Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rical
Rical — Ərəb dilində "insanlar" mənasını versə də hədis üsulu elmində hədisləri rəvayət edən ravilər haqqında işlədilən ümumi ifadə, ravilərinin şəxsiyyətini tədqiq edən elmdir. Hədis Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Riyal
İran rialı — İranın pul vahidi. Qatar rialı — Qatarın pul vahidi. Oman rialı — Omanın pul vahidi. Səudiyyə Ərəbistanı rialı — Səudiyyə Ərəbistanının pul vahidi. Yəmən rialı — Yəmənin pul vahidi.
Şimal
Şimal və ya Quzey — Yer kürəsinin coğrafiyasında dörd əsas istiqamətdən biridir. Səmtləri müəyyənləşdirən kompasda cənubun əksi kimi qəbul edilib. Coğrafiyanın təkmilləşməsi dövründə "Şimal" "soyuq iqlim" kimi başa düşülürdü. Azərbaycan dilində şimal Coğrafiyada "Ş", beynəlxalq işarələmədə "N" ilə işarələnir.
Ramal
Ramal — ad. Ramal Hüseynov — Azərbaycan futbolçusu. Ramal Aslanov — Azərbaycan kikboksçusu. Ramal Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Ramal Amanov — Boksçu, 3 dəfə dünya, 1 dəfə avropa çempionu. Ramal İsrafilov — Azərbaycanlı müğənni, bəstəkar. Digər Ramal (Ucar) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.
Rial
İran rialı — İranın pul vahidi. Qatar rialı — Qatarın pul vahidi. Oman rialı — Omanın pul vahidi. Səudiyyə Ərəbistanı rialı — Səudiyyə Ərəbistanının pul vahidi. Yəmən rialı — Yəmənin pul vahidi.
Mahalanqur Himal
Mahalanqur Himal (nep. महालङ्गूर हिमाल , Mahālaṅgūra himāla) — şimal-şərqi Nepal və cənub-mərkəzi Tibetdə yerləşən Himalayda dağ silsiləsi. Buraya Yer kürəsinin altı ən yüksək zirvəsindən dördü: Everest dağı, Lhotse, Makalu və Ço Oyu daxildir. Tibet tərəfdən Ronqbuk və Kanqşunq buzlaqları, Nepal tərəfində Barun çayı, Nqojumba və Xumbu buzlaqları ilə əhatə olunub. Mahalanqur Himal üç hissəyə bölünə bilər: Makālu (nep. मकालु ) – Makalu (8463 m), Çomo Lonzo(7790 m) və 6000 metrdən yuxarı 10 pik daha daxil olmaqla Nepal-Çin sərhəddi və Arun çayı sahilləri; Barun (nep. बरुण , Baruṇa) – Nepal daxilindəki və Makālu hissəsinin cənubundakı ərazi. Buraya Çamlanq (7319 m), Baruntse (7129 m), Ama-Dablam (6812 m) və 6000-dən hündür 17 zirvə daxildir. Xumbu (nep. खुम्बु ) – Makalu hissəsinin qərb tərəfində beynəlxalq sərhəd boyunca, Everest massivi: Everest (8848 m), Lhotze (8516 m), Nuptze (7855 m) və Çanqze (7580 m) də daxil olmaqla ərazilərə verilən addır.
Nəsimi-Şimal
"Nəsimi-Şimal" — Qacar İranında nəşr olunmuş qəzetlərdən biri. Məşrutə dövrünün satirik-ədəbi orqanlarından biri idi. Əşrəfəddin Gilani tərəfindən əvvəlcə Rəştdə, sonra da Tehranda nəşr olunmuşdur. Rəşt şəhəri İranın şimalında yerləşdiyinə görə Əşrəfəddin Gilani çıxardığı qəzeti "Şimal küləyi – nəsimi" adlandırmışdır. O, qəzetinin hər bir işini özü təkbaşına görürdü. Səid Nəfisi "Sepido siyah" jurnalında Əşrəfəddin Gilani haqqında məqaləsində yazırdı ki, "...o, xalqın içindən çıxdı, xalqla yaşadı və xalqın içində itib batdı... Hər gün, hər gecə yazırdı, həftə ərzində yazdığı şeirləri çap edib xalqa çatdırırdı. İyirmi ilə yaxın hər həftə "Nəsimi-Şimal"ı Tehranın ən kiçik mətbəələrindən birində dörd xırda səhifədə nəşr edib yaydı… belə gün olmazdı ki, bu qəzet Tehranda bir vəlvələ salmasın. Hökumətlər artıq onun əlindən zara gəlmişdilər..." "Nəsimi-Şimal" qəzetinin əksər səhifələri şeir nümunələrindən ibarət idi. Qəzetdə əsas yeri onun təsisçisi Əşrəfəddin Gilaninin satirik məzmunlu şeirləri tuturdu.
Ramal (Ucar)
Ramal — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Əhalisinin sayı 2009-cu ildə 780 nəfər olub. Kəndin adının ərəb dilindəki rəml (qum) sözündən olub, "qumlaq, qumlu yer" mənasını ifadə etməsini güman etmək olar.
Ramal (kənd)
Ramal — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Əhalisinin sayı 2009-cu ildə 780 nəfər olub. Kəndin adının ərəb dilindəki rəml (qum) sözündən olub, "qumlaq, qumlu yer" mənasını ifadə etməsini güman etmək olar.
Ramal Amanov
Ramal Amanov (tam adı: Ramal Rəsul oğlu Amanov) — Boksçu, 3 dəfə dünya, 1 dəfə avropa çempionu. 2005 Dünya Həvəskar Boks Çempionatında, Amanov yüngül çəkidə gümüş medal qazanıb, yarımfinalda İtaliya Domeniko Valentinosunu məğlub edib, Kubalı Yordenis Yuqasa udaraq, finala yüksəlib. Qızıl medal qazanıb. 2006-ci ildə Amanov "Ənvər Çoudri" Kubokunda qızıl medal qazanıb, final görüşündə Türkiyə idmançı Aydın Səlçuku məğlub edib. 2007-cu il Dünya Çempionatında o, Daudanı məğlub edib, lakin son nəticədə Frenki Gevinə məğlub olub. Gümüş medalla kifayətlənib. 2008 ci ildə İtaliyada birinci Avropa oyunlarında Georgian Popescunu məğlub edib, yarım finalda Miklos Vargaya məğlub olmuşdur. Bürünc medal qazanıb.
Ramal Aslanov
Rəmal Əli oğlu Aslanov (1 mart 1992, Çənlibel, Şəmkir rayonu; daha çox Ramal Aslanov olaraq tanınır; ləqəbi: Lord) — Azərbaycan kikboksçusu. O, kikboksinq üzrə dünya kəmərinin sahibi, 12 qat Azərbaycan, 3 dəfə dünya və Avropa çempionu, "Əməkdar idman ustası", Azərbaycan Kikboksinq Federasiyasının vitze-prezidenti və kapitanı, eləcə də Azərbaycan Prezidenti mükafatçısıdır. Ramal Aslanov 1 mart 1992-ci il tarixində Şəmkir rayonunun Çənlibel kəndində anadan olmuşdur. O, əslən Ermənistanın Vardenis rayonundandır. Aslanovun bir bacısı var. O, orta məktəbdə oxuyarkən həkim olmaq istəmiş, lakin sonra kikboksinqdə çempionluqlar qazandıqca, dərslərdən uzaqlaşmağa başlamışdır. Aslanov 2009-cu ildə orta məktəbi, 2014-cü ildə isə Azərbaycan Dövlət İdman Akademiyasını bitirmişdir. O, 2014–2015 illərdə həqiqi hərbi xidmətini Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının idman komandasında keçmişdir. Ramal Aslanov 2004-cü ildə cəmi bir həftə muay tay təlimləri keçmiş, həmin il isə kikboksinq üzrə məşqlərə başlamışdır. Onun ilk və son məşqçisi əməkdar məşqçi Hakim Hacıyev olmuşdur.
Ramal Hüseynov
Ramal Hüseynov (16 dekabr 1984, Hayrabolu, Türkiyə) — Azərbaycan futbolçusu. 16 dekabr 1984-cü ildə doğulan Ramal Hüseynov Qarabağ, Neftçi və Bakı klublarının formasını geyinib. Ramal 2008/2009 mövsümünün ikinci yarısında "Bakı"dan "Kocaelispor"a icarəyə verilmişdi. Türkiyənin Kocaelispor komandasının heyətində 2008/2009 mövsümündə Türkiyə Super Liqasının sonuncu – 34-cü turunda 81 dəqiqə oynamış və 1 qol vurmuşdur. 2009/2010 mövsümündə Standard Sumqayıt klubunda çıxış etmişdir.
Ramal Məmmədov
Ramal Qasımov
Ramal İsrafilov
Ramal İsrafilov (15 iyun 1985, Şamaxı) — Azərbaycanlı müğənni, bəstəkar. İsrafilov Ramal 1985-ci il, iyun ayının 15-i Şamaxı şəhərində musiqiçi ailəsində dünyaya göz açıb. Valideynlərinin dediyinə görə 3 yaşında olarkən pianoda ilk dəfə "Cücələrim" mahnısını ifa edib. 1991-ci ildə Şamaxı şəhər 5 saylı orta məktəbə daxil olub. 1993-cu ildə ilk dəfə Türkiyənin Rize şəhərində Sarımsaq festivalı adlı konsert proqramında çıxış edib. 1997-ci ildə təhsilini davam etdirmək üçün Bakı şəhəri Bülbül adına orta ixtisas musiqi məktəbinin xanəndə sinfinə daxil olub. 1998-ci ildən 2000-ci ilə qədər Bakı şəhərindəki "Səyyah" folklor ansamblında solist kimi fəaliyyət göstəib. Bir çox böyük səhnələrdə həmin ansambl ilə çıxış edib. 2001-ci ildə təhsil aldığı məktəbi bitirib. 2002-ci ildə görkəmli Azərbaycan bəstəkarı Vaqif Gərəyzadənin yaratdığı "Aypara" vokal qrupuna dəvət olunub.
Riman həndəsəsi
Riman həndəsəsi (elliptik həndəsə) — qeyri-Evklid həndəsələrindən biri; Evklid həndəsəsinin aksiomlarından fərqli aksiomlara əsaslanan həndəsi nəzəriyyə. Üçölçülü Riman həndəsəsinin əsas obyektləri (elementləri) nöqtə, düz xətt və müstəvi, əsas anlayışları isə aidlik (nöqtənin düz xəttə və müstəviyə aidliyi), tərtib (məsələn, düz xətt üzərində nöqtələrin tərtibi və ya müstəvidə götürülmüş nöqtədən çıxan düz xətlərin tərtibi) və fiqurların konqruyentliyidir. Riman həndəsəsi Bernhard Rimanın "Ueber die Hypothesen, welche der Geometrie zu Grunde liegen" (Həndəsənin əsaslandığı fərziyyələr haqqında) adlı ilk mühazirəsində ifadə etdiyi nəzəri baxışların əsasında formalaşmışdır. Riman həndəsəsi R3 fəzasındakı səthlərin diferensial həndəsəsinin çox geniş və mücərrəd bir ümumiləşməsidir. Riman həndəsəsinin inkişafı səthlərin həndəsəsi və onların geodezik əyrilərin (geodeziklərin) davranışı ilə bağlı müxtəlif nəticələrin sintezi, daha yüksək ölçülü diferensiallanan çoxobrazlıların tədqiqində tətbiq oluna bilən üsulların meydana çıxmasıyla nəticələndi. O, Eynşteynin ümumi nisbilik nəzəriyyəsinin formalaşmasına imkan verməklə yanaşı qrup nəzəriyyəsi və təqdimat nəzəriyyəsinə, eləcə də riyazi analizə dərin təsir göstərdi və cəbri və diferensial topologiyanın inkişafına təkan verdi. Riman həndəsəsi ilk dəfə 19-cu əsrdə Bernhard Riman tərəfindən ümumiləşmiş formada irəli sürmüşdür. O, metrik xassələri nöqtədən nöqtəyə dəyişən genişhəcmli həndəsi aralıqlarla, o cümlədən qeyri-Evklid həndəsəsinin standart növləri ilə məşğul olmuşdur. Hər bir hamar çoxobrazlı Riman metrikasını qəbul edir ki, bu da bir çox hallarda diferensial topologiya məsələlərini həll etməyə kömək edir. Həmçinin o (dörd ölçüdə) ümumi nisbilik nəzəriyyəsinin əsas obyektləri olan psevdo-Riman çoxobrazlılarının daha mürəkkəb strukturu üçün giriş səviyyəsi kimi yararlıdır.
Riman inteqralı
Riemann inteqralı — riyaziyyatın həqiqi analiz olaraq bilinən sahəsində bir intervalda təyin edilmiş funksiyaların inteqralını hesablamağa istiqamətlənmiş ilk tam qaydadır. Adını Bernard Riemandan alan anlayış nəzəri məqsədlər üçün çox da rahat deyilsə də, çox asan anlaşıla bilir. f {\displaystyle f} , [ a , b ] {\displaystyle [a,b]} intervalında bir həqiqi qiymətli funksiya və S = { ( x , y ) | 0 < y < f ( x ) } {\displaystyle S=\{(x,y)|0<y<f(x)\}} , f {\displaystyle f} funksiyanın altında və [ a , b ] {\displaystyle [a,b]} intervalının üstündə qalan müstəvi səthi olmaq şərtiylə ∫ a b f ( x ) d x {\displaystyle \int \limits _{a}^{b}f(x)\,dx} ifadəsi bu sahəni təyin etmək üçün istifadə edilir.
Rimas Kurtinaytis
Rimas Kurtinayts (lit. Rimas Kurtinaitis; 15 may 1960, Kaunas) — SSRİ və Litva basketbolçusu və basketbol məşqçisi. Olimpiya və Avropa çempionu. "Sabah" klubunun baş məşqçisi. 2002-2006-cı illərdə Azərbaycanda işləmiş, Azərbaycan millisinin və "Qala"nın baş məşqçisi olmuşdur. Ruta ilə evlilikdən Gedryus adlı oğlu və Laura adlı qızı var. Oğlu basketbolçu, qızı isə hüquqşünasdır. 1985 - "Əmək igidliyinə görə" medalı.
Rəmal Gülüşov
Rəmal Qasımov
Şimal gönlücəsi
Şimal gönlücəsi (lat. Eptesicus nilssonii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin gönlücə cinsinə aid heyvan növü. Orta ölçülü növdür (kütləsi 8,0 – 14,5 q, bədəninin uzunluğu 50-60 mm, quyruğun uzunluğu 39-47 mm, qulaqların uzunluğu 12-15 mm, bazusu 37,5-43,0 mm-dir). Qulaqları nazik dərilidir. Qulağın qısa dəri çıxıntısının orta hissəsi enlidir. Qanadları nazik, ucları isə itidir. Xəzi sıx, nisbətən uzun və yumşaqdır. Bədənin üst hissəsində ikirəngli (qızılı çalarlı tünd qonur) alt hissəsidə noxudu bozdur. Bütün Şimali Avroasiyada yayılmışdır. Arealın cənubunda hər yerdə nadirdir.
Şimal qarqarı
Şimal qarqarı (lat. Caracara cheriway) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qarqar cinsinə aid heyvan növü.
Şimal sümürgəsi
Şimal sümürgəsi (lat. Asplenium septentrionale) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü. Çoxillik kiçik bitkidir. Kökümsovu qısadır. Yarpaqları qalın dərilidir, çılpaqdır, uzun saplaqda rozetlə birgə kökümsovlardan çıxır. Yarpaqların saplağı nazikdir, şırımlıdır. Yarpaqlar saplağın orta hissəsindən yuxarıda 2-5 ədəd xətvari-dartıllmış saplaqcıq üzərində olan seqmentlərə bölünmüşdür; seqmentlər sivriləşmiş, tamkənarlı və yaxud uc hissədə ensiz dilimli olub, çəngəlvaridir. Sorusları yarpaqların aşağı tərəfinin bütünlüklə örtür; örtükləri tamkənarlıdır; sporlar qonur rənglidir, oval-böyrəkşəkillidir. İyul-avqust aylarında sporlayır. BQ qərb, KQ şimal, KQ mərkəzi, Nax.
Şimal sərçəsi
Şimal sərçəsi (lat. Plectrophenax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin calcariidae fəsiləsinə aid heyvan cinsi.
Şimal Azərbaycan
Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Şərqi Avropa və Qərbi Asiyanın sərhəddində yerləşən transkontinental ölkə. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində, Cənubi Qafqazda yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın eksklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) 1988–1994-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş və burda heç bir ölkə tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikası yaradılmışdır. Uzunsürən sülh danışıqları nəticəsiz qalmış və 2020-ci il 27 sentyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatı ilə torpaqların bir hissəsi azad edilmiş və 10 noyabr Bakı vaxtı ilə 01:00-da imzalanan üçtərəfli bəyanat ilə başa çatmışdır. 19 sentyabr 2023-cü ildə Qarabağ tam olaraq Azərbaycanın nəzarətinə keçmişdir. Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir.
Rıçal-su
Rıçal-su - xloridli-hirdokarbonatlı müalicəvi mineral süfrə suyudur. Suyun mənbəyi Cənubi Dağıstan dağlarıdır. Suyun hündürlüyü 1120 m Çnal Xiv rayonu kəndi yaxınlığındadır. Suyu 1862-ci ildən istehsal olunur. Rıçal çayı özü mənbəyini bu sudan götürür. Çay Dağıstanın [[Xiv rayonu] rayonunun mərkəzindən keçir. Çayın eni 25-50 m, dərinliyi isə 1,75 m-dir. Çayın ətrafı meşə ilə örtülmüşdür. Suyun mənbəyində sahəsi 500 ha olan təbii qoruq mövcuddur. Burada diametri 200-250 km-də heç bir yaşayış yoxdur.
Rıçal çayı
Rıçal çayı — Mənbəyi Cənubi Dağıstan dağlarındakı Tsmur kəndində – 1120 metr hündürlükdə yerləşir. Su 1862-ci ildən axır. Bulaq sularının axıb töküldüyü Rıçal çayı (hazırkı rəsmi adından fərqli olaraq, çayın əsl adı “Rçal-vats”dır) Dağıstanın Süleyman-Stalski rayonunun təxminən mərkəzindən keçir.