Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sərik (Çaroymaq)
Sərik (fars. سريك‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə kənddə 63 nəfər yaşayır (12 ailə).
Sərik (Mahnişan)
Sərik (fars. سريك‎) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 668 nəfər yaşayır (158 ailə).
Sirik
Sirik — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 22 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Oykonimin sirak tayfasının adı ilə bağlılığı güman edilir. 1917-ci ildə kəndin adı Sirikli kimi qeydə alınmışdır. Sirik türk dillərində "çubuq" deməkdir. Oykonim "çubuqlu" mənasındadır. Keçən əsrdə Quba rayonundda Çubuxlu qışlaq, Qusar rayonunda Çubuxlu, Ermənistan ərazisində iki Çubuxlu və bir Çubuqçu kəndləri olmuşdur. 18 dekabr 1918-ci ildə Azərbaycan-Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Sirik kəndinə hücum edərək kəndi yandırmış, əhalinin əmlakını talan etmiş və dağıtmışdır. Hücum nəticəsində kəndin əhalisindən 11 kişi, 10 qadın, 14 uşaq öldürülmüş, 2 kişi yaralanmışdır.
Səlik
Səlik və ya Sellik — Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kəndlərdən biridir. 1886-cı ildə kənd əhalisi 34 evdə 70 nəfəri kişilər, 54 nəfər isə qadınlar olmaqla 124 nəfər şiə islam inanclı Azərbaycan tatarından ibarət idi. 2002-ci il əhali siyahıyaalınmasına əsasən kənddə yaşayan sakinlərin sayı 1,811 nəfər olub. Etnik tərkibinə əsasən kənd əhalisi əsasən azərbaycanlılardan, qismən darginlərdən və tabasaranlılardan ibarətdir. Bu kəndin ilk əhalisi olan tərəkəmələr Şirvan ərazisindən köçüb gəlmədirlər.
Sərək
Sərək — Azərbaycan Respublikasının Astara rayonunun Şuvi kənd inzibati ərazi dairəsində kənd. Coğrafi ad fars dilindəki bərk ağac növü olan zərəng bitki (dəmir ağacı növü) adı və kənd topokomponentlərinin birləşməsindən yaranmışdır. Bu kənddə ləhcələri və adətləri ilə əsas əhalidən seçilən ayrıca bir tayfa yaşayır. Miller çorojlar barədə isə bunları qeyd edir: "Çorojların nümayəndələrindən biri ilə Astaranın Sərək kəndi yaxınlığında görüşdüm. Onlar da özlərini talış hesab edirlər. Çorojlar köçəri tayfa olub bu regiona əsasən İranın Talışdolab mahalından gəliblər. Onların hamısı sünni məzhəbinə malikdirlər. Bu tayfanın üzvləri türk (azərbaycanca) danışa bilmirlər. Onların qışlaqları Təngərud kəndi ətrafında, yaylaqları isə Toradi kəndi yaxınlığındadır. Onlar haqqında mənə digər talışlardan fərqli adət-ənənələrinin olduğu barədə məlumat verilmişdi, lakin özləri bunu inkar edir" (Miller, 1926:9).
Çərik
Xüsusi təlim görmüş oxçu qvardiyasıdır. Sözün türk dillərində müxtəlif variantları mövcuddur. Bu söz “ordu”, “yürüş” “bahadırın yoldaşları”, “igid” anlamında işlənir. Xanın xüsusi qvardiyasına da çerik deyilmişdir. Osmanlılar yeni üsul ilə hazırladıqları korpusu “yeniçəri” adlandırmışlar. Azərbaycan dövlətçiliyinin ordu terminologiyasında bu söz “könüllü əsgər” korpusunu ifadə etmişdir. Mirzə Yusif Qarabağinin “Tarixi-Safi” əsərində Rus-İran müharibəsi zamanı qızılbaş ordusunun könüllü əsgərləri çəri, xüsusi piyada şah qvardiyası isə canbaz adlanır. Ruspərəst erməni tarixçisi, 1804-cü il İrəvan ətrafındakı döyüşü təsvir edərkən qeyri-ixtiyari bu sözləri yazır: “Qızılbaşlar atlarını çaparaq, döyüş meydanına, rus əsgərlərinin içərisinə girdilər. Rusların bir çoxunun başlarını qılıncla vurub, yenə meydandan salamat çıxırdılar.” Ə.Əsgər, M. Qıpçaq. Türk savaş sənəti, B., 1997.
Əsrik
Əsrik nahiyəsi
Ərik
Adi ərik (lat. Prunus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Adi ərik mart-aprel aylarında çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayıdır, yarpaqlarından çox əvvəl açılırlar. Çiçək saplaqları qısadır. Meyvələri iyun-avqust aylarında yetişir. Meyvələri birçəyirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin ağırlığı 3–18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya turşa-şirindir. Adi ərik təzə halda istehlak edilir.
Serik Ahmetov
Serik Ahmetov (qaz. Серік Нығметұлы Ахметов; 25 iyun 1958, Temirtau[d], Karaqanda vilayəti) — Qazaxıstanın Baş naziri (2012-2014). 1985-ci ildə 1993-cü ildə Karaganda Metallurgical Plant mühəndis- metallurq bitki texniki kollec bitirib, İdarə Rusiya Elmlər Akademiyasının (Moskva) məzunu O, 24 sentyabr 2012-ci ildən Qazaxıstanın baş nazir olmaq başladı. O, 2 aprel 2014-cü ildə istefa verib, iqtisadiyyat elmləri doktoru. Kərim Məsimov öz yerini aldı.
Serik Primbetov
Serik Primbetov (d.
Aşağı Sirik
Aşağı Sirik — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Aşağı Sirik kəndi Sirik kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Sirik (dəqiqləşdirmə)
Aşağı Sirik — Cəbrayıl rayonunda kənd. Sirik — Cəbrayıl rayonunda kənd.
Sirik (İran)
Sirik — İranın Hörmüzgan ostanının Minab şəhristanının Biyaban bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,640 nəfər və 640 ailədən ibarət idi.
Surik (Maku)
Surik (fars. ‎سوريك‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 278 nəfər yaşayır (47 ailə).
Səgrik (Çaldıran)
Səgrik (fars. سگريك‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 433 nəfər yaşayır (80 ailə).
Sərək bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Vərik (Səlmas)
Vərik (fars. وريك‎‎‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 177 nəfər. yaşayır (32 ailə).
Əsrik (Kəlbəcər)
Əsrik — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Əsrik kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Əsrik kəndi dağətəyi ərazidədir. XX əsrin əvvəllərində rayonun ərazisində Böyük Əsrik və Kicik Əsrik adlı iki kənd qeydə alınmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini keçmışdə Tovuz rayonunun Əsrik Cırdaxan kəndindən köçüb gəlmış dord ailə salmışdır. Qulu bəyin yurdu, Qaragüney yurdu, Ağgüney yurdu, Uzunkalafa yurdu, Baş yurd, Qoturlu yaylağı, Puşdu yurd, Xatınoğlunun yurdu, Dükanlı yurd, Ağbulaq yurdu, Hacımahmudlu yurdu, Qoçtəpəli yurdu, Arpalar yurdu, Qaynarbulaq yurdu, Alançıqqaya yurdu, Aşağı yurd. Soyuq bulaq, Novlu bulaq, Yarpızlı bulaq, Sarı bulaq, Qaynar bulaq, Daş bulaq, Böyük qotur su, Turş su, Arıçılıq qayasından çıxan su, Neftlı bulaq, Əhəngyanan bulaq, Qaratel bulağı, Şahnisə bulağı. Mozgörükən, Donuzgüneyinin beli, Sarıtəpə, Mərəklərin başı, Marığın başı, Haçadaş, Böyükgüneyin qayası, Qaraqaya, Qurdqarğasının boynu, Oyuğun şişi, Qəbirstanlığın güneyi, Xarabanın güneyi, Şişgüney, Alaqayanın başı, Cəddənin təpəsi, Ortaburunun başı, Atlargedən yal, Xədicə xanımın bulağı, Abdulla yurdu, Aşargədaşın şişi, Dəmirçinin gərdəni, Məşədi Məmməd gələn, Xudamazarlıyanın yalı, Qırmızıtəpə, Toyolan, Ağduzdağ, Qazantapılan, Çoban dağı, Oyuxlu dağı, Oyuğun şişi, Tutxun çayı. Kilsə binəsi, Çökək binə, Təkdam binəsi, Maydan ölən binə, Ağzıbir binə, Dərə damları binəsi, Xarabanın dərəsi binə.
Əsrik Cırdaxan
Əsrik Cırdaxan — Azərbaycan Respublikasının Tovuz rayonunun Əsrik Cırdaxan kənd inzibati ərazi dairəsində kənd. Oykonim "Əsrik çayı kənarındakı Cırdaxan kəndi" mənasındadır. Əsrik Cırdaxan kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd Əsrikçayın sahilində, dağətəyi ərazidə, kiçik dağlar arasında yerləşir. İqlimi mülayimdir. Kənd Ermənistan sərhəddinin yaxınlığında yerləşdiyindən, tez-tez ermənilər tərəfindən müxtəlif silahlardan atəşə məruz qalır. Əliyev Hüseyn Sahib oğlu (2000–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Hüseynov Əfşan Əbülfəz oğlu (1996–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Şəkərov Xəyal İman oğlu (1998–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Kənddə Əsrik Cırdaxan kənd kitabxana filialı, Əsrik Cırdaxan kənd klubu, Əsrik Cırdaxan poçt şöbəsi (AZ6028) fəaliyyət göstərir. Kənddə Məstan Əliyev adına Əsrik Cırdaxan kənd tam orta məktəbi fəaliyyət göstərir.
Əsrik nahiyəsi
Əsrik nahiyəsi — 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Xılxına livasının nahiyəsi
Fərik Poladbəyov
Fərik Egit Poladbəyov (kürd. Fêrîkê Egît Polatbêkov)) və ya Fyodor Matveyeviç Lıtkin (rus. Федор Матвеевич Лыткин; 1897, 14 avqust 1897 və ya 2 (14) avqust 1897, İrkutsk vilayəti – 16 noyabr 1918) — kürd əsilli SSRİ siyasətçisi, şairi, jurnalisti, bolşevik inqilabçısı. O, Sibirdə sovet hakimiyyətinin qurulmasında iştirak etmişdir. Fərik Poladbəyov 1897-ci ildə Rusiya imperiyasında, İrkutsk vilayətində anadan olmuşdur. Onun atası, yezidi əsilli Egit indiki Türkiyəyə bağlı Qars vilayətinin Diqor rayonunun Xarabadiqor (indiki Uzunqaya) kəndindəndir, lakin sonradan Sibirə sürgün edilmişdir. Poladbəyovun anası rus əsilli Anna Kartaşeva olmuşdur. O, 1907-ci ildə ailəsi ilə birlikdə atasının doğulduğu Qars vilayətinə, Diqora qayıtmış və həyatını orada davam etdirmişdir. Onun Baso adlı bir qardaşı, Nure və Marusya adlı iki bacısı var idi. Rusdilli sənədlərdə onun adı Fyodor Lıtkin kimi hallanır.
Səri-Pul
Səri-Pul vilayəti, Sər-i-pul və ya Səripul (fars. سرپل‎, puşt. سرپل) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 15.999 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata görə əhalisi 505.4 min nəfər, inzibati mərkəzi Səri-Pul şəhəridir. Əhalisinin etnik tərkibi əsasən özbəklərdən, puştunlardan və həzaralardan, həmçinin az sayda ərəblərdən və taciklərdən ibarətdir. Özbəklər vilayətin ən böyük etnik qrupu olub bütün rayonlarda məskunlaşıblar. Vilayət əhalisinin 56%-i daricə, 19%-i (149 kəndin əhalisi) özbəkcə danışır. Vilayət inzibati cəhətdən Balxab, Kohistanat, Səngçaraq, Sazma Qala, Sər-i Pul və Səyyad rayonlarına ayrılır.
Səri Pul
Səri-Pul vilayəti, Sər-i-pul və ya Səripul (fars. سرپل‎, puşt. سرپل) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 15.999 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata görə əhalisi 505.4 min nəfər, inzibati mərkəzi Səri-Pul şəhəridir. Əhalisinin etnik tərkibi əsasən özbəklərdən, puştunlardan və həzaralardan, həmçinin az sayda ərəblərdən və taciklərdən ibarətdir. Özbəklər vilayətin ən böyük etnik qrupu olub bütün rayonlarda məskunlaşıblar. Vilayət əhalisinin 56%-i daricə, 19%-i (149 kəndin əhalisi) özbəkcə danışır. Vilayət inzibati cəhətdən Balxab, Kohistanat, Səngçaraq, Sazma Qala, Sər-i Pul və Səyyad rayonlarına ayrılır.
Tüklümeyvə ərik
Tüklümeyvə ərik (lat. Prunus dasycarpa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Vətəni Çindir. Təbii halda ABŞ-də, Əfqanıstanda, İranda, Orta Asiyada, cənubi Qafqazda yayılmışdır. Hündürlüyü 6 m-ə çatan, qırmızımtıl zoğlara malik ağacdır. Yarpaqları yumurtavaridir, ayanın kənarları xırda mişar dişlidir, 6 sm uzunluqda saplağa malikdir. Çiçəkləri ağdır, aprel ayında çiçəkləyir. Meyvəsi çəyirdəkdir, meyvə yanlığının səthi çox kiçik tükcüklərlə örtülüdür, yumrudur, açıq-qırmızıdan bənövşəyiyə qədər müxtəlif rənglərdə olur, çəyirdəyi kələ-kötürdür, lətdən ayrılmır, iyulda yetişir. Bu növ adi əriyə nisbətən gec çiçəkləyir. İşıqsevən, quraqlığa, soyuğa və göbələk xəstəliklərinə davamlı, istisevəndir.
Ərik povidlosu
Ərik povidlosu — ərik püresinin şəkərlə bişirilməsindən alınan qida məhsulu. Səhər yeməyi zamanı yağ, pendir və qaymaqla birlikdə süfrəyə verilir. Tərkibi ərik, limon turşusu, şəkər tozundan ibarətdir. Povidlo Əhmədov Ə. 1002 şirniyyat. Bakı, "Gənclik", 2010.
Lerik
Lerik — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati mərkəzi. Lerik rayonununun ərazisi ən qədim yaşayış məskənlərindən biridir. Qədim zamanlardan ibtidai insanlar dağların ətəklərində indi də mövcud olan təbii mağaralardan yaşayış məskəni kimi istifadə etmişlər. Buranın təbii mağaralarından bəzilərinin hətta tunc dövründən də əvvəllərə aid olması ehtimal olunur. Görkəmli arxeoloq Hümmel bu mağaraları neolit (yeni daş dövrü) dövrünə aid edir. Buranın dağlarında eramızdan əvvəl III-II minilliklərə aid maddi-mədəniyyət abidələri mövcuddur. Lerik rayonunun ərazisi Talış silsilə dağlarının əhatəsindədir. Cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Lənkəran, şimal-qərbdə Masallı, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. İran İslam Respublikası ilə sərhəd boyu Talış dağ silsilələri, bundan şimalda Peştəsər və Bürəvər dağ silsilələri uzanır. Talış və Peştəşər silsilələri arasında Zuvand (Diabar) çökəkliyi yerləşir.
Serir
Serir və ya Sarir, yerli mənbələrdə Tavyak (qum. Тав Йак — dağ tərəfi) — VI-XII əsrlərdə dağlı Dağıstanda mövcud olmuş orta əsr dövləti. Buranın sakinləri avarlar, qumuqlar, andilər, didoylar, laklar və digər Dağıstan xalqlarının əcdadları idilər. Dövlətin adı ərəblərin yerli hökmdarlara verdikləri titula köklənir: "sahib əs-serir" — "taxt sahibi". Professor A.R. Şixsaidovun fikrinə görə, "Serir" adı fars-ərəb coğrafi ənənəsi ilə əlaqəlidir. Ərəb müəllifləri dağlıq Dağıstan ərazisini "taxt sahibi" torpağı adlandırır, yəni "Sahib əs-serir", onlar bu adı Sasanilərin son nümayəndəsinin qızıl taxtı əfsanəsi ilə əlaqələndirirlər, hansı ki güya elə bəxtsiz hökmdar tərəfindən Dağıstana göndərilmişdir. Bu termin ərəb deyil fars mənşəlidir və daha çox ehtimal olunur ki, Serir gürcülərin "mtiuleti" sözü ilə eyni məna daşıyır, yəni "dağlar ölkəsi" və ya "dağlılar ölkəsi". Bu ad ərəbcə söz olan "serir"ə (taxt) yox, farscadakı "ser" (dağ) sözü ilə eyniköklüdür. "Serır" termininin etimologiyasına dair bu fikir, əslində 1930-cu illərin sonunda sovet və erməni tarixçi S.Yeremyanın irəli sürdüyü fərziyyəni təkrarlayır, hansı ki "Serir" sözünün farscadan "dağlar ölkəsi" və ya "dağ ölkəsi" mənasını daşıdığını hesab edirdi (eynilə "Dağ" və "stan" (ölkə) olduğu kimi). Avar etnoqrafiyası üzrə tanınmış tədqiqatçı A.İ.İslamməhəmmədov da oxşar fikrə sahibdir.
Yerik
Yerik (rus. ерик, ing. yerik) daşqın zamanı su basmış körfəz, axmaz, qədim çay yatağı; çaydan gölə, göldən gölə gizli axın; Don çayının aşağısında və Volqa çayının deltasında xırda qollar.
Şurik
Şurik (Xoy)
Şərif
Şərif — Kişi adı. Şərif Vəlizadə — Qafqaz müsəlmanlarının VIII Müftisi. Şərif Qurbanəliyev — Rejissor. Ssenari müəllifi. Prodüser. Aktyor. Şərif Şərifov — Azərbaycanlı güləşçi. Şərif Şərifov (operator) — Azərbaycan operatoru. Ömər Şərif — Hollivud aktyoru.
Sedrik
Cédric - Sedrik, Belçikalı karikaturaçı Raoul Cauvin tərəfindən yazılmış və Laudec tərəfindən uyğunlaşdırılmış bir cizgi filmidir. Serial əvvəlcə Fransada nəşr olundu və sonra dünyanın bir çox çizgifilm nəşriyyatı tərəfindən öz dillərinə tərcümə edildi. Cizgi filminə görə, Sedrik 8 yaşlı sarışın oğlandır. Məktəbdə Çin əsilli sinif yoldaşı Çen ilə eşq yaşayır. O, sinif yoldaşı Kristianla çox yaxşı dostluq münasibətləri qurmuşdur. Onların sinfində atası diplomat olan Nikolas onun bir nömrəli düşmənidir. Atası Şərq xalçalarının satıcısı olan Sedrik evdə ailəsi ilə yaxşı anlaşmır. Anası (Maryrose)Mariyaroz çox sərtdir. Atası Robert tez-tez çox yorğun və qaraqabaq olur. Sedrikin babası Paulun təxminən səksən yaşı var, amma nəvəsi Sedriki ən yaxşı anlayan odur.
Erik
Erik — Şimali Alman mənşəli bir kişi adı. Kürən Erik — island vikinqi Erik Norales Erik Vluymans Erik I (1095–1103) Erik II (1134–1137) Erik III (1137–1146) Erik IV (1232–1250) Erik V (1259–1286) Erik VI (1286–1319) Erik VII (1412–1439) Erik I (931? — 933?) Eyrik II Maqnusson (1280–1299) Erik III (1389–1442) Eric VI əvvəlki İsveç kralları tarix elmində sabit sayılmır. Əslində, monarxların sayı 16-cı əsrin ortalarında tətbiq olundu və onun sayəsində istifadə olunan tək Erik, Erik XIV idi. Erik, İsveçin əfsanəvi kralı, Alreka qardaşı. Erik Byornson, İsveçin yarı əfsanəvi kralı. Erik Refilsson, İsveçin yarı əfsanəvi kralı. Erik Anundson (? — 882?), İsveçin yarı əfsanevi kralı, Eric Emundsson kimi də tanınır. Erik Vetrhoq (Erik Vederhatt), İsveçin əfsanəvi kralı, ehtimal ki, Erik Anundson ilə eyni.
Azərbaycan (Lerik)
Günəşli (keçmiş adı Ozobijon (2007-ədək)) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 826 nəfərdir. 8 may 2007-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Lerik rayonunun Noda kənd inzibati ərazi dairəsi tərkibindəki Azərbaycan kəndi Günəşli kəndi adlandırılmışdır.
Ağçay (Lerik)
Ağçay — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Babakücə (Lerik)
Babakücə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Berik İmaşev
Berik Məjit oğlu İmaşev (qaz. Берік Мәжитұлы Имашев; 7 iyun 1960, Almatı) — Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri, hüquq elmləri namizədi. Qazaxıstan Respublikası Prezidenti yanında Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının, Qazaxıstan Respublikası Prezidenti yanında Hüquq Siyasəti Şurasının, KTMT Parlament Assambleyasının Müdafiə və Təhlükəsizlik Daimi Komissiyasının üzvü, Qazaxıstan Respublikasının Müasir Pentatlon Federasiyasının prezidenti. 7 iyun 1960-cı ildə Alma-Atada anadan olmuşdur. 1982-ci ildə Moskva Dövlət Universitetini bitirib. MV Lomonosov, hüquq sahəsində ixtisaslaşmışdır. Karyerasına 1982-ci ildə stajçı kimi başlamış, daha sonra Frunzensky Rayon Prokurorluğunun müstəntiqi kimi başlamış, daha sonra nəqliyyatda qanunların icrası şöbəsinin prokuroru, Qazaxıstan SSR Prokuroru yanında xüsusilə vacib işlər üzrə müstəntiq təyin olunmuş və Alma-Ata şəhərinin Moskva bölgəsinin prokuroru. 1992-1993-cü illərdə Qazaxıstan Respublikası Baş Prokurorluğunun təşkilati və analitik şöbəsinin müdiri. 1993-1994-cü illərdə - Almatı şəhəri prokurorunun birinci müavini. 1994-1995-ci illərdə - JSB Kazkommertsbank İdarə Heyəti sədrinin müavini.
Bilnə (Lerik)
Bilnə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 329 nəfərdir. Aşağı Bilnə Lerik rayonunun Noda inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. XIX əsrdə Bilnə (indiki Yuxarı Bilnə) kəndindən çıxmış ailələr tərəfindən salınmışdır. "Bilnə kəndinin Aşağı hissəsi" deməkdir. Kənd öz adını ərazidəki Bilnəçayın adından almışdır. Türk dillərində bilan "dağ kecidi"; Azərbaycan dilinin dialektlərində bilin "tunel, dağın altından açılan yol" mənalarında işlənməkdədir. Onu da qeyd etmək lazımdır ki, 1917-ci ildə Lənkəran qəzasında iki Bilnə və bir Bilinə kəndi qeydə alınmışdır. 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Noda kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Bilnə kəndi Bilnə kəndi adlandırılmışdır.
Derik (Salmas)
Derik (fars. دريك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə‎ 194 nəfər yaşayır (38 ailə).
Digah (Lerik)
Digah — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lerik rayonunun Qosmalyan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Digah kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.