Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Parazit sürüklənmə
Parazit sürüklənmə — bir maye içində nisbi hərəkət edən cismə özünün mövcudluğu səbəbindən təsir edən sürütlənmə qüvvəsidir. Parazit sürüklənmə; maye element və cisim arasındakı sürtünməyə görə olur. Obyekt sürtünmə cərəyanı ilə cərəyan qarşısında bir səd yaradır. Cərəyan; bu səddi aşmaq üçün obyektin ətrafından dolanır. Bu dolanma ətrafında səthdə sürüşən maye ilə cisim arasındakı sürtünmə qüvvəsi cismi cərəyan istiqamətində sürükləməyə çalışır. Bundan əlavə, mayenin ətaləti də cismə axın istiqamətində təsir göstərir. Bu qüvvələrin nəticəsində cism axın istiqamətində hərəkət etməyə məcbur olur. Parazit sürüklənmə; Səthi sürtünməyə (skin friction), sürüklənənin formasına (form drag) və təyyarə hissələrinin birləşmə nöqtələrinə (interference drag) əsaslanır. “Səthin sürtünmə sürüklənməsi” və “forma sürüklənməsi” bəzən birlikdə “profil sürüklənməsi” adlandırılır. Səthi sürtünmə sürüşməsi nəqliyyat vasitəsinin səthi və onun üzərindən axan hava arasındakı sürtünmə nəticəsində yaranır və aşağıdakı amillərdən asılıdır: təyyarənin səthi sahəsi, səthi pürüzlülük (buzlanma və s.), sərhəd qatındakı hava axınının müntəzəm və ya turbulent olması, hava sürəti, aerofoilin qalınlığı, hücum bucağı Şəkil sürüklənməsi hava axınına müqavimət göstərən səthlərin arxasındakı türbülansa əsaslanır.
Parazit sürütlənmə

Sürütlənmə qüvvəsi
Sürütlənmə Hidroaeromexanikada bir mayenin daxilində olan cismin hərəkətinə göstərilən müqavimətdir. Sürütlənmə İngilis dilində olan "Drag" sözünə istinadən "D" hərfi ilə göstərilir. Bir qaz və ya maye içində hərəkət edən qatı bir cisim üçün sürütlənmə, daxilində olduğu mayenin axını (paralel) istiqamətində aerodinamik və ya hidrodinamik qüvvələrin cəmidir. Bu istiqamətə dik olan qüvvələr daşıyıcı qüvvələr adlandırılır. Buna görə sürütlənmə istiqaməti həmişə cismin hərəkət istiqamətinə ziddir. Bir mühərrik və ya başqa bir qüvvə aləti ilə təchiz olunmuş nəqliyyat vasitələrində bu qüvvə itələmə qüvvəsi tərəfindən dəf edilir və bu da nəqliyyat vasitəsinin hərəkətinə imkan verir. Həcmli axını ölçən rotametrlər bu prinsip üzərində işləyən ölçmə alətləridirlər. Aviasiyada sürütlənmə bir təyyarənin havadakı nisbi hərəkəti zamanı qarşılaşdığı müqavimətdir. Nəqliyyat vasitəsinin hərəkətinə əks istiqamətdə meydana gəldiyindən nisbilik hava axınına paralel və eyni istiqamətdə hərəkət edir. Təyyarədə itələmə yaradan elementlərin əsas vəzifəsi sürütlənmə qüvvəsini məğlub etməkdir.
İnduksiyalı sürüklənmə
İnduksiyalı sürüklənmə, sonlu bir səthin yaratdığı qaldırıcı qüvvənin səbəb olduğu sürütlənmə qüvvəsinə verilən addır. Praktiki olaraq sonsuz bir qanadın olması mümkün deyildir. Buna görə, qanad profilləri iki ölçülü model olsa belə, bir qanad əslində üçölçülüdür və cərəyan bu qanada göndərildikdə, yaranan reaksiya qüvvəsi iki komponentə malikdir: profilin mövcudluğundan formalaşmış parazit sürüklənmə qüvvəsi və qaldırıcı qüvvə. Ümumiyyətlə, qaldırıcı qüvvə parazitar sürüklənmə qüvvəsinə görə daha böyük bir qüvvə kimi ölçülür. Məhz bu səbəblə, qanad ucunu dövrə vuraraq təzyiqin aşağı olduğu yuxarı zonaya təzyiqin aşağı olduğu aşağı zonadan keçən bir cərəyan müşahidə olunur (axına perpendikulyar bir istiqamətdə). (Qanad ucu vorteksi) Bu vorteks əlavə sürüklənməyə səbəb olur, lakin bu sürüklənmə parazit sürüklənmədən fərqli olaraq cari sürətin kvadratına tərs mütənasibdir. Qaldırıcı qüvvəni artıran hər hansı bir amil induksiyalı sürüklənməni də artırır. (Məsələn: Hücum bucağı) İnduksiyalı sürüklənmə qüvvəsini aşağıdakı yollarla zəiflətmək mümkündür: Qanad genişliyini artırmaq: Qanad ucu vorteksləri qanad uclarına yaxın bölgələrdə reallasşdığından artırılmış qanad genişliyi, qanadın bu vorteksdən təsirlənmə faizini azaldacaqdır. Qanad ucu lövhəsindən istifadə: Qanad ucunda bu vorteksin reallaşmasının qarşısını alacaq və ya təsirini azaldacaq qanad ucu hissəsi, induksiyalı sürüklənməni kifayət qədər azalda bilər. İnduksiyalı sürüklənmə aşağıdakı kimi hesablanır: D i = 1 2 ρ V 2 S C D i = 1 2 ρ 0 V e 2 S C D i {\displaystyle D_{i}={\frac {1}{2}}\rho V^{2}SC_{Di}={\frac {1}{2}}\rho _{0}V_{e}^{2}SC_{Di}} C D i = k C L 2 π A {\displaystyle C_{Di}={\frac {kC_{L}^{2}}{\pi A}}} ve C L = L 1 2 ρ 0 V e 2 S {\displaystyle C_{L}={\frac {L}{{\frac {1}{2}}\rho _{0}V_{e}^{2}S}}} Bunun nəticəsi olaraq: C D i = k L 2 1 4 ρ 0 2 V e 4 S 2 π A {\displaystyle C_{Di}={\frac {kL^{2}}{{\frac {1}{4}}\rho _{0}^{2}V_{e}^{4}S^{2}\pi A}}} Beləliklə: D i = k L 2 1 2 ρ 0 V e 2 S π A {\displaystyle D_{i}={\frac {kL^{2}}{{\frac {1}{2}}\rho _{0}V_{e}^{2}S\pi A}}} A {\displaystyle A\,} Genişlik nisbəti, C D i {\displaystyle C_{Di}\,} Sürüklənmə əmsalı, C L {\displaystyle C_{L}\,} Daşınma əmsalı, D i {\displaystyle D_{i}\,} İnduksiyalı sürüklənmə k {\displaystyle k\,} Elliptik daşınma paylanmasına yaxınlaşma faktoru 1.05 −1.15 arası bir dəyər.