Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rind
Rind (erm. Ռինդ) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazsində kənd.
Randy Jackson
Rendi Cekson — (ing. Randall Darius Jackson, 23 iyun, 1956) — Amerika musiqiçisi, basist, vokalçı, prodesur, radio aparıcısı. Randy Cekson məşhur pop müğənisinin qardaşıdır.
Rindü-zahid
Rindü-zahid - Məhəmməd Füzuli tərəfindən, fars dilində yazılmış tərbiyyəvi xarakterli, nəsrlə yazılmış iki baxışın dialoqudur. Füzulinin “Rindü-zahid” əsəri gənclərin və yeniyetmələrin peşə seçmələri, elm və təhsilə yiyələnmələri, tərbiyə məsələləri baxımından diqqəti çox cəlb edir. Əsər fars dilində ata və oğlunun mükaliməsi şəklində nəsrlə yazılmış irihəcmli bir hekayədir. Hər bir mükalimənin nəticəsi kiçikhəcmli şeirlə yekunlaşır. Əsəri diqqətlə oxuduqda gözümüz qarşısında dolğun pedaqoji mənzərə canlanır. Tarixin bütün dövrlərində və bu gün də cəmiyyət qarşısında duran gənclərin tərbiyəsi, elm, savad qazanması, peşəyə yiyələnməsi və gələcəyini müəyyən etməsi diqqət mərkəzində olmuşdur. “Rindü-zahid” əsəri də tamamilə bu məsələyə həsr olunmuşdur. Əsərdəki maraqlı cəhətlərdən biri budur ki, şair bütün bu tərbiyə məsələləri fonunda dövrünün eybəcərliklərini, adi adamların ağır vəziyyətdə yaşamasını, dövlət məmurlarının öz vəzifələrindən istifadə edərək çoxlu sərvət toplamalarını, xalqı soymalarını çox ustalıqla ifşa edir. Əsərin həm mükalimə üslubunda yazılması, həm də peşə-sənət seçiminə, tərbiyə məsələlərinə həsr olunması bədii bir priyomdur. Şair bu üsuldan istifadə edərək öz tənqidlərini bildirir, həm də özünü köhnəpərəst, mühafizəkar, qatı dindarlardan, yüksək rütbəli məmurlardan mühafizə edir.
Rinay Malakofauna Muzeyi
Rinay Malakofauna Muzeyi Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov 2A ünvanında yerləşir. Muzeydə nümayiş olunan eksponatlar okeanın dərinliklərindən toplanıb. 1932-ci ildən Sadıq Qarayev dəniz və okean faunasını əks etdirən bu kolleksiyanı toplamağa başlayıb. 1986-ci ildə Sadıq Qarayevin oğlu, geologiya-mineralogiya elmləri namizədi, professor Tofiq Qarayev atasının yolunu davam etdirərək muzeyi yaradıb. Muzey rəsmi olaraq 1989-cu ildə təşkil edilmiş. T. Karayev 1986-ci ildə yaradılan muzeyin tarixçəsi barədə danışır: “Atam Sadiq Karayev 1932-ci ildən 1937-ci ilə qədər İngiltərədə və ABŞ-da neft üzrə ekspert işləyib. O zaman milyonçular müxtəlif pullar, markalar, şəkillər yığırdılar. Atam neftçi olduğundan molyuska qabıqları toplayırdı.Hər ezamiyyətdən gələndə bir çamadan molyuska qabığı gətirərdi. Həmin çamadan hazırda Tarix Muzeyindədir”. Muzeyin ümumi kolleksiyasında 5 minə yaxın eksponat toplanıb.4 mindən çoxu Heydər Əliyev Fonduna bağışlanıb.
Bindi
Hindli qadınların alınlarında qara, qızmızı rəngli xalı qədimdən gəlmə bir milli makiyaj forması kimi bir şey olduğunu düşünürlər, amma bu heç də adi bir makiyaj forması deyil. Qədimdən indiyədək gəlib çatan hind inanclarına görə, alının orta qismi ruhun insan bədənindəki yeri və yaxud 3-cü gözün olduğu yer olaraq qəbul edilir. Hindli qadınların alınlarında gördüyümüz bu xala "bindi" deyilir. "Bindi" əsasən, iki rəngdə olur: qara və qırmızı rənglərdə. Subay qadınlar alınlarına qara, evli qadınlar isə alınlarına qırmızı rəngli "bindi"lər (nöqtə) qoyurlar. Meditasiya halında həyat yaşayan hindlilər alınlarının ortasında olan "bindi"nin açılmasına ümid edirlər. Yəni, "bindi" müəyyən mənada, ruhi səfərin də simvoludur. "Bindi" – "Bindu" sözündən törəmiş, sanskritcədən "nöqtə" mənasını verir. Ümumuyyətlə, "bindi" olaraq, hal-hazırda, əsasən, qara və narıncı rənglərdən istifadə edilir. Hindli qadınların alınlarına yapışdırdıqları "bindi" adı verilən xalın eyni zamanda mənfi düşüncələrdən qoruma xüsusiyyəti olduğuna da inanılır.
Birdy
Jasmin van den Boqard (15 may 1996) — Birdy təxəllüsü ilə tanınan Britaniya müğənnisi. == Bioqrafiya == Jasmin van den Boqard 15 may 1996-cı ildə, Layminqton şəhərində anadan olmuşdu. Anası pianoçu olduğundan, Jasmin artıq 7 yaşından pianoda ifa edə bilir, 8 yaşından isə artıq öz mahnılarını yazırdı. Birdy təxəllüsü — (ing. quşcuğaz) valideynlərindən ona verilən addır.
Hindi
Hindilər (ing. Indians), həmçinin yerli amerikalılar (ing. Native Americans), Amerika hindiləri (ing. American Indians), qırmızı dərililər (ing. Red skins) və ya qırmızı hindilər (ing. Red Indians) — Amerikanın yerli əhalisinin, Amerika qitəsinin, Cənubi və Şimali Amerikanın yalnız bəzi rayonlarında qalan ən qədim yerli əhalisini təşkil edən tayfa və xalqların ümumi adı. Adları Xristofor Kolumb və başqalarının (15-ci əsr) Amerikanı səhvən Hindistan güman etmələri ilə əlaqədar yaranmışdır. Dil baxımdan bir-biriylə qohum olmayan iki ayrı əsas qrupa bölünürlər: Sibir mənşəli na-dene dilləri və na-dene istisna olmaqla özündə bütün hindi dillərini ehtiva edən amerind dilləri. Alyaska yerliləri adı Alyaskada yaşayan eskimos-aleut xalqlarını və hindiləri topluca xarakterizə etmək üçün istifadə edilir. ABŞ-nin digər əyalətlərində "Native Americans", "American Indians" ya da qısaca olaraq "Indians" adlanırlar.
Hindu
Hindlilər, hindu, hindistanlı — Hindistanın milli, dini və kasta mənsubiyyətindən asılı olmayaraq əsl yerli əhalisinin ümumi adı .
Jindi
Jindi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 278 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki jin (aşağı) və di (kənd) sözlərindən düzəlib, "aşağı kənd" mənasındadır.
Kindi
Əbu Yusif Yaqub ibn İshaq ibn Səbbah əl-Kindi (ərəb. أبو يوسف يعقوب إبن إسحاق الكندي‎; təq. 801[…], güm. Kufə, Abbasilər xilafəti[…] – təq. 873[…], Bağdad, Abbasilər xilafəti) — ərəb filosofu. == Həyatı == Əl-Kindi, Kufədə Məhəmmədin müasirləri olan Əl-Əşas ibn Qeys nəslindən olan Kinda qəbiləsinin aristokrat ailəsində anadan olmuşdur. Bu nəsil Əbdülrəhman ibn Məhəmməd ibn əl-Əşasın üsyanından sonra gücdən düşməsinə qədər erkən İslam dövründə Kufə qəbiləsinin zadəganlığının ən görkəmli ailələrindən aid idi. Atası İshaq Kufənin valisi idi və əl-Kindi ilkin təhsilini orada almışdı. Daha sonra təhsilini başa çatdırmaq üçün Bağdada getdi, burada Abbasi xəlifələri əl-Mamun (813–833-cü illər) və əl-Mütəsim (833–842) tərəfindən himayə olundu. Elmlərə meylini nəzərə alan xəlifə əl-Məmun onu Bağdadda Yunan fəlsəfi və elmi mətnlərinin tərcümə edilməsi üçün onun tərəfindən qurulan Hikmət Evinə təyin etdi.
Linda
Linda — ad. Linda Torres — ABŞ aktyor. Linda Co Rizzo — İtalyan əsilli ABŞ ifaçısı, prodüseri, bəstəkarı və aktrisasıdır. Linda Lavleys — əsasən Linda Lovelace kimi tanınan amerikalı pornoqrafik film aktrisası Linda De Rocco — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. Linda Hamilton — ABŞ-lı aktrisa. Digər Linda (Suxumi) — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Kvemo Linda — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd.
Lindl.
Con Lindli (Con Lindley) (ing. John Lindley; 5 fevral 1799[…] – 1 noyabr 1865[…], Ternem-Qrin[d], Böyük London) – İngiltərə botaniki.
Lindm.
Karl Aksel Maqnus Lindman (isv. Carl Axel Magnus Lindman; 6 aprel 1856, Halmstad[d] – 21 iyun 1928, Adolf-Fredrik[d], Stokholm leni[d]) — İsveç botaniki və rəssamı.
Qrind
Qrind (lat. Globicephala) — Delfinlər sinfinə daxil olan heyvan cinsi. Cinsə iki növ daxildir: Adi qrind (Globicephala melas) və Qısaüzgəc qrind (Globicephala macrorhynchus). «Qrind» sözü Farer dilindən götürülmüşdür. Qrindlərin uzunluqları 3,6 - 8,5 metr arasında dəyişir. Çəkiləri 800 kq olsa da bəzən 3 tonu keçə bilir. Ağ ləkələr istisna demək olar ki, qara rəngdə olur. Hər iki növ bir birindən əsasən üzgəclərinə görə fərqlənirlər. Qısaüzgəc qrindlərdə hər çənədə 14-18 diş, Adi qrindlərdə isə hər çənədə 16-26 arası diş olur. Osa və Qısaüzgəc qrindlər nadir məməlilərdəndir ki (insanda daxil), dişiləri Menopauza dövrü keçirir və bu uzun on illiklər boyu təkrarlanır.
Riniya
Riniya (lat. Rhynia) — bitkilər aləminin riniopsidlər sinfinin riniyaçiçəklilər dəstəsinin riniyakimilər fəsiləsinə aid bitki cinsi.
Rinka
Rinka adası (ind. Pulau Rinca) — İndoneziyanın ərazisinə daxil olan ada. Sahəsi 198 km² təşkil edir. Kiçik Zond adalarına daxil olan Komodo və Sumbava adaları arasında yerləşir. Birincisindən Lintax boğazı, ikincisindən isə Molo boğazı ilə ayrılır. Adanın təbiəti rəngarəngdir. Burada meymun koloniyaları, vəhşi öküzlər, marallar və qartallar yaşayır. Komodo varanının adada sayı 1300 baş təşkil edir. Ada Komodo Milli Parkı ərazisinə daxildir.
Rəndə
Rəndə — taxtanın qatlarını siyirərək yonmaq üçün nəzərdə tutulmuş əl aləti. Rəndədən, taxta məmulatlarının üzərinin düzlənmə, ensizləmə, yumrulama və ümumiyətlə lazımı formaya salmaq və onlara lazımı hamarlıq vermək üçün yararlanırlar. Əl və mexaniki rəndələr olur.
İrind
İrind - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal-şərqdə yerləşir. Toponim türk dilində «dağın gün düşən tərəfi» mənasında işlənən ir sözü ilə «daxma, koma», «mağara», «kaha» mənasında işlənən in sözünün birləşməsindən əmələ gəlib «dağın gün düşən tərəfi olan mağara, kaha, koma yanındakı kənd» mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kənddə 1831-ci ildə 29 nəfər, 1873 - cü ildə 179 nəfər, 1886-cı ildə 322 nəfər, 1897-ci ildə 352 nəfər, 1908-ci ildə 239 nəfər, 1914 - cü ildə 253 nəfər, 1916-cı ildə 231 nəfər, 1918-ci ilin yanvarında 239 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndi ermənilər yaşayır. İrind GEOnet Names Server-də. Report of the results of the 2001 Armenian Census Kiesling, Rediscoving Armenia, p.
İriney
İrinéus (yun: Εἰρηναῖος) (təq. 130[…], İzmir – təq. 202[…], Lion) – ilk kilsə atalarından, ilahiyyatçılarından və apologetlərindən biri. Onun əsərlərinin xristian ilahiyyatının formalaşmasına böyük təsiri olmuşdur. Rəvayətlərə görə o erkən Xristianlığın məşhur nümayəndəsi, Həvari Yuhənnanın tələbəsi Polikarpdan dərs almışdır. İrineus II yüzilliyin birinci yarısında doğulmuşdur. Onun dəqiq anadan olma tarixi bilinmir, 115-125-ci illər arasıdır. Doğum yeri kimi də Smirna (İzmir) şəhəri ehtimal olunur. Bir çox başqa xristian xadimlərindən fərqli olaraq o xristian ailəsində tərbiyə almış, bu dini sonradan qəbul etməmişdir. İmperator Mark Avreliusun (161–180) dövründə İrineus Lion şəhərində keşiş idi.
Rinit
Rinit (yun. ῥίς, ῥινός - "burun") — burun boşluğu selikli qişasının qıcıqlanması və iltihabı. Ümumi simptomları — burun tutulması, asqırma və burun axıntısıdır. İltihab viruslar, bakteriyalar, qıcıqlandırıcılar və ya allergenlərdən qaynaqlanır. Rinitin ən çox rast gəlinən növü allergik rinitdir, adətən toz və tük kimi havada olan allergenlər səbəb olur. Allergik rinit asqırma və burun qaşınması, öskürək, baş ağrısı, yorğunluq, halsızlıq və koqnitiv pozuntu kimi əlavə simptomlara səbəb ola bilər. Allergenlər gözlərə də təsir edə bilər, gözlərdə sulanma, qızartı və ya qaşınma, göz ətrafında şişlik yarada bilər. Əvvəllər qeyri-allergik rinit diaqnozu qoyulmuş bir çox insanda əslində yerli allergik rinit ola bilər. Əsas simptomları burun axıntısı, tutulması, tez-tez asqırmaq, tənəffüsün çətinləşməsi, burunda və boğazda qızartı, qaşıntı, qıcıqlanma və s. kəskin rinit.
Feyzi Hindi
Əbül-Feyz ibn Şeyx Mübarək əl-Məhdəvi (d.24 sentyabr 1547 - ö. 5 oktyabr 1595)— Hindistan şairi. == Həyatı == Əbülfeyz 24 sentyabr 1547-ci ildə Aqrada (Əkbərabad) doğuldu. Ailəsi Ərəb əsilli olub, Yəməndən Sində, daha sonra da Hindistana köç edərək Racastandakı Nagora yerləşmişdi. 1505-ci ildə burada dünyaya gələn atası Şeyx Mübarək ibn Xızır gəncliyində Qucarata gedib Əbül-Fazl-ı Kazəruni və Mövlanə İmad-i Lari kimi tanınmış alimlər yanında təhsil gördü. 1543-cü ildə getdiyi Aqrada evləndi. Feyzi təhsilini atasının yanında aldı. İmamiyyə şiəsinə mənsub olan ata ilə oğul mülhidliklə ittiham edilərək öldürülmələrinə qərar verildi. Ölümdən ancaq gizlənərək qurtula bilən Feyzi və Şeyx Mübarək, Əkbər şahın süd qardaşı Mirzə Əziz vasitəsiylə Əkbərlə tanış olma imkanını tapdılar (1566). Əkbər tərəfindən çox yaxşı qarşılanan Feyzi yazdığı bir qəsidə ilə hökmdarın könlünü fəth etdi və saraya alındı.
Fiji Hindi
Fici Hindisi — Ficidə hind mənşəli əhalinin danışdığı dil. Dil fici, hind, holland və afrikaans dillərinin sözləri əsasında yaranıb. Dildə həmçinin çoxsaylı ingilis dili sözləri də var və şərqi hind dialektinə aiddir. Dilin spesifikliyi dildə cingiltinin olmasıdır.
Kvemo Linda
Kvemo Linda — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Çalbaşı çayının sol tərəfində, dəniz səviyyəsindən 200 m yüksəklikdə, Suxumidən 10 km uzaqlığta yerləşir. 2008-ci ildən Rusiya Federasiyası tərəfindən işğal edilmişdir. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, X cild, səh.
Rondo
Rondo (fr. rondeau "dairə" " dairəvi hərəkət") — bir mövzunun müxtəlif epizodlarla növbələşərək dəfələrlə təkrar olunmasına əsaslanan musiqi forması. Mövzu 3 dəfədən az olmayaraq əsas tonallıqda səslənir. Epizodlar isə çox zaman başqa tonallıqda. Təkrar edilən mövzu – refren — ən azı üç dəfə keçməlidir, epizodların sayı ikidən az olmamalıdır. Rondo formasının sxemi belədir: A B A C A Rondonun mənşəyi xalq mahnıları ilə bağlıdır. Qədim rondo 17–18-ci əsr fransız klavesin musiqisində inkişaf etmışdir. 17–18-cıi əsr klassik musiqi (Haydn, Bethoven, Motsart) rondonun quruluşunu dəyişdirmışdi. Bəzi instrumental əsərlər simfoniya və sonataların finalı, romanslar, ariyalar rondo formasına yazılır. Rondo-sonata forması Özündə sonata və rondo əlamətlərini qovuşduran musiqi forması: sonata formasında olduğu kimi ekspozisiya və repriza hissələrinə malikdir; rondodakı kimi, əsas mövzu– refren əsas tonallıqda üç dəfə keçirilir.
Rundu
Rundu — Namibiyanın şimal-şərqində yerləşən şəhərdir.Okavanqo vilayətin inzibati mərkəzidir. Əhalisi 81,5 min nəfərdir(2010). Reqional ticarət və beynəlxalq turizm inkişaf edir.
Hindi (bürc)
Hindi (lat. Indus) — göyün cənub yarımkürəsində bürc.
Hindi Zəmi
Hindi Zəmi (fars. هندی‌زمین‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 192 nəfər yaşayır (66 ailə).