CİB
CİBİLLƏT
OBASTAN VİKİ
Cibal
Cibal və ya Cibəl (fars. جبال‎) — şərqdə Dəşti-Kəbir, cənub-şərqdə Fars, qərb və cənub-qərbdə İraqi-Ərəb, şimal-qərbdə Azərbaycan, şimalda Əlbruz dağı ilə dövrələnən bölgə. Cibal sözü ərəb kökənli cəm bir sözdür və "dağlar" anlamına gəlir. Dağlar olaraq da Zaqros dağlarını bildirir. == Tarix == VII əsrdə ərəb yürüşlərindən sonra midiyalıların olmuş olduğu torpaqların bir qismi, Cibal olaraq anılmağa başladı. XII əsrdə Səlcuqlular dönəmində bölgə, İraqi-Əcəm olaraq adlandırılan bölgənin içinə daxil edildi. Cibal adı, Monqol istilasından sonra işlənilməməyə başlandı. Bölgənin bəzən tamamı, bəzən bir qismi; Samanilər, Qaraxanlılar, Buveyhilər sülaləsi, Səlcuqlular, Azərbaycan Atabəyləri və Elxanlılar tərəfindən hökmüranlıq altına alınmışdır.
Cibal Bariz
Cibal Bariz və ya Cebal Barez — İranın Kirman ostanının Ciruft şəhristanının Cibal Bariz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,639 nəfər və 576 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Cibal Bariz elindən ibarətdir, fars dilində danışırlar və şiə müsəlmandırlar.
Cibal Bariz eli
Cibal Bariz eli və ya Bariz eli — İranın Kirman ostanının fars dilli ellərindəndir. == Tarxçəsi == İlk dəfə bu xalqın adı "Karnameye Ərdəşire Babəkan" adlı kitabda Barizan şəklində gəlibdir. İbni Əsir "Əlnəhayət Fi Qərib əl-Hədis vəl Əsər" kitabında Barizlərə görə deyib, Bariz Kirmanda dağlıq bir məntəqədir və Bariz xalqı ki bəzi rivayətlərə görə kürdlərdəndirlər, adların bu məntəqənin adından alıblar. Əfzələddin Əbuhamid Əhməd bin Əhməd Kirmani "Əqdüləla" kitabında Ciruft-Bəm arasında "Barican" adlı dağdan ad aparır, tarixçilərə görə Cibal Bariz əhalisinin əksəri kürd idilər və sonra digər yerlərədə mühacirət ediblər. Bir qismi İraqın şimalına mühacirət edib və Barizan adlanırlar.
вдалеке́ диплоко́кки неприя́зненный триатлони́ст ускоря́ть Эзо́п мо́лкнуть переголосова́ние рантово́й сатири́чность скелетоподо́бный стрело́й беседа bench-vice damp off evacuable foal introduction knocking self-confident seriation sting subtrahend symbology утёнок