MOLLA

is. [ ər. ]
1. Rütbəcə axunddan kiçik müsəlman ruhanisi. Məhəllə mollası.
– Sonra da bir tirmə əmmaməli molla gəlib salam verdi. Mir Cəlal.

// Bu zümrəyə mənsub adamların adına əlavə edilən ləqəb.
Əgər xəbər alsan molla Səfini; Oğru, dürüst qarışdırıb kefini. Q.Zakir.

// Keçmişdə, ümumiyyətlə, ruhani zümrəsindən olan adam.
…Kərbəlayı Səlim bir mömin … adam idi, istədi ki, oğlu molla olub üləma silkinə daxil olsun. M.F.Axundzadə.

2. Keçmişdə: öz dini məktəbində dərs deyən şəxs.
Səttarla Mahmud kənddə molla Qurbanəlinin yanında oxuyurdular. P.Makulu.

Etimologiya

  • MOLLA Güman ki, mövlanə (ağa) sözünün dəyişilmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MOLİBDENLİ
MOLLABAŞI₂
OBASTAN VİKİ
Molla Dursun
Molla Dursun, Şaumyan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km şimalda, Abaran çayının yanında yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd Molla Dursun adlı şəxs tərəfindən salınmışdır, kəndi onun şərəfinə Molla Dursun adlandırmışlar. Kəndin adı 1920-ci ildə dəyişdirilərək Şaumyan (26-ların başçısı Stepan Şaumyanın şərəfinə) qoyulmuşdur. == Toponimi == Monqol dilində mayla "tala", "əkin sahəsi" sözündən və Dursun şəxs adından ibarətdir. "Dursunun əkin sahəsi" mə’nasındadır. == Əhalisi == Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1828–1829-cu illərdə İrandan buraya ermənilər köçürülmüşdür. Kənddə 1831-ci ildə 75 nəfər azərbaycanlı, 45 erməni, 1873-cü ildə 124 nəfər azərbaycanlı, 114 erməni, 1886-cı ildə 134 nəfər azərbaycanlı, 146 erməni, 1897-ci ildə 147 nəfər azərbaycanlı, 150 erməni yaşamışdır.
Molla Eyyublu
Molla Eyyublu — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən şimal-şərqdə yerləşir. 31 dekabr 1937-ci ilə kimi, Kalinino rayonu təşkil edilənə qədər Cəlaloğlu (Stepanavan) rayonun tərkibində olmuşdur. Mənbələrdə kəndin digər adlarının Molla Eyyub, Molla Yublu, Norvruz xaraba olduğu da göstərilir. Toponim eyyublu etnonimi əsasında əmələ gəlib «eyyublu tayfasından olan mollaya məxsus kənd» anlamını verir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı əvvəllcə dəyişdirilib Evli qoyulmuş, sonra Ermənistan prezidentinin 19.04.1991-ci il fərmanı ilə adı dəyişdirilərək Dzaramut adlandırılmışdır. == Əhalisi == Kənddə 1886-cı ildə 58 nəfər, 1897-ci ildə 169 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin martında azərbaycanlılar deportasiya olunmuş, yalnız indiki Ermənistan sovet hakimiyyəti qurulandan sonra kənd sakinləri öz kəndlərinə dönə bilmişdir.
Molla Göyçə
Molla Göyçə, Mərəlik — Ermənistanın Şirak mərzinin ərazisində şəhər. == Tarixi == Molla Kökcə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda şəhər tipli qəsəbə. Gümrü İrəvan yolunun 10 km-də, Qaranqu çayının sol sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim dini məna bildirən molla və göyçə türk etnoniminin birləşməsindən əmələ gəlmişdir. Göyçə etnonimi Seyfəddin Dəməşq Xocadan sonra döyər türk tayfasının başçısı olan Göyçə Musa şəxs adında da özünü göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 3.l.
Molla
Molla (fars. ملا‎) İslam ilahiyyat və din qanun (fiqh) üzrə təhsil almış din alimidir. Ərəb dilində əfəndi, sahib kimi mənalara gələn mövlan (Ərəbcə:مولی) Sözündən götürülmüşdür. İslam dünyasının böyük hissələrində, İran, Əfqanıstan, Orta Asiya və Hindistanda, molla adı yerli İslam Din liderlərə və icma liderlərinə verilir. Molla termini, İslam Dünyasında ilk növbədə din alimlərinə aid bir hörmət termini kimi başa düşülür. Təhsilli bir molla İslamı Təhsilləri və İslamı qanun elmini, yəni fiqh elmini almalıdır. Dini təhsil, mollalıq mövqeyinin əsas prinsipidir. Osmanlı Dövlətində mollalar mədrəsələrdə təhsil almışdılar. Təsəvvüf məsələlər ətrafında toplanmış təriqətlərdə mollalar yetişdirib. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra mədrəsələr bağlanmış, mollalıq adı qaldırılmışdır.
Molla, haray
Molla, haray – Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə və ya digər vaxtlarda uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim uşaq oyunlarından biridir. == Oyunun quruluşu == Uşaqlar halay gəlmək yolu ilə mollalar arasıda iki dəstəyə ayrılırlar. Mollalardan birinin gözünü yumurlar. Gözüaçıq mollanın dəstəsində olanlar qaçıb gizlənirlər. Gözüyumulu mollanın uşaqları sığınacaqda otururlar. O, gözünü açır, gizlənən uşaqların mollası ilə uşaqları axtarmağa başlayır. Hər yerdən keçdikdə gizlənən uşaqların mollası bərkdən xəbərdarlıq edir. Məsələn, "Bulağın yanından keçdik", "Dərəni o taya adladıq", "Əlinin evinin yanındayıq" və i. a. Bu xəbərdarlıqdan məqsəd gizlənən uşaqların möhkəm gizlənməsi, gözə görünməməsidir.
Molla Ayrım
Molla Ayrım — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Bir mülahizəyə görə, kəndi ayrım tayfasından olan molla saldığına görə belə adlanmışdır. Məlumdur ki, ayrımlar Azərbaycanın bölgələrində (Qazax, Tovuz, Gədəbəy və s. rayonlarda) yaşayan, mübariz həyat keçirmiş oğuz tayfalarından biri olmuşdur. Başqa ehtimala görə, Molla Ayrım şəxs adı olmuşdur. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd orta dağlıq qurşaqda yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Molla Ayrım kənd ibtidai məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Molla Bayazid
Molla Bayazid — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km cənub-qərbdə, Alagöz dağının cənub ətəyində yerləşir. == Toponimi == 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Xanzirək nahiyəsində kənd adı kimi çəkilir. Ehtimal ki, kəndin əsasını qoymuş ruhani şəxsin-Molla Bayazidin adındandır. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. I.1935-ci il fərmanı ilə adı dəyişdirilib Bambakaşat qoyulmuşdur. == Əhalisi == Kəndə ermənilər 1842-ci ildə Bitlis, Sürməli vilayətlərindən köçürülmüş, azərbaycanlılar isə kənddən sıxışdırılıb çıxarılmışdır.
Molla Bilal
Bilal Nazim( (tam adı-Molla Bilal bin Molla Yusuf Nazim;1825 – 1899) — Uyğur şairi və yazıçısı, XIX əsr uyğur ədəbiyyatının mərkəzi siması, uyğur klassik ədəbiyyatının son nümayəndəsi. == Həyatı == Bilal Nazim 1825-ci ildə Çinin Kulja şəhərində çəkməçi ailəsində anadan olmuşdur. Kuljadakı Baytulla mədrəsəsində təhsil almışdır. Şəxsi mütaliəsi sayəsində Şərq xalqlarının tarixi və ədəbiyyatı ilə yaxından tanış olmuşdur. O, Uyğur xalqının milli-azadlıq hərəkatının fəal mübarizlərindəndir. 1864-1867-ci illərdə Şərqi Türküstanda Uyğur, Qazax və Dungan xalqlarının Mançu-Çin müstəmləkəçilərinə qarşı milli-azadlıq hərəkatı yayılarkən Sadır Paluan, Molla Şakir, Səidməhəmməd Kaşi kimi şairlərlə yanaşı, Bilal Nazim da hərəkatda yaxından iştirak etmişdir. Müəllif Çün müstəmləkəçiliyinə qarşı azadlıq hərəkatı ilə bağlı təəssüratını “Çin dövlətində hərəkat” (1876) tarixi poemasında yüksək bədii sənətkarlıqla əks etdirmişdir. === Vəfatı === Bilal Nazim 1899-cu ildə Qazaxıstanın Yarkənd (indiki Jarkənd) şəhərində vəfat etmişdir. == Yaradıcılığı == === Bədii yaradıcılığı === Ədəbi yaradıcılığa 1840-cı illərdə şeirlə başlamışdır. Lakin müəllifin 26-27-yaşlarına qədər yazdığı əsərlər haqqında məlumat yoxdur.
Molla Bədəl
Molla Bədəl — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim dini anlayış bildirən molla sözü ilə Bədəl şəxs adı əsasında yaranmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Keçmişdə Rəhimabad və Rəfiabad da adlanmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Yexeknut qoyulmuşdur. == Əhalisi == Kənddə 1873-cü ildə 300 nəfər, 1886-cı ildə 313 nəfər, 1897-ci ildə 360 nəfər, 1904-cü ildə 335 nəfər, 1914-cü ildə 355 nəfər, 1916-cı ildə 252 nəfər, 1918-ci ilin əvvəlində 335 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Molla Cuma
Molla Cümə (tam adı: Süleyman Salah oğlu Orucov; d. 1854, Aşağı Layısqı, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası — ö. may 1920, Aşağı Layısqı, Nuxa qəzası, Azərbaycan SSR) — Azərbaycan aşığı və şairi.Molla Cümənin həyatı haqqında ən səhih mənbə şeir və dastanlarıdır. Molla Cümənin anadan olma tarixi indiyə qədər təxmini qeyd edilmişdir. O, 1854-cü ildə Nuxa qəzasının Aşağı Layısqı kəndində anadan olmuşdur. "Molla" təxəllüsünü ona savadlı olduğu üçün verilmişdir. Molla Cümənin əsas peşəsi əkinçilik olmuşdur. Qax, Zaqatala, Balakən varlılarının zəmisində biçin biçmiş və bundan aldığı zəhmət haqqı ilə ailəsini dolandırmışdır. Molla Cümə ilk təhsilini Aşağı Göynük kəndində İbrahim Əfəndizadənin mədrəsəsində almışdır. Az müddət içərisində ərəb və fars dillərini mükəmməl öyrənmişdir.
Molla Cümə
Molla Cümə (tam adı: Süleyman Salah oğlu Orucov; d. 1854, Aşağı Layısqı, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası — ö. may 1920, Aşağı Layısqı, Nuxa qəzası, Azərbaycan SSR) — Azərbaycan aşığı və şairi.Molla Cümənin həyatı haqqında ən səhih mənbə şeir və dastanlarıdır. Molla Cümənin anadan olma tarixi indiyə qədər təxmini qeyd edilmişdir. O, 1854-cü ildə Nuxa qəzasının Aşağı Layısqı kəndində anadan olmuşdur. "Molla" təxəllüsünü ona savadlı olduğu üçün verilmişdir. Molla Cümənin əsas peşəsi əkinçilik olmuşdur. Qax, Zaqatala, Balakən varlılarının zəmisində biçin biçmiş və bundan aldığı zəhmət haqqı ilə ailəsini dolandırmışdır. Molla Cümə ilk təhsilini Aşağı Göynük kəndində İbrahim Əfəndizadənin mədrəsəsində almışdır. Az müddət içərisində ərəb və fars dillərini mükəmməl öyrənmişdir.
Molla Gürani
Molla Gürani (28 avqust 1406, Ergani, Diyarbəkir ili – 1488, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == Makrîzî, Dürerü’l-ʿuḳūdi’l-ferîde fî terâcimi’l-aʿyâni’l-müfîde (nşr. Adnân Dervîş – Muhammed el-Mısrî), Dımaşk 1995, I, 363–365. Bikāî, ʿUnvânü’z-zamân bi-terâcimi’ş-şüyûḫ ve’l-aḳrân, Köprülü Ktp., nr. 1119, vr. 6b-7b. Sehâvî, eḍ-Ḍavʾü’l-lâmiʿ, I, 241–243. Süyûtî, Naẓmü’l-ʿiḳyân (nşr. Philip K. Hitti), Beyrut 1927, s. 38–40.
Molla Hüsrəv
Molla Hüsrəv (Konstantinopol – 1480, Konstantinopol) — Osmanlı alimi, müdərris və Osmanlı şeyxülislamı. == Həyatı == Əsl adı Mehmeddir. Bioqrafiyasını hazırlayan Daşkörpüzadə atasının Sivas-Tokat bölgəsindəki türkmən boylarından Varsaq boyunun bəylərindən olduğunu qeyd edir. Bəzi mənbələrdə əslən yunan və ya fransız olduğu qeyd edilsə də, özünün "Dürerü’l-ḥükkâm" adlı əsərində ailəsi haqqında yazmış və atasının adının Fəramüz, babasının adının isə Xoca Əli olduğunu qeyd etmişdir. Yenə Daşkörpüzadənin verdiyi məlumata görə, atası Fəramüz bəy erkən vəfat etmiş və kiçik yaşdakı Mehmedi yeznəsi olan Hüsrəv bəy himayəsinə almışdır. Bu səbəblə ilk illərində Hüsrəv qaynı, sonralar isə Hüsrəv olaraq bilinmişdir. İlk təhsilini yeznəsinin himayəsində Sivas bölgəsində alan Molla Hüsrəv Bursaya gələrək Molla Fənarinin oğlu Bursa qazısı Yusif Bali Əfəndidən icazət aldı. Bundan başqa Ədirnəyə gələrək dövrün önəmli din adamlarından dərslər aldı. İlk rəsmi vəzifəsi isə Ədirnədə yerləşən Şah Mələk Mədrəsəsində müdərrislik oldu. 1435-ci ilə aid bir yazışmada yenə Ədirnədə yerləşən Çələbi Mədrəsəsinin də müdərrisliyinin ona verildiyi qeyd edilir.
Molla Həsənli
KəndlərMollahəsənli (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Mollahəsənli (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Molla Həsənli (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd.
Molla Kökcə
Molla Göyçə, Mərəlik — Ermənistanın Şirak mərzinin ərazisində şəhər. == Tarixi == Molla Kökcə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda şəhər tipli qəsəbə. Gümrü İrəvan yolunun 10 km-də, Qaranqu çayının sol sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim dini məna bildirən molla və göyçə türk etnoniminin birləşməsindən əmələ gəlmişdir. Göyçə etnonimi Seyfəddin Dəməşq Xocadan sonra döyər türk tayfasının başçısı olan Göyçə Musa şəxs adında da özünü göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 3.l.
Molla Musa
Molla Musa — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənubda, Gümrü şəhərindən 5 km qərbdə, Arpaçayın sağ sahilində yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. Toponim Molla Musa şəxs adı əsasında formalaşmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı 1920-ci ildə dəyişdirilib Musakan qoyulmuşdur. Bir daha Erm. SSR AS RH-nin 26. IV. 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Voskeask adlandırılmışdır.
Molla Məhəmməd
Molla Məhəmməd (tam adı: Məhəmmədqulu ????; d. 1950, Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 23 fevral, 2010, Maştağa, Bakı, Azərbaycan) — azərbaycanlı meyxanaçı. == Həyatı == === Erkən illəri === 1950-ci ildə Bakının Maştağa kəndində doğulub. Uşaqlığı Bakı şəhərinin Yasamal rayonunda yerləşən Sovetski məhəlləsində keçib. 13-14 yaşında olarkən hazırcavablığına görə ustadı Hacı Kazım tərəfindən "Molla" ləqəbini qazanıb.15 yaşında aktrisa Nəsibə Zeynalova onu "Bizim Cəbiş müəllim" filminə dəvət edib. Onun səsləndirdiyi "Çağırsa ellər gedərəm davaya" meyxanası filmə əlavə olunsa da, meyxanaçı dost-tanışları arasında olan hörmətini itirməmək üçün filmə çəkilməkdən imtina edir. === Yaradıcılığı === === Həbs olunması === 1982-ci ildə Novxanıda bir məclisdə tanımadığı şəxs ona yaxınlaşır və xoşagəlməz sözlər işlədir. Mübahisə yaranır və Molla onu toy çadırının arxasına apararaq iki bıçaq zərbəsi vuraraq yaralayır. Çadıra qayıdan meyxanaçı məclis sahiblərinə deyir: "Çadırın arxasında bir nəfəri bıçaqla vurmuşam.
Molla Nəfəs
Molla Nəfəs (Tanrıverdi; 1810, Türkmənistan – 1862) – şair. "Zöhrə-Tahif", "Baba Rövşən", "Gülüstan" adlı əsərlərin müəllifi. == Həyatı == Molla Nəfəs 1810-cu ildə Türkmənistanın( horasanin)Serahs ilcesinde (Saragt ilcesinde) dunyaya geliyor... Bu uşaq ilk təhsilini dövrünün ziyalı sənətkarlarından olan atası Qədirverdinin evində açdığı məktəbdə alır. Sonra Mәrvdә məşhur pedaqoq kimi tanınan Molla Məmmədsalihin yanında təhsilini davam etdirir.. Oranı bitirdikdə isə atası onu o dövrün məşhur təhsil ocaqlarından olan Buxara və Xivə mədrəsələrində oxumağa göndərir. Gələcəyin şairi bu şəhərlərdəki mədrəsələrdə tanınmış alimlərdən dərs alır, Türk, ərəb və fars dillərini öyrənməklə yanaşı həmin dövrdə tədris olunan elmləri, o cümlədən ilahiyyat, riyaziyyat, hesab, həndəsə, nücum, kimya, dil, ədəbiyyat, tarix, coğrafiya fənlərinin də sahəsində dərin bilik əldə edir.. Ədəbiyyata xüsusi maraq duyan gənc şair Buxarada və Xivədə klassik Şərq poeziyasının Xoca Əhməd Yəsəvi, Füzuli, Nəsimi, Nəvai, Nizami, Sədi, Hafiz, Cami kimi nümayəndələrinin əsərlərini, habelə şifahi xalq ədəbiyyatını, dastan və nağılları diqqətlə öyrənir. Ədəbiyyat nəzəriyyəsi, bədii ifadə vasitələri, ədəbi janrlar, bir sözlə, Şərq poetik sistemi haqqında dərin bilik qazanır. Mәrvdәn Tanrıverdi kimi gedən uşaq illər sonra vətəninə mükəmməl təhsil görmüş ziyalı və heca vəznində şeirlər yazan şair Molla Nəfəs kimi qayıdır.
Molla Nəsrəddin
Molla Nəsrəddin (az.-əbcəd ملانصرالدین‎) və ya Xoca Nəsrəddin (osm. الدین خواجه; 1208 – 1284, Akşehir, Konya ili) — Rum sultanlığı dövründə Xorto və Ağşəhər yaxınlıqlarında yaşamış əfsanəvi şəxs. Əsasən hazırcavablıq və yumor anlayışlarının ağıllı bir şəxs olaraq əks etdirildiyi hekayələrlə tanınan Xoca Nəsrəddinin həqiqətən yaşayıb-yaşamadığına, yaşasa da həqiqi şəxsiyyətinin kim olduğuna dair müzakirələrin olması ilə yanaşı həqiqi bir tarixi şəxsiyyət olduğuna dair bəzi mənbələr mövcuddur. Bu mənbələrdən əldə edilən məlumatlara əsasən 1208-ci ildə Xorto kəndində anadan olmuş Xoca Nəsrəddin burada əsas təhsilini aldıqdan sonra Sivrihisar mədrəsəsində biliklər mənimsəmiş, atasının ölümündən sonra öz kəndinə geri dönərək, burada kənd şeyxülislamı vəzifəsinə təyin olunmuşdur. Bir müddət sonra Xoca Nəsrəddin dövrün sufist düşüncə mərkəzlərindən olan Ağşəhərə gəlmiş, Mahmud-i Heyraninin dərvişi olaraq Mövləvilik, Yəsəvilik və ya Rifailik təriqətlərinə mənsub olmuşdur. Ağşəhərdə mülki vəzifələri üzərinə götürən və eyni zamanda Ağşəhər yaxınlıqlarındakı ərazilərdə də qısa müddətli yaşadığı düşünülən Xoca Nəsrəddinin 1284-cü ildə Ağşəhərdə vəfat etmiş, hal-hazırdakı Nəsrəddin Xoca türbəsində dəfn edilmişdir. Deyilənlər, hekayələr ətrafında inkişaf edən əfsanəvi şəxsiyyət Xoca Nəsrəddinin ölümü ilə eyni əsr ərzində ortaya çıxmış Nəsrəddin Xoca adının həsr edildiyi abidələr əsrlərlə onlarla ifadə edilən rəqəmlərdən minlərə qədər yüksəlmişdir. Əsasən hazırcavab bir şəxs olaraq əks etdirildiyi hekayələrlə yanaşı eləcə də Nəsrəddin Xocanının mənasız sözlər söyləyən ağıldan kəm biri olaraq təqdim edildiyi özündə fərqli şəxsiyyət xüsusiyyətlərini saxlayan hekayələrdə mövcuddur. == Həyatı == 1208-ci ildə qədim Xorto kəndində anadan olmuşdur. Kiçik Asiyada Konya sultanlığının quberniyası sayılan, o qədər də böyük olmayan Ağşəhərdə yaşamışdır.
Molla Qurbanlı
== Tarixi == Molla Qurbanlı soyu Seyidli oymağının nəsillərindən sayılır. Bu soy öz adını Molla Qurbanın (1768-1848) adından almışdır. Molla Qurbanın atası Mədət Seyidli oymağında yaşamışdır. Molla Qurban Seyidli oymağında Kərbəlayi Qurban adı ilə tanınmışdır. O, Xanımla ailə həyatı qurmuş, Məşədi İsmayıl, Məşədi Mikayıl, Hacı Cəbrail adlı övladları dünyaya gəlmişdir. Məşədi İsmayılın Əbdürrəhim, Əbdüləli adlı iki, Məşədi Mikayılın Məhəmməd, Möhsün, Məşədi Qasım adlı üç, Hacı Cəbrailin Mustafa adlı bir övladı olmuşdur. Molla Qurbanlı soyu hazırda Qurbanov soyadı ilə tanınır. Bu soydan görkəmli ziyalılar çıxmışdır. Tanınmış maarif xadimi, pedaqoq Surxay Qurbanov, onun oğlu hüquq elmləri doktoru, professor Habil Qurbanov və başqaları bu nəslin nümayəndələridir.Surxay İmamqulu oğlu Qurbanov ata tərəfdən Əbdüləlinin nəvəsi, Məşədi İsmayılın nəticəsi, Molla Qurbanın kötücəsidir. Əbdüləli Kərbəlanı ziyarət etdiyi üçün Seyidli oymağında Kərbəlayi Əbdüləli adı ilə tanınmışdır.
Molla Sədra
Sədrəddin Şirazi və ya Molla Sadra (1571, Şiraz – 1641, Bəsrə) — müsəlman filosofu. == Həyatı == Molla Sadra (Sədrəddin Şirazi) varlı fars ailəsində anadan olmuşdur. Onun dövrü I şah Abbasın hakimiyyəti illərinə təsadüf edir. Həmin dövrdə şiəlik hakimiyyəti şəriət qanunlarının nufuzu dini fəlsəfə və teologiyanın populyarlığı öz apogeyinə çatmışdı. Molla Sadra özünü intellektual fənlərin, o cümlədən İbn Sinanın, Şihabəddin Yəhya Sührəvərdinin, neoplatoniklərin, xüsusilə İbn əl-Ərəbinin fəlsəfəsini öyrənməyə həsr etmişdir. Onun fəlsəfəyə olan güclü marağı bəzi ortodoksal əhval–ruhiyyəli qüdrətli siyasi hakimiyyətə malik və fəlsəfəni təriqətçi məşğələ hesab edən fakihləri qıcıqlandırırdı. Düşmənçilik edən bəzi ortodokslara görə bu sahədəki nailiyyətlərini (o nəinki fəlsəfəni öyrənirdi, həm də uğurla onu tədris edirdi) buraxaraq elmlə məşğul olduğu İsfahanı tərk edərək Qum şəhəri yaxınlığındakı kəndlərindən birinə köçməli olur. Burada Molla Sadra 12 il yaşamış düşüncələrə dalmış askez praktikasını dadmışdır. Bu isə öz növbəsində onun intellektual intiusiyasının kəskinləşməsinə gətirib çıxarmışdır. == Molla Sadra fəlsəfəsinin əhəmiyyəti == Molla Sadra bir sıra səbəblərə görə islam fəlsəfəsi tarixində mühüm yer tutur.
Molla Zal
Molla Zal (1805, Xoy şəhristanı, Qərbi Azərbaycan ostanı – Qıraq Kəsəmən) - Məşhur bəy və qaçaq. Qaçaq Kərəmin babasıdır (ata babası). == Həyatı == Molla Zal 19-cu əsrin 5-10-cu illərində Cənubi Azərbaycanın Xoy şəhristanında anadan olmuşdur. Ulu babaları 18-ci əsrin əvvəllərində qaçaqlıq edərək Qazax sultanlığının Kəsəmən kəndindən (indiki Ağstafa rayonu Qıraq Kəsəmən ərazisindən) Cənubi Azərbaycanın Xoy ərazisinə köçmüşlər. 100-120 il orada məşkunlaşmış və ad-san qazanmışlar. Bir çox düşmənləri olan Zal və 5 qardaşı babaları İskəndər bəyin məsləhəti ilə 19-cu əsrin 30-cu illərində öz ata-baba yurdları olan Qazax elinə qayıdırlar. Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində yaşamışdır. Mərdliyinə, igidliyinə görə böyük hörmət qazanmışdır. Zalgil 6 qardaş olmuşlar. Qaçaq Nəcəf - Qazax rayonunun Aslanbəyli kəndində yaşamışdır.
Molla kəndi
Molla kəndi (Poldəşt)
Molla Ömər
Məhəmməd Ömər (tam adı: Məhəmməd Ömər Mücahid 1960, Xakrez rayonu[d], Qəndəhar vilayəti – 23 aprel 2013, Zabul vilayəti, Əfqanıstan İslam Respublikası[d]) — "Taliban" hərəkatının lideri. == Həyatı == Məhəmməd Ömər (Molla Məhəmməd Ömər kimi də tanınır) 1962-ci ildə doğulub (başqa bir versiyaya görə 1959-cu ildə). Puştu tayfasındandır. Ailəsi yoxsul idi. Ömər hələ lap uşaq ikən Quranın əsaslarını öyrədən və səyyari müəllim olan atası vəfat etdi. Anası mərhumun qardaşına ərə getdi. O da ətraf kəndlərdə dinin əsaslarını təlim edirdi. Buna görə də Muhəmməd Ömər bütün uşaqlığı boyu Əfqanıstan kəndinin din mədəniyyətini mənimsədi. Quran məktəbindəki təhsildən sonra molla olan Ömər öz nəslinin taleyni anladı.SSRİ-Əfqanıstan müharibəsinin iştirakçısı olub.O zaman mühafizəkar “Hərakate-İnqilabe-islam” partiyasının sıralarında müqavimətə qoşuldu. Cəbhədə üç dəfə yaralandı.
Molla Əhmədli
Molla Əhmədli kəndi — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. == Coğrafi mövqeyi == Molla Əhmədli kəndi Maşaver və Xram çaylarının qovuşuğunda, rayon mərkəzindən 28 km gündoğar səmtdə, dəniz səviyyəsindən 400 m yüksəklikdə yerləşir. == Əhalisi == 1870-ci ildə 5 ailədə 34 nəfər, 1926-cı ildə 9 ailədə 54 nəfər, 2002-ci ildə 43 ailədə 192 nəfər, 2006-cı ildə 43 ailədə 148 nəfər. == Maarif == İlk ibtridai məktəb 1933-də yaradılıb. Hal-hazırda bir ibtidai məktəb (2005-də 3 sinifdə 14 şagird) fəaliyyətdədir.
Adi mollabaşı
Aptek çobanyastığı (lat. Matricaria chamomilla) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çobanyastığı cinsinə aid bitki növü. Hündürlüyü 20-45 sm, gövdəsi düz, sadə və ya budaqlanan və demək olar ki, çılpaq birillik ot bitkisidir. == Yarpaq == Yarpaqları oturaq, nazik xətli, sivri uclu, aralanmış dilimlərə ikiqat-üçqat lələkvari bölünmüşdür. == Çiçək == Səbətin eni 5–8 mm olub, uzun saplaq üzərindədir. Qın yarımşarşəkillidir, yarpaqcıqları uzunsov-yumurtaşəkilli parlaq pərdəşəkilli haşiyələnmişdir. Dilcikşəkilli çiçəkləri ağ rəngdədir , qından iki dəfə uzundur, ortadakılar borucuqludur, sarı rəngdədir. == Meyvə == Toxumlarının uzunluğu 1 mm-ə yaxındır, uzunsov, az qatlanmışdır, qarın tərəfdən 5 ədəd qabırğası vardır, təpə hissədə köndələn, demək olar ki, kənarsızdır. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir. == Azərbaycanda yayılması == Kür-Araz oval.
Asim Mollazadə
Asim Nazim oğlu Mollazadə (6 iyun 1953, Bakı) — siyasətçi, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı, tibb elmləri doktoru. == Həyatı == Asim Mollazadə 1953-cü il iyunun 6-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmişdir. 1980–1992-ci illərdə Moskva (Rusiya) Seçenov adına Tibb Akademiyası Nevrologiya və davranış psixofiziologiyası ixtisası üzrə təhsil alıb. 1978-ci ildən Bakı şəhərində xəstəxanada həkim işləmişdir. 1984–1987-ci illərdə Həkimləri Təkmilləşdirmə İnstitutunun baş elmi işçisi olmuşdur. 1992-ci ilin iyun-dekabr ayları – nevraloji psixogen və psixosomatik xəstəliklər Mərkəzinin direktoru olmuşdur. == Siyasi fəaliyyəti == 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Analitik informasiya xidmətinin rəhbəri, 1993-cü ildə Azərbaycan Respublikası Prezidenti Aparatının Xarici əlaqələr şöbəsinin müdiri və Ermənistanla hərbi münaqişənin həllinə dair danışıqlarda Prezidentin xüsusi nümayəndəsi vəzifələrində çalışmışdır. 1993– 2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin xarici məsələlər üzrə müavini olmuşdur. 1994-cü ilin fevralından −1998-ci ilədək – Demokratiyanın İnkişafı Fondunun təsisçilərindən biri və vitse-prezidenti, 1998-ci ilin mayından etibarən – Azərbaycan Avro-atlantik Mərkəzinin təsisçisi və prezidentidir.
Axund Molla Mustafa
Axund Molla Mustafa Əliyev — Qarabağın tanınmış din xadimi, Ağamalının oğlu. == Həyatı == Axund Molla Mustafa Ağamalı oğlu Əliyev 1843-cü ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində anadan olmuşdur. Seyidli oymağının Kərbəlayi Miralılar soyundandır. Beş yaşında atası Ağamalı vəfat etmiş, anası Yetər xanımın himayəsində böyümüşdür. Axund Molla Mustafa Əliyev ilk təhsilini Seyidlidə almışdır. Sonralar Nəcəfdə ali dini təhsil almışdır. Mədrəsədə təhsil aldığı illərdə qeyri-adi istedadı, qabiliyyəti sayəsində ərəb, fars dillərini, şəriət elmlərini mükəmməl öyrənmiş, savadlı din xadimi kimi Qarabağa qayıtmışdır. O, Ağdam Cümə məscidinin axundu seçiləndə otuz yaşlarında olmuşdur. Axund Molla Mustafa Əliyev adı ilə Qarabağda savadlı din xadimi kimi tanınmış, müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Mükəmməl dini təhsili olduğu üçün ərəb, fars dillərini, şəriət elmlərini tədris etmiş, Qarabağda savadlı din xadimlərinin yetişməsində əhəmiyyətli rol oynamışdır.
Axund Molla Mustafa Ağamalı oğlu
Axund Molla Mustafa Əliyev — Qarabağın tanınmış din xadimi, Ağamalının oğlu. == Həyatı == Axund Molla Mustafa Ağamalı oğlu Əliyev 1843-cü ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində anadan olmuşdur. Seyidli oymağının Kərbəlayi Miralılar soyundandır. Beş yaşında atası Ağamalı vəfat etmiş, anası Yetər xanımın himayəsində böyümüşdür. Axund Molla Mustafa Əliyev ilk təhsilini Seyidlidə almışdır. Sonralar Nəcəfdə ali dini təhsil almışdır. Mədrəsədə təhsil aldığı illərdə qeyri-adi istedadı, qabiliyyəti sayəsində ərəb, fars dillərini, şəriət elmlərini mükəmməl öyrənmiş, savadlı din xadimi kimi Qarabağa qayıtmışdır. O, Ağdam Cümə məscidinin axundu seçiləndə otuz yaşlarında olmuşdur. Axund Molla Mustafa Əliyev adı ilə Qarabağda savadlı din xadimi kimi tanınmış, müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Mükəmməl dini təhsili olduğu üçün ərəb, fars dillərini, şəriət elmlərini tədris etmiş, Qarabağda savadlı din xadimlərinin yetişməsində əhəmiyyətli rol oynamışdır.
Axund Molla Mustafa Əliyev
Axund Molla Mustafa Əliyev — Qarabağın tanınmış din xadimi, Ağamalının oğlu. == Həyatı == Axund Molla Mustafa Ağamalı oğlu Əliyev 1843-cü ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində anadan olmuşdur. Seyidli oymağının Kərbəlayi Miralılar soyundandır. Beş yaşında atası Ağamalı vəfat etmiş, anası Yetər xanımın himayəsində böyümüşdür. Axund Molla Mustafa Əliyev ilk təhsilini Seyidlidə almışdır. Sonralar Nəcəfdə ali dini təhsil almışdır. Mədrəsədə təhsil aldığı illərdə qeyri-adi istedadı, qabiliyyəti sayəsində ərəb, fars dillərini, şəriət elmlərini mükəmməl öyrənmiş, savadlı din xadimi kimi Qarabağa qayıtmışdır. O, Ağdam Cümə məscidinin axundu seçiləndə otuz yaşlarında olmuşdur. Axund Molla Mustafa Əliyev adı ilə Qarabağda savadlı din xadimi kimi tanınmış, müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Mükəmməl dini təhsili olduğu üçün ərəb, fars dillərini, şəriət elmlərini tədris etmiş, Qarabağda savadlı din xadimlərinin yetişməsində əhəmiyyətli rol oynamışdır.
Axund Molla Zülfüqar
Axund Molla Zülfüqar Axundov (azərb. Axund Molla Zülfüqar Axund Molla Mustafa oğlu Axundov‎) — Qarabağın tanınmış din xadimi. Cümə məscidinin axundu. Axund Molla Mustafanın oğlu. Hacı İbrahim ağa Axundovun kiçik qardaşı. == Həyatı == Axund Molla Zülfüqar Axund Molla Mustafa oğlu Axundov 1872-ci ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində anadan olmuşdur. Seyidli oymağının Kərbəlayi Miralılar soyundandır.Axund Molla Zülfüqar Axundov ilk təhsilini atası Axund Molla Mustafa Əliyevdən almış, ərəb, fars dillərini, şəriət elmlərini öyrənmişdir. Sonralar Xorasanda mükəmməl dini təhsil almışdır. Qardaşı Hacı İbrahim ağa Axundovun vəfatından sonra Ağdam Cümə məscidinin axundu seçilmişdir.Azərbaycanın yüzlərlə ziyalısı kimi Axund Molla Zülfüqar Axundov da 1937-ci ildə repressiya qurbanı olmuşdur. O, 1937-ci ilin sentyabr ayının 15-dən 16-na keçən gecə güllələnmişdir.Axund Molla Zülfüqar Axundov ailə həyatı qursa da, övladı olmamışdır.
Axund Molla Zülfüqar Axundov
Axund Molla Zülfüqar Axundov (azərb. Axund Molla Zülfüqar Axund Molla Mustafa oğlu Axundov‎) — Qarabağın tanınmış din xadimi. Cümə məscidinin axundu. Axund Molla Mustafanın oğlu. Hacı İbrahim ağa Axundovun kiçik qardaşı. == Həyatı == Axund Molla Zülfüqar Axund Molla Mustafa oğlu Axundov 1872-ci ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində anadan olmuşdur. Seyidli oymağının Kərbəlayi Miralılar soyundandır.Axund Molla Zülfüqar Axundov ilk təhsilini atası Axund Molla Mustafa Əliyevdən almış, ərəb, fars dillərini, şəriət elmlərini öyrənmişdir. Sonralar Xorasanda mükəmməl dini təhsil almışdır. Qardaşı Hacı İbrahim ağa Axundovun vəfatından sonra Ağdam Cümə məscidinin axundu seçilmişdir.Azərbaycanın yüzlərlə ziyalısı kimi Axund Molla Zülfüqar Axundov da 1937-ci ildə repressiya qurbanı olmuşdur. O, 1937-ci ilin sentyabr ayının 15-dən 16-na keçən gecə güllələnmişdir.Axund Molla Zülfüqar Axundov ailə həyatı qursa da, övladı olmamışdır.
Ay Molla əmi (qəzet)
Ay Molla əmi (qəzet) - Qacar hökumətində bilavasitə mürtəce və Məhəmmədəli Mirzənin sarayına bağlı qüvvələrin orqanı sayılan, 1908-ci ildə Təbrizin Dəvəçilər məhəlləsində İslamiyyə cəmiyyətinin vasitəçiliyilə nəşr edilən qəzet. == Qəzetin nəşri == XXI əsrin sonlarından İranda Qacar hökuməti əleyhinə kortəbii sıçrayışlar şəklində təzahür edən xalq nümayişləri artıq 1905-ci ilin sonunda şüurlu, nizamlı formalar almağa başladı. Hökumətə qarşı olan bu kütləvi hərəkatlar, inqilabla nəticələndi və tarixə Məşrutə inqilabı (1906-1911) adı ilə daxil oldu. XX əsrin əvvəllərində Azərbaycanın Güneyində yaşayan türklərdə «Hümmətçilikdən millətçiliyə» keçmə meylləri yaranırdı. Tədrisin türk dilində aparıldığı məktəblər qurulur, türkcə mətbuat yaranırdı. Belə bir dövrdə çap edilən Azərbaycan türkcəsində dərc edilən mətbu orqanlarından biri də «Ay Molla əmi» adlanan qəzet olmuşdur. Bu qəzet Təbrizin Dəvəçilər məhəlləsində İslamiyyə cəmiyyətinin vasitəçiliyilə nəşr edilirdi. Dövrün mürtəce qəzetlərindən olan əyləncəli «Ay Molla əmi» İslamiyyə cəmiyyəti tərəfindən 1908-ci ildə (h.q.1326) həm fars, həm də Azərbaycan dillərində çap olunurdu. Azərbaycan türkcəsində olan «Ay Molla əmi» qəzeti qəbul olunmuş qaydada əsasən kiçik həcmdə Bəsirət məktəbinin müdiri, eyni zamanda «Üxüvvət», «İttihad» və «İslamiyyə»nin qəzetlərinin rəhbəri olan Mirzə Əhməd tərəfindən Təbrizdə çap olunurdu. «Ay Molla Əmi», başqa bir mənbəyə istinadən, Mirzə Həsən və Səidüssoltanın rəhbərliyi altında nəşr olunurdu.
Ağa Hacı Molla Tağızadə
Ağa Hacı Molla Tağızadə, Molla Ağa Bixud (1830, Şamaxı – 1892, Şamaxı) — Azərbaycan şairi == Həyatı == Molla Ağa Hacı Molla Tağızadə (Bixud) 1830-cu ildə Şamaxıda anadan olub. Şamaxıda məktəbi bitirib. Dövrünün bilikli adamlarından sayılıb, türk və fars dillərini mükəmməl bilib. Bixud İrana və Qafqaz şəhərlərinə səfərlər edib. Bununla belə ömrünün böyük bir hissəsini Şamaxıda yaşayıb. Ömrünün sonlarına yaxın ətriyyat satmaqla məşğul imiş. Qəzəllərindən ibarət cəmi bir kitabı qalıb. Ağa Hacı Molla Tağızadə 1892-ci ildə 62 yaşında vəba xəstəliyinə tutularaq vəfat edib. == Yaradıcılığı == S.Ə.Şirvaninin müasirlərindən biri olan şair. Şamaxıdakı "Beytüs-səfa" ədəbi məclisinin fəal üzvlərindən biri.
Ağbulaq (Molla Yaqub)
Ağbulaq — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Sərab şəhristanının Mərkəzi bölgəsinin Molla Yaqub kəndistanında, Sərab şəhərindən 25 km cənub-qərbdə, Sərab-Ərdəbil avtomobil yolunun 7 kilometrliyindədir.
Ceyhun Mollazadə
Ceyhun Mollazadə (18 may 1960, Bakı) — AzQTel MMC-nin prezdenti, Azərbaycanın ABŞ-dakı keçmiş müvəqqəti işlər vəkili (1992–1993). == Həyatı == Ceyhun Mollazadə 1960-cı il mayın 18-də Bakıda anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1992–1993-cü illərdə Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiri olub. 1994-cü ildə - Beynəlxalq Enerji Konsaltinq qrupuna daxil olan Kembric Enerji Araşdırmaları Mərkəzininin baş elmi işçisi olduğu dönəmdə özünün JNM konsalting şirkətini yaradıb. 1997–2003-cü ilər ərzində isə Star Kapital Qrupun Türkiyə, Yaxın Şərq, Orta Asiya və Qafqaz üzrə baş direktoru vəzifəsini icra edib. == Fəaliyyəti == 2004-cü ildə transmilli "Qtel" şirkəti ilə tərəfdaşlıq etməyə başlayıb və Latın Amerikası, Afrika, Azərbaycan və Gürcüstanda simsiz genişzolaqlı şəbəkənin inkişafı və bu sahəyə maliyyə resurlarının cəlbini təşkil edib. 2005-ci ildə isə Azərbaycanda "AzQtel" MMC-ni yaradıb. 2010-cu ilin noyabr ayından etibarən şirkət Sazz 4 G brend adı altında WiMAX 4G texnologiyası əsasında qurulmuş simsiz, limitsiz, genişzolaqlı İnternet xidmətini paytaxt Bakı, habelə Sumqayıt və Abşeron yarımadasının sahilyanı qəsəbələrinə müvəffəqiyyətlə tətbiq etməyə başlayıb. 2009-cu ildən "AzQtel"şirkətinin rəhbəridir.
Fərhad Mollazadə
Fərhad Ədhəm oğlu Mollazadə (d. 12 sentyabr 1958; Bakı, Azərbaycan) — Azərbaycanlı memar. 2000-ci ildən Azərbaycan Memarlar İttifaqının (AMİ) vitse-prezidenti, 2007-ci ildən isə AMİ İdarə Heyətinin Katibidir. O, Azərbaycan Prezidenti İlham Əliyevin 25 noyabr 2016-cı il taxirli sərəncamı ilə "Azərbaycan Respublikasının Əməkdar memarı" fəxri adına layiq görülüb. == Həyatı == Fərhad Mollazadə 1958-ci il 12 sentyabrda Bakı şəhərində anadan olub. 1980-ci ildə Azərbaycan İnşaat mühəndisləri İnstitutunu bitirən Fərhad Mollazadə, sonradan bir müddət "Dənizneftqazdövlətlayihə" institutunda çalışıb. 1987-ci ildə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspirant əyani şöbəsinə daxil oldu. Fərhad Mollazadə ailəlidir, bir qız və bir oğlan övladı var. Fərhad Ədhəm oğlu Mollazadə 1958-ci ildə Bakıda anadan olmuşdur. 1980-cı ildə Azərbaycan İnşaat mühəndisləri institutunu bitirmişdir.
Güllücə-i Mollalar (Əhər)
Güllücə-i Mollalar (fars. گلوجه مالالار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Günd-i Molla İsa (Üşnəviyyə)
Günd-i Molla İsa (fars. گندملاعيسي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 841 nəfər yaşayır (175 ailə).
Gündək-i Molla (Urmiya)
Gündək-i Molla (fars. گوندك ملا‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 198 nəfər yaşayır (38 ailə).
Hacı Molla Şükür Məhərrəmzadə
Hacı Molla Şükür Məhhərrəmzadə (1820 və ya 1821, Ağanus, Laçın rayonu) — dövrünün məşhur ziyalılarından biri, müəllim olmuşdur. Müqəddəs bir şəxsiyyət kimi tanınmışdır, Şuşa şəhərinin qazısı olmuşdur. Şuşa qalasındakı "Təzə pir" məscidinin baş ruhanisi olmuşdur. == Həyatı == Hacı Axund Molla Şükür 1820, yaxud 1821-ci ildə Şuşadan təxminən 40 km məsafədə yerləşən indiki Laçın rayonunun Ağanus kəndində doğulmuşdu. Mollaxanada oxuduqdan sonra 10 il Bağdad və Nəcəf şəhərlərində İslam dini ilə yanaşı, dünyəvi elmlərin də dərinliklərinə yiyələnmişdi. 1850-ci illərin ortalarında Vətənə döndükdən sonra o vaxtkı Zaqafqaziya şeyxülislamı onu Şuşa şəhərinin axundu təyin etmişdi. O, da qısa müddətdə Qarabağ camaatının hörmətini qazanmışdı. Hacı Mоlla Şükür Yasəmən Rəhim qızı və Bəyaz xanımla ailə qurmuşdu. Nəsir, Əbuturab, Məhəmməd, Əhməd, Əsədulla adlı оğlanları vardı. Yazıçı-publisist Əslixan Hüseynoğlu özünün "Geriyə bax, qoca!.." adlı romanında yazır: "...Hacı Molla Şükürdə övliyalıq, olmuş, yaxud olacaq hadisələr barədə qeybdən xəbər vermək qabiliyyəti də varmış.
Hekayəti Molla İbrahim-Xəlil Kimyagər
Hekayəti Molla İbrahim-Xəlil kimyagər — dramaturq Mirzə Fətəli Axundovun 1850-ci ildə yazdığı ilk komediyası sayılır. Elə ilk komediya da müəllifinin feodal cəmiyyətinin çürümüş mənəvi-əxlaqi problemlərinə, fanatizmə, nadanlığa, miskin həyat tərzinə, kiflənmiş düşüncə tərzinə qarşı mübarizə mövqeyində durduğunu göstərib. Dramaturq sadə süjet əsasında qurulmuş həyati hadisələrini və o hadisələr içərisində formalaşan bədii xarakterləri, koloritli personajları bütün tipik səciyyələri ilə təqdim edib. Komediyada qoyulan kəskin ictimai-sosial, mənəvi-əxlaqi problemlər dramaturqun sonrakı dram əsərlərində daha mürəkkəb həyat hadisələri zəminində, daha kəskin konfliktlər əsasında işlənib. "Dərviş Məstəli şah" dramının qəhrəmanı mənəvi baxımdan Molla İbrahimxəlillə qohumdur, ona doğmadır. Dramaturq bu bənzərliyi mənəvi cəhətdən götürüb, obrazın bədii təsvirinə görə isə fal qurub cadu-piti ilə cibləri soyan Məstəli şah milli dramaturgiyamızda orijinal dramaturji obrazdır. == Məzmun == Şəhər əhli eşitdiyi xəbərdən başını itirib: misi gümüşə döndərən kimyagər "peyda" olub. Var-dövlətini itirən, yüngül yolla qazanc əldə etmək istəyən, hər cür alçaqlığa razı olan cahillər yalançı kimyagərin "möcüzəsinin işığına" yığışırlar. Molla İbrahimxəlil camaatın sadəlövhlüyündən istifadə edərək, soyğunçuluğa başlayır və qarşısında yaltaqlıq, ikiüzlülük edib, onun rəğbətini qazanmağa can atan nadanları asanlıqla toruna salır. == Personajlar == Əfradi-əhli-məcalis: Molla İbrahimxəlil — kimyagər, kəldəkli.
Həsən Mollazadə Gəncəvi
Hacı Həsən Mollazadə Gəncəvi (1853, Nuxa – 1919, Gəncə) — Azərbaycan islam ruhanisi və mütəfəkkiri. == Həyatı == Hacı Şeyx Həsən Molla Imamqulu oğlu Mollazadə Gəncəvi 1853-ci ildə Şəki şəhərində dünyaya gəlib. Hacı Şeyx Həsənin ailəsi maldar tərəkəmə tayfası idi, yəni onlar tam köçərilərdən fərqli olaraq daimi qışlaq və yaylaq yerlərinə malikdilər, həm də az da olsa əkinçiliklə məşğul idilər. Hacı Şeyx Həsən uşaqlıqda çobanlıq edib. Ona atası Molla İmamqulu oxumağı və yazmağı öyrədib. Şəkini tərk edərək Gəncəyə gələndə Həsənin 12 yaşı vardı. O, burada Şah Abbas mədrəsəsində oxuyaraq savadını artırıb, daha sonra isə 5 il Təbrizdə Hacı Səfərəli mədrəsəsində təhsil alaraq (Abdulla Şaiq’in atası Mustafa ilə birlikdə) ərəb və fars dillərini də mükəmməl öyrənib. Burada təhsilini bitirdikdən sonra o, Nəcəf şəhərinə gedərək 5 il də burada dini elmlərin incəliklərinə yiyələnib və müctəhid rütbəsinə çatıb. Əldə olan bilgilərə görə, Həsən təhsilini başa vurduqdan sonra müqəddəs Həcc ziyarətinə gedib və bundan sonra "hacı" titulu qazanıb. Artıq ali savadlı ruhani kimi özünü təsdiqləmiş Hacı Şeyx Həsən Naxçıvana gələrək Nehrəm kəndində yaşayıb.
Köhnə Mollalar (Bukan)
Köhnə Mollalar (fars. كهنه ملالر‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 67 nəfər yaşayır (13 ailə).
Molla Fəxrəddin Əcəmi
Molla Fəxrəddin Əcəmi (v. 1460, Ədirnə) — Osmanlı alimi, müdərris və Osmanlı şeyxülislamı. == Həyatı == Həyatının ilk illəri haqqında dəqiq məlumat olmasa da, doğum yeri olaraq İranın mərkəzi bölgəsi qeyd olunur. İlk təhsilini Seyid Şərif əl-Cürcanidən almışdır. Osmanlı Dövlətinə gəlişi isə 1417-ci ilin əvvəllərinə təsadüf edir. Bursada özü kimi fars mənşəli olan Burhanəddin Heydər Harəvidən dərslər almış, ardından Molla Fənarinin oğlu Mehmed Şah Əfəndinin xidmətinə girmişdir. Bəzi mədrəsələrdə müdərris olaraq fəaliyyət göstərdikdən sonra 1431-ci ildə II Murad tərəfindən şeyxülislam seçildi.II Mehmed dönəmində də şeyxülislamlığa davam edən Fəxrəddin Əcəmi gənc sultana güclü təsir göstərən hürufilərin aradan qalxmasında önəmli rol oynamışdır. Fəzlullah Nəiminin kəlamlarının və tərəfdarlarının yavaş-yavaş sarayı ələ keçirməsindən təlaşa düşən sədrəzəm Vəli Mahmud Paşa şeyxülislama xəbər göndərərək onu köşkünə dəvət etmiş və bir qrup hürufi ilə müzakirəyə başlamışdır. Müzakirələrdə haqlı görülən Molla Əcəmi hürufilərin həbs olunmasını əmr etmiş, əsir alınan hürufilər II Mehmedin hüzuruna çıxarılmışdır. II Mehmedin əmrilə hürufilər Ədirnədəki Üç Şərəfəli Məscidində bir daha sorğu-sual olundu.
Molla Gülü Zülami
Molla Gülü Zülami — azərbaycanlı şair. == Həyatı == Molla Gülü Qarabağda dünyaya gəlmişdir. İbtidai təhsilini molla yanında almışdı. Sonra Təbriz şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Təhsilini tamamlayandan sonra doğma yurduna dönmüş, Bərdə şəhərində "Cümə məscidi"nin nəzdindəki mədrəsədə uşaqlara dərs demişdi. Molla Gülünün adına 1699-cu ilə aid Zari Ərəşi adlı bir xəttatın topladığı cüngdə rast gəlinir. Molla Gülü Zülaminin Füzulinin 7 beytlik “Yetməzmi” rədifli qəzəlinə yazdığı 7 bəndlik təxmisi müəllifin dahi şairin əsərinə həssaslıqla yanaşması, dilinin sadəliyi, keçidlərin orijinallığı ilə diqqəti cəlb edir. == Mənbə == Ənvər Çingizoğlu. Molla Gülü Zülami Qarabaği. "Soy" dərgisi, 1 (31) 2010.
Molla Gülü Zülami Qarabaği
Molla Gülü Zülami — azərbaycanlı şair. == Həyatı == Molla Gülü Qarabağda dünyaya gəlmişdir. İbtidai təhsilini molla yanında almışdı. Sonra Təbriz şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Təhsilini tamamlayandan sonra doğma yurduna dönmüş, Bərdə şəhərində "Cümə məscidi"nin nəzdindəki mədrəsədə uşaqlara dərs demişdi. Molla Gülünün adına 1699-cu ilə aid Zari Ərəşi adlı bir xəttatın topladığı cüngdə rast gəlinir. Molla Gülü Zülaminin Füzulinin 7 beytlik “Yetməzmi” rədifli qəzəlinə yazdığı 7 bəndlik təxmisi müəllifin dahi şairin əsərinə həssaslıqla yanaşması, dilinin sadəliyi, keçidlərin orijinallığı ilə diqqəti cəlb edir. == Mənbə == Ənvər Çingizoğlu. Molla Gülü Zülami Qarabaği. "Soy" dərgisi, 1 (31) 2010.

Digər lüğətlərdə

вы́броска заныря́ть пика́нтный расцепле́ние дадаи́ст пе́гий подремонти́ровать подча́ливание по́рознь тусте́п хли́пко дверста Зиновьевск block-buster Eohippus gymnospermous handwrought inexistence mad-apple mesne sniffer Stirlingshire unearthly камедь соседка