Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sabirə Əliyeva
Səbirə Əliyeva (25 sentyabr 1995, Bakı) — 2009–2021-ci illərdə Azərbaycanı təmsil edən qadın güləşçi. Səbirə Əliyeva 2018-ci il Avropa Çempionatının bürünc medalına sahib olub. == Həyatı == Səbirə Əliyeva 1995-ci il sentyabrın 25-də Xəzər rayonunun Buzovna qəsəbəsində anadan olub. 2009-cu ildən güləşlə məşğul olur. Şəxsi məşqçisi Hicran Şərifovdur. == Karyerası == Səbirə Əliyevanın birinci beynəlxalq turniri 2013-cü ilin fevralında Sofiya şəhərində (Bolqarıstan) baş tutan D. Kolov — N. Petrov beynəlxalq turniri oldu. Səbirə Əliyeva həmin turniri beşinci pillədə başa vurdu. Daha sonra Belarusda baş tutan A. Medved beynəlxalq turnirinin bürünc medalına sahib olan Səbirə Əliyeva, martda Tbilisi şəhərində (Gürcüstan) baş tutan Avropa Çempionatını yeddinci pillədə başa vurdu. İyulda gənclər arasında Avropa Çempionatının qalibi olan Səbirə Əliyeva avqustda gənclər arasında Dünya Çempionatının gümüş medalına sahib oldu. 2014-cü ildə Səbirə Əliyeva əvvəlcə Paris şəhərində (Fransa) Fransa Qran-Prisinin bürünc medalına sahib oldu.
Sahilə İbrahimova
Sahilə İbrahimova (1985, Sumqayıt) — Azərbaycan yazıçısı. Feminist yazıçı, esseist, "Karusel" ədəbi jurnalının təsisçisi, "Açıq hava kitabxanası" layihəsinin ideya müəllifi, Prezident təqaüdçüsü (2010/11). "Yaya" təxəllüsü ilə əsərlər yazır. == Həyatı == Sahilə İbrahimova 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. 2007-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsində tarixçi ixtisası üzrə bakalavr, ardınca yenə həmin universitetin həmin fakültəsində etnologiya-etnopsixologiya ixtisası üzrə magistr dərəcəsi alıb.2006–2008-ci illərdə Gənclər və İdman Nazirliyinin layihəsi olan "Azərbaycan Gənclər Parlamenti"nin üzvü olub.Ailəlidir, 2 övladı var. == Yaradıcılığı == İlk hekayəsi "Şirlə Sahilin nağılı" əsəri hələ 8 yaşında ikən "168 saat" qəzetində çap olunmuşdur. Eyni zamanda, o ərəfələrdə Qarabağ münaqişəsindən bəhs edən "Yanmış evin nağılı" adlı tamaşada Nigar rolunu oynayıb.2006-cı ildən peşəkar ədəbi yaradıcılıqla məşğuldur. 2009-cu ildə Azadlıq Radiosunun "Ədəbi Azadlıq" qısa hekayə müsabiqəsində 2 hekayəsi — "Mən deyildim" və "Avqustun iyirmi üçünə üç gün qalmış" hekayələri 130 müəllifin 150 əsəri içərisindən gizli səsvermə nəticəsində ilk onluğa düşmüşdür. 2010-cu ildə hekayələrdən ibarət "Varlı kişinin portmanatı" adlı ilk kitabı çapdan çıxmışdır. 2010–11-ci illərdə Prezident təqaüdü alıb.2012-ci ildə "Yuxarı və aşağı ətraflar" adlı növbəti kitabı yayımlanıb.
Sabil (Tikantəpə)
Sabil (fars. ‎سبيل‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 872 nəfər yaşayır (171 ailə).
Bulbophyllum stabile
Bulbophyllum stabile (lat. Bulbophyllum stabile) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Sabine Postel
Sabine Postel (10 may 1954) — alman aktyor. == Filmoqrafiyası == 1982: Die Aufgabe des Dr. Graefe 1983: Engel auf Rädern 1984: The Brief 1986: Der Antrag 1986: Bankgeheimnisse 1987–1989: Ein Fall für zwei 1987: Großstadtrevier – Geleimt 1988: Wilder Westen inclusive 1988: Zwei alte Damen geben Gas 1989: Tatort: Der Pott 1989: Lindenstraße 1990: Das Erbe der Guldenburgs 1991: Leo und Charlotte 1992: Auf Achse 1992: Unser Lehrer Doktor Specht 1992: Schlafende Hunde 1993: Die schönsten Jahre unseres Lebens 1993–1996: Nicht von schlechten Eltern 1994: Ohne Schein läuft nichts 1994: Molls Reisen 1995: Alte Freunde küsst man nicht 1995: Die Kommissarin – Familienfest 1997: Frauen morden leichter 1997: Tatort als KHK’in Inga Lürsen, Folgen siehe 1998: Titus, der Satansbraten 1998: Der letzte Zeuge 1999: Pfeifer 1999: Heimatgeschichten 1999–2002: Nesthocker – Familie zu verschenken 2000: Die Cleveren 2001: Eiskalt 2001: Du bist mein Kind 2001: Ein mörderischer Plan 2004: Mein Mann und seine Mütter 2007: Erdbeereis mit Liebe 2007: Liebling, wir haben geerbt!
Triticum labile
Yumşaq buğda (lat. Triticum aestivum) - buğda cinsinə aid bitki növü. == SInonim == Frumentum triticum E.H.L.Krause Triticum aestivum subsp. aestivum aestivum Triticum aestivum var. albinflatocapitatum Udachin Triticum aestivum var. australianum Udachin & Schachm. Triticum aestivum var. brezhnevii Udachin & Shakhm. Triticum aestivum var. dorofeevii Udachin & Shakhm.
Rober de Sable
Robert IV, senyor de Sable (fr. Robert de Sablé, ? — 28 sentyabr 1193) — 1191-ci ildən 1193-ə qədər tampliyerlər ordeninin böyük magistri. Jerar de Rifdorun ölümündən sonra Məbəd ordeni o qədər zəifləmişdir ki, magistr yeri on səkkiz ay ərzində boş qalmışdır. Üçüncü səlib yürüşü zamanı cəngavərlər ingilis hərbi donanmasını idarə edən Robert de Sableni magistr kimi seçirlər. Avropa cəngavərlərindən ən məğrur və igidləri Fələstinə gəlib tampliyer ordeninin bayrağı altında vuruşmaq istəyirdilər. Böyük magistr bir çox dünyəvi cəngavərlərə rahib-döyüşçülərin sıralarına daxil olmağa və hətta sinələrində qırmızı xaçla döyüşməyə icazə vermişdir. Robert de Sable Akra şəhərinin divarları arxasında tampliyerlərə özünün orden andını vermişdir. Robert de Sablenin adı ilk dəfə İtaliyanın cənubunda, Messinada ingilis donanmasının admiralı kimi çəkilir. Onun ilk uğurlu əməliyyatı isə Səlahəddin Əyyubiyə qarşı Akra şəhəri uğrunda döyüş sayılır.
Robert de Sable
Robert IV, senyor de Sable (fr. Robert de Sablé, ? — 28 sentyabr 1193) — 1191-ci ildən 1193-ə qədər tampliyerlər ordeninin böyük magistri. Jerar de Rifdorun ölümündən sonra Məbəd ordeni o qədər zəifləmişdir ki, magistr yeri on səkkiz ay ərzində boş qalmışdır. Üçüncü səlib yürüşü zamanı cəngavərlər ingilis hərbi donanmasını idarə edən Robert de Sableni magistr kimi seçirlər. Avropa cəngavərlərindən ən məğrur və igidləri Fələstinə gəlib tampliyer ordeninin bayrağı altında vuruşmaq istəyirdilər. Böyük magistr bir çox dünyəvi cəngavərlərə rahib-döyüşçülərin sıralarına daxil olmağa və hətta sinələrində qırmızı xaçla döyüşməyə icazə vermişdir. Robert de Sable Akra şəhərinin divarları arxasında tampliyerlərə özünün orden andını vermişdir. Robert de Sablenin adı ilk dəfə İtaliyanın cənubunda, Messinada ingilis donanmasının admiralı kimi çəkilir. Onun ilk uğurlu əməliyyatı isə Səlahəddin Əyyubiyə qarşı Akra şəhəri uğrunda döyüş sayılır.
Babilər
Babilik — Seyyid Əli Məhəmməd Babın (1819-1850) adı ilə bağlı dini təlimdir. O, 1844-cü ildə Bab (Ərəbcədən tərcümədə "qapı") ləqəbini götürmüş, özünü Allahın Vəd etdiyi Mehdi olduğunu bəyan etmiş, 18 müridindən biri olan Qüdslə Məkkəyə yollanaraq zülhiccə ayında Kəbə evinin yanında öz Missiyasını elan etmiş, Vəd Olunmuş Qaim, Mehdi olduğunu bəyan etmişdir. Burdan Kufə şəhərinə gedərək orada da öz dəvətini elan etmişdir. Babın təlimi fanatizmə, ali ruhanilərin özbaşnalığına qarşı yönəlmiş və İran cəmiyyətinin orta və aşağı təbəqələrində özünə çoxlu tərəfdar tapmışdı. Bab daim özündən sonra zühur edəcək olan "Allahın zahir edəcəyi Kəs" haqqında danışmış, bütün yazılarında onu mədh etmişdir. Bab şiə müctəhidlərinin bir qismi tərəfindən kafir kimi pislənmiş, bir qismi tərəfindən isə qəbul olunmuşdur. O, elə bir cəmiyyət haqqında danışırdı ki, orada nə əxlaqsız din xadimləri, nə də ədalətsiz siyasət adamları olsun. == Haqqında == Gündən günə artan nüfuzu və ardıcıllarının İranı bürüməsinə görə şah hökuməti onu həbs etdi və Maku zindanına saldı. Burada "Bəyan" adlı kitabını nazil etdi. İlahi Missiyasını insanlara tədricən açan Bab daha sonra özünü Nöqteyi-Övla adlandırır ki, bu Məhəmməd peyğəmbərlə eyni məqama sahib olmağa bərabər sayılırdı.
Babirə
Aşağı Babirə (Mərənd)
Hamilə
Hamiləlik kişidən gələn sperma ilə qadının yumurtalıqlarından atılmış olan yumurtanın döllənməsindən doğuma qədər keçən 40 həftəlik (280 gün) dövrə verilən addır. Döllənmənin meydana gəldiyi andan 8 həftənin sonuna qədər keçən dövrə embrionduq dövr deyilərkən bundan sonrasına və doğuma qədər olan dövrə də fetal dövr deyilir. == Necə hamilə qalmalı == Mütəxəssislər spermanın vagina içərisində ən uzun müddət qala bildiyi pozanı hamilə qalmaq üçün ən uyğun poza olduğunu bildirirlər. Ayrıca cinsi əlaqədən sonra qadının görəcəyi tədbirlər hamilə qalmaq şansını artırır. Misyoner pozada (kişinin üstdə olduğu) münasibət zamanı və münasibət sonrasında 1saat belin altına yastıq qoyaraq uzanmaq spermlərın daha rahat və uzun müddət vaginada qalmasını təmin edir. Ancaq yastıq çox qalın olmamalıdır. Diz dirsək pozasında olan bərabərlik hamilə qalmaq üçün ən uyğun şəkildir. Belə pozada bərabərlikdən sonra arxası üstə uzanmaq və belin altına yastıq qoymaq lazımdır. Ayaq üstə, oturan formada və ya qadının üstdə olduğu pozalarda spermanın vaginadan kənara axdığı üçün hamilə qalmağa uyğun poza deyil. Geniş yayılmış poza: kişinin üstdə, qadınla üz-üzə olduğu pozadır.
Kabinə
Kabinə — sərnişinlərin səyahət etdiyi kokpit və yük bölməsindən başqa təyyarələrdəki hissəyə verilən addır. Düz bir uçuş rejimi əsnasında təyyarənin qalxdığı hündürlükdə atmosfer təzyiqi çox aşağı olduğundan, sərnişinlərin oksigen dəstəyi olmadan səfəri davam etdirməsi qeyri-mümkündür. Buna görə kabinələrə süni şəkildə təzyiq edilir. Ticarət məqsədli hava nəqliyyatında kabin bütün təyyarələrdə müəyyən siniflərə bölünür. Xüsusiyyətləri aviaşirkətlərə görə fərqlənən bu səyahət siniflərindən ən çox yayılanları business class (biznes sinfi) və ekonom sinifləridir. Siniflərarası ayrılma bir panel və ya pərdə vasitəsilə həyata keçirilir. Oturma yerləri, istirahət zonaları, xidməti avadanlıqların saxlanıldığı yerlər, (mətbəx) tualetlər də kabinənin bir hissəsi hesab olunur.
Labill.
Jak-Jülien de Labillarder (fr. Jacques-Julien Houtou de La Billardière; 28 oktyabr 1755[…], Alanson – 8 yanvar 1834[…], Paris) — Fransa botaniki, zooloqu və səyyahı.
Qəbilə
Qəbilə (ərəb. قبيلة‎, fars. قبیله‎) — ibtidai cəmiyyətdə bir soydan törəmiş və bir başçının iradəsi altında birlikdə yaşayan köçəri nəsil; oymaq. "Divanü Lüğat-it-Türk"ə görə (XI əsrdə) oğuzca qəbiləyə "boy" (بوى) deyilirdi.
Rabitə
Rabitə Texniki vasitələrin köməyi ilə müəyyən məsafədə əlaqə saxlayan idarələr sistemi
Sabiilər
Sabiilər — İraqda din. Həqiqətən, Allah iman gətirənlər (müsəlmanlar), yəhudilər, sabiilər, Xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında qiyamət günü (haqq ilə batili ayırd edərək) hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə şahiddir! (Həcc-17) Sabiilər bir tayfa, qövüm olaraq adları Quranda 3 dəfə çəkilir. Bunlar Bəqərə-62, Maidə-69 və Həcc-17 zikr olunur. Sabiilər haqqında fikir müxtəlifliyi çoxdur. Kimi onları Hz. İbrahimin (ə), kimi Hz. Yəhyanın (ə) ardıcılları bilmişdir. Hətta onları Davud (ə) və ya Nuhun (ə) ardıcılları hesab edənlər də vardır.
Sabinlər
Sabinlər — İtalik xalqlardan biri, Sabina regionunun yerliləri. == Tarixi == Plutarx romalıların qonşuluğunda yaşayan sabinlər haqqında хeyli məlumat verir. O, yazır ki, sabinlər böyük və döyüşkən bir хalqdır... heç nədən qorхmurlar... istehkam olmayan yerlərdə yaşayırlar. O, göstərir ki, alban çarı Romulun ana tərəfdən babası olduğu kimi, onlar sabinlərlə də qohum idilər... Sabinlər Antik İtaliyda, Romanın yaranmasından əvvəl yaşayırdılar. Özlərinə məxsus dilləri vardı.
Sabirli
Sabirli — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı r-nunn Çarhan i.ə.d.-də kənd. Ləngəbiz silsiləsində Alpout dağının yamacında yerləşir. Keçmiş adı Osmanbəyli olmuşdur. Yaşayış məntəqəsinin ərazisi vaxtilə Şahbaz bəy adlı şəxsə məxsus olduğı üçün bir müddət Şahbazbəyli, 1930-1956 illərdə isə Azərbaycan KP MK-nın birinci katibi olmuş M.C.Bağırovun şərəfınə Bağırovka adlanmışdır. 1956 ildən kənd şair M.Ə.Sabirin adını daşıyır. Ərazidə eyniadlı palçıq vulkanı da mövcuddur. == Əhalisi == Kənd əhalisi 371 nəfərdir ki, onunda 170 nəfəri kişi, 201 nəfəri isə qadınlar təşkil edir., 61 təsərrüfatı var.
Sabirlər
Sabirlər (sabarlar, savirlər, suarlar) — qədim Türk xalqı. == Tarixi == Sabirlərin adı ilk dəfə Klavdi Ptolemeyin (100-175) əsərində "Savar" kimi (Ptolomey, VI,V,10), Bizans mənbələrində isə "Sabir" kimi qeyd olunmuşdur. Bəzi tədqiqatçılara görə( V.V.Bartold və b.) Suvar (əsli Savar) Bolqarların bir hissəsinin adı idi.Mənbələrdə Suvarların III əsrdən başlayaraq Cənubi Qafqaza basqınları barədə məlumatlar var.515-ci ilə aid Bizans mənbəsində Suvarlar Don-Volqa çayları arasında qeyd olunurlar. Oradan onlar Kuban çölləri və Şimali Qafqaza keçmiş və orada kiçik bir xaqanlıq yaratmışlar, daha sonra isə onlardan bir qismi Anadoluya qədər yayılmışlar.Sibir əvvəllər Ob çayının orta və aşağı hissəsinə deyilmişsə, sonradan Sabirlərin İrtış çayı və Baykal gölünə doğru yayılmaları nəticəsində nəhayət Kamçatkaya qədər uzanan bütün Quzey Asiyaya "Sibir" deyilmişdir. Ərəbdilli mənbələrdə bu ölkənin adı "Sibir" və ya "İbir", Çin mənbələrində "Si-bi-rh" və "Bissibur" kimi qeyd edilmiş, rus mənbələrində də "Sibir" kimi göstərilmişdir. == Sabirlər və Azərbaycan == Şəmkir şəhərinin taleyi VI yüzildə türk tayfası savirlərlə bağlıdır. Azərbaycanda savir (ermənilər onları sevordik, ərəblər isə siyəvərdiyyə adlandırırlar) tayfasının izinə IV yüzildə, daha dəqiqi 350-ci ildə rastlanır. Arxasından 600-cü ildə İdil bulqarları arasında bir suvar boyu görünür. Daha sonra 1300-cü ildə isə Qərbi Sibirdə bir sibir boyuna ürcah olunur. Bu boyların bir kökdən gəldiyini alimlər sübut ediblər.
Sacilər
Sacilər — Ərəb əsarətinə qarşı mübarizə dövründə Azərbaycanda yaranmış güclü Azərbaycan dövlətlərindən biri. Sacilər dövləti Azərbaycanı, İranı, qismən Türkiyə və İraq ərazilərini əhatə etmiş Azərbaycanın varisi olduğu dövlətdir. Dövlətin əsasını 898-ci ildə Məhəmməd İbn Əbu Sac qoymuşdur. == Sülalənin mənşəyi == Sacilər dövlətini Sacilər yaratmışlar. Sacilər mənşəcə Mərkəzi Asiyanın Əşrusən vilayətindən idilər. Azərbaycan mənbələrində onların türk mənşəli, Qərb mənbələrində isə soqd mənşəli olduğu qeyd edilir. Mənbələrin məlumatına görə, Əbu Sac Divdad Afşin titullu türk əmirləri nəslindən olan adlı-sanlı sərkərdə idi. M.X.Şərifli qeyd edir ki, bu dövlətin tarixi son vaxtlaradək ətraflı öyrənilmirdi. Bu dövlətin meydana gəlməsi, tərəqqisi və süqutu tarixi tədqiqatçıların diqqətindən yayınmışdır.Professor P.K.Juze qeyd edir ki, "Sacilər IX əsrin ikinci yarısında meydana gəlib, Azərbaycana bir neçə bacarıqlı hökmdar vedən türk sülaləsindən idilər. Sacilərin nümayəndəsi olan Əbu Sac Divdad Usruşanda dağlıq Cankakat kəndindədir.
Sabina
Sabina — ad. Sabina Florian — İtaliyanı təmsil edən buzüstü xokkeyçi. Sabina Azema — Fransa aktrisası. Sabina Derflinger — Avstriyalı rejissor, ssenarist və prodüser;DigərSabina (region) — İtaliyanın mərkəzində, Umbriya, Latsio və Abruttso arasında yerləşən tarixi-coğrafi region.
Aperi sabiti
Aperi sabiti — riyaziyyatın sirli ədədlərindən biridir. Elektrodinamika sahəsində elektronun giromaqnetik əmsalının ikinci və üçüncü dərəcə hədləri ilə bərabər, bir çox fiziki məsələlərdə qarşılaşılan bu sabit, məxrəcində eksponensial funksiya mövcud olan inteqralların həllində də istifadə olunur. Debye modelinin ikiölçülü fəza üçün hesablanması buna misal olaraq göstərilə bilər. Sabit aşağıdakı kimi təyin edilir: ζ ( 3 ) = ∑ k = 1 ∞ 1 k 3 = 1 + 1 2 3 + 1 3 3 + 1 4 3 + ⋯ {\displaystyle \zeta (3)=\sum _{k=1}^{\infty }{\frac {1}{k^{3}}}=1+{\frac {1}{2^{3}}}+{\frac {1}{3^{3}}}+{\frac {1}{4^{3}}}+\cdots } Burada ζ, Rieman zeta funksiyasını ifadə edir.
Sabine Qadınının Qaçırılması (heykəl)
Sabine Qadınının Qaçırılması (it. Ratto delle Sabine) — Florensiyalı heykəltaraş Cambolonyanın ən məşhur əsəri.
Samilər
Samilər — İkiçayarasında, Mesopotomiyada yaşayan qədim xalq. == Tarixi == İkiçayarası əraziləri ən qədim insan məskənlərindən olub, insan sivilizasiyasının mərkəzi sayılır. Ərazinin cənub hissəsi bataqlıqlardan ibarət olmuş, neolit dövründə - bataqlıqlar quruduqdan sonra əhali bu yerlərə köçmüşdür. Şimal ərazilərdə məskunlaşma daha əvvəllər baş vermişdir. İkiçayarasına şərqdən və şimal-şərqdən şumerlər gəlib, qərbdən və şimal-qərbdən samilər gəlib. Qədimdə şərqdə və şimal-şərqdə türklər yaşayıb, qərbdə və şimal-qərbdə samilər. Bu vəziyyət olduğu kimi indi də davam etməkdədir. Lakin qədim akkadların samilər olduğunu hamı qəbul edir, qədim şumerlərin türk olduğuna şübhə edirlər. == Dilləri == Samilər Sami dil ailəsinə mənsub idilər.
Samirə
Samərra (ərəb. سَامَرَّاء‎ Sāmarrāʾ) — İraqda şəhər, Səlahəddin mühafəzasıın inzibati mərkəzi. Dəclə çayının sahilində yerləşir. Keçmişdə Abbasilər xilafətinin paytaxtı olmuşdur. Samərra şəhəri şiələr arasında məzhəbi əhəmiyyəti var. Bunun səbəbidə onların iki imamı Həsən Əskəri və Əliyyə-Nəqi türbələrinin orada olmasıdır. == Tarixi == Abbasilər dövründə, 892-ci ildə Bağdaddan 120 km Şimalda xəlifə üçün iqamətgah hazırlandı və bu iqamətgah Samərra (kim görsə heyrətlənər) adlandı. Bu şəhər qədim mədəniyyət mərkəzidir ki, Übeyd mədəniyyətinin kökü sayılır. Azərbaycan xalqının qəhrəman oğlu Babək bu şəhərdə edam olundu.
Saniyə
Saniyə — zaman ölçü vahididir. 60 saniyə = 1 dəqiqədir.
Avoqadro sabiti
Avoqadro sabiti (Avoqadro ədədi) — fiziki kəmiyyət olaraq maddə miqdarı bir mol olan maddədə struktur vahidlərin (atom, molekul, ion və ya digər zərrəciklərin) sayını göstərir. Avoqadro sabiti təmiz 12C izotopundan ibarət 0.012 k q {\displaystyle 0.012\,\mathrm {kq} } karbondakı atomların sayı ilə təyin olunur və adətən NA, bəzən isə L kimi işarə edirlər. Yuxarıdakı tərifdən istifadə edib Avoqadro sabitini karbonun 12C izotopunun m 0 12 C {\displaystyle m_{0{^{12}\mathrm {C} }}} kütləsi ilə ifadəsini yazmaq olar: N A = 0.012 k q ⋅ m o l − 1 m 0 12 C {\displaystyle N_{\mathrm {A} }={\frac {0.012\,\mathrm {kq} {\cdot }\mathrm {mol} ^{-1}}{m_{0{^{12}\mathrm {C} }}}}} BS-də Avoqadro sabitinin vahidi m o l − 1 {\displaystyle \mathrm {mol} ^{-1}} kimidir ( [ N A ] = 1 m o l ) {\displaystyle \left(\left[N_{\mathrm {A} }\right]={\frac {1}{\mathrm {mol} }}\right)} . Avoqadro ədədinin 2014-cü ildə CODATA tərəfindən tövsiyə olunan qiyməti aşağıdakı kimidir : N A = 6.022140857 ( 74 ) ⋅ 10 23 mol − 1 {\displaystyle N_{\text{A}}=6.022140857(74){\cdot }10^{23}\,{\text{mol}}^{-1}} .Dairəvi mötərizələrdəki ədəd kəmiyyətin qiymətinin axırıncı rəqəmlərdəki standart xətasını göstərir. Avoqadro sabiti fundamental fiziki sabitlərdən biridir və bir çox digər fiziki sabitlərin (Boltsman sabiti, Faradey sabiti və s.) təyin olunması üçün mühüm əhəmiyyət kəsb edir. Avoqadro sabitinin təyin olunmasının bir-brindən asılı olmayan müxtəlif üsulları mövcuddur. Bu kəmiyyətin təyin olunmasının ən yaxşı eksperimental üsulu mollarının sayı məlum olan mürəkkəb maddənin elektrolitik ayrılması üçün lazım olan elektrik yükünün ölçülməsi və elektronun yükünün ölçülməsinə əsaslanır. == Elmdə ümumi rolu == Avoqadro sabiti təbiətdə müşahidə olunan makroskopik və mikroskopik (atomik miqyasda) hadisələr arasında miqyas faktorudur. Beləliklə, bu sabit digər fiziki sabitlər arasında qarşılıqlı əlaqəni təmin edir. Məsələn, Avoqadro sabiti R {\displaystyle R} universal qaz sabiti ilə k B {\displaystyle k_{\text{B}}} Bolsman sabiti arasında aşağıdakı əlaqə yaradır: R = k B N A = 8.3144598 ( 48 ) C m o l ⋅ K {\displaystyle R=k_{\mathrm {B} }N_{\text{A}}=8.3144598(48)\,{\frac {\mathrm {C} }{\mathrm {mol} {\cdot }\mathrm {K} }}} Digər nümunə kimi Avoqadro sabitinin F Faradey sabiti ilə e elementar yük arasında yaratdığı əlaqəni də göstərmək olar: F = N A e = 96485.33289 ( 59 ) K m o l {\displaystyle F=N_{\mathrm {A} }e=96485.33289(59)\,{\frac {\mathrm {K} }{\mathrm {mol} }}} Avoqadro sabiti həmçinin atom kütlə vahidini (a.k.v.) BS-də kütlə vahidi olan kiloqramla əlaqələndirir: 1 a.k.v.
Ayova (qəbilə)
Ayova (ing. Iowa, özlərini Bah-Kho-Je adlandırırlar) — "civere" qrupuna daxil olan, cənub-qərb siyudilli hindu qəbilələrindən biridir. Ayova qəbiləsi "Baxoje" qəbiləsi kimi də tanınır. == Adı == Onların adının Sioux ayuhwa ("yuxulu olanlar") sözundən gəldiyi deyilir. Erkən Avropa tədqiqatçıları çox vaxt tayfa adlarını başqa tayfaların onlara verdiyi etnonimlərdən götürürdülər. Bu təqdiqatçılar, bu adların xalqların özlərini adlandırdıqlarından fərqli olduğunu başa düşmurdulər. Beləliklə, ayuhwa sözu Ayova qəbiləsinə məxsus deyil. Bu söz Dakota ayuxbe dilindən gəlir. Xalqın özunu adlandırması isə, "boz qar" kimi tərcümə olunan "Baxoje" adıdır. Baxoje səhv olaraq "tozlu üzlər" və ya "tozlu burun" kimi də tərcümə edilmişdir.
Aşıq Samirə
Samirə Zimirxan qızı Əliyeva (29 sentyabr 1981, Bakı) — aşıq, müğənni, aktrisa. Sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru, "Əməkdar mədəniyyət işçisi. == Həyatı == Əliyeva Samirə Zimirxan qızı 29 sentyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə Bakı şəhəri, Xətai rayonu 221 saylı orta məktəbdə təhsilə başlamış, 1998-ci ildə 98 saylı orta məktəbi bitirmişdir. 1991-ci ildən Aşıq sənəti ilə məşğuldur. 1993-cü ildə Respublika üzrə keçirilən "Gənc istedadlar" telemüsabiqəsinin qalibi olmuş elə həmin ildə Şotlandiyanın Aberdin şəhərində keçirilən "Ümumdünya gəncləri festivalı" laureatı, həmin ildə "Sübh şəfəqləri" telemüsabiqəsinin, 1994-cü ildə "Yanvar şəhidləri" şeir müsabiqəsinin, İstedad – 95 müsabiqəsinin, həmin ildə "Aşıq qızların I Respublika" müsabiqəsinin, 1996-cı ildə "Xalq çalğı alətləri ansamblının" şəhərlər arası keçirilən müsabiqənin, "Pöhrə — 97" müsabiqəsinin ," İstedadlar axtarırıq — 97" müsabiqəsinin, "Vətənimdir – Odlar Yurdu — 98" müsabiqəsinin qalibi, "Gənclik — 99" gənc müğənnilərin Respublika estrada – mahnı müsabiqəsinin I dərəcəli diplomuna layiq görülmüşdür. 1998–2002-ci illərdə ADMİU-nun "Kütləvi tədbirlər rejissoru" üzrə bakalavr, 2002–2004-cü illərdə "Mədəniyyətşünaslıq" üzrə magistr təhsili almışdır. 2008-ci ildə YUNESKO-nun "Aşıq sənəti"nin təbliği naminə keçirdiyi seçimi nəticəsində qadın aşıqları arasında seçilmiş, bu təşəbbüslə Fransada çıxarılan "Azərbaycan Aşıq Sənəti Anatologiyası" adlı diskdə ifaya yer ayrılmışdır. 2009-cu ilin mart ayında Fransanın "Luvr" muzeyində aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olması ilə bağlı keçirilən konsertdə qadın aşıqlarını təmsil etmiş və uğurla çıxış etmişdir. 2004-cü ildən ADMİU-nin "Estrada və populyar musiqi" kafedrasında müəllim, 2011-ci ildən "Aşıq sənəti" kafedrasında baş müəllim, 2017-ci ildən isə dosent vəzifəsində çalışır.
Babilər hərəkatı
Babilik — Seyyid Əli Məhəmməd Babın (1819-1850) adı ilə bağlı dini təlimdir. O, 1844-cü ildə Bab (Ərəbcədən tərcümədə "qapı") ləqəbini götürmüş, özünü Allahın Vəd etdiyi Mehdi olduğunu bəyan etmiş, 18 müridindən biri olan Qüdslə Məkkəyə yollanaraq zülhiccə ayında Kəbə evinin yanında öz Missiyasını elan etmiş, Vəd Olunmuş Qaim, Mehdi olduğunu bəyan etmişdir. Burdan Kufə şəhərinə gedərək orada da öz dəvətini elan etmişdir. Babın təlimi fanatizmə, ali ruhanilərin özbaşnalığına qarşı yönəlmiş və İran cəmiyyətinin orta və aşağı təbəqələrində özünə çoxlu tərəfdar tapmışdı. Bab daim özündən sonra zühur edəcək olan "Allahın zahir edəcəyi Kəs" haqqında danışmış, bütün yazılarında onu mədh etmişdir. Bab şiə müctəhidlərinin bir qismi tərəfindən kafir kimi pislənmiş, bir qismi tərəfindən isə qəbul olunmuşdur. O, elə bir cəmiyyət haqqında danışırdı ki, orada nə əxlaqsız din xadimləri, nə də ədalətsiz siyasət adamları olsun. == Haqqında == Gündən günə artan nüfuzu və ardıcıllarının İranı bürüməsinə görə şah hökuməti onu həbs etdi və Maku zindanına saldı. Burada "Bəyan" adlı kitabını nazil etdi. İlahi Missiyasını insanlara tədricən açan Bab daha sonra özünü Nöqteyi-Övla adlandırır ki, bu Məhəmməd peyğəmbərlə eyni məqama sahib olmağa bərabər sayılırdı.
Banzare sahili
Banzare sahili (ing. Banzare Coast) — Şərqi Antarktidanın Uilks Torpağında, 122°05' və 130°10' şərq uzunluğinda qəralaşır. Buzlaq enişində bir sıra hündür buzlaq dağlar vardır. Materikin daxilinə doğru buzlaq Voeykov şelf buzlağı ilə birləşir. Şimal-şərq hissədə iri aysberqlər mövcuddur. Sahil ilk dəfə 1931-cü ildə Britaniya-avstraliya-yenizelandiya antarktik aeaşdlrmacı ekspedisiyası tərəfindən kəşf edilmişdir. Sahikin adı ekspedisiyanın baş əriflərindən götülülmüşdür ing. British-Australian-New Zealand Antarctic Research Expedition).
Şabiha
Şabiha (ərəb. الشبيحة‎) (ərəb. شبح‎ kökündən "xəyal", və cəmi "Şabbih" ərəb. شبيح‎), ki təqribən "quldur", "başkəsən" tərcümə olunur. Söz, Bəşar Əsəd rejiminə qarşı etirazçılara hücum edən mülki paltarlar içində silahlı adamları təsvir etmək üçün istifadə edildiyinə görə, 2011 Suriya qiyamının başlamasından bu yana beynəlxalq şöhrət qazanmışdır. Müxalifət və insan haqqların müdafiə edən qruplar Şabihanı müxaliflər üzərinə zərbə üçün rejimin bir vasitəsi olduğunu iddia edirlərSuriya İnsan Hüquqları üzrə Milli Təşkilatı bəzi muzdlu əsgərlərin şabiha olduqlarını bəyan edib Onlar, "Bəşar Əsədin rejimini dəstəkləyən mülki milis təriqəti" kimi, Əsədin rejimi üçün qeyri-rəsmi mühafizə orqanları olaraq hərəkət etməklə günahlandırılan bir bədnam Ələviyə yarım-hərbi, və "rejimə yaxın quldurlardan ibarət olan yarı-cinayətkar dəstələr" kimi təsvir edilmişdirlər.
Şadılı
Şadılı (Goranboy) — Goranboy rayonunda kənd. Şadılı xalçaları — Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçaları. Şadılı tayfası — Xorasanda yaşayan kürd tayfası.
Aeonium nobile
Aeonium nobile (lat. Aeonium nobile) — dovşankələmikimilər fəsiləsinin aeonium cinsinə aid bitki növü.