Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Süsənbər
Baqəvər (lat. Alisma) — baqəvərçiçəklilər sırasının baqəvərkimilər fəsiləsinə aid bitki cinsi.
Süsənlər
Süsənlər (fr. Les Iris) — məşhur holland rəssamı Vinsent van Qoqun 1889-cu ildə çəkdiyi rəsm əsəri. "Süsənlər" əsəri ölümündən bir il öncə, rəssamın Sen-Remi-de-provans yaxınlığında Mavzoleyli Müqəddəs Pavel klinikasında yaşadığı zaman çəkilmişdir. Van Qoq "Süsənlər"i 1889-cu ilin mayında, ruhi xəstəxanaya gəldikdən sonra, bir həftə ərzində, xəstəxananın bağında naturadan çəkməyə başlamışdır. Rəsm əsərində onun sonrakı işlərində üzə çıxan yüksək gərginlik yoxdur. O, əsəri "xəstəliyim üçün ildırım sipəri" adlandırıb. Çünki hiss edirdi ki, rəsm çəkməyi davam etdirərək xəstəliyindən xilas ola bilər. Tabloda Van Qoqun digər işlərində və həmçinin müasirlərinin də işlərində olduğu kimi Ukiyo-e yapon qravürlərinin təsiri görünür. Bu oxşarlıq, obyektlərin konturlarının ayrılması, qeyri-adi rakurslarda, detallı çəkilmiş ərazilər və reallığa uyğun olmayan tam rənglə dolu sahələrin olması ilə izah olunur. Rəsmin ilk sahibi tabloya 300 frank vermiş fransalı sənətşünas və anarxist Oktav Mirbo olmuşdur.
Bağayarpağıyabənzər süsənbər
Bağayarpağıyabənzər süsənbər (lat. Alisma plantago-aquatica) — baqəvərkimilər fəsiləsinin baqəvər cinsinə aid bitki növü.
Şərq süsənbəri
Şərq süsənbəri (lat. Alisma orientale) — baqəvərkimilər fəsiləsinin baqəvər cinsinə aid bitki növü.
Susəngerd
Süsəngird — İranın Xuzistan ostanının şəhərlərindən biri, Dəşt Azadegan şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43 591 nəfər və 7 636 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
Susevər böcəklər
Susevər böcəklər-(lat. ) Buğumayaqlılar tipinin Həşəratlar sinfinə aid olan növ Bu böcəklərin adları susevər olsa da özləri yaxşı üzə bilmirlər. Hətta çoxları heç üzmür. Işığa çox həvəslə uçurlar. Onlar bataqlıq və durğun suların yaxınlığında yanan işıqlara daha çox gəlirlər. Çünki onlar durğun sularda və bataqlıq yerlərdə yaşayır və artıb çoxalırlar. Sakit yay gcələrində işıq vasitəsilə cücüləri toplayan zaman adamın qulağına hər tərəfdən tappıltı səsləri gəlir. Elə bilirsən ki, göydən daş tökülür. Başını qaldırıb baxanda ətrafında yerə və divara zərbə ilə dəydikdən sonra hələ özünə gəlməyən yaşılımtıl qara rəngli, güzgü kimi parıldaq və çox iri böcəklərin arxası üstə düşüb çapaladığını görürsən. onlar çevrilmək üçün ayaqlarını göydə oynadaraq özünə dayaq nöqtəsi axtarır, saatlarla çapalayır, fırfıra kimi fırlanır və buna nail ola bilmirlər.