Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səmərxiza (Bostanabad)
Səmərxiza (fars. ثمرخيزان‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 135 nəfər yaşayır (23 ailə).
Strelets edamının səhəri
Strelets edamının səhəri (rus. Утро стрелецкой казни) rus rəssamı Vasili Surikov tərəfindən 1881-ci ildə çəkilmiş rəsm əsəri «Strelets edamının səhəri» - rus rəssamı Vasili Surikovun 1698-ci ilin uğursuz qiyamından sonra atıcıların edamına həsr olunmuş rəsm əsəridir. «Strelets edamının səhəri» rəsmi Surikovun Rusiyanın tarixi mövzusuna həsr olunmuş ən böyük əsəri idi. Rəssam I Pyotr dövrünün hadisələrinə müraciət etmişdir. O vaxt çariça Sofyanın başçılıq etdiyi Strelets qiyamı yatırılmış, streletslər (atıcılar) isə edam olunmuşdu. Lakin Surikov edam anını verməmiş, tamaşaçıları sarsıtmaq istəməmişdir. O, bütün diqqətini məhkum olunmuşların ruhi vəziyyətinə və ömrünün axırıncı anlarını yaşayanların son əhvalına yönəltməyə çalışmışdır.
Şam meşəsinin səhəri
Şam meşəsinin səhəri (rus. Утро в сосновом лесу) - rus rəssamları İvan Şişkin və Konstantin Savitski tərəfindən 1889-da çəkilmiş rəsm əsəri. Animalist-rəssam Savitski ayıların şəklini çəkib, lakin kolleksiyaçı Pavel Tretyakov onun imzasını pozub, beləliklə də əsərin müəllifi kimi yalnız Şişkinin soyadı göstərilir.
Şəhərcik
Şəhərcik — Zəngəzur mahalının Qafan rayonunda kənd. Şəhərcik - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonu ərazisində kənd. Rayon mərkəzindən 7 km şimalda, Oxçu çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində Şharcik formasında qeyd edilir. Kənddə 1831-ci ildə 37 nəfər, 1873-cü ildə 162 nəfər, 1886-cı ildə 371 nəfər, 1897-ci ildə 341 nəfər, 1904-cü ildə 395 nəfər, 1914-cü ildə 180 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra öz yurd-yuvalaкжna dönə bilmişdir. Burada 1922-ci ildə 262 nəfər, 1926-cı ildə 316 nəfər, 1931-ci ildə 425 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın axırlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşlar.
Şəhriz
Şəhriz — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Sevan rayonunda, indiki Ermənistan Respublikası Geğarkunik mərzində kənd Rayon mərkəzindən 6 km məsafədə, Göyçə gölünün yaxınlığında, İrəvan - Sevan yolunun üstündə, Zəngi çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, XIX əsr rus mənbələrində qeyd edilmişdir. Kəndin digər adı «Kərimkənd» olmuşdur. Sadə quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 26. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Geğamavan qoyulmuşdur. Ermənilər buraya 1828-1829 - cu illərdə Türkiyənin Alaşkert vilayətindən köçürülmüşdür.
Şəhərcik (Qafan)
Şəhərcik — Zəngəzur mahalının Qafan rayonunda kənd. Şəhərcik - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonu ərazisində kənd. Rayon mərkəzindən 7 km şimalda, Oxçu çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində Şharcik formasında qeyd edilir. Kənddə 1831-ci ildə 37 nəfər, 1873-cü ildə 162 nəfər, 1886-cı ildə 371 nəfər, 1897-ci ildə 341 nəfər, 1904-cü ildə 395 nəfər, 1914-cü ildə 180 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra öz yurd-yuvalaкжna dönə bilmişdir. Burada 1922-ci ildə 262 nəfər, 1926-cı ildə 316 nəfər, 1931-ci ildə 425 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın axırlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşlar.
Şəkərsiz diabet
Şəkərsiz diabet (lat. diabetes insipidus) — poliuriya (gündə 6–15 litr sidik ifraz etmək) və polidipsiya (susuzluq) ilə xarakterizə olunan hipotalamusun və ya hipofiz vəzinin disfunksiyası ilə əlaqəli nadir xəstəlik (təxminən 100.000-ə 3-ü). İfraz olunan sidiyin miqdarı gündə təxminən 20 litrə qədər çata bilər. Maye miqdarının azaldılması sidiyin konsentrasiyasına az təsir edir. Fəsadları bədənin susuzlaşması və ya qıcolma ola bilər. Şəkərsiz diabet həm böyüklərdə, həm də uşaqlarda, hər iki cinsdə baş verən xroniki xəstəlikdir. Çox vaxt gənc yaşda olan insanlar bu xəstəliyə tutulurlar (18–25 yaş). Həmçinin 1 yaşa qədər olan uşaqlarda xəstəliyin məlum halları olub. Dörd növ şəkərsiz diabet vardır: Mərkəzi şəkərsiz diabet. Vazopressin (antidiuretik hormon) istehsalının olmaması ilə əlaqədardır.[1] Bu, hipotalamusun və ya hipofiz vəzinin zədələnməsi və ya genetika ilə bağlı ola bilər.
Loknin (şəhərcik)
Loknin (ing. Lộc Ninh) — Vyetnamda şəhərcik, Binfıok vilayətinin Loknin rayonunun inzibati mərkəzi. Vyetnam müharibəsi zamanı burada 1967-ci ildə birinci dəfə, 1972-ci ildə ikinci dəfə döyüş baş tutmuşdur. Loknin Cənubi Vyetnam Respublikası Müvəqqəti İnqilabi Hökumətinin 1969-cu ildə yarandığı andan 1975-ci ildə Sayqonun süqutuna qədər onun qərargahı kimi xidmət etmişdir.
Nqoklak (şəhərcik)
Nqoklak (vyet. Ngọc Lặc) — Vyetnamda, Txanxoa vilayətində şəhər, Nqoklak mahalının inzibati mərkəzi. İndiki Nqoklak şəhərinin əksəriyyəti əvvəllər Nqoklak mahalında yerləşən Nqokkhe icması idi. Nqokkhe icması 25 iyun 1963-cü ildə Kaokkhe icmasının ərazisinin və əhalisinin bir hissəsinin ayrılması əsasında yaradılmışdır. 3 iyun 1988-ci ildə Nazirlər Soveti 99-HĐBT saylı fərman vermiş və ona əsasən Nqokkhe icmasının 192 hektar və 4,538 sakini Nqoklak şəhərinə ayrılmışdı.
Şəhərin sosiologiyası
Şəhərin sosiologiyası — şəhər həyatının müxtəlif aspektlərini tədqiq edən sosiologiyanın bir qolu. Şəhər sosiologiyası şəhəri bir icma növü kimi araşdırır (icmaların təsnifatı, bir növdən digərinə keçid və s.); şəhər həyatının xüsusiyyətlərini (istirahət, kütləvi mədəniyyət, ünsiyyət), şəhərin kiçik qruplarını və sosial qurumlarını, sosial-demoqrafik və irqi problemləri araşdırır. Şəhərin ilk sosioloji analizlərindən birini Maks Veber təklif etmişdir. Veber bütövlükdə şəhəri qonşularının cəmiyyətinə xas olan bir-biri ilə şəxsi tanışlığından məhrum olduğu qədər böyük olan bir-birinə bitişik evlərdən ibarət bir kənd kimi təyin edir. Weberdən əlavə, böyük şəhərlərin cəmiyyətdəki rolunu Karl Büxher və Georq Zimmel kimi Alman sosioloqları da öyrənmişlər. Marksizm klassikləri şəhər problemlərini kapitalist cəmiyyətdəki fəhlə sinfinin mövqeyinin araşdırılması kontekstində təqdim edirlər. Bu baxımdan sənaye və ya ticarət baxımından böyük şəhər, sinif mübarizəsinin ən cəmləşmiş şəkildə reallaşdığı yer olaraq görülür. Bununla birlikdə, şəhər sosiologiyasının əsl çiçəklənməsi Çikaqo Məktəbinin alimlərinin işində idi. Onun çərçivəsində şəhərin xarakterik problemlərinin əsas tədqiqatçıları Robert Park, Ernst Bercess və Luis Virt idi. Çikaqo Məktəbinin əsərləri tətbiqi istiqamətliliyi ilə seçilirdi.
Düşənbə şəhəri
Düşənbə (tac. Душанбе — tərc. bazar ertəsi) — Tacikistan Respublikasının paytaxtı, respublika əhəmiyyətli şəhər. Şəhər ölkənin ən böyük elmi-mədəni, siyasi, iqtisadi, sənaye və inzibati mərkəzidir. Düşənbədə ölkənin ən yüksək hakimiyyət orqanları yerləşir. Respublika Prezidentinin Administrasiyası, Tacikistan Parlamenti və Prezident sarayı bu şəhərdə yerləşir. == Tarixi == " Düşənbə " adlı yaşayış məntəqəsi ilk dəfə olaraq XVII əsrin sonuna aid məxəzlərdə xatırlanır. Bu yaşayış məntəqəsi 1826-cı ildə " Düşənbə — Kurqan" adlanırdı. 1924-cü ildə Düşənbə (keçmişdə " Düşənbə — Bazar " (tac. Дюшамбе-Бозор) ) kəndi , Səriasya və Şahmənsur kəndləri ilə birləşdirilərək Düşənbə qışlağı yaradıldı.
Dəkkə şəhəri
Dəkkə (Dácca, benq. ঢাকা) – Banqladeşin paytaxtı. Dəkkə vilayətinin inzibati mərkəzi. Әhalisi 7,0 mln. (2011). Benqal düzənliyində, Burhi Qanq çayı sahilində, onun Dhalesvari çayına töküldüyü yerin yaxınlığındadır. Ölkənin siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. Mühüm avtomobil və dəmir yolları qovşağıdır. Şəhərdə Sadarqhat çay portu və Ziya beynəlxalq aeroportu var. == Ümumi məlumat == Dəkkədə Banqladeş EA (1973), Cut ETİ (1951), Banqladeş elm və sənaye tədqiqatları şurası (1955), Atom Enerjisi üzrə Banqladeş Komissiyası (1973), Benqal Akademiyası (1972; humanitar elmlər sahəsində tədqiqatlar), Beynəlxalq və Strateji Araşdırmalar İnistutu (1978); ali təhsil müəssisələrindən: Dəkkə Universiteti (1921), Mühəndis-Texnologiya Universiteti (1962), İslam Texnologiya Universiteti (1981; 2001 il -dən indiki adı ilə) yerləşir.
Dəliməmmədli şəhəri
Dəliməmmədli — Azərbaycan Respublikasının Goranboy rayonunun Dəliməmmədli şəhər inzibati ərazi dairəsində şəhər. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Dəliməmmədli şəhər tipli qəsəbəsinin əvvəlki adı saxlanılmaqla o, rayon tabeli şəhərlər kateqoriyasına aid edilmiş, Dəliməmmədli qəsəbə Soveti ləğv edilərək Dəliməmmədli şəhəri mərkəz olmaqla Dəliməmmədli şəhər Soveti yaradılmışdır. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Şəhər Gəncə-Qazax düzənliyində, Bakı-Tbilisi dəmiryolunun 349-cu kilometrliyində, Goranboy şəhərindən 26 kilometr şimal-qərbdə, Gəncə şəhərindən 17 km, Bakı şəhərindən 355 km məsafədə, Bakı-Qazax magistral yolu üzərində yerləşir. Şəhərin özündən və Sarovlu kəndindən Kürəkçayın qolları olan üç kiçik çay axır. Şəhər və ətraf torpaqlar açıq şabalıdı torpaq tipindədir. Ərazi əsasən subtropik iqlim qurşağına aid edilir. Ərazidə daha çox mülayim hava kütlələri üstünlük təşkil edir. Qışı çox sərt deyil, yayı isə istidir. Qışda orta tempratur 2⁰C, yayda isə 23,6⁰C-yə yaxındır. == Əhalisi == Şəhər əhalisinə görə Azərbaycanda 122-ci böyük yaşayış məntəqəsidir.
Dəvəçi şəhəri
Şabran, və ya keçmiş adı ilə Dəvəçi (digər tarixi adı Dəvəçibazar) — Azərbaycanın Şabran rayonunun inzibati mərkəzi. Paytaxt Bakı şəhərindən 122 km aralı. Şəhər Quba-Xaçmaz iqtisadi rayonunda yerləşir. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 983-IIIQ saylı Qərarı ilə şəhər Şabran adlandırılmışdır. == Tarixi == Qədim mənbələrdə adı çəkilən Şabran (Şabaran) Qafqaz dağlarının cənub-şərq qolunun şimal-şərq yamaclarında, Samurçay hövzəsində ərazi idi. Sonradan Şirvanşahlar, əl-Babın əmirləri və Arran hakimləri arasında bu ərazi üstündə çəkişmələr olmuşdur. Z.Bünyadov Şabranın Dəvəçi yaxınlığında yerləşən orta əsr sahilyanı şəhəri olduğunu qeyd edir. Şabranın şimal-şərqi Azərbaycan ərazisində idarəçilik mərkəzi olmasını daim hücumlara məruz qalan strateji əhəmiyyətli yer kimi tarixdə buraya olan hücumlar da sübut edir. Müxtəlif istiqamətlərə gedən yollar üzərində yerləşən Şabranı təsadüfü deyildir ki, ərəb hücumları dövründə Xəlifə Ömər Şirvanşahların mərkəzi şəhəri kimi, həmçinin Dərbənd və ətraf yerlərin əhalisini şimaldan hücum edənləri ölkəyə buraxmamaq şərtilə vergilərdən azad etmişdir. Azəbaycan tamamilə ərəblərə tabe edildikdən sonra Şabran III Əmirliyin böyük şəhərləri sırasında qeydə alınmışdı.
Eyr şəhəri
Eyr (ing. Ayr, şot.kelt Inbhir Àir) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Firuzə şəhəri
Firuzə — İranın Rəzəvi Xorasan ostanınında şəhər və Firuzə şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 205,172 nəfər və 51,897 ailədən ibarət idi.
Füzuli şəhəri
Füzuli — Azərbaycan Respublikasının Füzuli rayonunun Füzuli şəhər inzibati ərazi dairəsində şəhər, Füzuli rayonunun inzibati mərkəzi. 1827-ci ilə qədər kənd olmuş və Qarabulaq adını daşımış, həmin il rus ordusunun polkovniki Pavel Karyaginin şərəfinə Karyagin adlandırılmış və şəhər statusu verilmişdir. 1959-cu ilin aprelində şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Karyagin rayonunun və şəhərin adı dəyişdirilərək Füzuli adlandırılmışdır. Bakıdan 310 km cənub-qərbdə yerləşir. 2023-cü ilin sonuna şəhərin əhalisi 1298 nəfərdir. == Tarixi == Füzuli şəhərinin 1403-cü ildən 1905-ci ilədək adı Qarabulaq olub. Qarabulaq kəndi Səfəvilər dönəmində Dizaq qəzasına bağlı şenliklərdən biri idi. Kənd ərazisi Səfəvilər dövlətinin son dönəmində Cavanşir elinin qışlağı olub. 1593-cü ilə bağlı Osmanlı qaynağında Qarabulaq qışlağının adı çəkilir. 1727-ci ilə bağlı Osmanlı qaynağında Qarabulaq qışlağı haqqında bilgi var.
Fəs şəhəri
Fəs — Mərakeşdə şəhər. Fəs əyalətinin inzibati mərkəzidir. == Tarixi == Əsası 789 ildə I İdris dövründə (788—792) qoyulmuşdur. IX–X əsrlərdə (fasilələrla) İdrisilər, XIII—XV əsrlərdə Marinilər dövlətinin paytaxtı olmuşdur. 1911-ci ildə Fransa ordusu Fəsi işğal etdikdən sonra Mərakeş xalqının milli azadlıq mübarizəsinin əsas mərkəzlərindən biri idi. Fəs şəhəri 1956-cı ildə Mərakeş istiqlaliyyət qazandıqdan sonra sürətlə inkişaf etməyə başladı. Fəs həm də ölkənin dini mərkəzidir. 1976-cı ildən YUNESKO xətti ilə Fəsin bərpası üçün tədbirlər görülüb. 2004-cü il siyahıyaalınmasına əsasən şəhər əhalisinin sayı 946 815 nəfər olub.
Gədəbəy şəhəri
Gədəbəy — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Gədəbəy şəhər inzibati ərazi dairəsində şəhər, Gədəbəy rayonunun inzibati mərkəzi. Bakı ilə arasında məsafə 444 km, əhalisi 10.146 nəfərdir. Gədəbəy Şahdağ silsiləsinin şimal ətəyində, 1460 metr yüksəklikdə, Mis çayının sahilində yerləşir. Yaxınlığındakı Mağara dağının ətəyindən XIX əsrdən mis filizi çıxarılır. Bu səbəbdən də şəhərin müasir gerbində "Cu", yəni "cuprum", mis elementinin latın dilindəki işarəsi yazılıb. Gədəbəy müharibələrdə Qarabağ üçün 5000 ümumi Vətən ücün isə 28000 Şəhid vermişdir. İlk dəfə 13-cü əsrə aid mənbədə, qədim erməni dilində Qetabak qalası şəklində qeydə alınmışdır. Həmin qalanın xarabalıqları indiki Gədəbəy yaxınlığındadır. Hazırkı yaşayış məntəqəsi 1863-cü ildə Qazaxdan çıxmış ailələr tərəfindən salınmışdır.Ən uca dağı 3000 metrdən hündür Qoca dağdır. Təbii sərvətləri: Qızıl, mis, uran, gümüş Təsərrüfatı: kartof, kələm, Qonşuları: Tovuz, Daşkəsən, Çəmbərək 'Ermənistan' Şəmkir, Qovlar.
Gəncə şəhəri
Gəncə () — Azərbaycan Respublikasının əhalisinin sayına görə ikinci, sənaye məhsulları istehsalına görə Bakı və Sumqayıtdan sonra üçüncü şəhəridir. Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərq tərəfində, Gəncə-Qazax düzənliyində, Gəncəçayın hər iki sahilində yerləşir. == Tarixi == === Etimologiya === Müasir ərəb tarixşünasları "Gəncə" adının ərəb dilindəki farsca kökənli xəzinə anlamlı "Gānj" sözündən gəldiyini irəli sürürlər. Ərəb coğrafiyaşünası İbn Havqəl 977-ci ildə "Gəncə gözəl, varlı və qələbəlik şəhəridir. Buranın çoxsaylı əhalisi səxavətinə, mehribanlığına, elm adamlarına və mühacirlərə hörmətli münasibətlərinə görə fərqlənirlər" yazmışdır. Fərrux Əhmədov Gəncə şəhərinin adının türk mənşəli olduğunu irəli sürür və ilkin forması hesab etdiyi "Qança" sözünün ilk komponenti "qan", "kan", "kaan", "xan" sözlərini türk dillərində hakim, sərkərdə, başçı, ikinci hissəsi olan –ca şəkilçisini isə məkan, yer, yurd kimi izah edir. Beləliklə, "Gəncə", "Qanca", "Kancə" sözləri "xan yeri", "xan məkanı","xan yurdu", "xanın, xaqanın oturduğu yer" anlamını verir. Müəllif bildirir ki, XX əsrin əvvəlinə kimi "Qanja" və "Xan yurt" adları yerli əhalinin dilində Gəncənin cənub hissəsindəki dağlıq yerlərdə saxlanmışdı". Müasir İran tarixşünasları "Gəncə" adının fars dilindəki "gənc" (azərb. xəzinə‎) sözündən törədiyini iddia edir.
Helsinki şəhəri
Helsinki (isv. Helsingfors) — Finlandiyanın paytaxtı. == Görməli yerlər == Burada daha çox Kafedralı qala, Dövlət şurası və Universiteti, Bazar meydanı, Kauppahalli bazarı, Prezident sarayı diqqət cəlb edir. Dənizin sahilində Sibeliusa parkı yerləşir. Yaxınlıqda şəhərin gözəl mənzərəsi açılan Olimpik stadion vardır. Helsinkidə 60-dan çox kilsə vardır. Turistlər arasında daha çox məşhur və sakinlərin sevimli istirahət yeri Suomenlinna adalar qrupudur. Burada 4 muzey, ən qədimi Finlandiya yelkənli gəmisi "Alma"ya, qala divarlarına, sərgilərə, kafe və restoranlara baxmaq olar.
Kabus şəhəri
Kabus şəhər (ing. Ghost town) — əksəriyyəti müvəffəqiyyətsiz iqtisadi quruluşu, təbii insan resurslarının azlığı və ya müharibələr səbəbindən boşaldılan şəhərlərə verilən ümumi addır. Şəhərlərin boşalmasının digər önəmli səbəbləri kimi kütləvi xəstəlikləri misal göstərmək olar. Termin kimi əhalinin sayı kütləvi şəkildə azalan şəhərlərə də aid edilir. Əsil kabus şəhər yerli əhali tərəfindən tamamilə boşaldılmış şəhərlərdir. Buna misal olaraq, Kaliforniyadakı Bodie şəhərini, ya Montana ştatında yerləşən Banak və İtaliyadakı Craco şəhərini göstərmək olar. Müasir dövrdə kabus şəhərləri turistlərin ən çox ziyarət etdikləri yerlərdəndir. Ancaq bəzi şəhərlərə girmək təhlükəli, hətta qanunlara zidd hesab olunur. Bunlara misal olaraq Ukrayna ərazində yerləşən Çernobıl və ya Pripyat şəhərlərini göstərmək olar. == Şəhərlərin boşalma səbəbləri == Şəhərlərin tərk edilməsinin əsas səbəbləri kimi azalan təbii qaynaqlar, su kimi əsas ehtiyacların təmin edilə bilməməsi, dəmiryolu və ya quru yolun yol dəyişikliyi və ya fəlakətləri (Çernobil) göstərmək olar.
Kazan şəhəri
Kazan və ya Qazan (tatar. Казан, Qazan) — Rusiya Federasiyasında şəhər, Tatarıstan Respublikasının paytaxtı, Volqa çayının sağ sahilində yerləşir. Rusiyanın iri iqtisadi, siyasi, elmi, mədəni və idman şəhərlərindən biridir.. Şəhər Rusiyanın "üçüncü paytaxtı" hesab edilir. Qeyri-rəsmi şəkildə dünya tatarlarının paytaxtı da hesab edilir.
Kola şəhəri
Kola — Rusiya Federasiyasında yerləşən şəhər, Murmansk vilayətinə daxildir.
Konstantin şəhəri
Konstantin (ərəb. قسنطينة‎ Qusanṭīna Qüsəntinə) — Əlcəzairin Konstantin vilayətində yerləşən şəhər. Əhalisi 448.374 nəfərdir. Əlcəzair və Vəhran şəhərlərindən sonra Əlcəzairin ən böyük 3-cü şəhəridir. == Coğrafiya == Şəhər dənizdən 80 km uzaqlıqda, 640 metr yüksəkliyindəki platformada qurulmudur. Dərin vadi ilə əhatə olunmuşdur. Vadinin üzərində bir çox körpü var və bu şəhərə drammatik və xoş gözəllik verir. == Tarixi == Konstantin e.ə. 203-cü ildə yunan koloniyaçılar və numidiyalılar tərəfindən salınmışdır. Şəhər daha sonra Roma İmperiyasının əlinə keçmişdir.
Kopenhagen şəhəri
Kopenhagen (dan. København [kʰøb̥ənˈhaʊ̯ˀn], 1906-cı ilə qədər — Kjøbenhavn, qədim danimarka dilində: Køpmannæhafn — "ticarət limanı"; lat. Hafnia) — Danimarkanın paytaxtı və ən iri şəhəri. Şəhər Zelandiya Slotsholmen və Amager adalarında yerləşir. Tarixi şəhərin əhalisi 600 min nəfərdən bir qədər çox, şəhərətrafı ərazilərdə isə 1,3 milyondan çox əhali var. Şəhərin bir hissəsi, özünü azad şəhər elan edən Kristania, qismən özünü idarə edir. Kopenhagen mədəniyyətini çox vaxt "açıq səma altındakı mədəniyyət" də adlandırırlar. Yay vaxtı Danimarka səmalarında parlaq günəş işıq saçır və şəhərin müxtəlif meydanlarında açıq səma altında mədəniyyət tədbirləri keçirilir. Bu mədəniyyət tədbiləri danimarkalıların və turistlərin çox böyük marağına səbəb olur. Həmçinin yay kinoteatrlarında filmlər nümayiş olunur, hər kəs birlikdə gün dönümünü (midsummer) qeyd edir, parklarda, göl kənarlarında, şəhər ətraflarında məşəllər yandırılır.
Kvebek şəhəri
Kvebek (fr. Québec) — Kvebekin paytaxtı olan eyniadlı şəhər. Əhalisi 717.000 olan bu şəhər 1985-ci ildə UNESCO Miras Siyahısına yerləşmişdir.