Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Quranilik
Quranilik (ərəbcə: قرآنيون (qurʾāniyūn)) sadəcə Quran-i Kərimi İslam dininin mənbəsi qəbul edib, digər dini qaynaqları (hədis, məzhəb, təriqət, şəriət, sünnə, icma) rədd edən dini-fəlsəfi cərəyandır. Quranilər ümumi mənada Quranın hər hansı bir şərhə ehtiyac olmadan aydın ola biləcəyini, bunun yanında hədislərin qorunmadığını, qorunan kitabın və sözün yalnız Quran olduğunu və möhkəm qəbul edilən hədislərin belə şübhə daşıdığını, şübhə daşıyan heç bir mətnin dini qaynaq ola bilməyəcəyini söyləyirlər. Quranilər bu düşüncə ilə İslamın ən böyük iki məzhəbi: Sünnilik və Şiəlikdən ayrı sayılırlar. Quran müsəlmanları dini mənbə olaraq sadəcə Quranı qəbul etməkləri ilə birlikdə, dini hakimiyyəti, dini dövlət (teokratiyanı) anlayışını da qəbul etmirlər. Üstəlik bu cərəyan hər hansı bir tarixi şəxsiyyətə bağlı olmadığı üçün məzhəb də sayılmır. Məzhəblər tamamı ilə rədd edilir. İddialarına görə hədislər Məhəmməd peyğəmbərin ölümündən 250–500 il sonra onun adından uydurulmuş, Quranda yer alan İslam dini unudulmuşdur. Bu cərəyanın eyni zamanda VIII əsrdə yəhudilikdə reformasiyanı müdafiə edən Karaim məzhəbi və xristianlığın başlıca cərəyanı olan protestanlıq ilə oxşar cəhətlərinə rast gəlmək mümkündür. == Qurani cərəyanlar == Abdullah Chakralawinin liderliyindəki "Quran əhli" Ghulam Əhməd Pervez başçılığı altında "Tolu-e-İslam" Hindistan və Pakistandakı əhəmiyyətli Qurani cərəyanlardır. Bu cərəyanlar hədisi istinad qəbul etməməklə birlikdə hədisləri də tamamilə rədd etməzlər.
Ruhanilər
Ruhanilər — müəyyən bir din daxilində ruhaniliyi peşə olaraq icra edən bütün insanlara verilən addır. Əvvəlcə xristian terminologiyasına aid olan ruhanilik anlayışı bəzən digər dinlər üçün də istifadə olunur. == Mənşəyi == Ruhban insanlardan uzaqlaşaraq dünyanın ləzzətlərini tərk edən və ifrat şəkildə ibadət etməyə həsr olunmuş insanlar deməkdir. Ruhban və rahib eyni kökdən gələn ərəb dilli sözləridir. == Tarixçəsi == İsa peyğəmbərin ölümündən sonra, bəzi xristianlar üzləşdikləri təzyiq və qəddarlıqlara görə ictimai həyatdan təcrid olundular və əldə etdikləri xüsusi yerlərə çəkildilər və özlərini ibadətə həsr etdilər. Bu təcrübə tədricən bir həyat tərzi olaraq xristianlıqda yerləşdi. Bu gün məzhəblər arasında fərqlər olsa da, ruhanilərin yalnız kiçik bir hissəsi monastır həyatlarını davam etdirirlər. == Din xadimlərinin xüsusiyyətləri == Yalnız kişilər arasından seçilir. Ruhanilər xüsusi bir dini təhsil alır, Xüsusi geyimləri var, Dini mərasimlərə rəhbərlik etmək və dini mətnləri şərh etmək səlahiyyəti verilmişdir, bəzi məzhəblərdə mərasimləri latın dili və yunan dili kimi dini mətnlərin ilk tərcümələrinin dillərində keçirirlər. “Ruhaniliyi” bir “peşə” olaraq seçir, ömrü boyu özünü bu işə həsr edir, çörəyini bu işdən qazanır, İyerarxik bir strukturda yerləşir, bu struktura zidd hərəkət edərsə, sanksiyalarla üzləşə bilər, Dini təfsirlərdə, ictimai və siyasi mövzularda həmkarları və iyerarxik təşkilati quruluşla tam həmrəylik içində olacağı gözləntisi var.