VAHİDDİN
VAHİDULLA
OBASTAN VİKİ
VI Mehmed Vahidəddin
VI Mehmed Vəhidəddin (osman. محمد سادس وحیدالدین) (14 yanvar 1861[…], Konstantinopol – 16 may 1926[…], San-Remo, Liquriya) — son Osmanlı sultanı və 115-ci İslam xəlifəsi. 14 yanvar 1861-ci ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Gülüstü Qadınəfəndidir. 6 aylıqkən atası, 4 yaşında isə anası vəfat etmiş, bu səbəblə atasının digər xanımı olan Şayəstə xanımın himayəsində böyümüşdür. 1870-ci ildə Dolmabağça sarayında keçirilən mərasimlə Süleyman Əfəndi, Cəlaləddin Əfəndi, Səlahəddin Əfəndi, İzzəddin Əfəndi və Münirə Sultanın oğlu Sultanzadə Ələddin bəylə birlikdə sünnət edildi. Aldığı saray təhsili və Fateh mədrəsəsində aldığı bəzi dərslərlə özünü yetişdirdi. Böyük qardaşı Sultan Əbdülhəmid taxta çıxdıqdan sonra ona hədiyyə etdiyi Çəngəlköy köşkündə məskunlaşdı və taxta çıxanadək burada yaşadı. Bu səbəblə yaşadığı bu köşk Vahidəddin köşkü adlanmağa başlandı. Dövrün Osmanlı vəliəhdi Yusif İzzəddin Əfəndinin gözlənilməz ölümünün ardından (1 fevral 1916) Osmanlı taxtının rəsmi vəliəhdi elan edildi.
Vahidəddin köşkü
Vahidəddin köşkü və ya Çəngəlköy köşkü — İstanbulun Üsküdar rayonunda yerləşən tarixi köşk. Üsküdarın Çəngəlköy səmtində yerləşən köşk Krım müharibəsi illərində italyan əsgərləri üçün hospital kimi istifadə edilmişdir. Ardından Sultan Əbdülməcid köşkü satın alaraq oğlu Burhanəddin Əfəndiyə hədiyyə etdi. Burhanəddin Əfəndinin gənc yaşda vəfat etməsinin ardından köşk Sultan Əbdülhəmid tərəfindən qardaşı Vahidəddin Əfəndiyə bağışlandı. Vahidəddin Əfəndi taxta çıxdığı 1918-ci ilədək bu köşkdə yaşadı və bu səbəblə köşk Vahidəddin köşkü olaraq anılmağa başlandı. Köşkdə məskunlaşan Vahidəddin Əfəndi fransız memar Aleksandr Vallaurinin rəhbərliyi ilə köşkü yenidən təşkil etdi. Ögey anası Şayəstə xanım üçün köşkün yaxınlığında başqa bir mülk də inşa etdirdi. Səltənətin ləğvindən sonra Sultan Vahidəddin ölkəni tərk etməyə məcbur oldu. Ölkəni tərk etməzdən öncə şəxsi mülük olan bu köşkü Zəhra adlı kənizinə bağışladı. Cümhuriyyət dövründə baxımsız qalan köşk 1988-ci ildə dövrün baş naziri Turqut Özalın təlimatıyla bərpa edildi və dövlət tərəfindən mənimsənildi.

Digər lüğətlərdə