Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əlican
Əlican — kişi adı. Əlican Əzizov — Aktyor. Filmlərdə iştirak edən.
Aşıq Vəlican
Kəlican (Vərziqan)
Kəlican (fars. كاليجان‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 75 nəfər yaşayır (15 ailə).
Əlican (Bostanabad)
Əlican (fars. عليجان‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 284 nəfər yaşayır (56 ailə).
Əlican Əzizov
Əlican Əzizov (1952 – 10 fevral 2021-2021) — Aktyor. Filmlərdə iştirak edən. == Həyatı == Əlican Süleyman oğlu Əzizov 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyoru" fakültəsini bitirmiş, 1975-1996-cı illərdə Gəncə Dövlət Dram teatrında fəaliyyət göstərmişdir. Bu illər ərzində o, zəngin yaradıcılıq təcrübəsi toplayaraq, saysız-hesabsız xarakterik, yaddaqalan, orijinal obrazlar yaratmışdır. 1996-cı ildən Gəncə Dövlət Nizami Poeziya Teatrında yaradıcılıq fəaliyyətini davam etdirmiş və 2000-ci ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Ümumilikdə, ömrünün 30 ilə yaxın müddətini teatr sənətinə həsr etmişdir. 1978-ci ildə o, "Yaradıcı gənclərə baxış" müsabiqəsinin qalibi, 1985-ci ildə Respublikada "Ən yaxşı kişi rolunun ifaçısı" olmuşdur. Ə.Əzizov "Komsomol" poemasında Bəxtiyar, "Vaqif"də Vidadi, "Aydın"da Dövlət bəy, "Almaz"da Fuad, "1905-ci ildə" Volodin, "Dairəni genişləndirin" əsərində Sergey Uqolkov və s. obrazlar yaratmışdır. Gəncə Dövlət Nizami Poeziya Teatrında fəaliyyəti dövründə, N.Gəncəvinin əsərləri əsasında hazırlanmış tamaşalarda İsgəndər, Bəhram, Çoban, Fərhad obrazlarını yaratmış, "Xeyir və Şər", "Gül və Zəhər" əsərlərinin quruluşçu rejissoru olmuşdur.
Əkrəm Əlican
Əli Əkrəm Əlican (1916, Adapazarı[d] – 18 iyun 2000, İstanbul) — Türk siyasətçi, maliyyəçi, partiya lideri. == Həyatı və təhsili == Əli Əkrəm Əlican 1916-cı ildə Ada bazarında Qafqazdan üçüncü nəsil çərkəz mühacir Yusif Əfəndi və Əminə xanımın ailəsində anadan olub. Onun Fuad və İsmayıl Haqqı adlı iki böyük qardaşı var idi. 1930-cu ildə Ada bazarında orta məktəbi bitirdikdən sonra İstanbul Nişantaşı Şişli Tərəkki Liseyinə internat tələbəsi olaraq daxil olub. 1934-cü ildə Əkrəm Əlican orta məktəbi bitirib və Mekteb-i Mülkiye adlı ali təhsil müəssisəsinə daxil olaraq burada maliyyə üzrə təhsil alıb. Bu Universitetin İstanbulda olmasına baxmayaraq, 1936-cı ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsi adı ilə Ankaraya köçüb. O, 1937-ci ildə ali təhsilini başa vurub və Maliyyə Nazirliyi tərəfindən təqaüdlə London İqtisadiyyat Məktəbinə göndərilib. İkinci Dünya Müharibəsinin başlaması səbəbindən o, bir il yarım vaxtdan sonra vətəninə qayıtmalı olub. O, 1946-cı il mayın 29-da öz şəhərinin 18 yaşlı gənc qızı Naciye Gülərlə nişanlanıb və cütlük 9 may 1947-ci ildə evlənib. Bu evlilikdən onların Əminə Nilüfər (1948-ci il təvəllüdlü), Canan (1951-ci il təvəllüdlü) və oğlu Yusif (1958-ci il təvəllüdlü) adlı üç övladları doğulub.
Aşağı Əlican (Qaraqoyunlu)
Aşağı Əlican — Türkiyənin İğdır ilinin Qaraqoyunlu ilçəsinə daxil olan kənd. == Tarixi == Əvvəllər Yuxarı Əlicana bağlı olan və 1990-cı illərdə ayrılan kənd. 1901-ci ildən bəri eyni adı daşımaqdadır. 2014-cü ildə ayrılmadan öncə Orta Əlicana bağlı bir yaşayış yeri olmuşdur. == Coğrafiyası == İğdır ilçə mərkəzinə 26 km, Qaraqoyunlu ilçə mərkəzinə 12 km uzaqlıqdadır.
Orta Əlican (Qaraqoyunlu)
Orta Əlican — Türkiyənin İğdır ilinin Qaraqoyunlu ilçəsinə daxil olan kənd. == Tarixi == 2014-cü ilə qədər Aşağı Əlicana bağlı bir yaşayış yeri olmuşdur. Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin 22.9.2014-cü il tarixli və 12795 nömrəli əmrinə əsasən, Suvarma Sahələrində Torpaqların Düzəldilməsi haqqında Kənd Təsərrüfatı İslahatı Qanununun 3083-cü maddəsinin 14-cü maddəsinə görə, Nazirlər Kabineti 30 sentyabr 2014-cü il tarixində Aşağı Əlican kəndindən ayrılmasına qərar verir. Yaşayış məntəqəsi Orta Əlican adı ilə ayrı bir kənd olur. == Coğrafiyası == İğdır ilçə mərkəzinə 23 km uzaqlıqdadır. Əlican sərhəd qapısı kəndin sərhədləri içərisində yerləşir.
Yuxarı Əlican (Qaraqoyunlu)
Yuxarı Əlican — Türkiyənin İğdır ilinin Qaraqoyunlu ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1928-ci ildən bəri eyni adı daşıyır. 1990-cu illlərdə Aşağı Əlican kəndindən ayrılmışdır. == Coğrafiyası == İğdır ilçə mərkəzinə 26 km, Qaraqoyunlu ilçə mərkəzinə 12 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə kəndin Səfərqulu məhəlləsində 62, mərkəzində isə azərbaycan türkü və 48 kürd yaşayırdı.
Əlican sərhəd qapısı
Əlican sərhəd qapısı — İğdır ilinin Qaraqoyunlu ilçəsində, Türkiyə ilə Ermənistanı bir-birinə bağlayan və aprel 1993-cü ildən xidmətə qapalı vəziyyətdə olan sərhəd qapısı. Qarşısında yer alan sərhəd qapısı da Ermənistanın Armavirdə inzibati bölgəsində yerləşən Margara qəsəbəsində yerləşir. Araz çayının ayırdığı sərhədin təhlükəsizliyi hərbi sərhəd polis bölməsi tərəfindən təmin olunur. Sərhəd qapısına 500 metr məsafədə Aşağıəlican kəndinə bağlı bir əkiləcək tarla olan Orta Əlican bölgəsi yerləşir. Ermənistan tərəfində çay kənarı islah edilmiş vəziyyətdə ikən Türkiyə tərəfində belə bir islah olmaması ucbatından qış aylarında daşan çay polis bölməsin birinci mərtəbəni istifadəyə yararsız hala gətirmişdir. Qarabağ müharibəsi davam edərkən Türkiyə tərəfindən Ermənistanın Dağlıq Qarabağın işğalına etiraz olaraq aprel 1993-cü ildə mülki keçidlərə qapadılmışdır. 2009-cu ildə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması naminə müxtəlif addımlar atılarkən sərhəd qapısının açılıb- açılmayacağı gündəmi məşğul etməyə başlasa da münasibətlərin normallaşma prosesinin tezliklə yenidən dayanması ilə sərhəd qapısının açılması gündəmə gəlmədi. Sentyabr 2012-ci ildə Avtomobil Yolları Baş İdarəsi rayonda Əlican sərhəd qapısına qədər olan 7 km asfalt yolu yenidən asfaltladı.
Şəlvəçay
Şəlvəçay — Azərbaycan Respublikasının Laçın rayonunun Şəlvə kəndinin ərazisində çay. == Haqqında == Şəlvəçay adını ərazisindən axdığı Şəlvə kəndindən almışdır. Bol su ehtiyatlarına malik olan Şəlvə çayı Laçın rayonunun ərazisindən axır. Çay Minkənd çayı ilə birləşərək Həkəri çayını (uzunluğu 113 km) yaradır ki, bu çay da Araz çayına qovuşur. Şəlvəçayın uzunluğu 42 km, hövzəsinin sahəsi 582 km²-dir, çay Mıxtökən silsiləsindən (2580 m hündürlükdən) başlanır. Hocazsu çayı ilə birləşərək Həkəri çayını əmələ gətirir. Axımı əsasən yeraltı (62%), qismən qar və yağış sulardan əmələ gəlir. İqlim şəraitindən asılı olaraq çayın suyunun həcmi fəsillər üzrə artıb azalır. Yaz və yay aylarının əvvəllərində qar suları və yağıntılar çayda daşqın əmələ gətirir. Daşqın dövründə (aprel-may aylarında) çayın illik axımı maksimum həddə çatır.
Şelikan adası
Şelikan — Oxot dənizində, Amaxton körfəzi ərazisində yerləşən ada. Sahəsi 0,1 km², hündürlüyü 70 m təşkil edir. Sahilləri hündür və sıldırımlıdır. Adada qağayılar koloniya əmələ gətirir . Bitki örtüyü zəngin deyil. Ərazisində daş ağcaqayını meşə əmələ gətirir. Burada 53 növ bitkiyə rast gəlmək olur. Ada təqribi olaraq 5-6 min il öncə meydana gəlmişdir. Yaxınlığında yerləşən kiçik Umara və Vdovuşka adası ilə birlikdə materikə yaxın yerləşir. İnzibati cəhətdən Maqadan vilayəti ərazisində yerləşir.
Selcan xatun
Selcan xatun — «Kitabi-Dədə Qorqud» əsərində Qanturalın nişanlısı. == Məzmunu == Sarı tonlu Selcan xatun. 6-cı boyda işlədilmişdir. Qanturalın nişanlısıdır. "Sarı tonlu" ləqəbi "Selcan xatun"un həddindən artıq gözəl olduğunu göstərir. Selcan Xatunun "gözəllər sərvəri", "incə tonlu" epitetləri də onun gözəlliyinə işarədir. B.Abdullayev göstərir ki, "Selcan qədim türk dilindəki "sel" və fars dilindəki "can" sözlərindən düzəlib, "can dincliyi, qərb sakitliyi" deməkdir. N.Məmmədov isə "Selcan"ın "işıqlı sima", "parlaq vücud" mənasında olduğunu göstərir. «Qanlı Qoca oğlu Qanturalı» boyunda qanturalın sevdiyi Selcan Xatun Sarı libaslda təsvir olunur. Qanturalı Sarı donlu qızın eşqi ilə bir «hu»!
Selcan Hamşıoğlu
Selcan Hamşıoğlu (1978, Təkirdağ ili) — jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Selcan Hamşıoğlu 1978-ci ildə Təkirdağ ilində anadan olub. İstanbul Universiteti Ədəbiyyat Bölməsindən məzun olub. Kanal 59 və Radyo 59da müxbir olaraq çalışıb. Kurultay, Ortadoğu və Yeniçağ qəzetlərində məqalələri dərc olunub. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq Təkirdağ ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Rəqəmsal Media Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə və italyanca bilir. Evli və 1 uşaq anasıdır.