Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Süleysin
Glis glis (lat. Glis glis) — Glis cinsinə aid heyvan növüdür. == Xarici görünüşü == Xarici görünüşcə sincaba oxşayır. Lakin qulaqlarının kənarları sincabın qulaqlarından fərqli olaraq dəyirmi şəkildə olub, uclarında uzun tüklərdən ibarət qotazlar olmur. Bədənin uzunluğu 186 mm, quyruğun uzunluğu 161 mm, qulağın uzunluğu 23 mm, pəncənin uzunluğu isə 32 mm-ə qədərdir. Çəkisi 174 q-dır. Əmcəklərinin sayı 10 ədəddir. Bel hissəsinin tük örtüyü bozumtul-qonur, qarın hissəsininki isə ağ rəngdədir. Quyruğu uzun və tüklüdür. Bu tüklər sanki hər tərəfdə yana daranmışdır.
Meşə süleysini
Meşə süleysünü (lat. Dryomys nitedula) gəmiricilər dəstəsinin süleysünlər fəsiləsinə aid məməli heyvan növüdür. == Xarici görünüşü == Ölçücə süleysindən kiçikdir, bədənin uzunluğu 90 – 110 mm, arxa pəncənin uzunluğu isə 19 – 22 mm-dir. Quyruğunun uzunluğu təxminən bədənin uzunluğuna bərabər. Kütləsi 30-40 q-dır. Quyruğu yana daranmış tüklərlə örtülüdür. Kəllənin uzunluğu 24 – 26 mm olub, gözarası məsafə hamardır. Təbil kameraları iri və uzunsov şəkildədir. Xəzi bozumtul-pas və ya sarımtıl-qonur rəngdədir. Buna baxmayaraq, yaşadığı arealdan asılı olaraq rəngi kəskin dəyişə bilər.
Süleysinkimilər
Süleysinlər (lat. Gliridae və ya lat. Myoxidae) — gəmiricilər dəstəsinə aid məməli heyvan fəsiləsidir. Əsasən Avropada yayılmışlar, lakin bəzi növlərinə Afrika və Asiyada da təsadüf olunur. Digər məməlilərdən qış yuxusunun uzunmüddətli olması ilə fərqlənirlər. == Ümumi xüsusiyyətləri == Orta və xırdaboylu gəmiricilərdir. Quyruqları bədəndən uzun olub, azca basıqdır. Yer formalarında quyruq seyrək tüklərlə örtülmüş, ağac formalarında isə yumşaq tüklüdür. Ön ətrafları dörd, arxa ətrafları beşbarmaqlıdır. Barmaqları uzun və çox hərəkətlidir.
Süleymin kitabı
Süleymin kitabı və ya əsil adı ilə Ali-Muhəmmədin sirləri — İslam tarixində yazılmış ilk kitab. == Haqqında == Süleym ibn Qeysin kitabı İslam aləmində qələmə alınmış birinci kitab hesab olunur. Onun müəllifi belə bir kitab yazmasını bir müddət hamıdan gizlətmişdir. Belə ki, o dövrə hakim olan siyasi vəziyyət bunu tələb edirdi. Müəllif qələmə aldığı kitabı ömrünün sonlarında etimadlı bir şəxsə ötürmüş və bundan sonra da insanlar arasında yayılmışdır. “İlk kitab” bir neçə İmamın təsdiqini almışdır. İmam Sadiq bu kitabı gizli həqiqətlərdən olan bir sirr kimi qələmə vermiş və onun hər haqq sevərin evində olmasını vacib bilmişdir. == Tərcümə və nəşr == Kitab 2012-ci ildə Rövşən Abdullaoğlu tərəfindən "İlk kitab" adı ilə müxtəsər formada Azərbaycan dilinə tərcümə olunmuş, "Qədim Qala" nəşriyyatı tərəfindən I cild formasında çap olunmuşdur. Daha sonra 2-ci dəfə təkrar nəşr olunmuşdur.Kitab 2015-ci ildə Taleh Abbasov tərəfindən "Ali-Muhəmmədin sirləri" adı ilə tam şəkildə Azərbaycan dilinə tərcümə olunmuş, "Nurlar" nəşriyyatı tərəfindən çap olunmuşdur. == İstinadlar == == Həmçinin bax == Süleym ibn Qeys əl-Hilali Şiə kitablarının siyahısı == Xarici keçidlər == "İlk Kitab (II nəşr)" ( (az.)).
Süleysün (personaj)
Süleysün - Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biridir. Papaqçı və Mart pişiyi ilə çay içməyi xoşlayır.
Süleyman
Süleyman (təq. e.ə. 990, Fələstin – təq. e.ə. 931, Qüds) — Yəhudi Krallığının üçüncü kralı.Onun həmçinin 45-50 arası xanımla ailə həyatı qurduğu tarixi kitablarda yazılımışdır.
Adilcan Süleyman
Adilcan Süleyman (uyğ. ئادىلجان سۇلەيمان; 21 avqust 1967, Sincan-Uyğur Muxtar Rayonu) — uyğur basketbolçu. == Basketbol karyerası == Adilcan 1983-cü ildə Sincandan Pekin İdman Universitetinə təhsil almaq üçün gəldi.1984-cü ildə Bayi Men Basketbol Komandasının məşqçisi Ju Çunlin Adilcanın basketbolda da bacarıqlı olduğunu aşkar etdi. 1986-cı ildə Bayi Kişi Basketbol Komandasına seçildi və 1989-cu ildə milli komandaya seçildi. 5 nömrəli forma geyərək, hücumları və müdafiəni təşkil etmək qabiliyyətinə görə xüsusilə driblinq və bölmə taktikasını yaxşı bacardı. "Basketbol meydançasındakı sehrbaz" kimi tanınır. 2000-ci ilin yazında Adilcan təqaüdə çıxdı və "Bayi Rokets"-in köməkçi məşqçisi oldu. Yarım il sonra keçmiş baş məşqçi Vanq Fei istefa etdi və Adilcan Bayi komandasının baş məşqçisi oldu. 2017-ci ilin fevralından Adilcan Çin Basketbol Assosiasiyası sədrinin müavini vəzifəsindədir. 7 dekabr 2018-ci il tarixində Sincan Uçan Pələng Ah Dejiangın baş məşqçi vəzifəsinə başladığını elan etdi.
Bəzmi-Süleyman
Bəzmi-Süleyman, ərəbcə: "Süleymanın məclisi" — Dinə görə, Süleyman peyğəmbər bütün heyvanların və quşların dilini bilirmiş, guya o istədiyi zaman onlar Süleyman peyğəmbərin məclisində hazır olarlarmış.
II Süleyman
II Süleyman (15 aprel 1642[…], Konstantinopol – 22 iyun 1691, Ədirnə) — 20-ci Osmanlı padşahı və 99-cu İslam xəlifəsidir. == Həyatı == === Taxta çıxışı === 15 aprel 1642 tarixində İstanbulda dünyaya gəlmişdir. Atası Sultan İbrahim, anası Saliha Dilaşub Sultandır. Sünnət mərasimi o əsnada taxtda olan qardaşı Sultan Mehmedlə birlikdə 21 oktyabr 1649 tarixində baş tutdu. Sultan Mehmed dövrünün ilk illərində böyük validə Kösəm Sultanla kiçik validə Turhan Sultan arasında gedən mübarizədə adı taxt namizədi olaraq çəkildi və bundan sonra digər qardaşlarıyla birlikdə sarayın Şimşirlik adlanan hissəsində ciddi nəzarət altında yaşadı. Tez-tez Sultan Mehmedin çıxdığı səfərlərə və ov mərasimlərinə qatılır, çox vaxt Ədirnə sarayına aparılırdı.1683 tarixli Vyana məğlubiyyəti ilə başlayan torpaq itkisi səbəbilə ordunun, üləmanın və dövlət xadimlərinin Sultan Mehmedə qarşı birləşməsi nəticəsində taxta namizəd seçildi. Mənbələrdə, təxminən 40 ildir ki, Şimşirlikdə qalan Şahzadə Süleymanın öldürülməkdən qorxaraq "İzâlemiz emrolunduysa söyle, iki rek‘at namaz kılayım. Kırk yıldır her gün ölmektense bir gün evvel ölmek yeğdir" ("Hökmümüz əmr edilibsə deyin, iki rükət namazımı qılım. Qırx ildir hər gün ölməkdənsə, bir dəfə ölərəm.") dediyi və otağından çıxmadığı qeyd olunur. Nəhayət, kiçik qardaşı Şahzadə Əhmədin də köməyilə razı salınan Şahzadə Süleyman əvvəlcə hovuz başındakı taxta oturduldu, ardından səhər saatlarında Osmanlı ənənəsinə uyğun olaraq Babüssəadə qapısı önündəki səltənət taxtına əyləşdi (8 noyabr 1687).
I Süleyman
Sultan Süleyman Qanuni (Osmanlı Türkcəsi: سلطان سليمان اول, Sultan Süleyman-ı Evvel) (6 noyabr 1494, Trabzon – 6 sentyabr 1566, Siqetvar, Baranya əyaləti), Osmanlı imperiyasının 10-cu padşahı və 89-cu İslam xəlifəsidir. Qərb dünyasında Möhtəşəm Süleyman, şərqdə isə ədalətli idarəçiliyinə görə Qanuni Sultan Süleyman olaraq da tanınır. 1520-dən 1566-dakı ölümünə qədər təqribən 46 il sultanlıq etmiş və 13 dəfə səfərə çıxmış, səltənətinin ümumilikdə 10 il 1 ayını səfərlərdə keçirmişdir. Osmanlı tarixinin ən uzun müddət taxtda oturan, ən uzun müddət səfərdə qalan və ən çox səfərə çıxan sultanıdır. I Süleyman 1520 tarixində atası I Səlimin vəfatı ilə taxta çıxdı. Qərbdə Belqrad, Rodos, Boğdan (indiki Moldova) və Macarıstanın böyük hissəsini imperiya torpaqlarına birləşdirdi. 1529 tarixində Vyananı mühasirəyə alsa da, müxtəlif səbəblərdən bü mühasirə uğursuz oldu. Şərqdə Səfəvilərlə gedən döyüşlərdən sonra Orta Şərqin böyük bir qismini işğal etmişdir. Afrikada imperiya sərhədləri Əlcəzairə qədər uzanmış, Osmanlı donanması Aralıq dəniz və Qırmızı dəniz sahillərini fəth etmişdi. I Səlimdən 6.557.000 km2 olaraq aldığı Osmanlı mülkünü, oğlu II Səlimə 14.893.000 km2 olaraq miras buraxmışdır.
Meşə süleysünü
Meşə süleysünü (lat. Dryomys nitedula) gəmiricilər dəstəsinin süleysünlər fəsiləsinə aid məməli heyvan növüdür. == Xarici görünüşü == Ölçücə süleysindən kiçikdir, bədənin uzunluğu 90 – 110 mm, arxa pəncənin uzunluğu isə 19 – 22 mm-dir. Quyruğunun uzunluğu təxminən bədənin uzunluğuna bərabər. Kütləsi 30-40 q-dır. Quyruğu yana daranmış tüklərlə örtülüdür. Kəllənin uzunluğu 24 – 26 mm olub, gözarası məsafə hamardır. Təbil kameraları iri və uzunsov şəkildədir. Xəzi bozumtul-pas və ya sarımtıl-qonur rəngdədir. Buna baxmayaraq, yaşadığı arealdan asılı olaraq rəngi kəskin dəyişə bilər.
Məscid Süleyman
Məscid Süleyman — İranın Xuzistan ostanının şəhərlərindən və Məscid Süleyman şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 106,121 nəfər və 22,393 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Məşədi Süleyman
Məşədi Süleyman bəy Mansurov (15 oktyabr 1872, Bakı – 19 aprel 1955, Bakı) — Azərbaycan musiqisinin tədqiqatçısı, Bakı muğam məclislərinin rəhbəri. == Həyatı == Məşədi Süleyman bəy Mansurovlar nəslinin layiqli nümayəndələrindən biridir. Onun musiqiyə həvəsi atası - Bakıda muğam məclislərinin yaradıcısı Məşədi Məlik bəydən keçib. Tarixi sənədlərdən məlumdur ki, Məşədi Məlik bəy Mansurovun (1845-1909) İçəri Şəhərdə öz evində təşkil etdiyi muğam məclislərinin başlanğıcı 1863-cü ilə təsadüf edir. Məşədi Məlik bəy özü tar, kamança, dəf, qoltuq sazı və yeddidilli qarmonda çox yaxşı ifa edirmiş. Muğamların şöbə və guşələrini, həmçinin də poeziyanı, xüsusən qəzəlləri çox gözəl bilirdi. İrandan, Tiflisdən, İrəvandan və Azərbaycanın hər yerindən Bakıya gələn musiqiçilər aylarla onun evlərində yaşayıb, muğam və poeziya məclislərində iştirak edirdilər. Məşədi Məlik bəyin musiqiyə olan həvəsi oğulları - Məşədi Süleyman bəyə və Mirzə Mansur bəyə də keçmişdi. Hələ uşaq yaşlarından tar çalmağa meyl göstərən Məşədi Süleyman bəy sonralar mahir ifaçı və muğamların gözəl bilicisi kimi tanınıb. Öz dövrünün görkəmli musiqiçiləri ilə, xüsusən Mirzə Sadıq ilə yaxından dostluq etmişdir.
Rauf Süleyman
Mirzəyev Rauf Süleyman Həsən oglu — rejissor. == Həyatı == Rauf Süleyman Mirzəyev 1944-cü ildə Bakıda görkəmli teatrşünas Həsənağa Mirzəyev və Azərbaycan səhnəsinin ən səmimi ana obrazlarının ifaçısı, Azərbaycan SSR əməkdar artisti Ətayə Əliyevanın ailəsində dünyaya göz açıb. Hələ kiçik yaşlarından teatr mühiti ilə əhatə olunduğundan sənət dünyasında hədsiz bir maraqla böyüyən Rauf Süleyman, orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinə daxil olub. Təhsil almaqla yanaşı, 1968-ci ildən Azərbaycan Televiziyasında mikrofon operatoru kimi işə başlayıb və beləcə bütün ömrünü televiziyaya bağlayıb. Bütün rejissor kateqoriyalı dərəcələri keçib və 1997-ci ildə ali dərəcəli rejissor kimi fəaliyyətini davam etdirib. Bu dövürdə Rauf Süleyman Mirzəyev Azərbaycan televiziyasının müxtəlif redaksiyalarında – "Ədəbi-dram verilişləri" baş redaksiyası, "Gənclik" redaksiyasında rejissor, ali dərəcəli rejissor kimi çalışmaqla - "İdrak", "Zəriflik", "Evrika", "Tələbə dünyası", "Dünyaya sevinc gərək", "Yeddi sual, yeddi cavab", "Ev sizin, sirr bizim", "Qurama" folklor toplusu, "İlham pərisi" kimi tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan verilişlər hazırlayıb. Sırada "Xoşbəxt adam", "Ömür ağacı", "Dostun evi könüllərdir", "Ədalət naminə", "Tariximiz", "Bəxtiyar Vahabzadə", dörd hissəli "Türk Dünyası – Qitədən-Qitəyə" televiziya filmlərini bir rejissor kimi yüksək sənətkarlıqla araya-ərsəyə gətirib. Bunula yanaşı "Səslər muzeyi", "Ömrün axarı" kimi silsilə proqramlar efirin yaraşıqı olub. Rauf-Süleyman Mirzəyevin hazırladığı Azərbaycan Televiziyasında ən uzun ömürlü proqramlardan biri olan həftəlik "Turan" verilişinin rejissorudur. Rejissor Ramiz Həsənoğlunun qardaşıdır.
Sabir Süleyman
Setzer süleysünü
Setzer süleysünü və ya İran Sıçanabənzər süleysini(lat. Myomimus setzeri) — Gəmiricilər dəstəsinə, Sıçanabənzər süleysinlər cinsinə aid heyvan növü. Yayılma arealı: İran, Türkiyə, Azərbaycan. == Mənbə == Baillie, J. 1996. Myomimus setzeri . 2006 IUCN Red List of Threatened Species.
Sultan Süleyman
Sultan Süleyman Qanuni (Osmanlı Türkcəsi: سلطان سليمان اول, Sultan Süleyman-ı Evvel) (6 noyabr 1494, Trabzon – 6 sentyabr 1566, Siqetvar, Baranya əyaləti), Osmanlı imperiyasının 10-cu padşahı və 89-cu İslam xəlifəsidir. Qərb dünyasında Möhtəşəm Süleyman, şərqdə isə ədalətli idarəçiliyinə görə Qanuni Sultan Süleyman olaraq da tanınır. 1520-dən 1566-dakı ölümünə qədər təqribən 46 il sultanlıq etmiş və 13 dəfə səfərə çıxmış, səltənətinin ümumilikdə 10 il 1 ayını səfərlərdə keçirmişdir. Osmanlı tarixinin ən uzun müddət taxtda oturan, ən uzun müddət səfərdə qalan və ən çox səfərə çıxan sultanıdır. I Süleyman 1520 tarixində atası I Səlimin vəfatı ilə taxta çıxdı. Qərbdə Belqrad, Rodos, Boğdan (indiki Moldova) və Macarıstanın böyük hissəsini imperiya torpaqlarına birləşdirdi. 1529 tarixində Vyananı mühasirəyə alsa da, müxtəlif səbəblərdən bü mühasirə uğursuz oldu. Şərqdə Səfəvilərlə gedən döyüşlərdən sonra Orta Şərqin böyük bir qismini işğal etmişdir. Afrikada imperiya sərhədləri Əlcəzairə qədər uzanmış, Osmanlı donanması Aralıq dəniz və Qırmızı dəniz sahillərini fəth etmişdi. I Səlimdən 6.557.000 km2 olaraq aldığı Osmanlı mülkünü, oğlu II Səlimə 14.893.000 km2 olaraq miras buraxmışdır.
Süleyman məbədi
Solomon məbədi (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ‏‎) və ya İlk məbəd (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ‏‎: Beyt HaMikdaş) — Qədim Yerusəlimdə mövcud olmuş yəhudi məbədi. E.ə. 587-ci ildə Yerusəlimin mühasirəsindən sonra məbəd, Babil imperatoru II Navuxodonosorun göstərişi ilə dağıdılmış, e.ə. VI əsrdə isə onun yerində İkinci məbəd inşa edilmişdir. Yəhudi Bibliyasında qeyd edilir ki, İsrail krallığının hökmdarı Solomonun hakimiyyəti dövründə inşa edilmiş məbəd İudeya krallığı dövründə Yahveyə ithaf edilmiş və burada Əhd Sandığı saxlanılmışdır. Yəhudi tarixçi İosif Flavi qeyd edir ki, "məbəd, inşa edildikdən 470 il, 6 ay və 10 gün sonra yandırılmışdır", ravvin mənbələrindən Seder Olam Rabbah salnaməsində isə İlk məbədin e.ə. 832-ci ildə inşa edilməsi və e.ə 422-ci ildə dağılması bildirilir ki, bu da dini olmayan mənbələrdən 165 il sonra deməkdir. Yerusəlimdəki dini həssaslıqlar və siyasi qeyri-stabilliyə görə Məbəd dağı ərazisində yalnız məhdud miqdarda arxeoloji tədqiqatlar aparılmışdır.
Süleyman paşa
Süleyman paşa - Mesxetiya valisidir. İbrahim paşanın oğlu idi. Paşa, vəzifəyə başlayan kimi Dağıstan, Azərbaycan və Buxara xanlarına və Şimal Qafqaz əmirlərinə məktublar göndərərək onları, Ruslara qarşı ittifaqa çağırdı. Dağıstan və Azərbaycan xanları Osmanlı Dövlətinə bağlı qalacaqlarına dair söz verdilər. Lakin öz aralarındakı mübarizələr, Osmanlı siyasətinə də zərər verdi. Paşa 1770-ci ildə Aspinca döyüşündə II İrakliyə məğlub olmuşdu.
Süleyman peyğəmbər
Süleyman (təq. e.ə. 990, Fələstin – təq. e.ə. 931, Qüds) — Yəhudi Krallığının üçüncü kralı.Onun həmçinin 45-50 arası xanımla ailə həyatı qurduğu tarixi kitablarda yazılımışdır.
Süleyman xan
Süleyman xan — Hülaku xanın oğlu Yoşmutun nəticəsi, elxan. == Hakimiyyəti == İlkin həyatına dair məlumat azdır. 1339-cu ilin mayında Şeyx Həsən tərəfindən taxta gətirilmişdi. 1340-cı ildə Sultan Satıbəy xatunla evləndirilmişdir. 1341-ci ildə Sərbədarlar üsyanının başçıları Süleyman xanı hökmdar kimi qəbul etmişdilər. Məlik Əşrəf tərəfindən devrilməsindən sonra haqqında son məlumat 1345-ci ildə verilir.
Süleyman Çakır
Süleyman Çakır — Qurdlar Vadisi serialında Oqtay Qaynarca tərəfindən canlandırılmış obraz. == Uşaqlığı == Kiçik yaşda məscid həyətində gözü qarşısında atasının öldürüldüyünü görüb və bundan sonra dünyaya həmişə nifrətlə baxmışdır. Atası öldükdən sonra anasının evdə bişirdiyi plov və noxudu sataraq həm bacısı Dəryaya həm də anası Əminəyə baxmışdır. Bir gün polis gəlib qadağan olunmuş yerdə satış etdiyi üçün həm onu, həm də onun bacısını çox pis döymüşdür. Bu zaman gözü dönmüş və polisi bir-birinin ardınca bıçaqlayıb öldürmüşdür. Sonra cinayət işlədiyinə görə məhkum olunub, türməyə düşmüşdür. Türməyə düşəndə anası və bacısı çöldə qalmışdır. Bunun üçün ona Duran Əmmini bıçaqlamağı təklif etmişdilər və o da anası və bacısı pis vəziyyətdə olduğu üçün razı olmuşdur. Duran Əmmi dəstəmaz alarkən əlində bıçaqla onu öldürməyə getmiş ancaq atasının da dəstəmaz alarkən öldüyü gözünə gələndə etməmişdir. Duran Əmmi sayəsində mafiyaya girmiş və əhəmiyyətli bir mafiya başçısı olmuşdur.
Süleyman Çələbi
Süleyman Çələbi və ya Əmir Süleyman (1377, Kütahya – 17 fevral 1411, Konstansa, Silistrə əyaləti) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin oğlu, Fetrət dönəmində sultanlığını elan edən Osmanlı şahzadələrindən biri. == Həyatı == === İlk illəri === Şahzadə Süleyman Çələbi 1377-ci ildə Kütahyada dünyaya gəldi. Atası Sultan Murad Hüdavəndigarın oğlu və o illərdə Kütahya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə kənizlərindən biridir. 1387-ci ilin iyununda Bursa yaxınlığındakı Yenişəhərdə keçirilən mərasimlə qardaşları Ərtoğrul və İsa Çələbiylə birlikdə sünnət edildi. Eyni mərasimlə babası Sultan Murad Hüdavəndigar, atası Şahzadə Bəyazid və əmisi Şahzadə Yaqub Bizans imperatoru II Manuilin qızlarıyla evləndilər.Bu mərasimin ardından babasının əmriylə Rumeliyə keçən Süleyman Çələbi sədrəzəm Çandarlı Əli Paşanın idarəsindəki Osmanlı ordusuyla indiki Bolqarıstanın şimal torpaqlarının fəthində iştirak etdi. Çox keçmədən 1389-cu ildə baş tutan Birinci Kosovo döyüşündə babası Sultan Murad Hüdavəndigar qələbə qazanmasına baxmayaraq sui-qəsd nəticəsində öldürüldü və ardından atası taxta çıxdı. Atası İldırım Bəyazidin Anadolu bəyliklərini birləşdirmə siyasəti nəticəsində, 1390-cı ildə işğal edilən Aydınoğulları bəyliyinin torpaqları Aydın sancaqbəyliyinə çevrildi və Süleyman Çələbi bölgənin idarəsinə gətirildi. Niqbolu döyüşündə (1396) iştirakının ardından 1398-ci ilin yayında Sivasa göndərilən Süleyman Çələbi burada Ağqoyunlu bəyi Qarayuluq Osman bəyi məğlub edərək bölgəni ələ keçirdi. Bu qələbəsinin ardından 1400-cü ildə Manisa və Aydın sancaqbəyliyinə gətirildi. Ankara döyüşünə də (1402) məhz bu əyalətlərdən topladığı əsgərlərlə qatılmışdır.
Süleyman İsmayılbəyli
Süleyman İsmayılbəyli (azərb. İsmayılbəyli Süleyman Nəbi oğlu;‎6 noyabr 1977, Yevlax) — Azərbaycan Respublikasının əməkdar jurnalisti == Həyatı == İsmayılbəyli Süleyman Nəbi oğlu 1977-ci il, noyabr ayının 6-da Yevlax şəhərində anadan olub. 1985-ci ildə Yevlax şəhəri, 5 saylı orta məktəbin 1-ci sinfinə daxil olub.1995-cı ildə Yevlax şəhərindəki Nizami adına 7 saylı orta məktəbi bitirib. Bakı Avrasiya Universitetinin jurnalistika fakultəsini bitirib. Ali təhsil aldığı ilk illərdən jurnalistika fəaliyyətinə marağı olub və 1997-ci ildən başlayaraq ölkədə işıq üzü görən bir sıra kütləvi informasiya vasitələri, “Neytral”, “Teleskop”, “Hürriyyət”, “Şans” qəzetləri ilə əməkdaşlıq edib. === Ailəsi === Ailədir.İki övladı var.Nadir İsmayılovun qardaşıdır. == Fəaliyyəti == === Mətbuat fəaliyyəti === 1998-ci ilin yanvar ayından 2001-ci ilin dekabr ayına qədər “Gün” qəzetində müxbir vəzifəsində çalışıb. 2001-ci ilin yanvar ayının 6-dan dekabr ayının 26-dək “Diaspor” jurnalında müxbir vəzifəsində çalışıb. Bu illər ərzində həmçinin “Yeni Azərbaycan” qəzeti və “İki sahil” qəzetləri ilə əməkdaşlıq edib. 02.01.2003-cü il tarixindən bu günə qədər “OLAYLAR” qəzetində müxbir olaraq çalışır.
Süleyman İsmayılov
Süleyman İsmayılov (tam adı: İsmayılov Süleyman Abbas oğlu; 14 iyul 1957, Nehrəm, Naxçıvan rayonu) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, 1-ci dərəcəli dövlət müşaviri. == Həyatı == Süleyman İsmayılov 1957-ci il iyulun 14-də Naxçıvan MR-in Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. Simferopol şəhərində ali təhsil almış, daha sonra Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.1982-ci ildə Bakı şəhəri 26 Bakı Komissarı adına rayonun 236 nömrəli orta məktəbində müəllim, 1982–1986-cı illərdə Azərbaycan LKGİ 26 Bakı Komissarı adına Rayon Komitəsində təlimatçı, 1986–1991-ci illərdə Bakı şəhəri 26 Bakı Komissarı adına Rayon Xalq Nəzarəti Komitəsində təlimatçı-müavin, 1991-ci ilin may-sentyabr aylarında Bakı şəhəri 26 Bakı Komissarı adına Rayon Partiya Komitəsində təlimatçı, 1991–1992-ci illərdə Bakı "Spessistemservis" İstehsalat sahəsində hüquq məsləhətçisi, 1992–1994-cü illərdə Naxçıvan MR-in Bakı şəhərindəki Daimi Nümayəndəliyində mütəxəssis, baş mütəxəssis-müavin, 1994–1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Ümumi şöbəsində Ümumi sektorun müdiri vəzifələrində çalışmış, 1996-cı ildə Ulu öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ümumi şöbəsinin müdiri təyin edilmiş, 2005-ci ilədək həmin vəzifədə işləmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 19 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli Sərəncamı ilə 2-ci dərəcə dövlət müşaviri, 2007-ci il 22 iyun tarixli Sərəncamı ilə 1-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart və 2018-ci il 18 iyul tarixli sərəncamları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının üzvü, 1999-cu il 14 may və 2016-cı il 18 iyul tarixli sərəncamları ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Komissiyanın sədri təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 1 oktyabr tarixli Fərmanı və 2018-ci il 20 fevral tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü təyin edilmişdir. 2002-ci ildə Yaponiya Hökumətinin Beynəlxalq Əməkdaşlıq Proqramı çərçivəsində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Milli Kadrlar İdarəsinin regional təlim kurslarının sertifikatını almışdır. === Elmi fəaliyyəti === Heydər Əliyevin fəaliyyəti, sənədlərlə və vətəndaşların müraciətləri ilə iş, dövlət qulluğu və kadr məsələlərinə həsr olunmuş bir neçə kitabın və çoxsaylı məqalələrin müəllifidir. == Orden və fəxri adları == Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2012-ci il iyunun 22-də 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, 2017-ci il iyulun 13-də "Şöhrət" ordeni, 2019-cu il iyunun 22-də "Əməkdar dövlət qulluqçusu" fəxri adı ilə təltif edilmişdir.
Süleyman Şah
Süleyman Şah və ya Süleyman Şah Qaya Alpoğlu (təq. 1167, bilinmir – təq. 1227, Hələb) — Qaya Alpın oğlu, Ərtoğrul Qazinin atası, Osman Qazinin babasıdır. Oğuzların Qayı boyundandır. Doğum yeri və tarixi haqqında dəqiq məlumatlar yoxdur. XII əsrin sonlarında doğulduğu və Qayı boyunun rəisi olduğu bilinir. Monqol hökmdarı Çingiz Xanın Orta Asiyadakı istilası zamanı, XIII əsrdə Türküstandan qərbə doğru köç etməyə qərar vermişdir. Türküstandan 50 min nəfərlə Şimali Qafqaz üzərindən Şərqi Anadoluya gələrək, 1214-cü ildə Ərzincan və Ahlat bölgəsində yerləşdi. Eyni boya mənsub bəzi tayfalar da Diyarbəkir, Mardin və Urfaya yerləşdilər. == Ölümü və məzarı == Süleyman Şah Qayı boyundan bir neçə bəy ilə Cabere gedərkən Fərat çayında boğulub.