XIV Dalay Lama
XIV Dalay Lama (Nqaqvanq Lovzanq Tençzin Qyamçxo, tib. བསྟན་འཛིན་རྒྱ་མཚོ་; 6 iyul 1935[…]) — Tibet, Monqolustan, Buryatiya, Tuva, Kalmıkiya və digər regionlarda yaşayan buddistlərin dini lideri. Sülh üzrə Nobel mükafatı laureatı (1989). 2006-cı ildə ABŞ-nin ali mükafatı sayılan - Konqressin Qızıl medalı ilə təltif olunmuşdur. 2011-ci il 27 aprelə qədər o sürgündə olan Tibet hökumətinə başçılıq etmişdir (onu Lobsanq Sanqay əvəz etmişdi).
== Bioqrafiya ==
XIV Dalay Lama, Tençzin Qyamçxo tibet xalqının dini lideri hesab olunur. Tibet buddistləri Dalay Lamanın Avalokiteşvara (Çenrezi), Bodxisatva iztirabın Yerdəki təcəssümü hesab edirlər. Onlara görə, Dalay Lama insanlara xidmət etmək üçün dünyaya gəlmişdir.
== Erkən illəri ==
XIV Dalay Lama 6 iyul 1935-ci il tarixində Tibetin şimal-şərqində yerləşən Amdo vilayətinin geniş vadisində təpədə yerləşən balaca və kasıb Takçer adlı kənddə kasıb bir ailədə anadan olmuşdur. İndi bu ərazilər Çinin əyaləti olan Çinxayın tərkibinə daxildir.