SƏRİN

sif.
1. Az soyuq, ilıq ilə soyuq arası. Sərin hava. Sərin su. Sərin çeşmə. Sərin meh.
– İtlər, çobanlar meşələrə, sərin kölgələrə çəkilmişdilər. A.Şaiq.
Sərin çeşmələrin qaynayır gözü; Yenə dinləyirəm aram-aram mən. N.Xəzri.

// is. Sərin hava, sərin yer. Sərində oturmaq. Sərində yola düşərik. Sərinə çəkilmək.
– …Ətəyindən tutmuş və axşam sərinində titrəşən körpələr bir az da [Səriyyə xalaya] qısıldılar. M.İbrahimov.

□ Sərin düşmək – hava bir qədər soyumaq, sərinləşmək.
Axşamlar sərin düşəndə əhali küçələrə tökülür. M.İbrahimov.

2. məc. Arası soyuq, incik, incimiş.
Əzizim, nə dərindi; Dəryalar nə dərindi; Mən yara nə dedim ki; O mənimlə sərindi? (Bayatı).
Yarpız isə çox sərin (z.) və etinasız cavab verirdi. Mir Cəlal.

◊ Sərin baxmaq – laqeyd olmaq, ürəyi yanmamaq, vecinə gəlməmək.
Yad yığılıb sərin baxar, ağlamaz; Qərib öldüm, bikəs öldüm, ad öldüm. M.V.Vidadi.

Ürəyini sərin saxlamaq – bax ürəyinə sərin su səpmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SƏRİN sərin bax soyuq 1
  • SƏRİN soyuq

Antonimlər (əks mənalı sözlər)

  • SƏRİN SƏRİN – İSTİ Sahil istidir, Qafur, sularsa çox sərindir (S.Rüstəm). SƏRİN – MÜLAYİM Yayı həmişə sərin, qışı mülayim keçir

Etimologiya

  • SƏRİN Saymaq feili zəminində sayın (hörmətli) sifəti əmələ gəldiyi kimi, sər (тер­петь) feilindən də sərin sifəti yaranıb
SƏRİMƏK
SƏRİNCƏ
OBASTAN VİKİ
Nuri Sərinləndirici
Nuruyev Vüqar Rəşid oğlu və ya səhnə adı ilə Nuri Sərinləndirici (29 iyun 1979, Culfa rayonu) — Azərbaycan və Rusiya musiqiçisi; estrada müğənnisi. == Həyatı == Nuri Sərinləndirici 1979-cu il iyun ayının 29-da Azərbaycanın Naxçıvan MSSR-in Culfa rayonunda anadan olub.Nuri özü "Sərinləndirici" təxəllüsü haqqında demişdir: "Naxçıvanın Culfa rayonunda doğulub böyümüşəm. Uzun illərdir Rusiyada yaşayıram. Rusiyada ən çox öz həmyerlilərimizlə sıx əlaqə və ünsiyyətdə oluruq. Orda el şənlikləri və tədbirlərdə iştirak edəndə dostlarım deyirdilər ki, Nuri gəlsin oxusun sərinləyək (gülür). Elə bundan sonra elə mənə "Sərinləndirici" deməyə başladılar. == Karyerası == Ailədə musiqiçi olmamasına baxmayaraq Nuri 6 yaşından musiqiyə böyük maraq göstərib. 7 yaşında Nuri Culfa rayon musiqi məktəbinə (qarmon sinfi) daxil olub. Musiqi məktəbini bitirdikdən sonra Culfa rayonunda gənclərdən ibarət öz musiqi kollektivini yaradıb. 1995-ci ildə Bakıya gəlib və təhsilini Bakı şəhər Yasamal rayonunun 286 saylı orta məktəbində davam etdirərək, 11-ci sinfi də elə həmin məktəbdə bitirib.
Sərinbulaq
Sərinbulaq — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 93 nəfərdir. == Toponimiyası == Kənd salındığı ərazidəki eyniadlı soyuq sulu bulağın adı ilə adlandırılmışdır.
Sərincan
Sərincan — İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd. XIX əsrin ortalarından sonra kənd barədə mənbələrdə məlumat yoxdur.
Sərindizac (Üskü)
Sərindizac (fars. سرين ديزج‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 872 nəfər yaşayır (213 ailə).
Sərinçavə (Piranşəhr)
Sərinçavə (fars. سرين چاوه‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 272 nəfər yaşayır (51 ailə).
Sərindərə
Sərindərə (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Sərindərə (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd.
Sərindərə (Mahnişan)
Sərindərə (fars. سرين دره‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 173 nəfər yaşayır (42 ailə).
Sərindərə (Xudabəndə)
Sərindərə (fars. سرين دره‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 243 nəfər yaşayır (36 ailə).

Digər lüğətlərdə