Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qızdırma
Qızdırma (febiris,pyrexia) —görə təsiri termorequlyasiya pyrogens (temperatur artmasına səbəb maddələr) altında sisteminin dinamik tənzimlənməsi bədən istiliyinin müvəqqəti artması ilə xarakterizə qeyri-spesifik nümunə patoloji proses. Uyğunlaşma reaksiyası olub, orqanizmin təbii rezistentliyini yüksəldir. Yəni xəstəliyə cavab olaraq orqanizm özü bədən temperaturunu normadan yuxarı qaldırır və onu tənzim edir. Təkamüldə qızdırma yüksək heyvanların və insan orqanizminin infeksiyasına qarşı qoruyucu-adaptiv cavab olaraq ortaya çıxdı və buna görə də bədənin temperaturu artmasına əlavə olaraq, bu proses də yoluxucu patologiyaya xas olan digər fenomenlərə də malikdir. Qızdırmanın müddəti və dərəcəsi mikrobun virulentliyindən,onun aktiv vəziyyəyinin müddətindən, və orqanizmin müdafiə mexanizmlərindən asılıdır. Çox vaxt kəskin 15 günə qədər,bəzən subxroniki və xroniki qızdırma olur. 2-3 gün davam edən hərarət efemer qızdırma adlanır. Lakin, temperaturun artması hər zaman qızdırma hesab edilmir. Məs: istinin əmələ gəlməsi və verilmnəsinin pozulması ilə əlaqədar olaraq bəzi istilik xəstəlikləri — istivurma,hipertireoz, atropinlə zəhərlənmə zamanı hipertermiya baş verir. Orqanizmin normal aktivliyi və ya fizioloji proseslər də temperaturu qaldıra bilər.
Sarı qızdırma
Bu sarı qızdırma virusları tərəfindən törədilir.Törədici 1901 ci ildə W .Reed ,J.Carrol tərəfindən aşkarlanıb.Sarı qızdırma Afrika və Amerika qitələrində 1647 ci ildən məlumdur.Virus sferik formada olub,27–38 mkm böyüklüyündədir.Virus RNTdən,zülaldan və lipdlərdən ibarətdir.Virus 65 °C də 10 dəq yə ,1%li formalin təsirindən 1–2 günə tələf olur.Mühitin turş reaksiyasına davamsızdir.Bu viruslara meymun,ağ siçan,dəniz donuzu,kirpi və s həssasdır.Virus heyvanın daxili üzvlərində , beynində və qanında müşahidə olunur. Sarı qızdırma kəskin ağır keçən xəstəlik olub, insanlarda 30–60%hallarda ölümlə nəticələnir. Xəstəlik 2–6 günlük inkubatsion dövrdən sonra qəfildən temperaturun 40C yə qədər yüksəlməsilə başlayır. Bel nahiyyəsində kəskin ağrılar,gözün hiperemiyası, öd, qusma,anuriya halları meydana çıxır. 4–5 gündən sonra xəstənin vəziyyəti yaxşılaşır. Əksər hallrda isə bir neçə saatdan və ya bir iki gündən sonra yenidən temeratur yüksəlir, sarılıq meydana çıxır, selikli qişalarda qansızma müşahidə olunur. Sarı qızdırmadan sağalmış şəxslər ömürlük immunitet qazanır. Diaqnoz ağ siçanda və ya hüceyrə kulturasında virusun alınmasına əsasən qoyulur.Virusun rezervuarı meymun və ya insandır.Virus ağcaqanad vasitəsilə keçirilir.Xəstənin qanını sormuş ağcaqanad 9–12 gün yoluxucu olmaqla ,bütün ömrü boyu yoluxucu qalır.Xəstəliyin endemik ocağı Cənubi Amerika,Qərbi Afrika və Hindistan hesab edilir. == Epidemiologiyası == Sarı qızdırma transmissiv xəstəlikdir.Amerikada Haemoqoqus və Aedes,Afrikada Aedes africanus və başqa ağcaqanadlar yayır.Xəstəliyin 2 ocağı məlumdur.təbiət ocağı və antrapurgik (şəhər) ocağı . Təbiətdə ağcaqanad meymunlardan,gəmiricilərdən və kirpidən yoluxur.
Revmatik qızdırma
Kəskin revmatik qızdırma və ya KRQ — həssas insanlarda A qrupu beta hemolitik streptekoklar tərəfindən törədilən yuxarı tənəffüs yolları infeksiyasından 1–5 həftə sonra ortaya çıxan, ürək, oynaqlar, beyin, qan damarları, dəri və dərialtı bağ toxumasını tutan sistemik bir xəstəlikdir. KRQ — A qrupu streptekokları tərəfindən törədilmiş faringitin qaliği olaraq yaranmış, ən çox oynaqları və ürəyi, daha az mərkəzi sinir sistemi, dəri və dərialtı toxumaları tutan nonsupuratif (irinsiz) iltihabi cavab reaksiyasıdır. == Tarixçəsi == ‘Rheumatism’, ‘rheuma’, ‘Bouillaud’s Disease’, ‘Poliarthritis Subacuta Rheumatism’, ‘Poliarthritis Acuta’, ‘Poliarthritis Rheumatica Acuta’,‘Rheumatismus İnfectiosus’, ‘ Rheumatismus Cerus’, ‘Morbus Rheumaticus Specificus’ kimi tarixi adları olmuşdur. KRQ — miladdan öncə 500-cü ildən bəri bilinən bir xəstəlikdir. Hipokrat "Xəstəliklər haqqında dörd kitab" əsərində belə yazmışdır : "Artrit zamanı halsızlıq meydana gəlir, şiddətli bir ağrı vücudun bütün oynaqlarını tuta bilir və bu ağrılar bəzən çox şiddətli, bəzən həlimdir, bir oynaqdan digərinə sıçraya bilir." Artriti ilk dəfə təsvir edən Guillaume de Baillou (1538 −1616) dur. Thomas Sydenham (1624–1668) 1686-cı ildə Sydenham xoreyasını təsvir etmiş, amma artrit ilə xoreyanı əlaqələndirə bilməmişdir. Charles Wells 1812-ci ildə ilk olaraq artrit və xoreya arasında əlaqəni təsvir etmiş və ilk olaraq subkutan nodullardan (dərialtı düyünlərdən) bəhs etmişdir. 18-ci əsrin ortalarında Gerard van Swieten "bəzən oynaqlarda ağrı qurtarır, sinədə ağrı başlayır, çırpıntı olur" deyərək revmatizm ilə ürək xəstəlikləri arasında əlaqə qurmağa cəhd etmişdir. William Cullen 1760-cı illərdə revmatizm xəstələrində "sürətli, dolğun və sərt nəbz" əlamətinə diqqət çəkmiş amma revmatizm və ürək xəstəlikləri arasında əlaqəni ilk təsvir edən Wells olmuşdur. David Pitcairn ilə birlikdə 1778-ci ildə bunu nəşr etdirmişdir.
Fraktal sıxılma
Fraktal, müxtəlif miqyaslı və ölçülü oxşar forma və rəsmlərdə təşkil olunmuş strukturdur. İlk dəfə olaraq bu termini Benua Mandelbrot, bir çox strukturlarda rast gəldiyi təkrar olunan rəsmləri təsvir etmək üçün işlətmişdir. O, müəyyən etdi ki, fraktalları riyazi təsvir etmək mümkündür və onları çox sadə alqoritmlərlə yaratmaq olar. Əgər hər hansı bir döşəməyə nəzər salsaq, orada çoxlu sayda oxşar, təkrar olunan fraqmentlərə rast gəlmək olar. Bu halda, döşəmənin səthinin necə olması heç bir əhəmiyyət kəsb etmir. Döşəmənin parketdən, betondan olmasından, xalçayla döşənməsindən və s. asılı olmayaraq, şəkillər ən kiçikdən tutmuş, lap böyüyə qədər təkrarlanacaq. Əgər döşəmənin səthinin bir hissəsinin üzünü köçürsək, demək olar ki, eynilə bu hissədən döşəmənin başqa yerində də tapmaq olar. Bundan başqa, əgər bir hissənin ölçülərini dəyişsək, firlatsaq və ya güzgü əksini alsaq, onda oxşar hissələrin sayı daha da çox olacaq. Onda bütün oxşar sahələri və kopyanın üzərində aparılmış bütün (riyazi) çevirmələri saymaq olar.
Kəskin revmatik qızdırma
Kəskin revmatik qızdırma və ya KRQ — həssas insanlarda A qrupu beta hemolitik streptekoklar tərəfindən törədilən yuxarı tənəffüs yolları infeksiyasından 1–5 həftə sonra ortaya çıxan, ürək, oynaqlar, beyin, qan damarları, dəri və dərialtı bağ toxumasını tutan sistemik bir xəstəlikdir. KRQ — A qrupu streptekokları tərəfindən törədilmiş faringitin qaliği olaraq yaranmış, ən çox oynaqları və ürəyi, daha az mərkəzi sinir sistemi, dəri və dərialtı toxumaları tutan nonsupuratif (irinsiz) iltihabi cavab reaksiyasıdır. == Tarixçəsi == ‘Rheumatism’, ‘rheuma’, ‘Bouillaud’s Disease’, ‘Poliarthritis Subacuta Rheumatism’, ‘Poliarthritis Acuta’, ‘Poliarthritis Rheumatica Acuta’,‘Rheumatismus İnfectiosus’, ‘ Rheumatismus Cerus’, ‘Morbus Rheumaticus Specificus’ kimi tarixi adları olmuşdur. KRQ — miladdan öncə 500-cü ildən bəri bilinən bir xəstəlikdir. Hipokrat "Xəstəliklər haqqında dörd kitab" əsərində belə yazmışdır : "Artrit zamanı halsızlıq meydana gəlir, şiddətli bir ağrı vücudun bütün oynaqlarını tuta bilir və bu ağrılar bəzən çox şiddətli, bəzən həlimdir, bir oynaqdan digərinə sıçraya bilir." Artriti ilk dəfə təsvir edən Guillaume de Baillou (1538 −1616) dur. Thomas Sydenham (1624–1668) 1686-cı ildə Sydenham xoreyasını təsvir etmiş, amma artrit ilə xoreyanı əlaqələndirə bilməmişdir. Charles Wells 1812-ci ildə ilk olaraq artrit və xoreya arasında əlaqəni təsvir etmiş və ilk olaraq subkutan nodullardan (dərialtı düyünlərdən) bəhs etmişdir. 18-ci əsrin ortalarında Gerard van Swieten "bəzən oynaqlarda ağrı qurtarır, sinədə ağrı başlayır, çırpıntı olur" deyərək revmatizm ilə ürək xəstəlikləri arasında əlaqə qurmağa cəhd etmişdir. William Cullen 1760-cı illərdə revmatizm xəstələrində "sürətli, dolğun və sərt nəbz" əlamətinə diqqət çəkmiş amma revmatizm və ürək xəstəlikləri arasında əlaqəni ilk təsvir edən Wells olmuşdur. David Pitcairn ilə birlikdə 1778-ci ildə bunu nəşr etdirmişdir.
Uzunmüddətli sıxılma sindromu
Uzunmüddətli sıxılma sindromu (Travmatik toksikoz, Kraş-sindrom) (ing. Crush syndrome) — Bədənin hər hansı bir hissəsinin 2-4 saat və daha çox sıxılması nəticəsində zədələnmiş yerdən distalda yerli qan dövranının pozulmasına və yumşaq toxumaların dağılmasına uzunmuddətli sıxılma sindromu deyilir. == Tarixi == Sindromu ilk dəfə 1918-ci ildə Birinci Dünya müharibəsi zamanı fransız cərrah Kenyu (E. Quenu, 1918) tərəfindən təsvir edilmişdir. 1941-ci ildə, İkinci Dünya müharibəsi dövründə, alman təyyarələri tərəfindən Londonun bombalanması zamanı qurbanların müalicəsində iştirak edən İngilis alimi Bayuoters (E. Bywaters) Bu sindromu araşdırılması zamanı nozoloji müstəqil bir vahid olaraq təcrid etmişdir (qurbanların % 3,5-də müşahidə edilmişdir). == Kliniki əlamətləri == Bu sindromun əsas kliniki əlamətləri sıxılmış toxumalar azad olduqdan sonra başlayır. Uzunmüddətli sıxılma sindromu toxuma və üzvlərdə baş vermiş zədəyə görə aşağıdakı qaydada təsnif olunur: toxumanın sıxılma növünə görə (sıxılma, əzilmə); yerləşməsinə görə (yuxarı, aşağı ətraflar, çanaq, qarın, döş); müştərəkliyinə görə (örtük toxumaların cırılması, sınıqlar, damar, sinir, daxili üzvlərin, baş-beyin və onurğa beyin zədələnmələri ilə); qarışıqlığına görə (yanıq, donma, şüalanma, zəhərləyici maddələrin iştirakı ilə); dərəcəsinə görə (yüngül, orta, ağır); dövrünə görə (sıxılma, erkən şok, böyrək çatışmazlığı, gecikmiş fəsadlar və sağalma); fəsadlarına görə (ətrafların, daxili üzvlərin sıxılması, irinli infeksiyanın inkişafı). == Yaranma səbəbəi == Təbii fəlakətlər (zəlzələ), texniki (şaxtaların uçması), istehsalat, nəqliyyat qəzaları, partlayışlar (bomba) zamanı insan bədəninin hər hansı bir hissəsi üzərinə sıxıcı amillərin (beton, dəmir lövhələr, ağır mexanizmlər, torpaq, ağac) təsirindən toxumalar dağılır (əzilir, didilir), sıxılır və yerli qan dövranı pozulur. Sıxılmış toxumalarda irimənfəzli arterial və venoz damarların sıxılması ilə əlaqədar mikrosirkulyasiya pozulur. Toxumalarda kəskin hipoksiya, metabolik asidoz inkişaf edir və işemik nekroz yaranır. == Uzunmüddətli sıxılma sindromu dövrə ayrılır == Uzunmüddətli sıxılma sindromunun kliniki gedişi üç dövrə ayrılır: şok dövrü - ödemin artması və damar çatışmazlığı 1-3 gün davam edir; kəskin böyrək çatışmazlığı dövrü -3-9 gün davam edir; sağalma dövrü.
Uzunmüddətli sıxılma sindromu (Travmatik toksikoz, Kraş-sindrom)