Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rod Roddy
Robert Ray "Rod" Roddy (28 dekabr, 1937 – 27 oktyabr, 2003) — aktyor
Rodway
Leonard Roduey (ing. Leonard Rodway; 5 oktyabr 1853, Torki, Devon qraflığı – 9 mart 1936, Tasmaniya) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Leonard Roduey Avstraliya florasını öyrənmişdir. == Əsərləri == Rodway, L. (1903). The Tasmanian flora. 320 p., 50 pl. Rodway, L. (1907). Trees and shrubs of Tasmanian forests, Myrtaceae. 30 p., 22 pl. Rodway, L. (1910).
Rondo
Rondo (fr. rondeau "dairə" " dairəvi hərəkət") — bir mövzunun müxtəlif epizodlarla növbələşərək dəfələrlə təkrar olunmasına əsaslanan musiqi forması. == Haqqında == Mövzu 3 dəfədən az olmayaraq əsas tonallıqda səslənir. Epizodlar isə çox zaman başqa tonallıqda . Təkrar edilən mövzu – refren - ən azı üç dəfə keçməlidir, epizodların sayı ikidən az olmamalıdır. Rondo formasının sxemi belədir: A B A C A == Etimalogiyası == Rondonun mənşəyi xalq mahnıları ilə bağlıdır. Qədim rondo 17- 18 -ci əsr fransız klavesin musiqisində inkişaf etmışdir. 17- 18-cıi əsr klassik musiqi ( Haydn, Bethoven, Motsart) rondonun quruluşunu dəyişdirmışdi. Bəzi instrumental əsərlər simfoniya və sonataların finalı, romanslar, ariyalar rondo formasına yazılır. == Rondo-sonata == Rondo-sonata forması Özündə sonata və rondo əlamətlərini qovuşduran musiqi forması: sonata formasında olduğu kimi ekspozisiya və repriza hissələrinə malikdir; rondodakı kimi, əsas mövzu– refren əsas tonallıqda üç dəfə keçirilir.
ROADM
Reconfigurable optical add-drop multiplexer (ROADM) — dalğa uzunluğu təbəqəsində dalğa uzunluğuna bölünən multipleksasiya sistemindən trafikə uzaqdan keçid imkanı əlavə edən OADM forması. Bu dalğa uzunluğunun seçici sviçi modulunun istifadəsi ilə əldə edilir. ROADM məlumat kanallarını daşıyan fərdi və ya çoxlu dalğa uzunluqlarına bütün WDM kanallarındakı siqnalları elektron siqnallara və yenidən optik siqnallara çevirməyə ehtiyac olmadan nəqliyyat fiberindən "add-drop" etməyə imkan verir. ROADM funksionallığı əvvəlcə uzun məsafəli sıx dalğa uzunluğuna bölünən multipleksasiya (DWDM) avadanlığında ortaya çıxdı. 2005-ci ildə paket əsaslı xidmətlərdə artmağa başladığı üçün böyük metropoliten şəbəkələri trafiklərin sıxışmasını önəmli tədbirlərlə aradan qaldırmaq məqsədilə metro optik sistemləri quraşdırdı. ROADM-in kommutasiya və ya yenidən konfiqurasiya funksiyalarına mikroelektromexaniki sistemlər (MEMS), maye kristal, müstəvi dalğaötürən sxemlərdə termooptik və şüa-idarə açarları və tənzimlənən optik filtr texnologiyası daxil olmaqla müxtəlif kommutasiya texnologiyalarından istifadə etməklə nail olmaq olar.
ASAP Rocky
ASAP Rocky (Əsl adı: Rakim Atelaston Mayers; 3 oktyabr 1988, Harlem[d], Nyu-York ştatı) — amerikalı repçi. Harlemdə doğulub böyüyən Rakim, karyerasına ASAP Mob rep qrupunun üzvü kimi başlayıb. Onun ilk miksteypi "Live. Love. A$AP" rep dinləyicilərinin böyük marağına səbəb olmuşdur. Miksteypin uğurundan sonra o, musiqi şirkətləri Polo Grounds Music və RCA Records ilə səsyazma müqaviləsi bağlamışdır. Onun 2013-cü ildə buraxdığı ilk studiya albomu "Long. Live. A$AP" Billboard 200 hit-paradında bir nömrə olub, ardınca albom RIAA tərəfindən ikiqat platin sertifikatına layiq görülmüşdür. Albomda yer alan "Fuckin' Problems" (Dreyk, 2 Chainz və Kendrick Lamar ilə birlikdə) treki 2014-cü ildə "Qremmi" mükafatına namizəd göstərilib.
Brunello Rondi
Brunello Rondi (italyanca: Brunello Rondi; 26 noyabr 1924 – 7 noyabr 1989, Roma) - İtaliya ssenaristidir.
Euseius dowdi
Euseius dowdi (lat. Euseius dowdi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Lana Rouds
Lana Rouds (ing. Lana Rhoades; 6 sentyabr 1996, Çikaqo) — amerikalı model və pornoaktrisa. == Həyatı == Məktəbi 17 yaşında tez bitirən Rhoades, bütün məktəb həyatı boyunca gimnastika və çirlidinqlə məşğul olmuşdur. 18 yaşına çatmadan bir neçə ay əvvəl Çikaqoya köçdü və bir idman barı olan Tilted Kilt-də işləməyə başladı. Tilted Kilt-dən ayrıldıqdan sonra striptizçi işlədi. Porno sənayesindəki karyerasından əvvəl Rhoades 18 yaşındaykən, ondan doqquz yaş böyük kişi ilə evlənmişdir. == Karyerası == Rhoades, Çikaqodan Los Ancelesə köçdükdən sonra 2016-cı il aprel ayında ilk hardcore səhnələrinə çəkildi və sürətlə daha geniş kütlə tərəfindən izlənməyə başladı. İlk səhnəsi, ayaq fetişizmi etdiyi və bir neçə seks oyuncağı istifadə etdiyi FTV qızları üçün solo səhnə idi. 2016-cı il avqust ayına qədər təxminən 50 porno istehsalçı şirkətinə qoşuldu. Üç aylıq fasilədən və doğma şəhəri Çikaqoya qayıtdıqdan sonra, 2016-cı il noyabr ayından bəri kameralar önüdədir.
Lina Romay
Lina Romay(isp. Lina Romay), əsl adı — Roza Mariya Almirall Martines (isp. Rosa María Almirall Martínez; 23 iyun 1954, Barselona, İspaniya — 15 fevral 2012) — ispan aktrisası. == Həyatı == Lina Romay 23 iyun 1954-cü ildə İspaniyanın Barselona şəhərində anadan olmuşdu. Bir çox filmlərə çəkilib. Ən məşhuru:«Vampir qız» (ing. Female Vampire) filmidir. Lina Romay 15 fevral 2012-ci ildə vəfat edib.
Randy Jackson
Rendi Cekson — (ing. Randall Darius Jackson, 23 iyun, 1956) — Amerika musiqiçisi, basist, vokalçı, prodesur, radio aparıcısı. Randy Cekson məşhur pop müğənisinin qardaşıdır.
Rojda Demirer
Rojda Demirer — Türkiyə kino və teatr aktrisası. == Həyatı == Rojda Demirer 12 avqust 1980-ci ildə Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində anadan olmuşdur.
Romey İmperiyası
Şərqi Roma imperiyası (Yunanca: Βασιλεία τῶν Ῥωμαίων, Basileía tôn Rhōmaíōn "Roma İmperatorluğu"; Latinca: Imperium Romanum). Bizans imperiyası və ya Yunan imperiyası, Roma imperiyasının 395-ci ildə Şərq və Qərb hissələrinə parçalanması ilə quruldu. Paytaxtı Roma olan Qərbi Roma imperiyası V əsrdə Qot qəbilələrinin İtalyanı istila etməsi ilə süquta uğradı. Mərkəzi Konstantinopol (bugünkü İstanbul) olan və Bizans imperiyası da deyilən Şərqi Roma İmperatorluğu isə min ildən artıq varlığını qoruya bildi. Avropa, eləcə də bütün dünya mədəniyyətinin tarixində Bizans sivilizasiyası xüsusi yer tutur. Bizans imperiyası mövcud olduğu bütün minillik ərzində yunan-roma dünyasının və ellinist Şərqin ənənələrini davam etdirərək parlaq mədəniyyət mərkəzinə çevrildi. Bizansın meydana gəlməsi, Roma İmperatoru I Konstantinin paytaxtı Romadan bugünkü İstanbula köçürməsi ilə də bağlıdır. Roma İmperatoru I Konstantin (Büyük Konstantin), 330-cu ildə imperatorluğun paytaxtını qədim yunan şəhəri Bizantiona (Bizans) dəyişdi və yeni paytaxta "Nova Roma" (Yeni Roma) adını versə də imperatorun ölümündən sonra "Konstantinin şəhəri" anlamına gələn "Konstantinopol" adı istifadə olunmuşdur. Büyük Konstantin, Romadan senatorlar və yüksək məmurlar gətirərək Konstantinopolda yeni idarə meydana gətirdi və şəhəri yenidən abadlaşdırdı. Roma çox tanrılı olmasına baxmayaraq, Konstatinopolu xristian şəhəri etdi və özü də bu dini qəbul etdi.
Ronda Börn
Ronda Börn (d. 1951), avstraliyalı Televiziya yazıçısı və prodüseridir. Bəlkə də ən bilinən çalışması The Secret (Sirr) adlı kitabı və eyni adla kinoya uyğunlaşdırılan filmidir.Eyni zamanda Sensing Murder(Qətlini hiss etmək) adlı TV proqramının da prodüseridir.. Australia 's Herald Sun qəzetində nəşr olunan bir məqaləyə görə Ronda, eyni zamanda Avstraliya TV serialı Dünyanın ən gözəl reklamları və Evlən mənimlə adlı TV probramlarının da prodüseridir. 2007-ci ildə Börn, Time jurnalının Dünyanın Ən Təsirli 100 adamı siyahısına daxil olmuşdur. 17 avqust 2010-cu ildə, The Power(Güc) adlı kitabı ki The Secret (Sirr) adlı kitabın davamıdır, həm bir ciltli buraxılışı, həm də audio CD kimi nəşr olunmuşdur.
Ronda Dent
Ronda Paige Dent (18 avqust 1978) — Kanadalı aktrisa.
Ronda Rauzi
Ronda Cin Rauzi (1 fevral 1987, Santa-Monika, Kaliforniya) — Amerikanı UFC-də təmsil edən qadın idmançı == Həyatı == 1987-ci ildə Riverside, Kaliforniyada doğulub. Cüdo və boksla məşğul olan Ronda bir neçə yarışlarda yaxşı nəticələr əldə edib. 2010-cu ildən MMA-da debüt edən Ronda demək olarki heç bir döyüşündə məğlubiyyət nə olduğun bilməyib.
Ronda Rousey
Ronda Cin Rauzi (1 fevral 1987, Santa-Monika, Kaliforniya) — Amerikanı UFC-də təmsil edən qadın idmançı == Həyatı == 1987-ci ildə Riverside, Kaliforniyada doğulub. Cüdo və boksla məşğul olan Ronda bir neçə yarışlarda yaxşı nəticələr əldə edib. 2010-cu ildən MMA-da debüt edən Ronda demək olarki heç bir döyüşündə məğlubiyyət nə olduğun bilməyib.
Si Ronda
Si Ronda — 1930-cu ildə Li Tek Svienin rejissorluğu ilə çəkilən, Niderland Ost-Hindin istehsalı olan hərəkət şəklində səssiz bir film. Baş rolunu Bəxtiyar Əfəndinin canlandırdığı və müasir Bətəvi (İndonaziya ve Bruneydə yaşayan xalqdır) şifahi ənənəsinə əsaslanan film, silat (Malay dünyasında keçirilən bir döyüş sənəti) sahəsində istedadlı Si Ronda kimi tanınan bir quldurun macəralarından bəhs edir. Filmin mənbəyi olan lenong (Bətəvilərin ənənəvi teatr növü) hekayələrində Ronda, adətən, Robin Hud tərzində biri kimi təsvir edilir. Artıq unudulduğu düşünülən film 1929-1931-ci illər arasında çıxan döyüş sənətləri filmlərindən biridir. == İstehsalı == Si Ronda zamanında etnik çinlilər ilə yerli tamaşaçılar arasında populyar olan bir lenongdan götürüldü. Ronda hekayələri silat sahəsində istedadlı olan və varlılardan alıb kasıblara verməsi ilə tanınan eyni adlı Bətəvi quldurun sərgüzəştlərindən bəhs edir. İndoneziyalı film sənətçisi Misbaç Yusa Biran Rondanın hərəkət səhnələrini canlandıra bildiyi üçün uyğun olduğunu irəli sürdü. Yerli kinoda bu cür səhnələr, adətən, Amerikan filmlərindən təsirlənir və tamaşaçılar tərəfindən müsbət qarşılanırdı. Si Jampang ilə Si Pitung (XIX əsrdə Niderland Ost-Hindin Cakarta kəndində yaşamış quldur) daxil olmaqla Si Rondanınkinə bənzər hekayələr qeyri-qanuni şəkildə yaşamaqla bərabər, həm də ümumi xalq üçün döyüşən qeyri-adi güclərə sahib kişilər haqqında yazılmışdır. 1929-cu ildə "Batavia Motion Picture" tərəfindən Si Tjonatın ekranlara çıxmasından sonra quldur filmləri kimi ortaya çıxan bu növ yerli kinolar da məşhur oldu.
Ready for Romance
Ready for Romance (azərb. Romantikaya hazır‎) - 1986-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur. Bu albom qrupun 3-cü çıxarılmış albomudur.
Ready to Die
Ready to Die — The Notorious B.I.G. repperin debüt albomudur. 1994-cü ilin Sentyabrın 13-ü buraxılmışdı. Albom 1993 və 1994 illər arasında, Nyu-York şəhərin "The Hit Factory" və "D&D Studios" studiolarında yazılmışdı. Bu albom cavan repperin yaşadığı zaman yeganə buraxılmış albomudur. Ready to Die albomu, Dr. Dre, Snoop Dogg və digər tanınmış "west-coast hip-hop" repperlərin əksinə şöhrətini itirmiş "east-coast hip-hop" janrını təzədən canlandırdı. Bir neçə musiqi kritiklər tərəfindən bu albom ən yaxşı hip-hop albomlardan biri kimi qiymətləndirilib, 2003-cü ildə Rolling Stone jurnalının "500 Greatest Albums of All Time" siyahının 133-cü yeri tutub, 2006-da isə Time jurnalı bu albomu bütün zamanın 100 ən yaxşı albomlarının arasına əlavə edib.
Abbey Road
Abbey Road — Böyük Britaniyanın "The Beatles" rok qrupunun on ikinci studiya albomu. == Haqqında == Albom Apple Records leyblı ilə 26 sentyabr 1969-cu ildə buraxılmışdır. Abbey Road üzərində işlər 1969-cu ilin fevral ayından avqust ayınadək davam etmiş və qrupun bütün dörd üzvünün birlikdə işlədiyi sonuncu layihə olmuşdur (qrupun 1970-ci ildə buraxılmış və sayca sonuncu studiya albomu sayılan "Let It Be"nin böyük hissəsi 1969-cu ilin yanvarında yazılmışdı). Albomun prodüserliyini 1962-ci ildən qrup ilə işləyən Corc Martin etmişdir. Qrup üzvlərinin Ebbi-Roud küçəsini keçən zaman çəkilmiş albomun üz qabığındakı fotoşəkil geniş şöhrət qazanmışdır. Foto çəkiliş 8 avqust 1969-cu ildə baş tutmuşdur. Fotoqraf Lain Makmillanın şəkili çəkə bilmək üçün cəmi on dəqiqəsi var idi: Ebbi-Roud Londonun ən işlək küçələrindən biri olduğundan, küçənin bu sahəsi xüsusi olaraq polis tərəfindən bağlanılmışdı.
Barb.Rodr.
Juan Barboza Rodriqis (port. João Barbosa Rodrigues, 22 iyun 1842, Rio-de-Janeyro – 6 mart 1909) — Braziliya botaniki. == Elmi fəaliyyəti == Juan Barboza Rodriqis qıjıkimilər və toxumlu bitkilər sahəsində ixtisaslaşmışdır.. == Elmi işləri == A Lingua Geral do Amazonas e o Guarany: observações sobre o alphabeto indigena. Rodrigues, 1888. Pacificação dos Crichanás. Rodrigues, 1885. Poranduba Amazonense. Rodrigues, 1890. Vocabulario indigena comparado.
Body Paint
"Body Paint" — İngilis rok qrupu Arctic Monkeys-in yeddinci studiya albomu The Car-da ifa olunan mahnı. == Tanıtım == Qrup mahnını ilk dəfə 22 sentyabr 2022-ci ildə ABŞ-nin Bruklin şəhərindəki Kings Theatre-da baş tutan konserti zamanı nümayiş edib. Konsertdə telefon çəkilişinin qadağan olunmasına baxmayaraq, bəzi tamaşaçılar səsyazma istifadə edərək mahnını sosial şəbəkələrdə yayımladılar. Bir həftə sonra 29 sentyabr 2022-ci ildə Body Paint musiqi videosu ilə birlikdə sinql kimi buraxıldı, həmin gün qrup Cimmi Fallonun The Tonight Show televiziya şousunda mahnını canlı ifa etdi.
Cody Martin
Kodi Martin — Koul Sprousun "Zak və Kodinin əla həyatı" və Zak və Kodinin gəmidəki macəraları seriallarındakı baş roludur. == Həyatı == Zak Martin əkiz qardaşı Kodidən 10 dəqiqə əvvəl "Joseph's Hospital in Seattle" xəstəxanasında 20 fevral 1993-cü ildə dünyaya gəlmişdir. Buna baxmayaraq onun doğulduğu tarix dəqiq məlum deyil. "Zak və Kodinin əla həyatı" serialının epizodlarına deyilir ki, Zak və Kodi 23 sentyabr 1992-ci ildə doğulub. Epizodlardan birində Zak etiraf edir ki, onun valideynləri İsveç əsillidirlər.
Ebbi-Roud
Ebbi-Roud (ing. Abbey Road) — Londonun Kamden və Vestminister hissələrində yerləşən gur küçələrdən biri, B507 şossesinin bir hissəsidir. Küçənin cənub-şərq hissəsində Ebbi-Roud 3 ünvanında məşhur "Ebbi-Roud" səsyazma studiyası yerləşir. Burada The Beatles və digər qruplar öz mahnılarını yazdırırdılar. The Beatles son albomunu da məhz Abbey-Road adlandırmışdır. Bu albomun üz qabığında qrupun üzvləri, yoldan təsadüfən keçən piyada təsvir olunmuşdur. Bundan sonra küçənin adı The Beatles-la assosiasiya olunmağa başladı və turistlərin kütləvi ziyarət yerinə çevrildi, orada yerləşən piyada keçidi isə fotoçəkilişlər üçün ən populyar yerə çevrildi. Küçənin adı yaılan dəmir lövhə bu yaxınlarda yığışdırılmışdır, belə ki onu tez-tez oğurlayır və ya müxtəlif yazılarla korlayırdılrar. Hal-hazırda bu lövhə yüksəkdən vurulmuşdur. Hər üç aydan bir icra orqanları tərəfindən keçidin yanında yerləşən binanın divarını rəngləməli olur.
Myth & Roid
Myth & Roid (ミス アンド ロイド) – Yaponiya musiqi qrupu. Media Factory nəşriyyatı ilə əməkdaşlıq edir. Qrup dörd nəfərdən ibarətdir: Tom-H@ck (Tom Oşima), hotaru və KIHOW. Qrup 2015-ci ildə buraxdığı "L.L.L." adlı sinql ilə debüt etmişdir. Qrupun mahnıları "Overlord", "BBK/BRNK", "Saga of Tanya the Evil" və "Re:Zero -Starting Life in Another World-" kimi animelərdə səsləndirilmişdir. == Adı == Qrupun rəsmi saytına görə qrupun adı iki hissədən ibarətdir: "myth" keçmişi, "android" isə gələcəyi simvolizə edir. Qrupun fikrincə bu iki aspekt "yeni dünya"nın yaradılmasında kömək edəcək. == Tarix == Qrup 2015-ci ildə buraxdığı "L.L.L." ("Leashed Luminous Love") adlı sinql ilə debüt etmişdir. Bu mahnı "Overlord" animesinin bağlanış mahnısı olmuşdur. Sinql Oricon-un həftəlik çartlarında 29-cu yerə qədər yüksəlmişdir və iTunes-in Yaponiya yüklənmə reytinqlərində 3-cü yerə qədər çatmışdır.Qrupun ikinci sinqlı "Anger/Anger" 24 fevral 2016-cı ildə buraxılmışdır. Sinql "BBK/BRNK" animesinin bağlanış mahnısı olmuşdur və Oricon-un həftəlik çartlarında 82-ci yeri tutmuşdur.