Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
FIBA reytinqi
Beynəlxalq Basketbol Assosiasiyaları Federasiyası (fransız dilində: Fédération Internationale de Basketball, rus dilində: ФИБА) bütün beynəlxalq turnirlərdə iştirak əsasında milli basketbol yığmalarının reytinqini müəyyənləşdirmişdir. Ölkələrin birləşmiş reytinqləri aşağıdakı reytinqlərin cəmindən ibarətdir: ölkələrin kişi yığma komandası; ölkələrin qadın yığma komandası; Ölkələrin gənclərdən ibarət yığma komandası (16-19 yaş arası); Ölkələrin qızlardan ibarət yığma komandası (16-19 yaş arası). == Xalların hesablanması sistemi == Reytinq tərti edilərkən yalnız FİBA tərəfindən təşkil olunan turnirlərin nəticələri nəzərə alınır, regional çempionatların, yoldaşlıq görüşlərinin və digər yarışların nəticələri nəzərə alınmır.. === Yarışların xalları === FİBA tərəfindən keçirilən basketbol turnirlərdə iştirak edən hər bir milli komandanın səviyyəsindən asılı olaraq xüsusi qiymətləndirilmə dərəcəsi vardır. ==== Kişi və qadın yığmaları ==== ==== Gənclərdən ibarət yığma və Qızlardan ibarət yığma ==== === Yarışlar üzrə reytinq xalları === Futbol turnirlərindən fərqli olaraq basketbolda komandalar turnirdə qələbə şansını itirdikdən sonra da reytinq xalları uğrunda mübarizələrini davam etdirirlər. Bütün yığmalar üçün tutulan yer üçün reytinq xalları eynidir. === Dövrilik və yenilənmə === Reytinqin hesablanması hər turnirdən sonra toplanmış xalların üzərinə qazanılmış xalların əlavə edilməsi ilə aparılır. Reytinq hesablanması zamanı son 2 olimpiya dövrü (və ya 8 il) əsas kimi qəbul edilir. 8 ildən əvvəlki turnirlərin nəticələri silinir və daha yeniləri ilə əvəzlənir.
RUR reytinqi
RUR reytinqi (ing. RUR Ranking - ing. Round University Ranking) — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. Mərkəzi Rusiyanın Moskva şəhərində yerləşir. Bu qlobal reytinq cədvəli ilk dəfə 2010-cu ildə dərc edilmişdir. Hər bir ali məktəb 20 ayrı parametr üzrə, o cümlədən təhsilin keyfiyyəti, beynəlmiləlçilik və maliyyə dayanıqlığı meyarları üzrə qiymətləndirilir. 2019-cu ildə RUR reytinqinin dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlinə 74 ölkədən 820 ali təhsil müəssisəsinin adı düşüb. Reytinq cədvəlinə ABŞ universitetləri liderlik ediblər. Siyahıda ölkələr arasında ikinci yeri isə 74 ali məktəblə Rusiya tutmuşdur.
ATP reytinqi
ATP Reytinqi (ing. ATP Ranking), bütün turnirlərdə, təklər və qoşalar (cütlər) yarışlarında tennisçilərin istirakı və səpilməsi (sıralanması) üçün təsnifatını (kvalifikasiyasını) müəyyən etmək üçün Peşəkar Tennis Assosiasiyası (ATP) tərəfindən istifadə edilən qələbəyə əsaslanan metoddur. Təklərin reytinqi ilk dəfə 23 avqust 1973-cü ildə, cütlərin reytinqi isə 1 mart 1976-cı ildə dərc edilmişdir. Reytinq xalları turnirin mərhələsinin adlanmasına və turnirin nüfuzuna uyğun olaraq verilir. Ən çox xal dörd Böyük Dəbilqə turnirində verilir. ATP finalı istisna olmaqla, reytinqlər hər bazar ertəsi yenilənir, xallar isə, onlar verildikdən 52 həftə sonra sıfırlanır. APT finalına görə isə xallar, növbəti ilin son ATP Tur (ATP Tour) turnirindən sonrakı bazar ertəsi sıfırlanır. Hal-hazırda, 5 oktyabr 2024-cü il vəziyyətinə görə italiyalı tennisçi Yannik Sinner kişilər arasında təklər yarışında dünya birincisidir.
FİDE dünya reytinqi
Fédération Internationale des Échecs (FİDE) beynəlxalq şahmat turnirlərini idarə edən və təşkil edən şahmat qurumudur. FİDE hər ay "Ən yaxşı 100 oyunçu", "Ən yaxşı 100 qadın oyunçusu", "Ən yaxşı 100 gənc oyunçu" və "Ən yaxşı 100 gənc qız oyunçu" siyahılarını nəşr edir. Bütün bu siyahılar hazırlanarkən şahmat oyunçularının izafi bacarıq səviyyələrini ölçmək üçün istifadə olunan dərəcələndirmə sistemi olan Elo reytinq sistemindən istifadə olunur. == Ən yaxşı oyunçular == 1 fevral 2018-ci il tarixinə əsasən ən yaxşı 20 oyunçu: == Ən yaxşı qadın oyunçular == 1 fevral 2018-ci il tarixinə əsasən ən yaxşı 20 qadın oyunçu: == Ən yaxşı gənc oyunçular == Şahmat oyunçuları 21 yaşı tamamlayana qədər "Gənc oyunçu" kimi oynayırlar. 1 fevral 2018-ci il tarixinə əsasən ən yaxşı 20 gənc oyunçu: == Ən yaxşı gənc qız oyunçular == Qadın şahmat oyunçuları 21 yaşı tamamlayana qədər "Gənc qız oyunçu" kimi oynayırlar. 1 fevral 2018-ci il tarixinə əsasən ən yaxşı 20 gənc qız oyunçu: == Ən yaxşı ölkələr == FİDE ölkələrin reytinqini 2 siyahıya görə hazırlayır. Birinci siyahı ölkənin ən yaxşı 10 şahmat oyunçusunun dərəcəsinə görə, digər siyahı isə ən yaxşı 10 qadın şahmat oyunçusunun dərəcəsinə görədir.
FİFA Dünya Reytinqi
UEFA Ölkə Reytinqi
Sonuncu dəfə 11 oktyabr 2017-ci il tarixində yeniləndi Sonuncu dəfə 25 oktyabr 2018-ci il tarixində yeniləndi 1Lixtenşteyn Futbol Assosiasiyası liqa təşkil edə bilmir. Bu səbəbdən ölkəni avrokuboklarda yalnız 1 təmsilçi, Lixtenşteyn kubokunun qalibi təmsil edir.
Dünya universitetlərinin akademik reytinqi
"Academic Ranking of World Universities" (azərb. Dünya universitetlərinin akademik reytinqi‎) və ya "Shanghai Ranking" (azərb. Şanxay reytinqi‎) və ya qısaca ARWU — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. 2003-cü ildən Şanxay Jiao Tonq Universiteti tərəfindən tərtib olunur.
Ümumi Daxili Məhsul üzrə ölkələrin reytinqi
Ümumi daxili məhsul üzrə ölkələrin reytinqi — nominal ÜDM hesablanması zamanı ölkələrın bazar və ya rəsmi valyuta məzənnəsi ilə nəzərə alınır. Nominal ÜDM hesablanan zaman istehlak xərcləri nəzərə alınmır və ölkənin valyuta məzənnələrində nominal ÜDM müxtəlif illər üzrə kəskin fərqlənə bilir. Milli sərvətin müqayisəsi zamanı istehlak xərclərinin təsiri müəyyən etmək üçün tez-tez alıcılıq qabiliyyəti pariteti göstəricisi tətbiq edilir. alıcılıq qabiliyyəti paritetiAlıcılıq qabiliyyəti pariteti məzənnə fərqi problemini aradan qaldırsa da, bir sıra çatşmazlıqlara sahibdir. Belə ki, bu göstərici ölkələrin xarici ticarətinin nəticələri əks etdirmir və hesablanması daha çox qiymətləndirmə tələb edir. Aşağıdakı birinci siyahısı 2013-cü il üzrə BMT-nin Statistika şöbəsi tərəfindən, ikinci siyahısı 2014-cü il üzrə Beynəlxalq Valyuta Fondu tərəfindən, üçüncü siyahısı 2013-cü il üzrə Dünya Bankı və dördüncü siyahısı isə 2014-cü il üzrə Mərkəzi Kəşfiyyat AgentliyiMərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hazırlanmışdır.
Milli futbol komandalarının ən yüksək-ən aşağı FİFA reytinqi
Son Dəyişiklik: 05 may 2016 15:51:54
Milli futbol komandalarının ən yüksək və ən aşağı FİFA reytinqi sıralamalarının siyahısı
Son Dəyişiklik: 05 may 2016 15:51:54
Reytinq
Reytinq (ing. rating) — hansısa bir obyektin və ya halın əhəmiyyətini və ya nüfuzunu göstərən say göstəricisi. Reytinq nümunələri : Məşhur şəxsin (siyasət, mədəniyyət və s. sahəsində) populyarlıq dərəcəsi. Fiziki və ya hüquqi şəxsin kredit skorinqi. Elo reytinqi — siniflənmə siyahısında oyunçunun qiymət göstəricisi. Kredit reytinqi - kredit etibarlılığı. Dünya reytinqi — dünya reytinq agentliklərinin aqreqatoru.. Televiziya proqramlarının populyarlığının televiziya reytinqi Yaş reytinqi — film, televizya verilişinin və videooyunun məzmunu. Biznes-reytinq — müəssisələrin sahə, dövlət və digər kriteriyalar üzrə reytinqi.
Albaniyanın beynəlxalq reytinqləri
Albaniyanın beynəlxalq reytinqləri. == Mədəniyyət == Newsweek Dünyanın Ən Yaxşı Ölkələri 2010, 100 ölkə arasında 57-ci yer. == Demoqrafiya == Əhali, 2016: 196 ölkə arasında 137-ci yer. Gözlənilən Ömür 2016, 183 ölkə arasında 37-ci yer. == İqtisadiyyat == İqtisadi Azadlıq İndeksi 2012, 179 ölkə arasında 57-ci yer. İş Eləmə Asanlığı İndeksi 2017, 190 ölkə arasında 58-ci yer. Bərabərsizliyə Görə Düzəldilmiş Humanitar İnkişaf İndeksi 2015, 151 ölkə arasında 55-ci yer. Ticarət Azadlığı İndeksi 2016, 179 ölkə arasında 10-cu yer. Maliyyə Azadlığı İndeksi 2016, 179 ölkə arasında 35-ci yer. Valyuta İndeksi 2016, 181 ölkə arasında 49-cu yer.
Azərbaycanın beynəlxalq reytinqləri
Azərbaycanın beynəlxalq reytinqləri. == Ümumi == Birləşmiş Millətlər Təşkilatı: İnsan İnkişafı İndeksi, 2010: 172 ölkə arasında 69-cu yer == İqtisadiyyat == Economist Intelligence Unit: İqtisadi risk, 2011: ümumi qiymətləndirmə — 58 % Frazer İnstitutu: İqtisadi Azadlıq, 2011: 141 ölkə arasında 84–86-cı yer; Heritage Fondu və Wall Street Journal: İqtisadi Azadlıq, 2011: 183 ölkə arasında 92-cı yer; Beynəlxalq Maliyyə Kooperasiyası: Biznes Etmənin Asanlığı, 2011: 183 ölkə arasında 54-cü yer, 2012: 185 ölkə arasında 67-ci yer; CIA World Factbook: Real ÜDM artım sürəti, 2006: 215 ölkə arasında 1-ci yer (32.5% artım tempi); Beynəlxalq Valyuta Fondu: Nominal ÜDM, 2006: 181 ölkə arasında 84-cü yer; Beynəlxalq Valyuta Fondu: Adambaşına nominal ÜDM, 2006: 182 ölkə arasında 104-cü yer; Dünya İqtisadi Forumu: Beynəlxalq Rəqabətlilik İndeksi, 2006–2007: 125 ölkə arasında 64-cü yer. == Siyasi == Economist Intelligence Unit: Demokratiya İndeksi, 2010: 167 ölkə arasında 135-ci yer; Freedom House: Mətbuat azadlığı, 2011: 196 ölkə arasında 171-ci yer; Sülh Fondu: Uğursuz Dövlət İndeksi, 2011: 177 ölkə arasında 63-cü yer (ən pis yer 1, ən yaxşı yer 177-ci yerdir); Transparency International: Korrupsiya Qavrayış İndeksi: 163 ölkə arasında 130-cu yer; Sərhədsiz Reportyorlar: Dünyada mətbuat azadlığı indeksi, 2010: 178 ölkə arasında 152-ci yer. == Ətraf mühit == Yel Universiteti: Ətraf mühitin dayanıqlığı indeksi: 146 ölkə arasında 99-cu yer. == Demoqrafiya == Əhali, 2006: 221 ölkə arasında 92-ci yer.
Dünya turizm reytinqləri
Dünya turizm reytinqləri (ing. World Tourism rankings) — Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatı tərəfindən ildə üç dəfə açıqlanan turizm reytinqi. Bu reytinqdə BMT-yə üzv olan region və subregionlar beynəlxalq turistlərin sayına, daxili turizmdən əldə olunan gəlirə və xaricə gedən ziyarətçilərin xərclərinə əsasən sıralanmışdır. == 2014 gəliş istiqamətinə görə ən çox ziyarət edilən ölkələr == 2014-cü ildə bütün dünyada 1,133 turist gəlişi olmuşdur. Bu rəqəm 2013-cü ildəkinə nisbətən 4,3 % çoxdur (2013-cü ildə 1,087 milyard turist gəlişi). 2014-cü ildə ən çox ziyarət edilmiş yerlər: === Afrika və Orta Şərq === ==== Afrika ==== 2013-cü ildə Afrikaya 55,7 milyondan çox turist gəlişi olmuşdur. Bu rəqəm 2012-ci ildəkinə nisbətən 5,4 % çoxdur. 2013-cü ildə Afrikada ən çox ziyarət edilmiş 10 ölkə ==== Orta Şərq ==== 2014-cü ildə Orta Şərqə 51 milyon beynəlxalq turist gəlişi olmuşdur. Bu rəqəm 2013-cü ildəkinə nisbətən 5 % çoxdur. 2014-cü ildə ən çox ziyarət edilən Orta Şərq ölkələri: === Amerika === 2014-cü ildə Amerikaya 181 milyondan çox beynəlxalq turist gəlişi olmuşdur.
FIVB reytinq siyahısı
FIVB dünya sıralaması ¹Qadınlar. ²Kişilər.