Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Running Scared
Running Scared (azərb. Ürküb qaçan‎) — Azərbaycanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Eldar & Nigar cütlüyünün müsabiqədə ifa etdikləri mahnı. Finalda 221 xalla birinci olmuşdur. Running Scared mahnısının müəllifləri isveçli Stefan Örn, Sandra Byurman və İen Farquhansondur. Bu müəlliflər Avroviziya 2010-da Azərbaycan təmsilçisi Safuranın ifa etdiyi "Drip Drop" mahnısını bəstələmişdilər. == Fon == Bu mahnıdan əvvəl ifaçıların heç biri kiminləsə duet ifa etməmişdi. Hər iki ifaçı musiqi alətlərində Eldar pianoda, Nigar isə saksafondar ifa etməyi bacarır. "Bizə duet şəklində çıxış etməyi təklif edəndə hər ikimiz narahat olduq. Hələ bilmirdik ki, bir yerdə işləyə biləcəyik ya yox. Lakin hər şey yaxşı oldu.
Running on Air
Running on Air (azərb. Havada qaçış‎) — Avstriyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Neytan Trent "Running on Air" mahnısı ilə Avstriyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı Neytan Trent və Bernard Penzias tərəfindən bəstələnmişdir. Daha sonra mahnının italyan dilində olan digər bir versiyası "Fino A Che Volerò" və eyni zamanda ispan dilində olan remiks versiyası təqdim edilmişdir.
Yoakim Ronninq
Yoakim Ronninq (30 may 1972)- əvvəllər Espen Sendberqlə bir komandada işləyən norveçli kino rejissoru. Hər ikisi Norveçin Sandefyord şəhərindəndir. Onların bir yerdə olduğu komanda Roenberq (hər ikisinin soyadının birləşməsi) adlanırdı. Ronninq indi film və televiziya verilişləri hazırlayan və rəhbərlik edən solo rejissordur. == Karyerası == 2006-cı ildə Yoakim Ronninq Espen Sendberqlə birgə ilk filmləri olan və baş rollarını Penelopa Kruz və Salma Hayek oynadığı Bandidası çəkmişdir. Filmi fransız kinorejissor Luk Besson yazmışdır. Onun 2012-ci ildə hazırladığı Kon-Tiki filmi Norveç kino tarixində Qızıl qlobus və 85-ci Akademiya mükafatına namizəd görülmüş ilk film idi. Cütlük Karib quldurları seriyasının beşinci filmi olan "Karib quldurları:Ölülər nağıl danışmır" filminə rejissorluq etmişdir.
CWTS Leiden Ranking
CWTS Leiden Ranking — Niderlandda yerləşən Leyden Universitetinin Elm və Texnoloji Tədqiqatlar Mərkəzi tərəfindən illik təqdim olunan dünyanın nüfuzlu ali təhsil müəssisələrinin reytinqlərindən biri.Müxtəlif sahələr üzrə dünyanın ən nüfuzlu bibliometrik reytinq göstəricilərindən biri olan "CWTS Leiden Ranking" çoxsaylı ali təhsil müəssisələri, biznes subyektləri o cümlədən ictimai sferada fəaliyyət göstərən qurumlar tərəfindən mötəbər mənbə kimi qəbul olunur. == Metodologiya == Hesabatların hazırlanmasında Klarivayt Analitiks şirkətinin və "Web of Science" saytının məlumat bazasından istifadə olunur. Burada ölçülən meyarlar sırasına hər bir elmi subyekt üzrə dərc edilən məqalə sayı, dərc olunan jurnalların göstəriciləri (milli sıralaması, istinad sayı, təsir faktoru və s.) və sıralamaya daxil edilən institutların tədqiqat potensialı daxildir.
Nero Burning ROM
Nero — köhnə adı Ahead Software. CD-dən CD-yə DVD-dən DVD-yə (diskdən disqə), faylı CD-yə və DVD-yə köçürməyə kömək edir. Bu proqramın Nero 6,7,8,9, və s. versiyaları vardır. Bu proqramla müxtəlif audio, video, animasiya və şəkilləri diskə köçürmək olur. Nero AG şirkəti tərəfindən istehsal edilmişdir.Microsoft Windows və Linux əməliyyat sistemləri üzərində işləyən bir disk yazma proqramıdır. Ümumiyətlə CD-yə və DVD-yə yazmaq üçün Nero Express varsiyası olur. == Ad == CD-yə və DVD-yə fayl köçürmək ingilis dilində əsasən "Optical Disc Burning" deməkdir və bu azərbaycanca "Optik Disk Yandırmaq" mənasını daşıyır. Məşhur tarixə görə Roma İmperatoru Nero, Böyük Roma yanğınında lir çalıp,mahnı oxumuşdu. Almanca "Roma", "Rom" deməkdir.
Round Univercity Ranking
RUR reytinqi (ing. RUR Ranking - ing. Round University Ranking) — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. Mərkəzi Rusiyanın Moskva şəhərində yerləşir. == Tarixi == Bu qlobal reytinq cədvəli ilk dəfə 2010-cu ildə dərc edilmişdir. == Parametrlər == Hər bir ali məktəb 20 ayrı parametr üzrə, o cümlədən təhsilin keyfiyyəti, beynəlmiləlçilik və maliyyə dayanıqlığı meyarları üzrə qiymətləndirilir. == 2019 == 2019-cu ildə RUR reytinqinin dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlinə 74 ölkədən 820 ali təhsil müəssisəsinin adı düşüb. Reytinq cədvəlinə ABŞ universitetləri liderlik ediblər. Siyahıda ölkələr arasında ikinci yeri isə 74 ali məktəblə Rusiya tutmuşdur.
The Hunting Party
The Hunting Party — Amerikalı rok qrupu Linkin Parkın 6-cı studiya albomudur. Albom 2013-cü ilin may ayından 2014-cü ilin aprel lentə yazılmışdır. Albomun ilk sinqlı Guilty All The Same 6 may 2014 tarixində çıxmışdır. İkinci sinqıl Untill It`s Gone 1 iyun 2014 tarixində çıxmışdır. Bu albomda rəhbərliyi Mike və Brad etmișdilər. = Albomun hazırlanması və yayımlanması = 26 mart 2014 Mike öz twitterində yeni albomun çıxışını bildirib. Albomun ilk sinqılı "Guilty All The Same" olmuşdur, trek reper Rakim ile birlikə oxunmuşdur. Həmçinin ikinci sinqlın çıxışı məlum olmuşdur — "Until It’s Gone", singıl rəsmi relizi — 30 may 2014. 8 aprel 2014, Complex TV üçün olan müsahibədə Mike təsdiqlədi ki yeni albomun adı "The Hunting Party" olacaq. Üstəlik öyrənildi ki, albomda 12 trek olacaq, 4 mahi isə başqa ifaçılar ilə duet olacaqdır (Rakim, Daron Malakian (System Of A Down), Tom Morello və Page Hamilton (Helmet).
Academic Ranking of World Universities
"Academic Ranking of World Universities" (azərb. Dünya universitetlərinin akademik reytinqi‎) və ya "Shanghai Ranking" (azərb. Şanxay reytinqi‎) və ya qısaca ARWU — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. 2003-cü ildən Şanxay Jiao Tonq Universiteti tərəfindən tərtib olunur.
Webometrics Ranking of World Universities
Webometrics Ranking of World Universities (azərb. Dünya universitetlərinin vebometriks reytinqi‎) — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. == Tarixi == 2004-cü ildən keçirilir. Bu reytinq tədqiqatını dünyanın nüfuzlu tədqiqat mərkəzlərindən biri olan İspaniyanın Dövlət Elmi Tədqiqat Mərkəzi aparır. == Qiymətləndirmə == Ali məktəblərin qiymətləndirməsi 4 nominasiya üzrə aparılır. Əsas kriteriyalar ali məktəbin dünyada tanınması, elektron məkanda tutduğu çəki və başqaları tərəfindən qiymətləndirilməsi, müasir elmi nəşrlərin çəkisidir.
The Last Airbender – The Burning Earth
Avatar: The Last Airbender – The Burning Earth, Avropada Avatar: The Legend of Aang – The Burning Earth kimi bilinir — Avatar: Aanq haqqında əfsanə cizgi serialın ikinci mövsumun (İkinci kitab: Torpaq) əsasında yaradılmış Wii, Nintendo DS, Game Boy Advance, PlayStation 2, və Xbox 360 üçün videooyun. Avatar: The Last Airbender videooyunun sikvelı.
Avatar: The Last Airbender – The Burning Earth
Avatar: The Last Airbender – The Burning Earth, Avropada Avatar: The Legend of Aang – The Burning Earth kimi bilinir — Avatar: Aanq haqqında əfsanə cizgi serialın ikinci mövsumun (İkinci kitab: Torpaq) əsasında yaradılmış Wii, Nintendo DS, Game Boy Advance, PlayStation 2, və Xbox 360 üçün videooyun. Avatar: The Last Airbender videooyunun sikvelı.
Kenninq
Kenninq (kenning, qədim Norveç mənşəli sözdən törəmişdir (kenna- “bilmək”, “tanımaq”, “hiss etmək”), müasir island tələffüzündə [cʰɛnːiŋk]) — skandinav skaldik poeziyası üçün, habelə ingilis-sakson və kelt poeziyası üçün səciyyəvi olan azı iki isimdən ibarət məcaz növüdür. Kenninq hər hansı əşyanın və ya şəxsin adi adını əvəz etmək üçün istifadə edilir. Məsələn, “Odinin oğlu” Toru bildirir, “Dalğa qabanı” deyəndə dəniz, “Arı canavarı” (Beovulf) deyəndə ayı nəzərdə tutulur. Kenninqlərin quruluşu prinsipləri və çoxsaylı nümunələrinə Kiçik Eddada və digər saqalarda rast gəlmək olar. == Kenninqin anlayışı və quruluşu == Rudolf Mayssnerin və Andreas Xoyslerin əsərlərindən qaynaqlanan müasir kenninq nəzəriyyəsinə uyğun olaraq, kenninq “özül” (Grundwort) və “təsvir”dən (Bestimmung) ibarət ikiüzvlü isimləşmiş parafrazdır. Kenninq adi isimlər və ya poetik isimlər (heiti) vasitəsilə qurula bilər. Heitiyə misal olaraq hökmdar mənasında işlədilən “hilmir” (hərfi tərcüməsi “dəbilqə paylayan”) sözünü göstərmək olar. Kenninqlə adları da əvəz etmək mümkündür. XI əsrdə yazılmış “Həyat mahnısı”nda Grettir öz qardaşı Dromund ləqəbli Torsteyni “uzaq dənizin böyük gəmisi (stórskip rauðahafs), polad ilahının qatili Reginin evi(stálgoðs bani ok Regins skáli)” adlandırır. Əgər bu “tapmaca”nı təhlil etsək görərik ki, “drómundr” sözü “uzaq səyahət üçün nəzərdə tutulmuş gəmi”ni bildirir, “polad ilahının qatili” ilah Tora aid kenninqdir, Torun adı Torsteyn adının birinci hissəsini təşkil edir.
Rutinq
Rutinq — Rutinq Android ƏS-də çalışan telefon (planşet) sahibinə "superuser" hüquqları — sisteminə qoşulma və dəyişiklik etmə imkanı verir.
Ed Menninq
Ed Menninq (ing. Edward R. "Ed" Manning 2 yanvar 1944-cü ildə ABŞ, Missisipi, Sammit - 4 mart 2011-ci il, ABŞ, Texas, Fort Uert) - Milli Basketbol Assosiasiyasının (NBA) ardıcıl olaraq 4 mövsümündə və həmçinin Amerika Basketbol Assosiasiyasının beş mövsümündə çıxış etmiş peşəkar basketbolçu və məşqçi. Larri Braunun assisenti kimi o, 1987-1988-ci il mövsümündə "Kanzas Ceyhoks" komandasının tərkibində Tələbə İdmanının Milli Assosiasiyanın çempionu olmuşdur.
Edvin Danninq
Edvin Danninq (ing. Squadron Commander Edwin Harris Dunning; 17 iyul 1892, CAR – 7 avqust 1917) — Krallıq donanmasının Hava Qüvvələrində xidmət etmiş ingilis əsilli pilot. Edvin Danninq hərəkət vəziyyətində olan gəmiyə təyyarə endirməyə çalışmış və ilk cəhdən buna nail olmuş ilk pilot kimi tarixə keçmişdir. Danninq 1917-ci ilin 2 avqust tarixində Krallıq donanmasına məxsus HMS Furious aviadaşıyıcısına idarə etdiyi Sopwith Pup tipli kiçik mühərrikli təyyarəsini uğurla endirmişdir. 5 gündən sonra, 7 avqust tarixində oxşar cəhdin təkrarlanması zamanı pilot təyyarənin idarəetməsini itirmiş və Sopwith Pup okeana düşmüşdür. Faciə nəticəsində Edvin Danninq boğularaq ölmüşdür. == Həyatı == Edvin Danninq 1892-ci ilin 17 iyul tarixində Cənubi Afrikada anadan olub.
Kerol Çenninq
Kerol Çenninq (ing.
Ronan Fanninq
Ronan Fanninq (1941 – Yanvar 2017) — İrlandiyalı tarixçi. Fanninq Dublin Universitet Kollecinin müasir tarix fakultəsinin professoru olmuşdur. Həmçinin o, Dublin Universitet Kollecinin Tarix Məktəbi və Arxivlər bölməsinin arxiv direktoru vəzifəsində də çalışmışdır. Fanninq İrlandiya Kral Akademiyasının üzvü olmuş, İrlandiya Bioqrafiya Kataloqu və İrlandiyanın Xarici Siyasət Sənədlərinin idarə heyətinə üzv seçilmişdir. O, Sunday Independent qəzetinin siyasət, tarix və ən son hadisələr bölmələri üzrə yazarı olmuşdur.Ronan Fanninq 18 yanvar 2017-ci ildə 75 yaşında vəfat etmişdir. == Nəşrləri == Documents on Irish Foreign Policy by Catriona Crowe, Ronan Fanning, Michael Kennedy, Dermot Keogh, Eunan O'Halpin. Royal Irish Academy, ISBN 1-904890-03-2 (1-904890-03-2) Independent Ireland, Educational Company of Ireland, The, ISBN 0-86167-301-8 (0-86167-301-8) The Irish Department of Finance, (1922-58) by Ronan Fanning, Institute of Public Administration (Ireland) Staff Hardcover, Institute of Public Administration, ISBN 0-902173-82-0 (0-902173-82-0) Religion and Rebellion by Judith Devlin, Ronan Fanning, University College Dublin Press, ISBN 1-900621-03-7 (1-900621-03-7) The Lives of Eliza Lynch by Michael Lillis and Ronan Fanning, Gill and Macmillan (September 2009).Ronan Fanning, list of publications.
Sonninq mükafatı
Sonninq mükafatı (dan. Sonningprisen) — Avropa mədəniyyətinə fövqalədə töhfələr verən elm, mədəniyyət və ədəbiyyat xadimlərinə verilən mükafat. Sonninq mükafatı Danimarkalı yazıçı Karl Sonninqin şərəfinə hər iki ildən bir verilir. Kopenhagen Universitetinin rektorluğu tərəfindən seçilmiş nümayəndə heyəti mükafata namizəd olan şəxslər arasında seçim aparır və aparılan seçim nəticəsində qalib şəxsə 135.000 avro mükafat verilir. Mükafatlandırma mərasimi Karl Sonninqin doğum tarixi olan 19 apreldə Kopenhagen Universitetinin akt zalında təqdim olunur.
El Fenninq
El Fenninq (ing. Elle Fanning; 9 aprel 1998) — amerikalı aktrisa və model.
Meri Enninq
Meri Enninq (ing. Mary Anning; 21 may 1799-cu il - 9 mart 1847-ci il) — britaniyalı həvəckar daşlaşmış sümük kolleksioneri və palentioloq. Yaşadığı Laym-Recisdə tapdığı daşlaşmış sümük və dəniz faunası tapıntılarına görə məşhurlaşıb. Onun elmi işləri Yer kürəsinin qədim dövrü barəsində tarixi və həyatı barəsində təsəvvürün dəyişməsinə səbəb olub. == Həyatı == Meri Aninq 1809 və 1811-ci illər arasında hələ 10-12 yaşında olarkən dinozavr qalıqlarını aşkarlamış və tərəfindən aşkarlanan qalıqların bütün hissələrini müəyyən müddət sonra birləşdirmişdir. Bununla Meri Enninq dünya tarixinə ilk paleontoloq qadın kimi daxil olmuşdur. O ilk arxeoloq qadın kimi də tanınır. Müxtəlif vaxtlarda ona pul müqabilində iş görmək təklif olunsa da, o bundan imtina etmişdir.
Danninq-Krüger effekti
Danninq-Krüger effekti — ixtisas səviyyəsi aşağı olan insanların səhv nəticələr çıxarması, səhv qərarlar qəbul etməsi və eyni zamanda ixtisas səviyyəsinin aşağı olması səbəbindən səhvlərini dərk edə bilməməsini nəzərdə tutan metakoqnitiv təhrifdir. Nəticədə bu onların öz bacarıqları haqqında şişirdilmiş təsəvvürə gəlmələrinə səbəb olur. Onlardan fərqli olaraq, yüksək ixtisaslı insanlar, əksinə, öz bacarıqlarını kiçiltməyə meyillidirlər — öz güclərinə inamsızlıqdan əziyyət çəkirlər və digər insanları daha ixtisaslı hesab edirlər. Eyni zamanda, qabiliyyətlərinin digər insanlar tərəfindən də eyni şəkildə aşağı qiymətləndirildiyini düşünürlər. Beləliklə, az səriştəli insanlar öz qabiliyyətləri barədə daha yüksək, yüksək səriştələrə sahib olanlar isə daha aşağı qiymətləndirmə aparırlar. == Fərziyyə və eksperimental yoxlama == Bu fenomenin mövcudluğu barədə fərziyyə 1999-cu ildə Castin Krüger və Devid Danninq tərəfindən irəli sürülüb və Çarlz Darvinin "Əminlik bilikdən çox cəhalətdən yaranır" və Bertran Rasselin "Dövrümüzün xoşagəlməz xüsusiyyətlərindən biri odur ki, özünə arxayın olanlar axmaqdır, az da olsa təxəyyülü və anlayışı olanlar isə şübhə və qərarsızlıqla doludur.". Fərziyyəni yoxlamaq üçün Krüger və Danninq Kornell Universitetinin psixologiya kursunun tələbələrinin iştirakı ilə bir sıra eksperimentlər keçirmişdilər. Fərziyyəyə görə az səriştəli insanlar aşağıdakı ilə xarakterizə olunur: Öz bacarıqlarını həddindən artıq şişirdirlər; Başqalarının həqiqətən yüksək olan səviyyələrini adekvat qiymətləndirməyə qadir deyillər; Öz səriştəsizliklərinin dərinliyini dərk edə bilmirlər; Təlimlərdən sonra sahib olduqları səriştəsizliklərin fərqinə varsalar da, bunu düzəltmək üçün hər hansı addım atmırlar.Fərziyyəni təsdiq edən eksperimentin nəticələri 1999-cu ilin dekabrında "Şəxsiyyət və sosial psixologiya" jurnalında dərc olunmuşdurBu araşdırmaya görə 2000-ci ildə müəlliflərə Şnobel mükafatı təqdim olunmuşdur. Oxşar araşdırmaların nəticələri 2003-cü və 2008-ci ildə dərc olunmuşdur.
Riçard Menninq Karp
Riçard Menninq Karp (ing. Richard Manning Karp; 3 yanvar 1935, Boston) — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış amerikalı alim. == Həyatı == 3 yanvar 1935-ci ildə anadan olmuşdur. Karp 1985-ci ildə şəbəkə axınları üçün effektiv alqoritmlərin işlənib hazırlanması, alqoritmlər nəzəriyyəsi və NP-tamlıq nəzəriyyəsinə verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Villem de Kuninq
Villem de Kuninq (nid. Willem de Kooning; Niderland dilində tələffüzü de Kоninq, 24 aprel 1904, Rotterdam — 19 mart 1997, Long-Aylend) — XX əsrin ikinci yarısının aparıcı rəssam və heykəltaraşı, Abstrakt ekspressionizmin liderlərindən biri.