Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Risksiz faiz dərəcəsi
Risksiz faiz dərəcəsi (risksiz gəlir dərəcəsi) — müəyyən müddət ərzində maliyyə itkiləri riski olmayan hipotetik investisiya layihəsinin gəlirlilik dərəcəsi. Risksiz faiz dərəcəsi heç bir risk olmadan əldə edilə bildiyi üçün, hər hansı bir risk dərəcəsinə malik olan hər hansı digər investisiya, onu investor üçün cəlbedici etmək üçün daha yüksək gəlir dərəcəsinə malik olacaqdır. Praktikada risksiz faiz dərəcəsini tapmaq üçün risksiz istiqraz seçilir, yəni defolt riski əhəmiyyətli ola bilməyəcək qədər aşağı olan hökumət və ya orqan tərəfindən buraxılan istiqraz. Hazırda risksiz faiz dərəcəsinin müəyyən edilməsində fikir ayrılıqlarının olması səbəbindən onun ölçülməsi ilə bağlı vahid konsensus mövcud deyil. Nəzəri risksiz faiz dərəcəsinin şərhlərindən biri İrvinq Fişerin The Theory of Interest (1930) kitabında təsvir etdiyi inflyasiya gözləntiləri konsepsiyası ilə bağlıdır ki, bu da valyuta saxlamağın nəzəri xərcləri və faydalarına əsaslanır. Fişer modelində bir-birini kompensasiya edən iki növ hərəkət kimi təsvir edilmişdir: Pul kütləsinin gözlənilən artımı investorların gələcək gəlirləri cari istehlakdan üstün tutmasına səbəb olmalıdır. Məhsuldarlığın gözlənilən artımı investorların gələcək gəlirləri cari istehlakdan üstün tutmasına səbəb olmalıdır. Risksiz dərəcə müsbət və ya mənfi ola bilər və praktikada gözlənilən risksiz dərəcənin işarəsi müəyyən edilmiş institusional qaydaya əsasən əldə edilir – Tobinin Money, Credit and Capital kitabında təsvir etdiyi arqumentə bənzər. İstehsal qərarlarının və nəticələrinin qeyri-mərkəzləşdirildiyi və proqnozlaşdırılması çətin olan endogen pul təklifi olan bir sistemdə belə bir təhlil risksiz faiz dərəcəsinin birbaşa müşahidə olunmadığı konsepsiyasına dəstək verir. Buna baxmayaraq, bu konsepsiyanın tərəfdarlarının pul emissiyasının dəyərini müsbət bir şey kimi qiymətləndirdiklərini görmək olar.
Dişsiz balinalar
Dişsiz balinalar, bığlı balinalar (lat. Mystacoceti) — balinakimilər dəstəsindən məməlilər yarımdəstəsi. Üst çənəsində diş əvəzinə "balina bığı" adlanan uzun buynuz lövhələr var (ikinci adı da buradandır). Bığların kənarı uzun qılcıqlara ayrılıb. Dişsiz balinaların qidası olan su orqanizmlərini süzən narın, ələyəbənzər süzgəç əmələ gətirir. Burnunda tək-tək yerləşən vibrislər (duyğu orqanı) var. Başının təpə hissəsində 2 burun dəliyi olur. Dişsiz balinaların ən irisinin uzunluğu 33 m, kütləsi 160 t-dur. 4 müasir fəsiləsinə aid 10 növü məlumdur: Qrenlandiya balinası Seyval Kiçik cənub zolaqlı balina boz balina qozbel balina göy balina finval seyval Kiçik zolaqlı balina Brayde zolaqlı balina. Bütün okeanlarda geniş yayılmışdır.
Dişsiz məməlilər
Cücüyeyənlər (lat. Pilosa) — kəmdişlilər dəstəüstünə aid heyvan dəstəsi.
Cirrhopetalum rivesii
Bulbophyllum andersonii (lat. Bulbophyllum andersonii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Sikkimdən Çinə qədər, həmçinin Hind-Çində yayılmışdır. == Sinonimləri == Bulbophyllum henryi (Rolfe) J.J.Sm. Cirrhopetalum andersonii Hook.f. Cirrhopetalum henryi Rolfe Cirrhopetalum rivesii Gagnep.
Atəş kisəsi
Atəş kisəsi və ya oqnevoy meşok (rus. огневой мешок) — iki və ya üç tərəfdən kütləvi və cəmləşmiş atəş hücumu həyata keçirmək əvvəlcədən təyin edilmiş ərazi sahəsi. Qarşı tərəfə ən qısa zamanda maksimum ziyan vurmaq üçün hərbi hissənin atəş sistemi daxilində təşkil olunur. Bu, həm cəbhənin ön xəttində, həm də müdafiənin dərinliklərində yerləşə bilər. Bundan Əfqanıstanda sovet qoşunlarına qarşı dəfələrlə tətbiq olunmuşdur. Birinci Qarabağ müharibəsi zamanı həyata keçirilmiş "Çeildağ" əməliyyatı əsnasında ermənilər tərəfindən Azərbaycan hərbçilərinə qarşı da istifadə edilmişdir. Həmçinin, eyni taktikadan İkinci Qarabağ müharibəsi zamanı baş tutan Hadrut döyüşündə Azərbaycan hərbçiləri tərəfindən istifadə edilmişdir.
Plevra kisəsi
Plevra; plevra kisəsi (yun. πλευρά „kənar, cinah, qabırğa“) — döş qəfəsinin içəridən və ağciyərlərin səthini örtən örtən seroz bir qişa. Ağciyərlərin səthini örtən hissəsi visseral ya pulmonal plevra adlanır. Döş qəfəsini daxildən örtən hissəsi parital plevra – lat. pleura parietalis adlanır. Parietal plevranın döş qəfəsinin zirvəsini örtən hissəsi zirvə – lat. pars cupula, qabırğaları örtən hissəsi qabırğa – lat. pars costalis, diafraqmanı örtən hissəsi diafraqma – lat. pars diaphragmatica və divararalığını örtən hissəsi lat. pars mediasternalis adlanır.
Öd kisəsi
Öd kisəsi, ödlük (lat. vesica fella; yun. cholecystis) — insanda ödün toplandığı armudşəkilli kisə. Qaraciyərin sağ payının visseral səthində lat. fossa vesicae felleae üzərində yerləşmişdir; uzunluğu 8–12 sm, eni 3–5 sm və həcmi 40–60 sm³- dir. Öd kisəsi üç hissədən ibarətdir: dibi — lat. fundus vesicae falleae önə və aşağı baxır; cismi — lat. corpus vesicae felleae; boynu — lat. collum vesiceae felleae. Ödlüyün yuxarı səthi birləşdirici toxuma vasitəsilə qaraciyərin ödlük çuxuruna bitişmişdir: bəzən seroz qişa ödlüyü hər tərəfdən əhatə edərək, onun üçün çöz əmələ gətirir.
Ürək kisəsi
Ürək kisəsi və ya perikard (lat. pericardium) konus şəklində olub əsası diafraqmanın vətər mərkəzinə bitişmişdir və zirvəsi yuxarıda ürəyin əsasında olan damarlarla rabitədədir. Bu iki təbəqədən təşkil olunmuşdur: xarici lifli təbəqə — lifli ürək kisəsi — (lat. pericardium fibrosum) və daxili seroz təbəqə — seroz ürək kisəsi — (lat. pericardum serosum). Xarici lifli təbəqə sərt birləşdirici toxumadan təşkil olunaraq qonşu üzvlərlə rabitədədir. Daxili seroz təbəqə iki səfhəyə bölünür: xarici pariyetal səfhə — (lat. lamina parietalis pericardii serosi) və daxili visseral səfhə, yaxud epikard — (lat. lamina visseralis pericardii serosi s. epicardium).
Sidik kisəsi
Sidiklik və ya qədim türkcə Qovuq (lat. vesica urinaria; yun. cystis) sidik-ifrazat sisteminə aid üzv. Sidik üçün bir anbar funksiyasl daşıyır və özü də kişik çanaqda, kişilərdə qasıq birləşməsi ilə düz bağırsaq arasında və qadınlarda qasıq birləşməsinin arxasında, uşaqlıq və uşaqlıq yolunun önündə yerləşmişdir. Sidikliyin yuxarı doğru baxan zirvəsi — lat. apex vesicae (vertex vesicae BNA), aşağı tərəfə çevrilmiş dibi — lat. fundus vesicae və ortada cismi — lat. corpus vesicae vardır. Sidikliyin iki ın və dal səthi iki sağ və sol kənarları vardır. Ön səthi qasıq birləşməsinə və dal səthi kişilərdə düz bağırsağa, qadınlarda isə uşaqlıq və uşaqlıq yoluna baxır.
Süni sidik kisəsi
Süni sidik kisəsi — süni sidiklik orqanı. Sidik kisəsinin funksiyasını dəyişdirmək üçün iki əsas üsul — sidik axınının yönləndirilməsi və sidik kisəsinin rezervuarının dəyişdirilməsi. 30 yanvar 1999-cu ildə alimlər laboratoriyada yetişdirilən sidik kisəsinin itlərə uğurla köçürüldüyünü elan etdilər. Bu süni sidik kisələri təxminən bir il itlərdə yaxşı işlədi. 2000-ci ildə insan süni sidik kisəsinin yaradılması üçün yeni prosedur işlənib hazırlanmışdır. Bu prosedur ortotopik neoplazma proseduru adlanır. Bu prosedur xəstənin nazik bağırsağının bir hissəsinin (adətən 35-40 düym) yeni sidik kisəsinin formalaşdırılmasını nəzərdə tutur; lakin bağırsaq toxumasından hazırlanmış bu kisələrin yan təsirləri var idi. 2006-cı ildə "The Lancet"-də biomühəndislik kisələrinin eksperimental transplantasiyasına dair ilk nəşr çıxdı. Tədqiqat, uzunmüddətli təsirləri müəyyən etmək üçün əməliyyatdan sonra 5 il ərzində izlənilən 4-19 yaşa qədər onurğa bifidası olan 7 nəfəri əhatə etdi. Sidik kisələri professor Entoni Atalanın rəhbərlik etdiyi Ueyk Forest Universitetinin Tibb Məktəbindən və Boston Uşaq Xəstəxanasından bioloqlar qrupu tərəfindən hazırlanmış və sınaqdan keçirilmişdir.
Öd kisəsi diskineziyası
Öd kisəsi diskineziyası — Öd kisəsi diskineziyası kisədə funksional dəyişikliklərlə xarakterizə olunan xəstəlikdir. Xəstəlik aşağıdakı kriteriyalarla təyin olunur. Klassik öd sancısı və ya öd ağrısı (yeməkdən sonra küt ağrı, yağlı yeməklərdən sonra narahatlıq və ya səhərə yaxın ağrılar) ilə büruzə verir. USM-də öd kisəsi və öd yollarında daş və ya üzvi dəyişiklik tapılmır, laborator göstəricilər (qaraciyər, xolestaz, pankreatik enzimlər) normaldır. Öd kisəsinin yığılma funksiyasında azalma (artım fraksiyası <35%) və ya öd tərkibində dəyişmə (kristallar, fosfolipid, öd turşusunun duzları) və ya kisə divarında xronik xolesistit əlamətləri tapılır. Ədəbiyyatda bu xəstəlik müxtəlif adlarla adlanır: öd kisəsi diskineziyası, xronik daşsız xolesistit, daşsız öd sancısı və.s. Adların müxtəlifliyi xəstəliyin təbiətinin dəqiqləşmədiyini göstərir və bəzi müəlliflər klinik təzahürə (öd sancısı), bəziləri funksional dəyişikliyə (diskineziya), bəziləri isə morfoloji dəyişikliyə (xroniki iltihab) istinad edirlər.
Öd kisəsi polipləri
Öd kisəsi polipləri — Polip, epitelial səthdən mənfəzə doğru çıxan, epiteldən və ya epitellə örtülü toxumalardan ibarət olan çıxıntışəkilli törəmələrə deyilir. Müxtəlif təbiətli xəstəliklər – iltihabi, neoplastik, distrofik və s. polipləri törədə bilər. Öd kisəsi polipləri autopsiyalarda, çıxarılan kisələrdə görüntüləmə ilə tapıla bilir və təxminən 1–4% əhalidə rastlanır. Əməliyyatönü və əməliyyatdaxili ümumi cəhətlərini nəzərə alaraq öd kisəsi polipləri müqayisəli şəkildə verilir.
Öd kisəsin bəd xassəli şişi
Öd kisəsin bəd xassəli şişi — Öd kisəsi xərçəngi öd yollarının ən çox rast gələn, həzm sisteminin isə beşinci yerdə duran şişidir. Öd sancısı olan xəstələrin təxminən 1%-ində öd kisəsi xərçəngi tapılır. Əksəriyyət şişlər kimi öd kisəsi xərçənginin də etioloqiya və patogenezi dəqiq məlum deyil. Lakin bəzi amillərin kisədə malignizasiya törədə bildiyi ortaya çıxmışdır. Xərçəngönü vəziyyətlərə öd kisəsi adenoması, kirəcləşmiş öd kisəsi, yaşlılarda böyük (> 2 sm) daş, salmonelloz kisə aid edilir. Xərçəng olan öd kisələrində əksər hallarda (~80%) daş və ya adenomatoz poliplər tapılır. Ona görə də bu vəziyyətlərdə erkən xolesistektomiya məsləhət görülür.
The Wind Rises (anime, 2013)
Külək Qalxır (yap. 風立ちぬ; Kaze Tachinu) Hayao Miyazakinin yazıb yaratdığı 2013-cü il yapon animasiya filmidir. Film yapon animasiya studiyası Studio Ghiblinin məhsuludur. Film Mitsubishi A5M və Mitsubishi A6M Zero adlı qırıcı təyyarələrinin yaradıcısı Jiro Horikoshinin həyat hekayəsindən bəhs edən, Tatsuo Horinin 1936–37-ci illərdə yazdığı "Kaze Tachinu" adlı qısa hekayəsi əsasında çəkilmişdir. Ssenari müəllifi : Hayao Miyazaki Rejissor : Hayao Miyazaki Bəstəkar : Co Hisayşi Prodüser : Toşio Suzuki Orijinal yapon dilində Anno Hideaki – Jiro Horikoshi Miori Takimoto – Naoko Satomi Hidetoshi Nishijima – Honjo Masahiko Nishimura – Kurokawa Stephen Alpert - Castorp Morio Kazama - Satomi Keiko Takeshita - Jiro's mother Mirai Shida - Kayo Horikoshi Jun Kunimura - Hattori Shinobu Otake - Mrs. Kurokawa Nomura Mansai - Giovanni Battista Caproni İngilis dilində Cozef Qordon-Levitt – Jiro Horikoshi Emili Blant – Naoko Satomi John Krasinski – Honjo Martin Şort – Kurokawa Werner Herzog - Castorp William H. Macy - Satomi Edie Mirman - Jiro's mother Mae Whitman - Kayo Horikoshi Mandy Patinkin - Hattori Jennifer Grey - Mrs. Kurokawa Stanley Tucci - Giovanni Battista Caproni Eliya Vud - Sone Film Hayao Miyazakinin son işidir. Filmin saundtreki Yumi Matsutoyanın "Hikōki-gumo" adlı mahnısıdır.(1973-cü il) 2014-cü ildə ən yaxşı tammetrajlı cizgi filminə görə Oskar mükafatına namizəd olmuşdur. Animasiyada Pol Valerinin "Le cimetière marin" adlı poemasından "Le vent se lève!... Il faut tenter de vivre!" ifadəsi işlədilib.Tərcüməsi: "Külək yüksəlir!...