SAHİBAĞA
SAHİBƏDDİN
OBASTAN VİKİ
Sahibə Qafarova
Sahibə Əli qızı Qafarova (19 mart 1955, Şamxor) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının Milli Məclisinin sədri (2020-ci ildən) və IV, V, VI çağırış deputatı, filologiya elmləri doktoru, professor. Şəmkir şəhərində anadan olub. M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitunun Rus dili və ədəbiyyatı fakültəsini (Bakı Slavyan Universiteti) və Azərbaycan Pedaqoji Dillər İnstitunun İngilis filologiyası fakültəsini fərqlənmə diplomları ilə bitirib. Rus və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var. 1978–1981-ci illərdə Şəmkir şəhərində orta məktəblərdə müəllim işləyib. 1981–2020-ci illərdə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (Bakı Slavyan Universiteti) laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru, Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı, Bakı Slavyan Universitetinin Avropa dilləri kafedrasının müdiri vəzifələrində çalışıb. 2004–2020-ci illərdə Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində (2010–2020-ci illərdə ictimai əsaslarla) işləyib. 2006–2007-ci illərdə ABŞ Dövlət Departamentinin "Fulbrayt Skolarşip" proqramı çərçivəsində Miçiqan Universitetinin Qadınlar və Gender Araşdırmaları İnstitutunda çalışıb. 2010–2020-ci illərdə dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Sahibə Əhmədova
Sahibə Əliqulu qızı Əhmədova (11 yanvar 1956, Hacılar, Ağcabədi rayonu – 16 mart 2024, Bakı) — Azərbaycanın opera müğənnisi, xanəndə, Azərbaycan Respublikasının Əməkdar artisti. Əhmədova Sahibə Əliqulu qızı 1956-cı il yanvar ayının 11-i Ağcabədi rayonunun Hacılar kəndində anadan olub. Orta təhsilini həmin rayonun Boyat kəndində alıb. Uşaqlıqdan milli musiqiyə böyük marağı olub. İlk musiqi müəllimi Ağcabədi rayonunda fəaliyyət göstərən "Rast" ansamblının tanınmış xanəndələrindən olan əmisi oğlu Sabir Abbasov olub. 1975-ci ildə Asəf Zeynallı adına Orta-ixtisas Musiqi Texnikumunun xanəndəlik fakültəsinin muğam şöbəsinə daxil olub və görkəmli muğam ustadı, Əməkdar müəllim Nəriman Əliyevdən dərs alaraq muğam sənətinin sirlərini öyrənib. Texnikumda təhsilini davam etdirməklə yanaşı, 1976-cı ilin oktyabr ayından etibarən ustad tarizən Bəhram Mansurovun təşəbbüsü ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işə başlayıb. Opera səhnəsində ilk ifa etdiyi obraz M. Maqomayevin "Şah İsmayıl" operasından Ərəbzəngi obrazı olub. Elə ilk gündən Sahibə xanımın özünəməxsus tərzdə və yüksəs peşəkarlıqla ifa etdiyi bu obraz tamaşaçıların yaddaşında bu günə qədərdə böyük iz buraxıb və haqlı olaraq da "Səhnəmizin Ərəbzəngisi" adını qazanıb. Sonralar isə opera səhnəsində silsilə ana obrazlarında çıxış edib.
Ay sərt sahibədir
Ay sərt sahibədir (ing. The Moon Is a Harsh Mistress) — ABŞ yazıçısı Robert Haynlaynın fantastika romanı. İlk dəfə 1965-ci ilin dekabrı və 1966-cı ilin aprelində "IF" jurnalında dərc olunmuşdur. 1967-ci ildə "Ən yaxşı romana görə Hüqo mükafatına" layiq görülmüşdür. == Süjet == "Ay sərt sahibədir" əsərində hadisələr Ayda baş verir. 21-ci əsrdə Ay Terradan (Yerdən) məhkumların göndərildiyi böyük həbsxanadır. Ayda insanlar torpaqsız süxurların üzərində taxıl yetişdirməli və Terraya göndərməlidirlər. Bu olduqca ağır zəhmət tələb edir. Eyni zamanda su faydalı qazıntı kimi ayrıca mədən sənayesidir. Xərclər dayanmadan artır.
Böyük evin kiçik sahibəsi
Böyük evin kiçik sahibəsi (ing. The Little Lady of the Big House) — Cek Londonun 1915-ci ildə yazdığı roman. Roman öz dövründə çoxlu tənqidə məruz qalır. ing. Clarice Stasz yazırdı ki, həqiqətə uyğun gəlməyən, 1915-ci il mənəviyyatı üçün çox erotik və açıq-saçıq görünən bu əsər viktorian təvazükarlığı və sentimentallığı qarşısında çox acizdir. Bu əsər romantik ədəbiyyatın tipik "məhəbbət üçbucağı" mövzusunda yazılmışdır. Bölüşülməmiş eşq, qısqanclıq, "poliamoriya" — eşqə, məhəbbətə olan etik nəzərlər romanın əsas qayəsini təşkil edir. Əsərdə Cek Londonun böyük nasirliyi, gözəl təsvir etmə ustalığına malik olması, yaşadığı dövrdə dünyada baş verən mühüm hadisələr, elmi-tərəqqi və təsərrüfat işləri haqqında dərin biliklərə yiyələnməsi bir daha təsdiqlənməkdədir. Beləki romanda bütün hadisələr, personajların xarakter və görkəmləri, təbi mənzərələr, təsərrüfat işləri böyük bir ustalıqla incəliklərinə qədər təsvir edilir. Tənqidçilər isə romanı "başdan ayağa qədər seks" ədəbsizlik kimi qiymətləndirərək onu "erotomaniya" adlandırırdılar.
Sahibəz-Zaman məscidi
Sahibəz-Zaman məscidi - Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsi. Buzovna qəsəbəsində 1688-ci ildə inşa olunan bu məscid Abbasqulu ağa Bakıxanovun ana babası Hacı Məlik Məmmədxan Hacı Əmir Məhəmməd oğlu tərəfindən tikilib. Bu məscid də başqa məscidlər kimi, sovetlər dövründə bağlı qalıb. 1991-ci ildən sonra mərhum Axund Hacı Rasimin təşəbbüsü ilə məscid fəaliyyətini yenidən bərpa etmiş və məsciddə bir çox gənc tələbələr yetişdirilmişdir. 2014-cü ildə məsciddə təmir-bərpa işləri aparılmış və bir il sonra tam başa çatdırılmışdır. Hal-hazırda dini tədbirlər bu məsciddə keçirilir. Məscid "T" hərfi formasında inşa edilib. İç sahəsi 100 m²-dir. Yerden tavanadək olan hündürlüyü 3.77-3.79 metr arası dəyişir. Yerden günbəzədək hündürlüyü isə 7.65 metrdir.
İmam Sahibəzzaman
İmam Mehdi (29 iyul 869, Səmərra, Abbasilər xilafəti – bilinmir) — On ikinci imam. Məhəmməd ibn Həsən əl-Məhdi (ərəb. محمد بن الحسن المهدي‎) H. Q. 255 və ya 256 və ya 258-ci il (M. 869/870/871) Şaban ayının 15-i Ərəb Xilafətinin (indiki İraq Respublikasının) Samirə şəhərində dünyaya gəlmişdir. Atası cəfəri şiələrinin 11-ci imamı Həsən ibn Əli əl-Əskəri, anası isə Nərcis Xatundur. Dünyaya gəldiyi ilk illərdə hakim sülalə Abbasilər tərəfindən həyatı üçün təhlükə mövcud olduğuna görə dünyaya gəlməsi gizli saxlanılmışdır. Bu vəziyyət h.q. 260-cı ilə (M. 875) qədər, yəni 11-ci imam Həsən ibn Əli əl-Əskəri vəfat etməsinə və imamlığın Mehdiyə keçməsinə qədər davam etmişdir. Mehdi, atası (Həsən ibn Əli əl-Əskəri) öldükdən sonra imamət məqamına sahib olmuş və sonra da qeybə çəkilmişdir. İstisnaları çıxmaq şərtilə onu şəxsi (özəl) naiblərindən başqa heç kim görməmişdir. Mehdi atasının və babasının güvənilən səhabəsi olan Osman ibn Səid Əmri özünə naib təyin etmiş, şiələrinin (tərəfdarlarının) suallarına onun vasitəsilə cavab verirdi (5 il).
Mehmanxana sahibəsi (film-tamaşa, 1978)
Mehmanxana sahibəsi
Mehmanxana sahibəsi — rejissorlar Lütfi Məmmədbəyov, Ədalət Ziyadxanov və Tariyel Vəliyev tərəfindən 1978-ci ildə ekranlaşdırılmış iki hissəli televiziya tamaşası. Azərbaycan televiziyasında istehsal edilmişdir. Əsas rolları Zərnigar Ağakişiyeva, Rafael Dadaşov, İlham Namiq Kamal, Hamlet Qurbanov, Sadıq İbrahimov, Sevil Xəlilova və Əsgər Məmmədoğlu ifa edirlər. == Məzmun == Film-tamaşada hadisələr Mirondalinanın mehmanxanasında cərəyan edir. Mehmanxana sahibəsi Mirondalina gözəl və ağıllı xanımdır. O bütün müştərilərinə həssaslıq və mehribanlıqla yanaşır. Günlərin birində mehmanxanaya gələn Kavaler Ripovratta öz rəftarı ilə Mirondalinada ikrah hissi oyadır. Mehmanxana sahibəsi Kavalerin eqoizmindən, kobudluğundan möhkəm əsəbləşir və bunun intiqamını almağı düşünür. Beləliklə, Mirondalina əvvəlcə Kavaleri özünə aşiq edir, daha sonra ondan öz intiqamını alır. Sonda isə azad ruhlu, şan-şöhrətə əhəmiyyət verməyən Mirondalina ətrafında ona aşiq olanlardan birini, atasının vəsiyyət etdiyi xidmətçi Fabrisionu seçir.

Digər lüğətlərdə