibidir. Universiteti bitirdiyi dövrdə MTİA I divizionu tarixində 3 xallıq atış yerinə yetirmə üzrə 14-cü, ən çox xal qazanma üzrə isə 52-ci yerdə idi. == Azərbaycan milli komandası == Kerrol 2011-ci ilin qışında Azərbaycan vətəndaşlığı almağa çalışsa da, bəzi inzibati əngəllər səbəbindən bu proses uzandı. Onun Monteneqro vətəndaşlığı almağa yaxın olduğu barədə söhbətlər getdiyi bir vaxtda, 2012-ci ilin aprelində o nəhayət Azərbaycan pasportunu əldə etdi.Kerrol Azərbaycan milli basketbol komandasının heyətində FIBA EuroBasket 2013 təsnifat mərhələsində 2 oyunda iştirak etdi və komandasına İsveç yığmasına 79–96 hesabı ilə məğlub olduqları oyunda 27 xal və Lüksemburq üzərində 95–77 hesablı qələbə ilə nəticələnən oyunda 26 xal qazandırdı.
Conbenet Remsi
Conbenet Remsi (ing. JonBenét Patricia Ramsey; d.6 avqust 1990-cı il, Corciya, Atlanta — ö. 25 dekabr 1996-cı il, Kolorado, Boulder) — ABŞ-də uşaq gözəllik müsabiqəsinin qalibi. 1996-cı ildə sərt bir cisimlə vurularaq və boğularaq öldürülmüşdür. Çoxsaylı versiyalara və fərziyyələr baxmayaraq, Remsinin qatili və ya qatilləri tapılmadı. == Bioqrafiyası == Conbenet Remsi 6 avqust 1990-cı ildə Corciya ştatının inzibati mərkəzi olan Atlanta şəhərində Con Bennett Remsi və Patrisiya Remsinin ailəsində dünyaya gəlib. Onun özündən böyük Bork adında bir qardaşı var idi. Conbenet bir yaşında ikən, 1991-ci ildə ailəsi Kolorado ştatı Boulder qəsəbəsindəki on beş otaqlı evə köçür. Atası proqram təminatının distributorluğu ilə məşğul olurdu, keçmiş "Miss Virciniya"(1977) titulu sahibi və "Miss Amerika" yarışmasında iştirak edən anası Patrisiya Remsi isə uşaqlara baxırdı – Conbenet və böyük qardaşına.Conbenet çoxsaylı uşaq gözəllik müsabiqələrində iştirak edib. O, bir sıra titullar qazanıb: "Colorado State All-Star Kids Cover Girl", "America’s Royal Miss", "Little Miss Charlevoix,", "National Tiny Miss Beauty", " Little Miss Colorado", " Little Miss Christmas".
Deysi Kori
Deysi Kori (isp. Deysi Cori Tello; 2 iyul 1993, Lima) — perulu şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2010). Qadınlar arasında beynəlxalq qrosmeyster titulunu qazanan ilk Peru şahmatçısı. == Şahmat karyerası == Deysi Kori dəfələrlə müxtəlif yaş kateqoriyalarında Perunu gənclər arasında şahmat üzrə dünya çempionatlarında təmsil etmişdir. Bu yarışlarda dörd medal qazanıb: iki qızıl (2009-cu ildə U16, 2011-ci ildə isə U20 kateqoriyasında) və iki gümüş (2009-cu ildə U20, 2010-cu ildə isə U18 kateqoriyasında). Beş dəfə müxtəlif yaş kateqoriyalarında gənclər arasında keçirilən şahmat üzrə Panamerika çempionatlarında qalib olub (2003 — U10, 2004 — U12, 2007 — U14, 2008 — U16, 2008 — U20).2009-cu ildə Kolumbiyanın Kali şəhərində keçirilmiş şahmat üzrə qadınlar arasında 5-ci şəxsi Amerika çempionatında ikinci olub. 2011-ci ildə Ekvadorun Quayakil şəhərində keçirilmiş şahmat üzrə qadınlar arasında 6-cı və 2016-cı ildə Perunun paytaxtı Lima şəhərində keçirilmiş şahmat üzrə qadınlar arasında 8-ci şəxsi Amerika çempionatlarında isə birinci olub.Deysi Kori dörd dəfə şahmat üzrə qadınlar arasında keçirilən dünya çempionatlarında iştirak edib: 2010-cu ildə Antakyada ilk turda ukraynalı Mariya Muzıçuka uduzub; 2012-ci ildə Xantı-Mansidə ilk turda rusiyalı Anna Uşeninaya uduzub; 2015-ci ildə Soçidə ilk turda çinli Ley Tintszeyə uduzub; 2017-ci ildə Tehranda ilk turda rusiyalı Alina Kaşlinskaya uduzub;2015-ci ildə Azərbaycanın paytaxdı Bakı şəhərində keçirilmiş şahmat üzrə Dünya Kubokunda iştirak etmiş, lakin elə ilk turdaca rusiyalı Vladimir Kramnikə məğlub olaraq turnirdəki iştirakını dayandırmışdır.Perunun qadınlardan ibarət milli komandasının tərkibində beş dəfə Ümumdünya Şahmat Olimpiadalarında çıxış etmişdir (2004, 2010–2016). == Şəxsi həyatı == Deysi Korinin kiçik qardaşı Xorxe (doğ. 1995) kişilər arasında beynəlxalq qrosmeysterdir. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Deysi Kori.
Enn Remsi
Enn Remsi (ing. Anne Ramsey) – məşhur ABŞ aktrisasıdır.1988-ci ildə boğaz xərçəngindən vəfat etmişdir.
Kalvin Remsi
Kalvin Vilham Remsi (31 iyul 2003, Aberdin) – İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu. == Karyerası == === Aberdin === Aberdinin heyətində ilk matçına 20 mart 2021-ci ildə keçirilən Dundee Yunayted-Aberdin matçının 90+1-ci dəqiqəsində çıxıb.Matç Dundee Yunaytedin 1–0 hesablı qələbəsi ilə başa çatıb.Aberdində ilk qolunu 2 aprel 2022-ci ildə keçirilən Dundee-Aberdin matçının 41-ci dəqiqəsində vurub. Matçın 78-ci dəqiqəsində əvəzlənib. Matç 2–2 hesablı heç-heçə ilə başa çatıb.19 iyun 2022-ci ildə Aberdindən ayrıldı. === Liverpul === 19 iyun 2022-ci ildə Aberdindən Liverpula transfer olundu.
Keysi Andrinqa
Keysi Andrinqa (6 oktyabr 1995, Miluoki, Viskonsin) — ABŞ-lı fristaylçı. Keysi Andrinqa ABŞ-ni 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Keysi Andrinqa birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər moqul yarışlarında iştirak etdi. Andrinqa ümumilikdə 75.25 xal toplayaraq öz cığırında 14-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Meyci
İmperator Meyci (yap. 明治天皇; 3 noyabr 1852 Kioto – 30 iyul 1912 Tokio) — taxta 1867-ci ilin 3 apreldə çıxmış və ömrünün sonuna qədər Yaponiyanın 122-ci imperatoru olmuşdur. Onun həyatdakı adı Mutsihito (yap. 睦仁) adlanırdı. Yaponiyadan kənarda da onun adı "İmperator Musihito" olaraq qeydə alınmışdı. Yaponiyada vəfat etmiş imperatorları ölümündən öncəki adı ilə adlandırırlar. Onun 1852-ci ildə onun doğulduğu zaman Yaponiya dünyadan təcrid olunan, texniki baxımdan geri qalan, feodal qaydaları ilə idarə edilən ölkə olmuşdur. Bu feodal ölkəsi Tokuqava şoqunatı və dayme tərəfindən idarə olunurdu. O 1912-ci ildə dünyasını dəyişərkən Yaponiya vahid mərkəzdə birləşdirilmiş, siyasi, iqtisadi və sosial çevriliş baş vermiş, dünyanın super güclərindən birinə çevrilmişdir. "Nyu-York Tayms" qəzetində imperatorun dəfn mərasimi ilə bağlı yazılırdı: "Cənazənin önündəki ilə arxasındakı fərq heyrətamiz idi.
"Meyci" ordeni
"Müqəddəs xəzinə" ordeni (瑞宝章, Zuiho-şo) – Yaponiya ordenlərindən biri. Həm yapon, həm də əcnəbi şəxslərə Yaponiya dövləti qarşısındakı xidmətlərə görə təqdim olunur. == Tarixi == "Müqəddəs xəzinə" ordeni 4 yanvar 1888-ci ildə İmperator Meyci tərəfindən "Meyci" ordeni adı ilə təsis olunmuşdur. Ancaq kişilərə təqdim olunması planlaşdırılsa da, 1919-cu ildə qadınlara da verilməsi barədə qərar verilmişdir. Orden 2003-cü ilə qədər 8 dərəcə üzrə təqdim olunmuşdur. 2003-cü ildə VII və VIII dərəcələr ləğv edilmiş, 6 dərəcə üzrə təqdim olunmağa başlamışdır. == Dizayn == Orden Yaponiyanın iki müqəddəs xəzinəsini – Yata güzgüsünü və Yasakani cəvahiratını özündə əks etdirir. Orden pavlovniya çiçəklərinin və yarpaqlarının formasında dizayn edilmişdir.
Alçagülü rəqsi
Alçagülü — Azərbaycanın milli rəqsi. 1910-1920-ci illərdə, Şamaxı rayonu Kalva kəndinin sakini Əli Kərimov tərəfindən yaranmışdır. Əsasən qadınlar oynayırlar. Tempi bir qədər cəlddir.
Azərbaycan rəqsi
"Azərbaycan" — Azərbaycanın milli rəqsi. Son dərəcə melodık, qədim Azərbaycan rəqsi. Bu rəqsi yalnız kişilər oynayırlar. Təntənəli mərasimlərdə ifa edilir. Daha çox bayram libasında, çərkəzi çuxada oynayırlar. Xeyli cəld tempi ifaçıdan xususi məharət tələb edir.
Ağabəy rəqsi
"Heyvagülü" və ya "Ağabəy rəqsi" — Azərbaycanın milli rəqsi. Seygah muğamı üstündədir. Qara zurna ilə ifa olunan xalq rəqsidir. Solo rəqslərə aiddir. El arasında bu rəqsi "Ağabəy rəqsi" də adlandırırlar. == İstinadlar == == Xarici keçidlər == "YouTube"da "Heyvagülü" rəqsi.