Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sanidin
Sanidin — mineral, kalium çöl şpatının (K, Na) [AlSi3O8] monoklinik modifikasiyası. Sanidin tərkibində kalium komponentinin miqdarı 38–100 mol % arasında dəyişir, lakin təbii sanidin bu miqdar adətən 67%-dən çox olur. CaO miqdarı 1,5%-ə qədər, qalan komponentlərin (Va, Fe3+, Rb, Mg, Li, Ti) miqdarı 1%-dən azdır. Şüşəli, şəffaflıq ikiləşmə çox vaxt karlsbad qanunu üzrə, bəzən baven və manebax qanunları üzrə. Pertit cücərtiləri olmur; −2V=15–500. Turş tərkibli effuzivlərdə, bəzən isə hipabissal süxurlarda. Cavan kaynozoy süxurların izotop yaşını (kalium-arqon üsulu), qədim süxurların yaşını (rubidium-stronsium üsulu) təyinində istifadə edilir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Zahidan
Zahedan — İranın Sistan və Bəlucistan ostanının mərkəzi. Pakistanla sərhəddə yerləşir.
Cahide
Maiden
Cozef Henri Mayden (ing. Joseph Henry Maiden; 25 aprel 1859 – 16 noyabr 1925) — Avstraliya botaniki. == Əsərləri == Bibliography of Australian Economic Botany, 1892 A Critical Revisión of the Genus Eucalyptus, en ocho volúmenes Forest Flora of New South Wales, publicado en partes entre 1904 y 1924 Illustrations of New South Wales Plants apareció publicado en 1907 Sir Joseph Banks the "father of Australia" 1909 A Census of New South Wales Plants en colaboración con Ernst Betche, 1916 The Weeds of New South Wales 1ª parte, 1920 The Flowering Plants and Ferns of New South Wales, publicado en sus últimos días == Ədəbiyyat == Hall, Norman. Botanists of the Eucalypts. — Commonwealth Scientific and Industrial Research Organisation, Melbourne, 1978. — ISBN 0-643-00271-5.
Qabiden Mustafin
Qabiden Mustafin (qaz. Ғабиден Мұстафин; 26 noyabr 1902 – 20 yanvar 1985, Almatı) — Qazax Sovet yazıçısı, ictimai xadim, Qazaxıstan SSR Elmlər Akademiyasının müxbir üzvü (1958), Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü. == Həyatı == Kəndlilərin Rusiyadan köçürülməsi ilə əlaqədar olaraq, 1907-ci ildə Elibay qəbiləsinin nümayəndələrinin altmış evi (Qabiden ailəsi də daxil olmaqla) Spasski zavodunun şərqində yerləşən Koktalzharyk qəsəbəsinə köçmək məcburiyyətində qaldı. On yaşlı Qabiden savadını aul mollasından, rus dilini isə fabrik xadiməsi Cusup Maukumovdan öyrənmişdir. Spassk zavodunun beş illik rus-qazax məktəbinin dördüncü sinfinə qəbul edilmişdir. İki illik təhsildən sonra Qabiden doğma kəndinə qayıtmışdır. 1927-ci ildə Mustafinin ilk hekayəsi "Sarsen və Mukaş" və "Early Birds" jurnallarında yayımlandı. 1929-cu ildə ilk hekayələr toplusu "Er Shoyin" Qızıl-Ordada nəşr olundu. 1930-cu ildə inşası davam edən Qaragandaya köçdü. 1933-cü ilin əvvəlində yerli şuranın qərarı ilə Qabiden Mustafin "Proletariat Karaqandı" qəzetinin məsul katibi vəzifəsinə namizəd göstərildi.
Zahidan şəhristanı
Zahedan şəhristanı— İranın Sistan və Bəlucistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Zahedan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 663,822 nəfər və 130,763 ailədən ibarət idi.
Iron Maiden
Iron Maiden — 1975-ci ildə London, İngiltərədə qurulan ingilis heavy metal qrupu. Qrup bas gitarist, qrupun bir çox mahnılarının müəllifi və kollektivin daimi lideri Stiv Harris tərəfindən qurulub. Onun rəhbərliyi altında qrupda, London pivəxanalarındakı çıxışlardan beynəlxalq turnelərə qədər uzanan yolda əhəmiyyətli dəyişikliklər baş verdi. Iron Maiden'in albomları bütün dünyada 120 milyondan çox satıb (onlardan 4 albom 1-ci yeri tutur, 15 albom isə Britaniyanın 10 hit-paradına düşür). Qrup 2002-ci ildə beynəlxalq "Ivor Novello Awards" mükafatına layiq görülür. 2005-ci ildə isə qrupu Hollywood RockWalk'a (Sanset Bulvarı, Los-Anceles) "əl izi" üçün dəvət edirlər. Qrup müxtəlif heyət dəyişikliklərindən sonra nəhayət öz adını daşıyan ilk albomu Iron Maiden'i 1980-ci ildə çıxarır. Solist Bryus Dikinson'ın qrupa qatılması ilə birlikdə 1982-ci ildə "The Number of the Beast" adlı albomlarını çıxardan Iron Maiden dünya səviyyəsində şöhrətə çatır və 1980-lər boyunca arxa-arxaya çıxardıqları albomlarla böyük müvəffəqiyyət qazanır. 1993-cü ildə Dikinson qrupdan ayrılır və onun yerinə Bleyz Beyli gəlir. Bu dövrdə qrupun albom satışlarında diqqətə çarpan şəkildə düşüş hiss olunur.
Şahindej
Şahindej və ya Sayınqala / Sainqala— İranın Qərbi Azərbaycan ostanında şəhər. Əsl adı Azərbaycan dilində Sayınqala adlanır. Fars dilində adını Pəhləvi dövründə "Şahindej"ə tərcümə etdilər.
Şamisen
Şamisen (yap. 三味線 "üç sim") – baçi adlı bir mızrab ilə çalınan üç telli Yaponiya çalğı aləti. XVI əsrdə cənubi Yaponiyada yaranıb. Şamisen müxtəlif formalarda hazırlanır və teatr tamaşalarında istifadə olunur.
Şanıdər
Şanıdər və ya Üzüm bayramı sentyabrın axirilərinndə və oktyabrın əvvəllərindəAzərbaycanda keçirilən üzüm dərmə və doşab pişirmə ilə şənlik və şükür mərasimidir.Üzümlər yetişəndən sonra, bağçılar qohumlarıni üzüm dərməyə dəvət edər.Qonaqların əksəriyyəti uzun və əski ənənəyə görə ağ paltar geyərlər və bu mərasimdə iştirak edərlər.Aşıqlarda bu mərasimdə oxuyarlar.Bütün üzüm bağçılari bu mərasimin naharına xoruz əti və suyun yeyərlər.
Əliağa Vahidin heykəli
Əliağa Vahidin heykəli — Azərbaycan şairi, qəzəlxanı Əliağa Vahidə 1990-cı ildə Bakı şəhərində qoyulmuş heykəl. == Haqqında == Əliağa Vahidə heykəlin düzəldilməsi 1989-cu ildə sifariş edilir. Heykəlin müəllifi Natiq Əliyev və Rahib Həsənov memarı Sənan Salamzadə olur. Bir neçə ay ərzində davam edən yaradıcılıq prosesi 1990-cı ilin martında tamamlanır. Üç yaradıcının davamlı, gərgin axtarışları sayəsində abidənin həm orijinal bədii, həm də memarlıq həlli tapılır. Abidənin forma-biçim orijinallığı qəzəlxanın məşhur "Böyük Füzulimizin yadigarı mən özüməm" misrasından qaynaqlanır. Ağac gövdələrinin yerdən çıxaraq yuxarı yüksəlməsini müəlliflər Füzuli ənənələrinin Vahid tərəfindən yenidən "göyərdilməsi" — davam etdirilməsinə bədii işarə kimi düşünüblər. Abidənin iri ağac-portret kimi həlli də misranın əhatəli bədii görkəm alması məqsədilə gerçəkləşdirilmişdir. Abidə haqqında heykəltaraş Rahib Həsənov bunları deyib: Abidənin tunca köçürülməsi isə Sankt-Peterburqda baş tutur. Hazırlanan heykəlin hündürlüyü 5 metr nəzərdə tutulsa da, sonradan maliyyə çatışmazlığından 3 metr olub.
Rudi Hiden
Rudolf Hiden — Avstriya futbolçu == "Praterin şiri" == 1931-ci il mayın 16-da Vyanada olmuş hadisəni o zaman idman aləmində görünməmiş sensasiya kimi qəbul etdilər. Həmin gün Avstriyanın milli futbol komandası Şotlandiya yığması ilə üz-üzə gəldi. Görüş başlamamışdan qabaq stadiona gələnlər arasında bir nəfər də olsun oyunun avstriyalıların qələbəsi ilə qurtaracağını ağlına gətirməmişdi. Çünki Britaniya adalarından gəlmiş rəqib çox güclü idi. Bununla belə, Avstriya komandası 5:0 hesabı ilə qalib gəldi. Həmin gün Avstriya yığmasının "Vundertim" - "möcüzə komanda" adını almış məşhur komandanın doğum günü sayılır. Doqquz gün sonra isə mayın 25-də təzəcə yaranmış möcüzə-komanda Berlində Almaniya yığmasını 6:0 hesabı ilə darmadağın etdi. === Paytaxt qəzeti gənc qapıçı haqqında === Vyana şəhərində nəşr olunan "Arbayter-tsaytunq" qəzeti matçdan sonra avstriyalıların qapçısı Rudi Xiden haqqında belə yazmışdı: "Qapıçı Xiden əsl möcüzə göstərdi. Onun oyunu sirkdə göstərilən tryukları xatırladırdı. Alman futbolçular avstriyalıların qapısına yaxınlaşanda Xiden onları cəsarətlə qarşılayırdı.
Rudolf Hiden
Rudolf Hiden — Avstriya futbolçu == "Praterin şiri" == 1931-ci il mayın 16-da Vyanada olmuş hadisəni o zaman idman aləmində görünməmiş sensasiya kimi qəbul etdilər. Həmin gün Avstriyanın milli futbol komandası Şotlandiya yığması ilə üz-üzə gəldi. Görüş başlamamışdan qabaq stadiona gələnlər arasında bir nəfər də olsun oyunun avstriyalıların qələbəsi ilə qurtaracağını ağlına gətirməmişdi. Çünki Britaniya adalarından gəlmiş rəqib çox güclü idi. Bununla belə, Avstriya komandası 5:0 hesabı ilə qalib gəldi. Həmin gün Avstriya yığmasının "Vundertim" - "möcüzə komanda" adını almış məşhur komandanın doğum günü sayılır. Doqquz gün sonra isə mayın 25-də təzəcə yaranmış möcüzə-komanda Berlində Almaniya yığmasını 6:0 hesabı ilə darmadağın etdi. === Paytaxt qəzeti gənc qapıçı haqqında === Vyana şəhərində nəşr olunan "Arbayter-tsaytunq" qəzeti matçdan sonra avstriyalıların qapçısı Rudi Xiden haqqında belə yazmışdı: "Qapıçı Xiden əsl möcüzə göstərdi. Onun oyunu sirkdə göstərilən tryukları xatırladırdı. Alman futbolçular avstriyalıların qapısına yaxınlaşanda Xiden onları cəsarətlə qarşılayırdı.
Sadden-Valli (Vaşinqton)
Sadden-Valli (ing. Sudden Valley) — ABŞ-nin Vaşinqton ştatının Uotkom qraflığında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 6441 nəfər olmuşdur. == Tarixi == Sadden-Valli ərazisində əvvəllər Ranço (heyvandarlıq təsərrüfatı) vardı. Ərazinin ilk sahibi Baninq Ostin idi. 1949-cu ildə Qlen və Betti Korninq ərazini alaraq buranı "Ranço" adlandırmağa başladılar. 1968-ci ildə ərazini alan Ken Sanvik burada təbiəti qorumaq şərti ilə yeni yaşayış məntəqəsi qurmağa başladı. Ərazi 1973-cü ildə qeydiyyata alındı. == Coğrafiyası == Sadden-Valli 48°43′13″ şm. e.
Şahid
Şahid (ərəb. الشاهد‎) və ya tanıq, hansısa bir hadisəni görən ya bilən şəxs. Ədalət məhkəməsi araşdırmalarında bildiyi məlumatı söyləmək üçün əhəmiyyətlidir. Azərbaycan Respublikasının Cinayyət-prossesual məcəlləsinə əsasən cinayət işi üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər.
Şahin
Şahin (lat. Falco pelegrinoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Fəthabad (Şahindej)
Fəthabad (fars. فتح اباد‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Şahindej şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 491 nəfər yaşayır (97 ailə).
Otaqlı (Şahindej)
Otaqlı (fars. اطاقلو‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Şahindej şəhristanı ərazisinə daxil olan kənd.
Xələc (Şahindej)
Xələc (fars. خلج‎‎‎) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanının Kəşavərz bəxşində kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 58 nəfər yaşayır (14 ailə).
Şahadət Üsüfov
Şahadət Qalib oğlu Üsüfov (13 dekabr 2000, Göylər, Şamaxı rayonu – 10 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi xidmətçisi (əsgər), İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Şahadət Üsüfov 2000-ci ilin dekabr 13-də Şamaxı rayonunun Göylər kəndində anadan olub. 2006-2017-cı illərdə Ə.Məmmədov adına 1 saylı Göylər kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Şahadət Üsüfov 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlayıb. Azərbaycan Ordusunun kiçik çavuşu olan Şahadət Üsüfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 10-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Şamaxı rayonunun Göylər kəndində dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahadət Üsüfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahadət Üsüfov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Şahiddin Əliyev
Şaitdin Sərdar oğlu Əliyev (18 sentyabr 1947) — Azərbaycan dövlət və siyasi xadimi; Azərbaycan Milli Məclisinin I və II çağırış üzvü. == Həyatı == Şaitdin Əliyev 1947-ci il sentyabrın 18-də anadan olub. Azərbaycan Politexnik İnstitutunda hidromeliorasiya üzrə ali, S. Kirov adına Azərbaycan Dövlət Universitetində isə hüquq üzrə ali təhsil alıb. Rus dilini bilir. Əvvəl bitərəf olub, 2000-ci ildən isə Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Şaitdin Əliyev ailəlidir, beş övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 18 nömrəli Əzizbəyov dairəsindən bitərəf namizəd olan Şaitdin Əliyev, I çağırış Milli Məclisin deputatı seçildi. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Şaitdin Əliyev, Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isi rəhbəri oldu. Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçimlərində 18 saylı Əzizbəyov dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Şaitdin Əliyev, II çağırış Milli Məclisin deputatı seçildi. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Şaitdin Əliyev, Milli Məclisin Regional məsələləri Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan—Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri oldu.
Şahidli (Miyanə)
Şahidli (fars. شهيدلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 9 nəfər yaşayır (5 ailə).
Şahindej Şəhristanı
Şahindej şəhristanı (fars. شهرستان شاهین دژ‎; azərb. Sayınqala şəhristanı‎) — İranın Qərbi Azərbaycan ostanının 14 şəhristanından biri. Şəhristanın inzibati mərkəzi Şahindej (Sayınqala) şəhəridir. Şəhristanın sahəsi 2144 km² dir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə şəhristanın əhalisi 89,356 nəfər (kişilər: 43,913 nəfər - qadınlar: 45,443 nəfər) olmuşdur. Şahindej şəhristanında əsasən Azərbaycan türkləri , qismən kürdlər, həmçinin az sayda ermənilər (%0.08) və zərdüştilər (%0·03) yaşayırlar. == Şahindej Şəhristanının şəhərləri == Şahindej şəhristanın üç şəhəri var. Şahindej / Sayınqala Mahmudabad (yerli xalqın ləhcəsində Mahmudava) Keşavərz == Şahindej şəhristanının inzibati bölgüsü == Mərkəzi bəxşi İnzibati mərkəzi: Şahindej / Sayınqala; digər şəhəri: Mahmudabad DEHİSTANLARI: Holasu dehistanı KƏNDLƏRİ: Ağacəri, Bağlıca, Bayramqalası, Buğlamış, Çıraq Abdal, Düləngir, Əlibalta, Fəthabad, Gödəkli, Haçasu, Həmzəqasım, Həsənövlan, Holasu, Karan, Kərkərə, Xanqulu, Xazay-i Ülya, Xazay-i Süfla, Xulinə, Xacəli, Kürdkəndi, Mahmudabad-i Ülya, Mahmudabad-i Süfla, Mamalı, Manbar, Miracal, Otaqlı, Üçdərə, Bıçaqçı, Qalaqurinə, Qarazağ, Qızılqəbr, Qızılqaya-i Ülya, Qızılqaya-i Süfla, Qızılqaya-i Vusta, Qızkörpü, Quyucuq, Qozluca, Tərk-i Viran, Tumarağac, Yengicə, Zeydkəndi Mahmudabad dehistanı KƏNDLƏRİ: Abbasbulağı, Əhmədabad-i Daşkəsən, Ağtəpə, Əqrəbli, Bibikənd, Çiçəkli, Daşkəsən, Qeybəli, Hacıabad, Hüseynabad, Şəhrək-i Sünəti [(Qərbi Azərbaycan) sənaye ərazisi] (Industrial Estate, West Azerbaijan), Cuşatu-i Ülya, Cuşatu-i Süfla, Kanisancud, Xatunabad, Məstanabad, Muşandərə, Novruzabad, Qədim, Qaratəpə, Qışlaq-i Bəxtiyar, Sarıca-i Ülya, Sarıca-i Süfla, Yengiorx / Yengiux, Yengiabad Səfaxana dehistanı KƏNDLƏRİ: Əliabad, Bağçameşə, Bağ-i Ülya, Bağ-i Süfla, Bərdənəqşinə, Bəytulu-i Ülya, Çampan, Keçiqalası, Gülçarmu, Gözəlbulaq, Həsənli, Hisar, Hüseynabad, İncə, Quzlu-i Əfşar, Səfaxana, Səfiyarxan, Sancud, Süleymanabad, Tərkdərə, Təzəabad Kuhsər bəxşi İnzibati mərkəzi: Keşavərz DEHİSTANLARI: Çaharduli dehistanı KƏNDLƏRİ: Əhmədabad, Əxican, Alagöz, Alıçın, Əştibulaq, Çapu, Dəmirçi, Qulu, İncə, Köhül-i Ülya, Köhül-i Süfla, Kəhriz, Xələc, Kusə, Leyləkabad, Məqbul, Novruzlu, Osmanövlan, Obabulağı, Pərvizabad, Qalxanlı, Qaraqaya, Qaraoğlan, Qotur, Qaynarca, Quzlu-i Ülya, Quzlu-i Süfla, Rzaqışlaq, Sevərin, Təzəkənd, Uzan-i Ülya, Uzan-i Süfla, Zahirkəndi, Zeynalı Keşavərz dehistanı KƏNDLƏRİ: Ağcaməscid, Ağcalı, Əhmədabad, İqbal, Çaplıca, Qulu, Heydərabad, Xəlvət, Məhəmmədabad, Naccar, Para-i Ülya, Para-i Süfla, Qabankəndi, Qarabulaq-i Ülya, Qarabulaq-i Süfla, Qaraqoyunlu, Qazanlı, Qulancıq, Səidabad, Tezxarab, Yusifkəndi, Zamanabad == Həmçinin bax == Cənubi Azərbaycan Azərbaycanlılar İranın ostanları İranın şəhristanları == Xarici Keçidlər == Şahindej Şəhristanın Rəsmi Saytı - Dövlət Saytı Qərbi Azərbaycan Ostanın Rəsmi Saytı - Dövlət Saytı == İstinadlar == Dünya Azərbaycanlıları Konqresi :Mağaralarda gizlənən minillərin sirli tarixi, Tikantəpə və Sayınqalanın dünəni, bu günü...
Əhməd Şahidov
Əhməd Şair oğlu Şahidov — azərbaycanlı hüquq müdafiəçisi, Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin Arxivləşdirilib 2021-05-06 at the Wayback Machine koordinatoru. == Həyatı == Əhməd Şahidov 1982-ci ildə Qax rayonunda anadan olub. 1999-cu ildə humanitar təmayüllü liseyi bitirib və həmin il Bakı Slavyan Universitetinin pedaqoji fakültəsinə daxil olub. 2003-cü ildə BSU-nun magistratura pilləsində təhsilini davam etdirib. 2005-ci ildə magistraturanı qırmızı diplomla bitirib, aspirant kimi elmi fəaliyyətə başlayıb. 2005-2008-ci illərdə Bakı Slavyan Universitetinin pedaqoji fakültəsinin Müasir rus dili kafedrasında aspirant kimi elmi tədqiqatlar aparıb. Üzərində çalışdığı dissertasiya işi "Rus və Azərbaycan dillərində hecanın fonetik quruluşu və sözün sillabik quruluşu (ikihecalı sözlərin materialları əsasında)" adlanır. Mövzuyla bağlı yerli və xarici elmi jurnallarda xeyli məqalələri dərc olunub. 23 iyun 2009-cu il tarixdə Bakı Slavyan Universitetinin D.02.071 Dissertasiya Şurasının iclasında namizədlik dissertasiyanın rəsmi müdafiəsi keçirilib. Yekdilliklə ona 10.02.03 – Slavyan dilləri (Rus dili) və 10.02.01 – Azərbaycan dili ixtisasları üzrə filologiya elmləri namizədi elmi dərəcəsinin verilməsi qərara alınıb.
Saden-Vali (Vaşinqton)
Sadden-Valli (ing. Sudden Valley) — ABŞ-nin Vaşinqton ştatının Uotkom qraflığında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 6441 nəfər olmuşdur. == Tarixi == Sadden-Valli ərazisində əvvəllər Ranço (heyvandarlıq təsərrüfatı) vardı. Ərazinin ilk sahibi Baninq Ostin idi. 1949-cu ildə Qlen və Betti Korninq ərazini alaraq buranı "Ranço" adlandırmağa başladılar. 1968-ci ildə ərazini alan Ken Sanvik burada təbiəti qorumaq şərti ilə yeni yaşayış məntəqəsi qurmağa başladı. Ərazi 1973-cü ildə qeydiyyata alındı. == Coğrafiyası == Sadden-Valli 48°43′13″ şm. e.
Cahidə Sonku
Cahidə Sonku (türk. Cahide Sonku; d. 27 dekabr 1919, Yəmən, Osmanlı İmperiyası – ö. 18 mart 1981, İstanbul, Türkiyə) — Türkiyə kino aktrisası; türk kinosunun ilk qadın ulduzu, ilk qadın kinorejissoru və ilk qadın prodüseri. == Həyatı == Əsl adı Cahidə Sərab olan bu aktrisa 27 dekabr 1919-cu ildə Yəməndə anadan olmuşdur. Hələ uşaq vaxtlarından sənətə həvəsli olmuşdur. Əvvəl xalq evlərində, sonra isə İstanbul şəhər teatrında fəaliyyət göstərmiş, epizodik rollarda çıxış etmişdir. Uilyam Şekspir, Lev Tolstoy, Anton Çexov kimi məşhur yazıçıların əsərlərinin səhnə quruluşunda rol almışdır. 1933-cü ildə rejissor Muhsin Ərtoğrulun "Yeddi kəndin Zeynəbi" tamaşasındakı rolu ilə özünün nəyə qadir olduğunu göstərə bilir. Ərtoğrul gənc qızın potensial imkanlarını qiymətləndirərək, onu filmdə çəkilməyə dəvət edir.
Jan Şarden
Jan Şarden (fr. Jean Chardin; 16 noyabr 1643[…], Paris – 26 yanvar 1713, Çizik[d]) — fransız səyyahı. == Həyatı == Jan Şarden (1643–1711) varlı zərgər oğlu idi, ömrünün bir neçə ilini Azərbaycanda və İranda yaşamışdı. O, şərqə briliant almağa yollanmışdı.
Sacidə Talfa
Sacidə Talfa(ərəb. ساجدة خيرالله طلفاح‎; 24 iyun 1937, Tikrit, Bağdad mühafəzəsi) — İraqın 1-ci xanımı. Səddam Hüseynin ilk xanımı və dayısı qızı.
Sacidə Əbdülvahabova
Sacidə Əbdülvahabova — "Qadın Problemlərinin Tədqiqat Birliyinin-Qadın İnstitutunun" direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Sacidə Əbdülvahabova 2 iyun 1947-ci ildə Bakı şəhərində anadan olub. 1964–1969-cu illərdə Azərbaycan Dövlət Universitetində təhsil alıb. 1969–1974-cü illərdə Moskvadakı Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun aspirantı olub. 70-dən artıq elmi məqalənin, "Nüvə fizikası" kitabının müəllifidir. Bir çox beynəlxalq konfrans və kursların, o cümlədən Şərqi və Mərkəzi Avropada silahlı münaqişəyə vətəndaşlıq cavabdehliyi (sentyabr 1995, Almaniya), İnsan haqları üzrə vəkillik kursu (avquşt 1996, ABŞ), ABŞ Beynəlxalq İnkişaf təşkilatının təşkil etdiyi "İnsan haqları" seminarının (dekabr, 1996, Bakı) və "Cənubi Qafqaz qadınlarının liderliyi" (oktyabr 1998, Gürcüstan, may 2000, Ermənistan və iyun 2000, Azərbaycan) konfranslarının, Ümumdünya İnsan Haqları Bəyannaməsinin 50 illiyinə həsr edilmiş (dekabr 1998, Bakı), Qadınlar keçid dövründə (fevral 1999, Özbəkistan), Haaqa Sülh Çağırışının 100 illiyinə həsr olunmuş (may 1999, Hollandiya) konfranslarının, ATƏT-in təşkil etdiyi "Qadınlar və seçkilər" seminarının iştirakçısı olmuş, çıxış etmişdir. 1974-cü ildən bu günə kimi Bakı Dövlət Universitetinin professorudur. Universitet nəzdində Müdafiə Şurasının elmi katibi, Sülh Mərkəzinin üzvüdür. 1997-ci ildən "Qadın Problemlərinin Tədqiqat Birliyinin-Qadın İnstitutunun" direktorudur. == Təhsili, elmi dərəcəsi və elmi adı == 1969-cu ildə ADU (indiki BDU) fizika fakültəsini bitirib.
Sahibə Qafarova
Sahibə Əli qızı Qafarova (19 mart 1955, Şamxor) — Azərbaycan Respublikasının Milli Məclisinin Sədridir (2020-ci ildən) və IV, V, VI çağırış deputatı, filologiya elmləri doktoru, professordur. Yeni Azərbaycan Partiyasının üzvüdür. == Həyatı == Şəmkir şəhərində anadan olub. M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitunun Rus dili və ədəbiyyatı fakültəsini (Bakı Slavyan Universiteti) və Azərbaycan Pedaqoji Dillər İnstitunun İngilis filologiyası fakültəsini fərqlənmə diplomları ilə bitirib. Rus və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var. 1978–1981-ci illərdə Şəmkir şəhərində orta məktəblərdə müəllim işləyib. 1981–2020-ci illərdə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (Bakı Slavyan Universiteti) laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru, Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı, Bakı Slavyan Universitetinin Avropa dilləri kafedrasının müdiri vəzifələrində çalışıb. == İctimai-siyasi fəaliyyəti == 2004–2020-ci illərdə Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində (2010–2020-ci illərdə ictimai əsaslarla) işləyib. 2006–2007-ci illərdə ABŞ Dövlət Departamentinin "Fulbrayt Skolarşip" proqramı çərçivəsində Miçiqan Universitetinin Qadınlar və Gender Araşdırmaları İnstitutunda çalışıb.
Əliağa Vahidin heykəli (Bakı, 1990)
Əliağa Vahidin heykəli — Azərbaycan şairi, qəzəlxanı Əliağa Vahidə 1990-cı ildə Bakı şəhərində qoyulmuş heykəl. == Haqqında == Əliağa Vahidə heykəlin düzəldilməsi 1989-cu ildə sifariş edilir. Heykəlin müəllifi Natiq Əliyev və Rahib Həsənov memarı Sənan Salamzadə olur. Bir neçə ay ərzində davam edən yaradıcılıq prosesi 1990-cı ilin martında tamamlanır. Üç yaradıcının davamlı, gərgin axtarışları sayəsində abidənin həm orijinal bədii, həm də memarlıq həlli tapılır. Abidənin forma-biçim orijinallığı qəzəlxanın məşhur "Böyük Füzulimizin yadigarı mən özüməm" misrasından qaynaqlanır. Ağac gövdələrinin yerdən çıxaraq yuxarı yüksəlməsini müəlliflər Füzuli ənənələrinin Vahid tərəfindən yenidən "göyərdilməsi" — davam etdirilməsinə bədii işarə kimi düşünüblər. Abidənin iri ağac-portret kimi həlli də misranın əhatəli bədii görkəm alması məqsədilə gerçəkləşdirilmişdir. Abidə haqqında heykəltaraş Rahib Həsənov bunları deyib: Abidənin tunca köçürülməsi isə Sankt-Peterburqda baş tutur. Hazırlanan heykəlin hündürlüyü 5 metr nəzərdə tutulsa da, sonradan maliyyə çatışmazlığından 3 metr olub.
Bishoujo Senshi Sailor Moon SuperS Gaiden: Ami-chan no Hatsukoi
Sailor Moon SuperS Plus - Ami's First Love (美少女戦士セーラームーンSuperS 外伝 亜美ちゃんの初恋, Bishōjo senshi Sērā Mūn SuperS gaiden - Ami-chan no hatsukoi, azərb. Seylor Mun SuperS plus: Aminin ilk sevgisi‎) — "Seylor Mun"un 1995-ci ildə buraxılmış xüsusi seriyası. 23 dekabr 1995-ci ildə "Sailor Moon SuperS" anime filmi ilə birlikdə nümayiş etdirilmişdir. == Məzmun == Seriyada hadisələrin əsas diqqət mərkəzində Seylor Merkuri kimi tanınan Ami Mizunodur. Ami bir gün məktəbə gələndə ona yazılmış bir sevgi məktubu alır və böyük təşvişə düşür. Lakin o dostlarına hazırda məhəbbət haqqında düşünmədiyini bildirir. Ami dostlarına bildirir ki, imtahanlara "Mercury" ləqəbi ilə qatılıb maksimal nəticə göstərib, lakin onunla birlikdə "Mercurius" adlı şagirdin də maksimal nəticə əldə edib. Ami bunu meydan oxuma kimi qəbul edib əvvəlkindən də daha gərgin çalışmağa başlayır. Amini izləyən Bonnon ona hücum edir. Ami Bonnonu "Mercurius" zənn edir və Seylor Merkuriyə çevrilib onu məğlub edir.