Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Renate Linqor
Renate Linqor — Qadın futbolu üzrə dünya və Avropa çempionu, Olimpiya oyunlarının mükafatçısı Renate Linqor Almaniyanın Karlsrue şəhərində doğulub. O, futbol oynamağa 1981-ci ildə "SV Blankenloch" klubunda başlayıb, 1983-cü ildən "Karlsrue SC" klubunun gənclərdən ibarət komandasında çıxış edib. Almaniya Bundesliqasında peşəkar karyerasına 14 yaşında "SC Klinge Seckach" klubu ilə müqavilə imzaladıqdan sonra başlayıb. Almaniyanın bir sıra aparıcı klublarından təklif almasına baxmayaraq, o, adıçəkilən klubda 1997-ci ilə qədər çıxış edib. Həmin il Renate Linqor "FFC Frankfurt" klubunda mərkəz yarımmüdafiəçi mövqeyində oynamağa başlayıb. Linqor 2 dəfə UEFA Kubokunun qalibi (2002, 2006), 5 dəfə Almaniya çempionu (1999, 2001, 2002, 2003, 2005), 5 dəfə Almaniya Kubokunun qalibi (1999, 2000, 2001, 2002, 2003) olub. 2007-2008-ci il mövsümündən sonra futbolçu karyerasını başa vurub. 1995-ci ildə Almaniya milli komandasına dəvət olunan Renate Linqor buna qədər Almaniyanın 20 yaşlı futbolçulardan ibarət yığmasının tərkibində 19 oyunda meydana çıxıb. 2006-cı ildə Marta (Braziliya) və Kristin Lilli (ABŞ) ilə bərabər Dünyada İlin Ən Yaxşı Qadın Futbolçusu adına Renate Linqorun da namizədliyi irəli sürülüb. Linqor Milli komandada 2 dəfə dünya çempionu (2003, 2007), 2 dəfə Avropa çempionu (2001, 2005) və 2 dəfə Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı (2000, 2004) olub.
Rinat Abdaşov
Rinat Abdaşov - Azərbaycan əsilli veteran futbolçu. Karyerası ərzində mərkəz müdafiəçisi mövqeyində çıxış etmişdir.
Rinat Hüseynov
Rinat Əhmədov
Rinat Əhmədov — məşhur Donetsk biznesmeni, milyarder, Ukraynanın ən varlı insanı; Şaxtyor futbol klubunun və "Sistem Kepital Menecment" şirkətinin sahibi və Ukrayna Ali Radasının Regionlar Partiyasından olan deputatıdır. 2001-ci ildə Donetsk Milli Universitetindən məzun olmuşdur.
Rinat Yusupov
Rinat Yusupov (başq. Ринат Мөхәммәт улы Йосопов, 1951—2011) — Sovet, rus etnoloqu və antropoloqu. Tarix elmləri namizədi, professor. 1951-ci il noyabrın 12-də Sovet Sosialist Respublikaları İttifaqı, Başqırd MSSR, Ziançurinski rayonunun İsyanqulovo kəndində anadan olub. 1975-ci ildə Başqırd Tibb İnstitutunu bitirib. 1977-1979-cu illərdə SSRİ Elmlər Akademiyası Leninqrad şöbəsinin (İ. İ. Qoxmanın rəhbərliyi altında) N. N. Mikluxo-Maklay adına Etnoqrafiya İnstitutunun antropologiya şöbəsinin aspirantı olur. İxtisası - kraniologiya. 1979-cu ildən SSRİ EA Başqırdıstan Bölməsinin Tarix, Dil və Ədəbiyyat İnstitutunun Etnoqrafiya və antropologiya şöbəsində çalışır. 1982-ci ildə “Başqırdların kraniologiyaya görə antropoloji tərkibi” (ixtisas 03.00.14 – antropologiya) mövzusunda tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Tarix elmləri namizədi adına layiq görülür.
Vitex quinata var. puberula
Vitex pinnata (lat. Vitex pinnata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin viteks cinsinə aid bitki növü.
Ruhnamə
Ruhnama və ya Ruhnamə (Ruhun kitabı) – 1990–2006-cı illərdə Türkmənistan Prezidenti Saparmurat Niyazovun qələmə aldığı iki cildlik bir əsər. Türkmən millətinin təməlini vurğulayan dövlət-təbliğat vasitəsi kimi istifadə edilməsi nəzərdə tutulmuşdu. Ruhnamə türkmən mədəniyyətinə pilləli, daha sonra isə son dərəcə geniş şəkildə daxil edildi. Niyazov ilk olaraq nüsxələri ölkənin məktəb və kitabxanalarında yerləşdirdi, daha sonra içindəkilərdən imtahan edəcək qədər iləri getdi və nəticədə kitab sürücülük imtahanının bir ünsürünə çevrildi. Məktəblərdə, universitetlərdə və dövlət təşkilatlarında Ruhnamə oxumaq məcburi idi. Yeni dövlət işçiləri iş görüşmələrində kitab üzərindən imtahan olunurdu. 2006-cı ilin dekabrında Niyazovun ölümündən sonra da kitab populyarlığını yüksək olaraq saxladı. Lakin sonrakı illərdə prezident Qurbanqulu Berdiməhəmmədovun onu dövlət məktəblərinin tədris proqramından çıxarması və abituriyentlərin biliklərinin kitab üzərindən sınanması təcrübəsi dayandırdırması nəticəsində kitabın əvvəlki yayğınlığı azaldı. Dastanlar əsrlər boyu Orta Asiyanın sosial həyatında bir çox mühüm rol oynamışdır. Regionun müasir dövrdən öncəki rəhbərləri mətni mənimsəyir və hökmranlığı üçün özləri ilə epik qəhrəmanlar arasında bir bağ yaradırdılar.