Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Riftiya
Riftiya və ya nəhəng borucuqlu qurdlar ? (lat. Riftia pachyptila) — poqonoforlar fəsiləsindən heyvan.
Ruqiyə Sultan
Ruqiyə Sultan (11 noyabr 1906, Konstantinopol – 20 fevral 1927) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. Ruqiyə Sultan 11 noyabr 1906-cı ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Rəşadın böyük oğlu Ziyayəddin Əfəndi, anası isə onun ikinci xanımı Ünsiyar xanımdır. Babası Sultan Rəşadın vəfatından sonra digər ailə üzvləriylə birlikdə atasının Heydərpaşadakı köşkünə köçürüldülər. 5 yanvar 1924-cü ildə Heydərpaşa köşkündə Sokollu Mehmed Paşanın şəcərəsindən Sokolluzadə Əbdülbaki İhsan bəylə (d. 1900 - ö. 20 sentyabr 1968) evləndi. Ancaq nigahdan cəmi 2 ay sonra - 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Ruqiyə Sultan da ailəsiylə birlikdə sürgünə göndərildi. Sürgündəki ilk mənzil Beyrut şəhəri oldu. Cütlüyün yeganə övladı olan Əməl Nuricihan xanım Sultan da 15 iyun 1925-ci ildə məhz burada dünyaya gəldi.
Rəfiyə Sultan (Əbdülməcidin qızı)
Rəfiyə Sultan (d. 7 fevral 1842 — ö. 4 yanvar 1880) — 31. Osmanlı padşahı Əbdülməcidin qızıdır. Rəfiyə Sultan 1842-ci ildə Beşiktaşdakı sarayda dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Gülcamal xanımdır. 1851-ci ildə anasının vəfatının ardından atasının digər xanımı Sərvətsəza xanımın himayəsinə verildi. Sarayda mükəmməl təhsil aldı. Kamança və piano dərsləri ilə yanaşı, ərəb və fransız dilləri üzrə də dərslər aldı. 1854-cü ildə Rəfiyə Sultan bibisi Adilə Sultanın ögey oğlu Əthəm Mahmud Paşa ilə nişanlandı.
Ruqiyə Sultan (IV Muradın qızı)
Ruqiyə Sultan (1639, Topqapı sarayı – 1716, Konstantinopol) — 17. Osmanlı sultanı IV Muradın qızı. Ruqiyə Sultan 1639-cu ildə Topqapı sarayında dünyaya gəldi. Atası Sultan Murad, anası isə Hasəki Ayşə Sultandır. Hələ 1 yaşında ikən atası vəfat etdi və əmisi Sultan İbrahimin taxta çıxmasıyla Ruqiyə Sultan nənəsi Validə Kösəm Sultanın, onun 1651-ci ildə öldürülməsindən sonra isə Validə Turhan Sultanın himayəsinə verildi. Validə Turhan Sultanın istəyilə 1663-cü ildə vəzir Mələk İbrahim Paşayla nigahlanan Ruqiyə Sultanın bu nigahdan 2 qızı dünyaya gəldi. Ərinin 1685-ci ilin dekabrında edam edilməsinin ardından çox yaşamayan Ruqiyə Sultan 1696-cı ilin martında vəfat etdi və cənazəsi Sultan Əhməd türbəsinə atasının yanına dəfn olundu. Ayşə xanım Sultan (ö. 1717) Fatma xanım Sultan (ö. 1727) — 1698-ci ildə Şam bəylərbəyi Bığlı Mehmed Paşayla nigahlandı.
Rəfiyə Sultan (II Əbdülhəmidin qızı)
Rəfiyə Sultan (15 iyun 1891, Konstantinopol – təq. 1938, Beyrut) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı. Rəfiyə Sultan 15 iyun 1891-ci ildə Yıldız sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun abxaz əsilli xanımı Sazkar xanımdır. Digər bacı və qardaşları kimi Yıldız sarayında mükəmməl təhsil aldı. Atasının səltənətinin son illərində müşir Əhməd Əyyub Paşanın oğlu Əli Fuad bəylə (d. 1887 — ö. 1953) nişanlandı. Ancaq 1909-cu ildə atasının taxtdan endirilməsinin ardından ailəsiylə birlikdə Salonikiyə sürgünə göndərildi.
Rəfiyə Sultan (Sultan Əbdülməcidin qızı)
Rəfiyə Sultan (d. 7 fevral 1842 — ö. 4 yanvar 1880) — 31. Osmanlı padşahı Əbdülməcidin qızıdır. Rəfiyə Sultan 1842-ci ildə Beşiktaşdakı sarayda dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Gülcamal xanımdır. 1851-ci ildə anasının vəfatının ardından atasının digər xanımı Sərvətsəza xanımın himayəsinə verildi. Sarayda mükəmməl təhsil aldı. Kamança və piano dərsləri ilə yanaşı, ərəb və fransız dilləri üzrə də dərslər aldı. 1854-cü ildə Rəfiyə Sultan bibisi Adilə Sultanın ögey oğlu Əthəm Mahmud Paşa ilə nişanlandı.
Tiğiyə (Nəmin)
Tiğiyə (fars. تيغيه‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 215 nəfər yaşayır (44 ailə).
Hüseyn Rıfqı Tamani
Hüseyn Rıfqı Tamani (1750, Krım xanlığı – 1817, Mədinə, Həbəşistan əyaləti) — Baş Xoca (rektor), mühəndis, yazıçı. 19-cu əsrin əvvəllərində Osmanlı imperiyası müasir riyaziyyat tədqiqatlarında fəal adlardan biri idi. Bərr-i-Hümayunun Mühəndislikxanasının qurucu təhsil heyətində iştirak etmiş və 1806-1816-cı illər arasında baş müəllim vəzifəsini öz üzərinə götürmüşdür. Çağdaş mexanikanın Osmanlıya köçürülməsi üçün çalışdı; Tərcümə və çap etdirdiyi əsərlərlə müasir Qərb elminin Türkiyəyə gətirilməsinə öncülük edən bir elm adamıdır. Riyaziyyat sahəsində yazdığı əsərlər həm Mühəndislikxana, həm də Hərbi Akademiyada tədris olunurdu. == Həyatı == 1750-ci illərdə Krımın Taman bölgəsində anadan olmuşdur. İstanbula nə vaxt gəldiyi məlum deyil. Yaxşı bir təhsil almış Tamani, İmperiyada ilk təhsil verən Bərr-i-Hümayunun Mühəndislikxanasının qurucu müəllim heyətini meydana gətirmək üçün 1794-cü ildə Müdərris Əbdürrəhman Əfəndi və birinci xəlifə İbrahim Kami Əfəndidən sonra ikinci xəlifəliyə təyin edildi. 1801-ci ildə professorluq dərəcəsinə yüksəldi. Həm də imperatorluğun müxtəlif bölgələrində mühəndis vəzifəsində çalışıb.