1. ÖLMƏZ (müxtəlif mənalarda) Azərbaycan, mənim eşsiz yurdum oy!.. Ölməz eşqim, içimdəki dərdim oy! (A.İldırım); ƏBƏDİ [Firəngiz:] Mənə elə gəlir ki, yazıçı hekayəsində xalqımızın müdrik fəlsəfəsini ümumiləşdirmişdi: mərdlik, qeyrət və sədaqət sıldırımlardan da atılsa ölməzdir, əbədidir! (B.Bayramov); CAVİD (kl.əd.) Dünyada varsa dövləti-cavid; olmaz sevib-sevilməyən ömründə bəxtiyar (H.Cavid); CAVİDANİ (kl.əd.) Cavidani yaşayış ləzzəti-ruhanidir (M.Hadi); LAYƏMUT (kl.əd.) Necə çiçək? Ürəyimdə olan xəyallar tək; Pıçıldasın qoy olar ruhi-layəmutun üçün (A.Səhhət).
2. ölməz bax unudulmaz