Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sərsəng (1975)
Sərsəng komsomol-gənclər tikintisidir. Film bu tikinti, burada çalışan insanlar haqqındadır. Sürücü Seyfəli bu barədə söhbət açır və deyir ki, tikinti nəinki mənim, həm də btün diyarın taleyini dəyişdirmişdir.
Sərsəng SES
Sərsəng SES (tam adı: Sərsəng su-elektrik stansiyası) — Azərbaycana məxsus 1976-cı ildə Tərtərçayın üzərində Ağdərə rayonu ərazisində inşa edilmiş su-elektrik stansiyası. Hər birinin gücü 25 MVt olan 2 ədəd turbindən ibarət su-elektrik stansiyası mövcuddur. Hər bir turbinin su buraxma qabiliyyəti 30 m³/san olmaqla SES-dən cəmi 60 m³ su buraxıla bilər. Bundan əlavə suvarma məqsədilə çaya su buraxmaq üçün SES işləmədiyi hallarda anbarın bəndində 6 ədəd siyirtmə quraşdırılmışdır. Bu siyirtmələr vasitəsilə hər biri 5 m³/san olmaqla Tərtər çayına cəmi 30 m³/san su buraxmaq olur. Eləcə də su anbarı dolduğu hallarda qəza sutullayıcısı vasitəsilə 740 m³/san miqdarında daşqın suları Tərtər çayına axıtmaq nəzərdə tutulmuşdur. Bəndinin hündürlüyü 125 m, uzunluğu 600 m-dir. Bənd Sərsəng su anbarını əmələ gətirmişdir. Sərsəng Azərbaycanda bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarı ərazilərin işğalından öncə respublikanın 7 rayonunun (Ağdərə, Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi.
Sərsəng (film, 1975)
Sərsəng komsomol-gənclər tikintisidir. Film bu tikinti, burada çalışan insanlar haqqındadır. Sürücü Seyfəli bu barədə söhbət açır və deyir ki, tikinti nəinki mənim, həm də btün diyarın taleyini dəyişdirmişdir.
Sərsəng su anbarı
Sərsəng su anbarı — Azərbaycana məxsus 1976-cı ildə Tərtərçayın üzərində, Ağdərə ərazisində inşa edilmiş su anbarı. Onun ümumi su tutumu 560 mln m³, bəndinin hündürlüyü isə 125 m-dir. Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarı respublikanın 6 rayonunun (Ağdərə, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Yalnız Sərsəng su anbarının işğalı nəticəsində 100 min hektar sahədə kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi respublikanın bu regionuna əvəzolunmaz zərər vurmuşdur. Hazırda su anbarına və onun qurğularına işğal altında 10 ildən artıq müddətdir ki, texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətindədir. Bu səbəbdən Sərsəng su anbarı onun aşağı byefində yerləşən əhali üçün ciddi təhlükə yaradır. Lakin anbarın işğaldan azad olunması onun yenidən işlək vəziyyətə gətirilməsi üçün şərait yaradır. 26 fevral 1993-cü ildə ermənilər Sərsəng su anbarının ətrafını tutmaqla, Tərtər–Kəlbəcər yolunu kəsib. 19 sentyabr 2023-cü il antiterror əməliyyatları nəticəsində azad olunmuşdur.
Sərsəng su qovşağı

Sərsəri oğulun qayıdışı
Sərsəri oğulun qayıdışı (nid. Terugkeer van de Verloren Zoon) - holland rəssamı Rembrandt Harmens van Reyn tərəfindən 1666-1669-cu illərdə çəkildiyi ehtimal olunan rəsm əsəri. Əsər Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən məşhur Ermitaj muzeyində saxlanılır. Əsərdə Əhdi-Cədid hədislərinin süjeti təsvir olunmuşdur. Bu, Rembrandtın dini mövzuda ən böyük əsəridir. Əsərdə sərsəri oğulun evə qayıdışı barədə hədisin son epizodu təsvir edilmişdir.
Şəhrisəbz
Şəhrisəbz (özb. Шаҳрисабз Shahrisabz; tac. Шаҳрисабз; fars. شهر سبز‎: "yaşıl şəhər"; rus. Шахрисабз) ― Özbəkistanın cənubundakı Qaşqadərya vilayətində, Səmərqəndin 80 km cənubunda şəhər. 2014-cü ilə olan məlumata əsasən şəhərin əhalisi 100 300 nəfər olmuşdur. Tarixən Keş və ya Kiş adları ilə tanınan Şəhrisəbz bir zamanlar Mərkəzi Asiyanın böyük şəhərlərindən biri və Əhəmənilər İmperiyasının əyaləti olan Soqdianın mühüm şəhər mərkəzi olmuşdur. Bu gün şəhər ilk növbədə Əmir Teymurun doğulduğu yer olaraq tanınır. Əvvəllər Keş və ya Kiş ("ürək xoşagələn") olaraq da tanınan Şəhrisəbz Mərkəzi Asiyanın ən qədim şəhərlərindən biridir. 2700 il əvvəl əsası qpyulmuş şəhər eramızdan əvvəl VI–IV əsrlərdə Əhəmənilər imperiyasının bir hissəsini təşkil etmişdir.
Serpez
Serpez (fr. Serpaize) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyen-1 kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38484. Kommunanın 2012-ci il üçün əhalisi 1564 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 190 ilə 324 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 23 km cənubda, Qrenobldan 80 km şimal-qərbdə yerləşir.
Ay-Serez qəsəbəsi
Ay Serez qəsəbəsi — Ukrayna Respublikasının tərkibində olan Krım Muxtar Sovet Sosialist Respublikasının Sudak vilayətinin daxilində kənd. Əhalisi 510 nəfərdir. Mustafa Əbdülcəmil Qırımoğlu 1943-cü ilin noyabrın 13-də Ay-Serez qəsəbəsində çoxuşaqlı ailədə anadan olub.
Ay Serez qəsəbəsi