Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
World naked bike ride
Ümumdünya Çılpaq Veloyürüş (ing. World Naked Bike Ride (WNBR)) - özündə kütləvi beynəlxalq velosiped yarışı təşkil edir. Yarışda iştirak edən insanlar paltarsız (və ya üzərində geyimin minimal miqdarında), əzələ gücü ilə idarə olunan nəqliyyat vasitələrində hərəkət edirlər (başlıca olaraq Velosiped ilə, lakin rolik və skeytdən də çox istifadə olunur). Yarışın keçirilmə məqsədi - «təmiz, təhlükəsiz və müsbət-bədən dünyasını» insanlara tanış etmək və məlumatlandırmaqdır. Yarışın dress-kodunu «Nə qədər cəsarətlisən, bir o qədər də çılpaqsan» sloqanı ilə təsvir etmək olar. Tam və ya və qismən çılpaqlıq dəstəklənir, lakin yürüş zamanı bu məcburi sayılmır. Bundan başqa, intim orqanlarını örtmək məcburi deyil - məhz bu seçim azadlığı Ümumdünya Çılpaq Veloyürüşü digər təşkilat növlərinin keçirdiyi fəaliyyətlərindən fərqləndirir. Yürüşə əyləncəli və maraqlı atmosfer yaratmaq, Kütləvi İnformasiya Vasitələrinin diqqətini cəlb etmək, həmçinin müşahidəçilərin təxəyyülünü həyəcanlandırmaq məqsədilə iştirakçılar arasında ekspressiv üslubda kreativlik dəstəklənir. Məsələn Bodi-art - kostyum, hand-made velosiped, bumboks, horn və sirenalar kimi özünüifadənin ümumi forması sayılır. == Tarix == Ümumdünya Çılpaq Veloyürüş fərqli təşkilatlatlar tərəfindən 2004-cü ildən keçirilməyə başlamışdı.
Ticket to Ride (albom)
Ticket to Ride — The Carpenters albomu.
Oliver Ridel
Oliver 'Ollie' Riedel (d. 11 aprel 1971) — Rammstein adlı Alman metal musiqi qrupunun bas gitaristidir. == Həyatı == === İlk illəri === Ridel Almaniyanın Şverin şəhərində anadan olmuşdur. Uşaqlıqda Oliver bacarıqlı bir şagird deyildi. Xüsusilə gənclik illərində çok utancaq idi. Dostları tez-tez parti təşkil etsələr də, Oliver daha çox digərləri ilə vaxt keçirirdi. === Musiqi karyerası === 1990-cı ildə 19 yaşında The Inchtabokatables adlı qrupda bass gitara çalmağa başlayır. 1994-cü ildə Ridel, Till Lindeman, Rixard Kruspe və Kristof Şnayder, Berlin Senate Metro adlı musiqi yarışmasında qalib gəldilər. Mükafat olaraq peşəkar 4 demo musiqi parçası yazmağa haqq qazandılar. Paul Landers və Kristian Lorenz də qrupda qatıldıqdan sonra Rammstein adlı qrup yaradılır.
Reyçel Ridel
Reyçel Ridel (5 sentyabr 1984, Vankuver, Britaniya Kolumbiyası) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == Reyçel Ridel, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Riders on the Storm
"Riders on the Storm" (azərb. "Fırtınadakı atlılar"‎) — "The Doors" qrupunun 1971-ci ildə işıq üzü görən L.A. Woman albomundan bir musiqi. Musiqi sinql kimi buraxılmışdı və Amerika musiqi çartlarında 14-cü pilləyə qalxmağa müvəffəq olmuşdur. Gitarist Robbi Kriqerin sözlərinə görə, musiqi Conni Keşin "(Ghost) Riders in the Sky: A Cowboy Legend" kompozisiyasından təsirlənərək yazılmışdır. Musiqi özündə göy gurultusu və yağış səsi effektlərini də birləşdirir ki, bunun fonunda da Rey Manzarek öz Fender Rhodes elektrogitarasında ifa edərək göy gurultusu və yağış səsini təqlid edir. Kompozisiyaya xüsusi məlahət verən isə Cim Morrison tərəfindən, onun öz ifasının fonunda səsləndirilən pıçıltı ilə deyilən sözlərdir. == Sözləri == Albomun adlandırıldığı digər bir trek olan "L.A. Woman" ilə "Riders on the Storm" adətən avtobioqrafik musiqilər hesab olunur. Riders on the storm (Fırtınadakı atlılar) Riders on the Storm (Fırtınadakı atlılar) Into this house we're born (Doğulduğumuz evlərə çapan) Into this world we're thrown (Atıldığımız dünyaya çapan) Like a dog without a bone (Sümüksüz bir it kimi) An actor out a loan (Qonorarsız aktyor kimi) Riders on the storm (Fırtınadakı atlılar) İkinci bənddəki "Yolda qatil var" obrazı, böyük ehtimalla Cim Morrisonun "HWY" -dəki rejissorluq işinin təsirindən yaranmışdır, hansı ki, Morrison orada onu maşını ilə aparmağa razı olan sürücünü öldürən avtostopçu rolunu oynamışdır. Bununla belə, başqa bir versiya da mövcuddur ki, həm film, həm də musiqi özünü avto dayanacağın səyyahı kimi qələmə verərək 1950-ci illərdə Kaliforniyada bir ailəni tamamilə qətlə yetirən, silsilə cinayətlər törətmiş Billi Kuka əsasən yazılmışdır. There's a killer on the road (Yolda qatil var) His brain is squirmin' like a toad (Beyni qurbağa kimi qıvrılır) Take a long holiday (Uzun bir tətil götür) Let your children play (Uşaqlarına icazə ver oynasınlar) If ya give this man a ride (Əgər, bu adama icazə versən sürsün) Sweet family will die (Sevimli ailən öləcək) Killer on the road, yeah (Yolda qatil var, yeah) Tanış mövzu 3-cü bənddə yenidən peyda olur - Pamelaya sevgi qışqırığı.
Pide
Pide, Türk və Orta Şərq mətbəxlərində məşhur olan yastı bir çörək növüdür. == Çörək olaraq istifadəsi == Pide somun çörəklər kimi gündəlik süfrələrdə istifadə edilməsinin yanında kabab salonlarının imtina edilməz çörəyidir. Dönər, Adana kababı, İskəndər kababı kimi kabab yeməklərinin üzərinə dördbucaqlı şəklində kəsilmiş parçalar halında qoyularaq xidmət edilər. Pide xüsusilə Ramazan aylarında iftar və sahur süfrələrində seçilən bir çörək növüdür.
Rede
Rede (alm. Rhede‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya torpağının Münster inzibati dairəsində şəhər. Sahəsi 78.65 km2, əhalisi 19293 nəfərdir (2006).
Rize
Rizə — Türkiyənin Rizə ilinin inzibati mərkəzi. == Əhalisi == 2009-cu ilin məlumatına görə il əhalisi 319.569-dur. == Etimologiya == Qədim yazılı mənbələrdə Rhizus (Πιζοῦς) adlandırılan Rizənin yunanca "ριζα" (riza) adındandan gəlir, mənası "dağ ətəyi" deməkdir. Bəzi tarixçilər də adın yunanca düyü mənasını verən rizi (ρύζι) və ya "kök,təməl, əsas" mənası verən Riza (ῥίζα), lazca "düzənliklər" mənası verən İrizeni olduğu deyilir. Şəhərin gürcücə adı "რიზე", lazca adı isə "Rizini"'dir.
Side
Side (türk. Side) — Türkiyənin müasir Antalya ilinin Aralıq dənizinin cənub-qərb sahilində, Antalya şəhərindən 70 km şərqdə və Manavqat şəhərindən təxminən 7 km qərbdə yerləşən antik şəhər. Hal-hazırda Side məşhur turizm kurortudur və inzibati cəhətdən Manavqat bələdiyyə rayonu (ilçe) tərkibində mikrorayon (məhəllə) təşkil edir.Şəhər Əhdi-Ətiqdə Sid adı ilə xatırlanır. == Tarixi == Strabonun yazdığına görə Side eramızdan əvvəl 7-ci əsrdə Anadolunun Kima şəhərindən gələn mühacirlər tərəfindən köhnə yaşayış məntəqəsinin yerində qurulan və Anadoluda bilinən ən qədim yunan koloniyalarından biri idi. Yerli Anadolu dilində "Yan" sözü "nar" mənasını verirdi – filoloji araşdırmalar bu sözün nə yunan, nə də Finikiya kökünə malik olduğunu göstərmişdir. Nar burada bolluq rəmzi sayılırdı. Kolonizasiyaya uğradıqdan sonra Side sakinləri yerli Side dilində danışıb yazmağa davam edirdilər, bunu eramızdan əvvəl III–II əsrlərə aid arxeoloji qazıntılar zamanı aşkar edilmiş Side yazıları sübut edir. Buradan belə nəticəyə gəlmək olar ki, Kimadan Sideyə gələn kolonistlər yerli dili qəbul edib istifadə etməyə başladılar.Makedoniyalı İsgəndərin Anadoluya yürüşündən bəhs edən Arrian əsərində Sideyə gələn yunanların öz ana dilini unudub, əvvəllər bilmədikləri yerli ləhcədən istifadə etməyə başladığını qeyd etməsi də bunu təsdiq edir. === Makedoniyalı İsgəndərin dövründə === Eramızdan əvvəl VI əsrdə Side şəhəri bütün Pamfiliya kimi Lidiya padşahlarının hakimiyyəti altına düşdü və eyni əsrdə sonrakı Lidiya çarlığının dağılmasından sonra bütün Pamfiliya ilə birlikdə Əhəmənilər dövlətinin tərkibinə daxil oldu. Əhəmənilərin hökmranlığı dövründə Side müəyyən iqtisadi muxtariyyət əldə etmiş və Afinanın, Apollonun və şəhərin simvolu olan üzərində nar əks edildiyi öz gümüş sikkələrini zərb etməyə başlamışdır.
Rie
Rie — Yaponiya soyadı. Rie Matsubara — Yaponiyanı təmsil edən bədii gimnast. Rie Nakaşima — Yaponiyanı təmsil edən bədii gimnast. Rie Kimura — keçmiş Yaponiya qadın futbolçusu. Rie Usuy — Yaponiya qadın futbolçusu. Rie Yamaki — keçmiş Yaponiya qadın futbolçusu. Rie Azami — Yaponiya qadın futbolçusu.
Adam Rize
Adam Rize (ing. Adam Ries; 1492, Bad-Ştaffelştayn[d], Yuxarı Frankoniya – 30 mart 1559[…], Annaberq-Buxxols[d]) — Alman riyaziyyatçısı və pedaqoqudur; "+" və "-" işarələrindən istifadə etmiş, dərsliklərində vurmanın müasir üsulunu vermişdir.
Flo Rida
Flo Rida — Tramar Lacel Dillard (16 sentyabr 1979, Karol-Siti[d], Florida və ya Opa-lokka[d], Florida) — ABŞ sənətçisi. == Həyatı və karyerası == 17 sentyabr 1979-cu ildə Amerika Birləşmiş Ştatlarının Florida ştatının Opa-locka şəhərində anadan olmuşdur. İlk öncə "2 Live Crew" qrupunda fəaliyyətə başlamışdır.
Jül Rime
Jül Rime (14 oktyabr 1873 – 16 oktyabr 1956, Süren, İl de Frans) — 1921–1954-cü illərdə FİFA prezidenti Bu mütəxəssis nə az, nə çox düz 33 il FİFA-ya rəhbərlik edib. Rime "Red Star" klubunun da yaradıcısı olub. Bir müddət Fransa Futbol Federasiyasına rəhbərlik edib. Rimenin fəaliyyəti dövründə ilk dəfə Dünya Çempionatının təşkil olunması ideyası ortaya çıxıb. 1928-ci ildə Amsterdamda keçirilən iclasda Dünya Çempionatının keçirilməsi ideyası hamı tərəfindən bəyənilir. 1930-cu ildə ilk mundial keçirildi. Uruqvaydakı çempionatda elə ev sahibləri qalib gəldilər. Rimeyə idmanın təbliğatındakı xidmətlərinə və müharibə əleyhinə gördüyü işlərə görə Nobel Sülh Mükafatına namizəd göstərilib.
Kiana Eide
Kiana Eide (d. 25 sentyabr 1998) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Kiana Eide, 2016-cı ildə Birləşmiş Ştatları XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Eide həmdə 2015-ci ildə Pan Amerika Oyunlarında bir qızıl və iki gümüş medal qazanıb. == Karyerası == Kiana Eide 2016-cı ildə Birləşmiş Ştatların bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Alisa Kano, Natalie McQiffert, Monika Roxman və Kristen Şaldibin ilə birgə təsnifat mərhələsində 30.244 xal topladı və 14-cü yeri tutaraq mübarizəni dayandırdı.
Moon Pride
Moon Pride (və ya MOON PRIDE) — 30 iyul 2014-cü ildə yayımlanan, Yaponiyanın Momoiro Clover Z qız musiqi qrupunun 12-ci sinqlı. == Haqqında == Sinqlda 2014-cü ildən göstərilməyə başlanılan "Sailor Moon Crystal" cizgi serialının mövzu musiqiləri yer almışdır. ("Moon Pride" açılış mahnısı, "Gekko" bağlanış mahnısıdır.)"Moon Pride" Sound Horizon orkestrından Revo tərəfindən yazılmış, bəstələnmiş və hazırlanmışdır. Qitara soloları ABŞ rok musiqiçisi Marti Fridman tərəfindən ifa edilmişdir.Sinqlın yayınlanmış 2 versiyası mövcuddur: "Sailor Moon Edition" və "Momoclo Edition". "Sailor Moon Edition"-nun Blu-ray diski və musiqili videosu mövcuddur. "Momoclo Edition"-nun sadəcə CD formatı mövcuddur, bununla əlavə "Seylor Mun R: Film" filmindən "Moon Revenge" mahnısı əlavə olunmuşdur.Musiqili video Yasuşi Uemura tərəfindən hazırlanmış, "Sailor Moon Crystal" cizgi serialının direktoru Munehisa Sakai tərəfindən nəzarət edilmiş və Toei Animation tərəfindən canlandırılmışdır. Musiqili videoda "Sailor Moon Crystal" cizgi serialından səhnələr var. Videoda 3 Seylor döyüşçüsünün çevrilməsinə yer verilmişdi: Seylor Mars, Seylor Venera və Seylor Yupiter. == Mahnı siyahısı == === Sailor Moon Edition (CD+Blu-ray) === === Momoclo Edition === == Şəxsi == == Hit paradlarda == == İstinadlar == == Xarici keçidlər == "Moon Pride" Momoiro Clover Z diskoqrafiyasında Youtube videosu.
Necla Fide
Necla Fide (1958-ci il, İstanbul) – Türk aktrisasıdır. Müxtəlif erotik və macəra janrlı filmlərdə iştirak etmişdir. Həmçinin, Necla bir neçə müddət modellik karyerasında çalışmışdır. 1986-cı ildən başlayaraq film karyerasına bir müddət ara verir. 2008-ci ildə televiziyaya qayıdaraq "Son cəllad" filmində rol almışdır. Məşhur türk serialları olan "Akasya durağı", "Eşref saati", "Kiçik qadınlar", "Dodaqdan qəlbə", "Yarpaq tökümü" seriallarında iştirak etmişdir.
Pide Nekuiye
Pide Nekuiye və ya Pidenkuiye İranın Kirman ostanının Ənbərabad məntəqəsində bir dağlıq məntəqədir.Bu sahədəki bəzi kəndlər 2006(1384 Hicri təqvimi| Hicri Şəmsi)ilin qışında bir qrup İran təhlükəsizlik quvvələr(kəşfiyyat agentləri)nin tərəfindən aşkar edilmişdir.İnsanları çılpaq və mağara adamıidilər və ağac yarpaqlar ilə qidalanırdırlar. Zuraki kəndi bu kəndlərin biridir ki əhalisi 2006(1384) ilinə qədər yeni dünya alətləri və konsepsiyalari (qəzet, teliviziya ,...) ilə tanış deyildirlər. Pide Nekuiye əhalisi farslardan ibarətdir və fars dilində danışırlar.
Pride FC
Pride FC və ya Pride Fighting Championships — Qürur Mübarizə Çempinatı kimi tərcümə olunan bu yarış çempionatı 1997-ci ildə profsional güləşçi və döyüşçü Nobuhiko Takada təşəbbüsü ilə Yaponiyanın Tokio şəhərində keçirilməyə başlamışdır. Sonralar Amerikanın UFC çempionatı ilə birləşdirilərək qaydasız döyüşlərin keçirilməsinə şərait tərəfdaşlıq etmişdir. Bundan başqa K-1 döyüşlərinində Yaponiyada keçirilməsinə köməklik göstərir. Yarışın ilk çempionlarından Mark Coleman, Vanderleyi Silva, Fyodor Yemelyanenko, Dan Henderson,Takanori Gomi, Mirko Filipoviç, göstərmək olar.
October Tide
October Tide — Katatonia qrupunun üzvləri vokalist Jonas Renkse və gitaraçı Fred Norrman tərəfindən 1995-ci ildə Stokholmda yaradılan İsveç metal musiqi qrupu. == Haqqında == VIC Records ilə müqavilə imzalayan qrup, 1997-ci ildə "Rain Without End" adlı ilk debüt studiya albomu çıxarıldı. Bundan iki il sonra, Avantgarde Music albom şirkəti ilə müqavilə imzalayaraq, qrupun 1999-cu ildə "Grey Dawn" adlı ikinci albom çıxdı. Bu albom üçün vokala A Canorous Quintet qrupundan Mårten Hansen dəvət edilmişdir. Bu albom qrupu tanınmağa və məşhurlaşmağa imkan yaradaraq dinləyicilər tərəfindən müsbət dəyərləndirildi. Buna baxmayaraq Jonas və Fred qrup üçün nə müsahibə vermək istədilər, nə də ki konsertlərə qatılmadılar.
Rade Kruniç
Rade Kruniç (Bosnian pronunciation: [râːde krǔːnitɕ] ; 7 oktyabr 1993[…], Foça, Bosniya Serb Respublikası) — Bosniyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubu və Bosniya və Herseqovina milli komandasında yarımmüdafiəçi kimi çıxış edir. == Karyera == Kruniç peşəkar karyerasına 2011-ci ildə "Sutjeska Foçada" klubunda başlayıb. Daha sonra 2013-cü ildə "Donji Srem" klubuna keçir. Futbolçu 2014-cü ildə "Hellas Verona" klubuna transfer edilir və həmin ilin sonunda onu "Donji Srem" klubuna icarəyə verilir. 2015-ci ildə "Borats Çaçaka" klubuna keçir. Həmin ilin sonunda Kruniç "Empoli" klubu ilə müqavilə imzalayır. O, 2019-cu ildə "Milan"a transfer olunub.
Rade qonurdişi
Rede Bandeirantes
Rede Bandeirantes və ya sadəcə Band — San-Pauluda yerləşən Braziliyadan gələn bir televiziya şəbəkəsidir. Grupo Bandeirantes de Comunicação'nun bir hissəsi 1967-ci ildə ilk dəfə yayımlandı. Hal-hazırda reytinqlərinə görə Braziliyada dördüncü televiziya şəbəkəsidir.
Rede Globo
Rede Globo (port. Rede Globo de Televisão) — Braziliyanın ən böyük telekanalı. == Tarixi == 26 aprel 1965-cü ildə jurnalist Roberto Marinho tərəfindən yaradılıb. == Mərkəzi == Telekanalın mərkəzi qərargahı Rio de Janeiro şəhərində yerləşir.
Sebastian Rode
Sebastian Rote — (Almanca tələffüz: [zeˈbasti̯a(ː)n ˈʁoːdə], 11 oktyabr 1990) Bundesliqa klubu Ayntraxt Frankfurtda yarımmüdafiəçi kimi çıxış edən alman peşəkar futbolçusu.
İçli pide
İçli pide, pide çörəyi içinə qıyma və ya pendir qoyularaq sobada bişirildiyində öz başına istehlak edilə bilən başlı başına bir yemək olma xüsusiyyətini qazanar. Pidelər hazırlanmasında istifadə edilən içə görə müxtəlif adlarla tanınar: Qıymalı pide Pendirli pide Yumurtalı pide Sarımsaqlı pide Quşbaşlı pide(ətli pide) Qarışıq pide Göbələkli pendirli pide Pendirli pomidorlu pidePide xəmiri lahmacun xəmirinə bənzəyir. Bu səbəblə bəzi restoranlar lahmacun və pide salonu olaraq ixtisaslaşırlar.
Cimmi Rid
Ceyms "Cimmi" Rid (ing. James "Jimmy" Reid; d. 9 iyul 1932, Qlazqo, Şotlandiya — ö. 10 avqust 2010, Qrinok, Şotlandiya) — Şotlandiyalı həmkarlar ittifaqı fəalı, siyasətçi və jurnalist.
Aidə
Aida və ya Aidə — Qadın adı. Aida Abdullayeva — musiqiçi, Azərbaycan Respublikasının əməkdar artisti. Aida İmanquliyeva — şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi. Aida Şahmurova — Baş elmi tədqiqatçı, professor. Aida Qasımova — professor, filologiya elmləri doktoru Aida Bağırova — Şərqşünas alim, Yaxın Şərq üzrə ekspert Aida Predele — latviyalı dövlət və siyasi xadim Aida HüseynovaAida Hüseynova (aktrisa) Aida Hüseynova (musiqişünas)Aidə Şahbazova — Azərbaycan dilçi alimi, professor.DigərAida (opera) — İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi opera əsəri. AIDA (marketinq) — hər hansı bir malı almaq qərarını verəndə alıcı reaksiyasının baş verən ardıcıl etaplarıdır.
FIDE
FİDE (fr. Fédération Internationale des Échecs, FIDE) — beynəlxalq şahmat federasiyası, idman təşkilatı. Şahmatın inkişafı və populyarlaşması ilə məşğul olur. Əsası 1924-cü ilin 20 iyulunda Parisdə qoyulmuşdur. 158 milli federasiya, o cümlədən Azərbaycan Şahmat Federasiyası FİDE-nin üzvüdür (2011). Bayrağı, himni və devizi (“Gens una sumus” –“Biz hamımız bir ailəyik”) vardır. 1980 ildən YUNESKO-nun üzvüdür. Mənzil qərargahı Afinadadır. Rəsmi dilləri: fransız, rus, ingilis, alman və ispan. FİDE kişilər və qadınlar arasında dünya və Avropa çempionatları (şəxsi və komanda), Ümumdünya şahmat olimpiadaları (1927 ildən kişilər və 1957 ildən qadınlar arasında) və başqa böyük yarışlar keçirir.
RISE
RISE - Scotland's Left Alliance (azərb. RISE - Şotlandiyanın Sol Alyansı‎, qısa RISE kimi tanınır) – Şotlandiyada Şotlandiya Sol Layihəsi və Şotlandiya Sosialist Partiyası seçki ittifaqından mövcud olan siyasi partiya. İttifaq Radikal Sol Koalisiya nümunəsi üzərində qurulmuşdur. Partiyanın adı Hörmət (Respect), Azadlıq (Independence), Sosializm (Socialism) and Environmentalizm (Environmentalism) qısaltmasından yaranmışdır. == Tarixi == Şotlandiya Sol Layihəsi oktyabr 2014-də Şotlandiyanın müstəqilliyi üzrə referendumdan sonra onlayn layihə kimi yaranıb. Layihə 2015-ci ilin avqustun 29-da Qlazqonun "Mariott" mehmanxanasında RISE partiyası kimi qeyd olub və ilk konfransını keçirmişdir.
Rinə
Rinə — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Yaşayış məntəqəsinin adı Rünə adından təhrifdir. Oykonimin tərkibindəki Rünə talış dilində «çay kənarı», «çay sahili» deməkdir (Çaykənarı kənd).
Rizə
Rizə — Türkiyənin Rizə ilinin inzibati mərkəzi. == Əhalisi == 2009-cu ilin məlumatına görə il əhalisi 319.569-dur. == Etimologiya == Qədim yazılı mənbələrdə Rhizus (Πιζοῦς) adlandırılan Rizənin yunanca "ριζα" (riza) adındandan gəlir, mənası "dağ ətəyi" deməkdir. Bəzi tarixçilər də adın yunanca düyü mənasını verən rizi (ρύζι) və ya "kök,təməl, əsas" mənası verən Riza (ῥίζα), lazca "düzənliklər" mənası verən İrizeni olduğu deyilir. Şəhərin gürcücə adı "რიზე", lazca adı isə "Rizini"'dir.
Aidə Şahbazova
Şahbazova Aidə Heybət qızı — Azərbaycan dilçi alimi, professor, Bakı Slavyan Universitetinin Rus dili və onun tədrisi metodikası kaferdasının müdiri. == Həyatı == Aida Şahbazova 7 may 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1962-ci ildə M.F.Axundov adına АPRDƏİ-nə daxil olmuş, 1967-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini Rus dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir. Həmin ili M.F.Аxundov adına АPRDƏİ –də müəllimlik fəaliyyətinə başlamışdır. 12 may 1981-ci ildə pedaqoji elmlər nazmizədi, 22 avqust 1984-cü ildə dosent vəzifəsinə layiq görülmüşdür. 1995-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 20 iyun 1997-ci ildə professor elmi adı almışdır. 1991-ci ildə BSU-nun Praktik rus dili kafedrasında, 2003-cü ildə isə Rus dili və onun tədrisi metodikası kafedrasının müdiri işləyir. 39 illik pedaqoji stajı var. 100-ə qədər nəşr olunmuş elmi əsərin, monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir. Ümumtəhsil məktəblər və filologiya fakültəsinin tələbələri üçün hazırlanmış bir çox dərslik və dərs vəsaitlərinin rəyçisi olmuşdur.
Aidə Şirinova
Aidə Rəcəb qızı Şirinova (7 avqust 1959, Bərdə) — Mayor, Qarabağ müharibəsinin iştirakçısı, azərbaycanlı polis. == Həyatı == Aidə Şirinova 7 avqust 1959-cu ildə Bərdə şəhərində anadan olub. 1977-ci ildə Bərdə şəhər 3 saylı tam orta məktəbi bitirib, həmin ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. 1981-ci ildə ali məktəbi bitirib, Bərdə rayon Uşaq gənclər İdman məktəbində metodist vəzifəsində çalışıb. 1992-ci ildə Xocalı soyqırımından sonra hərbi xidmətə gedib. Bərdə Özünü müdafiə batalyonunda (733 nömrəli Hərbi hissə) döyüşüb. 1 iyun 1992-ci ildən 2 dekabr 1992-ci ilə qədər Müdafiə Nazirliyinin Bərdə Özünü müdafiə batalyonunda (733 nömrəli Hərbi hissə) İdman xidməti rəisi, Əsgərlərin sosial müdafiəsi üzrə Komandir müavini vəzifəsində xidmətdə olub. Azərbaycanın Hərb tarixində bu vəzifəyə yüksələn ilk hərbçi qadın olaraq tarixə keçib. 1993-cü il 1 yanvar tarixində Şuşa rayonunun polis şöbəsində, 1994-cü il mart ayından Ağdərə rayonunun polis şöbəsində baş leytenant olaraq xidmət edib. Xidmət etdiyi müddətdə Şuşa və Ağdərə polis şöbələrinin şəxsi heyəti ilə birlikdə torpaqlarımızın bütövlüyü uğrunda [Yuxarı Qarabağda gedən döyüşlərdə, Tərtər rayonun müdafiəsində, o cümlədən keçmiş Şaumyan (hazırkı Goranboy), Gülüstan, Talış, Marağa, keçmiş Marquşavan (hazırkı Şıxarx), Həsənqaya, Aşağı-Yuxarı Çaylı, Ağdərə rayonunun alınmasında və Qırmızı kənd, Kasapet, Dəmirli, Orta kənd, Dranbon, Çıldıran yaşayış məntəqələrində aparılan döyüşlərdə iştirak edib.
Aidə Əmirova
Məşhəd Rizə
Məşhəd Rizə — İranın Rəzəvi Xorasan ostanının Taybad şəhristanının Miyan vilayət bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,307 nəfər və 1,808 ailədən ibarət idi.
Radə Abbas
Radə Abbas (tam adı: Radə Sabir qızı Abbas; 10 avqust 1962, Ağcabədi rayonu) — "Tərəqqi" medalı təltifçisi, Qarabağ Şəhidi Veteran Qadınlar Təşkilatının rəhbəri, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi Türkiyədə fəaliyyət göstərən Engelsiz Dünya Platformunun Azərbaycan təmsilçisi. == Həyatı == Rada Abbas 10 avqust 1962-ci ildə Hacılar kəndində anadan olmuşdur. 1969-1979-cü illərdə Ağcabədi rayon Hacılar kənd orta məktəbini bitirmişdir. 1982-1984-cü illərdə Bakı şəhəri 2 saylı Tibb Texnikom təhsilini almışdır. 2001-2006-cı illərdə Moskva Açıq Unversitetu Bakı filialı Hüquq fakultəsini bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1979 - 1982-ci illərdə — Ağcabədi rayon Lenin kolxozu Briqadir köməkçisi 1982-84-cü illərdə — Bakı 2 saylı tibb texnikomunun feldşerlik fakultəsini bitirmişdir. Oxuduğu müddətdən etibarən 1983 - 1992 M.Topçubaşov adına ETKECİ –da Tibb bacısı işləmişdir 1992-ci ildə — könüllü olaraq müharibəyə yollanıb. Müharibə dövrünün hərbi xidməti Ağdam, Tərtər, Ağdərə bölgələrində olub. Müdafiə Nazirinin əmri ilə müxtəlif hərbi hissələrdə hərbi xidmət keçib. 2001-ci ildə — Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən, səhhəti ilə əlaqədar hərbi xidmətdən tərxis edilib 2001 - 2005-ci illərdə — AVMVB-nin nəzdində Veteran Qadınlar Təşkilatının sədri 2006-cı il – Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri.
Rizə ili
Rizə ili — Türkiyədə il.