Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bağlama
Bağlama — ən qədim yükdaşıma qaydalarından biri. == Ümumi məlumat == Keçmişdə əhali istifadə etdiyi əkinçilik, heyvandarlıq və ev peşəsi məhsullarının bir qismini digər zəruri məişət avadanlıqlarına dəyişmək və ya satmaq üçün adətən, həftəbazarına çıxarırdılar. Əldə daşınan belə yükləri bağlama vasitəsilə uzaq məsafələrə aparmaq mümkün idi. Bunun üçün onları 1,5x1 olcudə parcanın arasına qoyur, parcanı diaqonal uzrə “qulaqlarını” çəkərək bir-birinə bağlayır və əllərinə götürürdülər. İçərisinə heyvandarlıq məhsulları yığılmş motal, dağarcıq, eymə, tuluq, qarın, cılğı və s. yükləri daşımaq üçün bu qayda ilə bağlama etmək və belə sarımaq daha sərfəli idi.
Gülsün Sağlamer
Gülsün Sağlamer (1945, Trabzon). Memar, müəllim, İTU-nun ilk qadın rektoru. İstanbul Texniki Universiteti Memarlıq Fakültəsini bitirdi. 1978-ci ildə dosent, 1988-ci ildə professor oldu. 1996–2004-cü illərdə İstanbul Texniki Universitetinin rektoru vəzifəsində işləmişdir. Bir çox layihədə iştirak etdi. Hal-hazırda "Open House International" jurnalının redaksiya heyətinin üzvüdür. 2006–2014-cü illərdə Kadir Has Universitetinin Nümayəndə Heyətinin üzvüdür.
Bağlama (ədəbiyyat)
Bağlama — Azərbaycan aşıq şeir şəkillərindən olub, deyişmənin bir qoludur. Deyişmə iki aşığın üzbəüz, sazın müşayiəti ilə sual-cavab şəklində çalıb oxumalarıdır. Deyişmədə aşıq şeirinin bütün şəkillərindən istifadə edilə bilər. Bu aşığın bilik, bacarığından asılıdır. Aşıq deyişmələrinin ən maraqlı mərhələsi, eyni zamanda kulminasiya nöqtəsi qıfılbənd adlanır. Bu şeir şəklinə qıfılbənd, bəzən isə bağlama da deyilir. Elmi araşdırmalarda hər iki addan istifadə edilib. 3, 4, 5 bəndlik şeirdir. Bağlama çox vaxt aşıq deyişmələrində oxunur və ustad aşıqlar özlərinin dərin fəlsəfi məzmunlu bağlaması ilə müqabil tərəfə üstün gəlir, onu "bağlayır". Azərbaycan şifahi xalq ədəbiyyatında Aşıq Ələsgərin bağlamaları məşhurdur.
Salamat (Bukan)
Salamat (fars. سلامت‎) - İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 439 nəfər yaşayır (61 ailə).
Ağlama divarı
Ağlama divarı — Qüdsdə Məbəd dağının qərb tərəfində yerləşmiş qədim yəhudi məbədi divarının qalıqları. Qüdsdə olan yəhudilər üçün müqəddəs hesab edilən, Qüds məbədinin aşağı hissəsində qalmış qərb divarıdır. Buna görə Qərb divarı (ivr. ‏ הַכּוֹתֶל הַמַּעֲרָבִי‏‎) adı ilə tanınır.. Yəhudilərin, Süleymanın Qüdsdə tikdirdiyi Beyt-ül-Makdisdən qaldığına inandıqları və müqəddəs olaraq qəbul etdikləri divardır. Yəhudilərin ha-Kotel ha-Ma’aravi (Qərb Divarı) dedikləri bu divar zamanla Xristianlığın təsiriylə "Ağlama Divarı" olaraq adlandırılmışdır. Təxmini olaraq 485 m uzunluğunda olan Ağlama Divarı, torpaq səviyyəsinin üstündə olan iyirmi dörd böyük daş cərgəsi ilə yerin altında qalmış olan on doqquz daş cərgəsindən meydana gəlmişdir. Hündürlüyü torpaq səviyyəsindən etibarən,18 m olub 6 metri məbəd sahəsinin səviyyəsini keçir. Daşlardan bəzilərinin uzunluğu 12 m, hündürlüyü 1 m, ağırlığı isə 100 tondan artıqdır.
Malek Salama
Malek Salama (1 fevral 1997, Qahirə) — Misirli karateçi. Malek Salama Misiri 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi. == Karyerası == Malek Salama birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında kişilət kumite 60 kq çəki dərəcəsində, 1/16 final mərhələsində İranın nümayəndəsi Amir Mehdi Zade ilə üz-üzə gəldi. Həmin görüşdə Malek Salama rəqibinə 0:5 hesabı ilə uduzdu.
Topraq Sağlam
Topraq Sağlam (türk. Toprak Sağlam) — Türkiyəli aktrisa. == Həyatı == Topraq Sağlam 1985-ci ildə oktyabrın 9-da İstanbulda anadan olub . Evdar xanım Handan Sağlam və rəssam Şakir Sağlamın ailəsində dünyaya gələn Topraq ailənin yeganə övladıdır . O , ibtidai təhsilini İqbaliyə İbtidai Məktəbində , orta təhsilini General Əli Rza Ərsin liseyində almışdır. Ali təhsillidir — Müjdət Gəzən Sənət Mərkəzi Konservatoriyasının Teatr bölümünü bitirmişdir .
Qurd ağzı bağlama
Qurd ağzı bağlama — türk xalqlarında mövcud olan inanc. İtmiş mal-qaranı qorumaq məqsədi daşıyır. == İcrası == Türk dünyasının bir çox yerində olduğu kimi Azərbaycanda da qurd ağzı bıçaqla bağlanır. Həm Bayır-bucaq türkmənləri, həm də Zaqafqaziya və İran azərbaycanlıları itmiş heyvanı qorumaq üçün qurdun ağzını mərasim və dualar ilə bağlıyarlar. İtmiş heyvan tapıldıqda qurd acından ölməsin deyə ağzı açılar.Şimali Qafqazda tabasaranlıların inəkləri itəndə molla tərəfindən qurdun ağzı bağlanar. Bu adət Azərbaycanlıların etnoqrafik qrupu olan qarapapaqlarda da var.
Söyüdlər ağlamaz (opera)
Söyüdlər ağlamır — Əfrasiyab Bədəlbəylinin 1971-ci ildə tamaşaya qoyduğu opera. İlk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulub. Azərbaycan xalqının Böyük Vətən Müharibəsi dönəmində cəbhədə və cəbhə arxası göstərdiyi qəhrəmanlıqdan bəhs edir.
Özü düşən ağlamaz
Özü Düşən Ağlamaz — türk romantik-komediya filmdir.
Salamat Qal (albom)
Salamat Qal – Azərbaycan müğənnisi Tünzalə Ağayevanın yeddinci studiya albomu.
Özü düşən ağlamaz (serial)
Özü Düşən Ağlamaz — türk romantik-komediya filmdir.
Bəsdir, ağlama! (film, 1999)
== Məzmun == Film Qarabağ müharibəsində ermənilərə əsir düşmüş azərbaycan əsgərlərinin, qadınlarının əzab-əziyyətli günlərindən danışır. == Film haqqında == Filmin çəkilişlərinə Şamaxı bölgəsi Kərkəng kənd sakinləri köməklik göstərmişdir.
Sağlam olun! (film, 1969)
== Məzmun == Filmdə Azərbaycanın müalicə əhəmiyyətli kurortlarından, bu müalicə ocaqlarında əhalinin sağlamlığının qorunması üçün hər cür şərait yaradılmasından danışılır. Tamaşaçılar ekran vasitəsilə Şuşaya, Göy-gölə, Naftalana, Abşerona, Şıx çimərliyinə, İstisu kurortuna və sair sağlamlıq ocaqlarına səyahət edirlər. == Film haqqında == Film Azərbaycan Səhiyyə Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Sağlam ətraf mühit hüququ
Sağlam ətraf mühit hüququ — insan sağlamlığını təmin edən ekoloji sistemləri qorumaq üçün insan hüquqları və ictimai ekoloji təşkilatlar tərəfindən müdafiə edilən insan hüququdur. Bu hüquq su və sanitar hüququ, qida hüququ və sağlamlıq hüququ kimi digər sağlamlıq yönümlü insan hüquqları ilə qarşılıqlı əlaqədədir. Hüquq dövlətin ətraf mühitin tənzimləmələrini izləmək və tətbiq etmək, çirklənməyə nəzarət etmək və ətraf mühit problemlərindən təsirlənən icmalara ədalət və müdafiəni təmin etmək vəzifəsi yaradır. Sağlam ətraf mühit hüququ iqlim dəyişikliyi və digər ekoloji məsələlər üzrə məhkəmə çəkişmələri üçün ekoloji hüquqi presedentlərin müəyyən edilməsi üçün mühüm hüquq olmuşdur.. Sağlam ətraf mühit hüququ insan hüquqlarına və iqlim dəyişikliyinə beynəlxalq yanaşmanın əsasını təşkil edir. Bu hüququ dəstəkləyən beynəlxalq müqavilələrə 1972-ci il Stokholm bəyannaməsi, 1992-ci il Rio Bəyannaməsi və bu yaxınlarda qəbul edilmiş Qlobal Ətraf Mühit Paktı daxildir. BMT-də 150-dən çox dövlət bu hüququ bu və ya digər formada milli qanunvericilik, məhkəmə çəkişmələri, konstitusiya hüququ, müqavilə hüququ və başqaları vasitəsilə tanımışdır. İki regional müqavilə, İnsan və Xalqların Hüquqları üzrə Afrika Xartiyası və İnsan Hüquqları üzrə Amerika Konvensiyası sağlam ətraf mühit hüququnu özündə ehtiva edir. Uşaq Hüquqları haqqında Konvensiya kimi digər insan hüquqları sənədləri bu sənədin əsas istiqamətləri ilə əlaqəli olduğu dərəcədə ətraf mühit məsələlərinə istinad edir, bu halda o uşaqların hüquqlarına istinad etmiş olur. İnsan Hüquqları və Ətraf Mühit üzrə Xüsusi Məruzəçilər Con Noks (2012-2018) və Devid Boyd (2018-indiki) bu hüquqların beynəlxalq hüquqda necə rəsmiləşdirilməsinə dair tövsiyələr vermişlər.
Şotlandiya sağlam fikir məktəbi
Şotlandiya sağlam fikir məktəbi — XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Şotlandiyada yaranan fəlsəfi məktəb. == Tarixi == 1760–1780-ci illərdə Şotlandiya məktəblərində yaranıb yayılmışdır. Ağlın intuitiv qabiliyyəti, anadangəlmə prinsiplərdən ibarət "sağlam fikir" fəlsəfəsinə əsaslanır. Devid Yumun skeptisizmi və fransız materializmi ilə mübahisələrdə formalaşmışdir. Banisi Tomas Rid, görkəmli nümayəndələri C. Osvlld, Ç. Bitti, D. Stüartdır. Ali ruhi aləmin, yəni tanrının varlığı fikrini müdafiə edirdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Шотландская школа / Л. Б. Макеева // Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов. — М. : Большая российская энциклопедия, 2004—2017.
Özü Düşən Ağlamaz (teleserial, 2023)
Özü Düşən Ağlamaz — türk romantik-komediya filmdir.
Şarlama şəlaləsi
Şarlama şəlaləsi — Başqırdıstan Respublikasının Dövləkən rayonunda, Buqulma-Belebey yüksəkliyi ərazisində yerləşən şəlalə. Şəlalənin hündürlüyü 12 metrdir. Yay ayları su sərfiyyatı azaldığından çşəlalə demək olar ki yoxa çıxır. Asılıkul gölündən 4 km aralıda yerləşir (Başqırdıstanın ən böyük gölüdür.) Şarlama şəlaləsi təbiət parkı ərazisində yerləşir. == İstinadlar == == Mənbə == Vikianbarda Şarlama ilə əlaqəli mediafayllar var.