Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Salavat
Salavat (İslam) — Salavat (dağ) — Salavat dağı — Salavat şəhəri — Salavat mağarası — Salavat aşırımı-1 — Baş Qafqaz silsiləsində, Şəki rayonu ilə Dağıstanın sərhədində yerləşir. Hündürlüyü 2816 m. Salavat aşırımı-2 — Baş Qafqaz silsiləsində, Qəbələ və Quba rayonları sərhədində yerləşir.
Salavr
Salavr (fr. Salavre) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Satave
Satave (gürc. სათავე) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 580 metr hündürlükdə, Suxumidən 27 km uzaqlıqdadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ქართული საბჭოთა ენციკლოპედია, ტ. 8, თბ., 1984. — გვ. 656.
Amid Salayev
Amid Yadulla oğlu Salayev (10 fevral 2002, Sığdaş, Masallı rayonu – 4 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amid Salayev 2002-ci il fevralın 10-da Masallı rayonunun Sığdaş kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Amid Salayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amid Salayev oktyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Masallı rayonunun Sığdaş kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Salayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Salayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ayaz Salayev
Salayev Ayaz Ramiz oğlu (1 avqust 1960, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan kinorejissoru və kinoşünası, ssenaristi, televiziya aparıcısı və kino redaktoru, pedaqoq, "Azərbaycanfilm" kinostudiyasının baş redaktoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2000). == Həyatı == Ayaz Salayev 1960-cı ilin 1 avqustunda Bakıda anadan olub. 1977–1982-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinoşünaslıq fakültəsində təhsil alıb. 1983–1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında və "Azərbaycanfilm"də redaktor vəzifəsində çalışıb. 1986–1988-ci illərdə ÜDKİ-nin aspiranturasında oxumaqla bərabər, həmin təhsil ocağında "müasir film" fənnindən dərs deyib. 1995-ci ildə çəkdiyi "Yarasa" filmi Fransa, Almaniya, İspaniya, Yunanıstan, Belçika, İsveçrə, İsveç, Finlandiya, ABŞ, Kanada, Rusiya, Bosniya və Herseqovina, Misir, Türkiyə, Monqolustan və digər ölkələrdə keçirilən otuza yaxın müsabiqədə iştirak edib. Film Fransanın Anje şəhərində keçirilən beynəlxalq Avropa kinosu festivalında Qran-priyə və digər nüfuzlu mükafatlara layiq görülüb. Sovet dövründə AzTV-də yayımlanan məşhur "Retro" verilişinin aparıcısı olub. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Müxtəlif ali və orta təhsil ocaqlarında kino tarixindən dərs deyib.
Baba Salayev
Baba Hacı Baba oğlu Salayev (1 yanvar 1970, Sumqayıt) — Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi, general mayor. == Həyatı == 1976–1986-cı illər Bakı şəhəri 6 saylı orta məktəbdə təhsil alıb. 1987 – 1992-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. 2002–2006-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil alıb. 1986-cı ildə İdman İstehsalat Birliyində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. 1988–1989-cu illərdə Ordu sıralarında müddətli həqiqi hərbi xidmətə olub. 1992–2011-ci illər ərzində Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidmət edib. 1992–1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. 1-ci Qarabağ Müharibəsi Veteranıdır. 2011–2013-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hüquq Pozmalara Qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi vəzifəsində xidmət edib.
Eldar Salayev
Eldar Yunis oğlu Salayev (31 dekabr 1933, Naxçıvan – 20 iyun 2022) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, akademik, 1983–1997-ci illərdə Azərbaycan EA-nın prezidenti, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972). == Həyatı == Eldar Salayev 1933-cü ildə dekabrın 31-də Naxçıvan şəhərində dünyaya gəlmişdir. 1970–1973-cü illərdə Azərbaycan EA Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini. 1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını, 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini almışdır. 1979-cu ildən professordur. 1980-ci ildə EA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. 1983–1997-ci illərdə Azərbaycan EA-nın Prezidenti seçilmişdir. Akademik S.İ.Vavilov adına, H.Z.Tağıyev adına, N.Nərimanov adına mükafatların laureatıdır. İslam Akademiyasının üzvüdür.20 iyun 2022-ci ildə vəfat etmişdir. == Elmi fəaliyyəti == Eldar Salayev bərk cisim fizikası, kvant elektronikası və fotoelektronika sahəsində görkəmli[mənbə göstərin] alimdir.
Elşən Salayev
Elşən Fuad oğlu Salayev (8 iyun 1998; Bakı, Azərbaycan — 18 noyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Salayev Elşən Fuad oğlu 8 iyun 1998-ci ildə Bakı şəhərində anadan olub. == Təhsili == Salayev Elşən Fuad oğlu 2015-ci ildə 264 nömrəli məktəb-liseyin XI sinfini bitirmiş, elə həmin il 617 balla Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Tarix (ingilis bölməsi) ixtisasına qəbul olub. Universitet illərində o istər respublika, istərsə də beynəlxalq səviyyəli tədbirlədə iştirak edərək aktiv tələbəlik həyatı keçirmişdir. Universitet həyatının ikinci ilində Elşən “Erasmus +” proqramı ilə Türkiyənin Cümhuriyyət Universitetində yarımillik bir müddətdə təhsilini davam etdirmişdir. 2017-2018-ci illərdə Elşən Salayev 2013-cü ildə yaradılan Oxford Universitetinin Nizami Gəncəvi mərkəzinin mühüm elmi təşəbbüslərdən biri olan “Bərdə arxeoloji tədqiqatları” layihəsində iştirak etmişdir. Elşən, bu illər ərzində qazıntıların Torpaqqala və Qaratəpə areallarında iştirak etmişdir. Mükəmməl rus və ingilis dillərini bilən Elşənin vətən sevgisi onun təhsil sevgisindən üstün idi. Buna görə də İrlandiyanın bir neçə universitetindən magistratura təhsili üçün təqaüd qazanmasına baxmayaraq o əsgər getməyi özünə borc bildi. == Hərbi Xidməti == Elşən Salayev, 2019-cu ildə ali məktəbi bitirmişdir.
Fazil Salayev
Fazil İdris oğlu Salayev (1 sentyabr 1931, Bakı – 20 iyun 1978, Bakı) — Azərbaycan teatr və kino aktyoru. == Həyatı == Fazil Salayev 1931-ci ilin sentyabrın 1-də Bakıda, İdris Salayevin ailəsində dünyaya gəlib. Əslən Cənubi Azərbaycandandırlar. Hələ uşaq yaşlarından yazı-pozuya böyük həvəsi olan gələcəyin məşhur aktyoru dörd yaşında ilk dəfə öz adını fotosunun arxasına yazıbmış. Orta məktəbi yaxşı qiymətlərlə bitirən Fazil sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə verir və oranı əla qiymətlərlə tamamlayır. Bir müddət orta məktəbdə müəllim işləyir. Hətta Yasamal rayonundakı məktəblərdən birində xalq artisti Afaq Bəşirqızının oxuduğu sinfə rəsm dərsi keçir. Eyni zamanda "Azərbaycan" nəşriyyatında tərtibatçı-rəssam kimi fəaliyyət göstərir. Bundan sonra Fazil sənədlərini Teatr İnstitutuna (Mədəniyyət və İncəsənət Universiteti) verir və qəbul olunur. Teatr İnstitutunu bitirən F. Salayev Akademik Milli Dram Teatrına işə qəbul olunur.
Fuad Salayev
Fuad Məmmədəmin oğlu Salayev (24 sentyabr 1943, Bakı) — Azərbaycan heykəltaraşı, professor, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki (2009), Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Azərbaycan Respublikasının xalq rəssamı (2002). == Həyatı == Fuad Salalev 1943-cü ildə Bakı şəhərində anadan olub. Fuad Salayev təlsilini ilk öncə Ə.Əzimzdə adına rəssamlıq məktəbində sonra isə İ.Surikov adına Dövlət rəssamlıq məktəbində almışdır.Almaniya və Yuqoslaviyada keçirilən heykəltaraşlıq üzrə beynəlxalq simpoziumlarının , həmçinin respublikada və xaricdə keçirilən sərgilərin içtirakçısı olmuşdur.Əsərləri ABŞ, Rusiya, Kanada, İngiltərə, Fransa, İtaliya, Almaniya, Avstriya, Türkiyə və Yaponiyada muzey, fond, qalereya və şəxsi kolleksiyalarda saxlanılır. Əsasən bürünc üzərində işləyir, həmçinin digər matriallardan istifadə edir. Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, xalq rəssamı, professor Fuad Salayevə Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki adı verilib. Ekspozisiyada rəssamın "Simvol ilə maili qüllə" (bürünc) "Şaquli"(bürünc), "Fəza kompozisiyası" (bürünc) işləri nümayiş olunur.
Hacı Salayev
Salayev Hacı Hacı Baba oğlu (28 iyun 1968, Sumqayıt) — Azərbaycan Respublikasının Milli Məclisi IV və V çağırış deputatı. == Həyatı == Salayev Hacı Hacı Baba oğlu 28 iyun 1968-ci ildə Azərbaycan Respublikası Sumqayıt şəhərində anadan olub. 1975–1985-ci illərdə Bakı şəhəri 6 saylı orta məktəbdə təhsil alıb, 1994-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Plan-iqtisad fakültəsini, 2002-ci ildə isə Bakı Dövlət Universiteti Hüquq fakültəsini bitirib. 1985-ci ilin iyun ayında "İdman" İstehsalat Birliyində fəhlə vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1986-ci ilin noyabr ayından 1988-ci ilin oktyabr ayınadək Ordu sıralarında həqiqi hərbi xidmətdə olub. Ordu sıralarından tərxis olunduqdan sonra "İdman" İstehsalat Birliyində əmtəəşünas, sonra isə iqtisadçı vəzifəsində işləyib. 1991-ci ilin noyabr ayında Hədiyyələr və Bədii Məmulat üzrə Xalq Yaradıcılığı İstehsalat Birliyi "Şəbəkə" Filialının direktoru vəzifəsinə təyin olunub. 1996-cı ilin fevral ayından 2002-ci ilin oktyabr ayınadək Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə hərbi xidmətdə olub (Milli Təhlükəsizlik Nazirliyi). Xidmət etdiyi müddət ərzində müxtəlif vəzifələrdə işləyib. Son tutduğu vəzifə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şöbə rəisi vəzifəsi olmuşdur.
Həsənağa Salayev
Həsənağa Salayev (5 dekabr 1921, Bakı – 2 oktyabr 1981, Bakı) — aktyor, Azərbaycan SSR xalq artisti, film səsləndirən, arxiv kadrlarda iştirak edən. == Həyatı == Romantik və realist aktyor məktəblərinin estetik prinsiplərini öz yaradıcılığında cazibəli ahəngdarlıqla ehtiva edən Həsənağa Dərya oğlu Salayev 5 dekabr 1921-ci ildə Bakıda qulluqçu ailəsində doğulub. Atası Dərya kişi oğlu yeddi yaşına çatanda onu Bakıdakı 6-cı Şura məktəbinə qoyub. Həsənağa 1937-ci ildə oranın doqquzuncu sinifini yüksək qiymətlərlə bitirib. Elə həmin il Bakı Teatr Texnikumuna daxil olub. Tələbə ikən 1938-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. 1941-ci ildə təhsilini başa vurduğu günlərdə müharibəyə gedib və doğma teatra 1946-cı ildə qayıdıb. Qısa müddətdə Həsənağa Salayev teatrın repertuarında yer tutan və təzə hazırlanan tamaşalarında maraqlı rollar oynayıb. Müxtəlif illərdə Səməd Vurğunun "Xanlar" (Mamulya), "Fərhad və Şirin" (Fərhad), "Vaqif" (Eldar, Qacar və Vaqif), Zeynal Xəlilin "Qatır Məmməd" (Əziz), Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Mustafa), Vilyam Şekspirin "Otello" (Montano), "Antoni və Kleopatra" (Sezar), "Qış nağılı" (Florizel və Leont), Nazim Hikmətin "Türkiyədə" (Hüseyn Həlim), Mirzə İbrahimovun "Həyat" (Abbas), Mehdi Hüseynin "Cavanşir" (Qartal və Söhrab), "Alov" (Əmin Bəxtiyarov), Lope de Veqanın "Sevilya ulduzu" (Tavera), Şıxəli Qurbanovun "Sənsiz" (Fərhad), Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Vəli), Cəfər Cabbarlının "Solğun çiçəklər" (Bəhram), "Od gəlini" (Qorxmaz), "Almaz" (İbad), "Oqtay Eloğlu" (Oqtay), Pavel Malyarevskinin "Daş qartal" (Maksİm), Yuri Osnos və Vladimir Vinnikovun "Hind gözəli" (Çarudatta), Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (Heydər bəy), Bernard Şounun "Şeytanın şagirdi" (Riçard Daycen), Bəxtiyar Vahabzadənin "İkinci səs" (Rəşad), Nazim Hikmətin "Şöhrət və ya unudulan adam" (Doktor), Fridrix Şillerin "Orlean qızı" (Dünua), Hüseyn Cavidin "Səyavuş" (Keykavus) əsərlərinin tamaşalarında xarakterik səhnə surətləri yaradıb. Aktyor eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Fətəli xan", "Görüş", "O olmasın, bu olsun", "Onu bağışlamaq olarını?", "Koroğlu", "İstintaq davam edir" bədii və "Aygün" televiziya filmlərində Süleyman, Musa, Əzim Əzimzadə, Qüdrət, Eyvaz, Mayor Rüstəmov, Əmirxan rollarına çəkilib.
Salavat (Meşkinşəhr)
Salavat (fars. صلوات‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 970 nəfər yaşayır (200 ailə).
Salavat (dağ)
Salavat dağı — Baş Qafqaz silsiləsinin şərqində yerləşən zirvə. Dağ Azərbaycan ilə Rusiya (Dağıstan) arasında sərhəddə yerləşir. == Təsviri == Dağ 3642 metr hüündürlüyə malikdir. Burada yerləşən Salavat aşırımından (2829 m) Hərbi-Axtı yolu keçir. == Mənbə == Салават, гора // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
Salavat (İslam)
Salavat — İslamda Həzrəti Peyğəmbər, onun ailəsi, bəzən də Əshabı üçün edilən dua. Ərəbcəsi belədir: (صلی الله علیه و آله و سلم). Tərcüməsi isə belədir: Allah Muhəmməd və ailəsinə salavat və salam göndərsin. Bu dua adətən islam peyğəmbəri Məhəmməd peyğəmbərin (s) adından sonra işlənir və onun özünə və Əhli-beytinə (ə) salavat, salam və dua olaraq deyilir. == Salavatın variantları == 1. Sallallahu aleyhi və alihi və səlləm 2. Əleyhissalam 3. Aleyhi-s-salatu vəs-salam 4. Sallallahu aleyhi və səlləm 5. Əssalatu vә-s-salamu alә Muhammәdin vә alә alihi vә әshabihi әcmәin == Salavatın qısa yazılması == 1.
Salavat (şəhər)
Salavat — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasına daxildir
Salavat Fatxetdinov
Salavat Fatxetdinov (tatar. Салават Зәки улы Фәтхетдинов; 10 yanvar 1960, Aksayet[d], Başqırd MSSR) — müğənni, Tatarıstanın xalq artisti, Rusiyanın əməkdar artisti, Başqırdıstan Respublikasının xalq artisti, avtoidmanında beynəlxalq idman ustası, Tatarıstan Respublikası ağırlıq qaldırma federasiyasının prezidenti, Rusiya uşaq fondunun Tatarıstan filialının direktoru, Ulyanovsk vilayətinin əməkdar mədəniyyət işçisi (2010), Kazan Dövlət Mədəniyyət İnstitutunun professoru. == Bioqrafiyası == Salavat Fatxetdinov 10 yanvar 1960-cı ildə SSRİ, Başqırdıstan MSSR-nın Təteşle rayonunun Aksayet kəndində anadan olmuşdur. Milliyyətcə - tatardır. Orta təhsil aldıqdan sonra Sterlitamak mədəni maarif məktəbində oxuur. 1977-1979-cu illərdə Təleşe rayonunun İlmetovo kəndindəki kənd Mədəniyyət Evinin direktoru vəzifəsində çalışmışdır. 1979-1981-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. 1981-1989-cu illərdə Aksayet Musiqi Klubları Sisteminin direktoru vəzifəsində çalışıb. Klubda bir neçə il çalışdıqdan sonra Salavat 1989-cu ildə məzun olduğu Kazan Mədəniyyət İnstitutunun rejissorluq şöbəsinə daxil olur. 1989-2000-ci illərdə Yar Çallı şəhərində yaşayır.
Salavat Kusimov
Salavat Kusimov (8 mart 1942) — Ufa Dövlət Aviasiya Texniki Universitetinin prezidenti, UDATU rektoru (1992 - 2003), Başqırdıstan Respublikası Qurultayının deputatı (2003-2008), rus alim, texniki elmlər doktoru, professor. == Bioqrafiyası == İkinci Dünya müharibəsi qəhrəmanı general Tahir Qasımovun oğludur. === Təhsil və fəaliyyət === Moskva Energetika Universitetinin mühəndis elektrik fakultəsini bitirmişdir (1965). Elmlər namizəti (1971) və professordur (1991). Sovet İttifaqı ixtiraçı müəllifi (1985), Başqırdıstan Elmlər Akademiyasının müxbir üzvü (1998), Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü (1993), Beynəlxalq Ali Təhsil Elmləri Akademiyasının (1994), Petrovski Elmlər və İncəsənət Akademiyasının (1994), Petrovski Keyfiyyət Problemləri Akademiyasının (1995), Başqırdıstan Respublikasının Elmi və Tədrisə Yardım üzrə Dövlət İdarəetmə Şurasının, Başqırdıstan İctimai Təhlükəsizlik Şurasının üzvü, Nümayəndələr Palatasının müavini, millət vəkili. əvvəllər Başqırdıstan Respublikası Dövlət Assambleyasının sədri. "Şərəf nişanı" ordenli (1985). Kompleks texniki obyektlərin, optik-mexanik sistemlərin, adaptiv lazer optiklərinin idarə olunmasında mütəxəssisdir. Elmi istiqaməti - yüksək lazer radiasiyasının parametrlərinə nəzarət etməkdir. Elmi araşdırmalarının nəticələri aviasiya sənayesində tətbiq olunur.
Salavat Qaysin
Salavat Muxtar oğlu Qaysin (başq. Ғайсин Салауат Мөхтәр улы, rus. Гайсин Салават Мухтарович; 24 fevral 1940, Rəsul, Başqırd MSSR – 5 yanvar 2023) — Rusiya təsərrüfat xadimi, 1992–2011-ci illərdə Başinformsvyaz ASC-nin baş direktoru. 12-ci çağırış Başqırdıstan MSSR Ali Şurasının üzvü, 3 və 4-cü çağırış Başqırdıstan Respublikası Qurultayının deputatı. == Həyatı == Salavat Qaysin 1958-ci ildən 1959-cu ilədək Uçalı şəhərində tikinti trestinin daşyonan-dülgər kimi işləmişdir. 1964-cü ildə Novosibirsk Elektrotexnika Rabitə İnstitutunun telefon və teleqraf rabitəsi ixtisasınl bitirmişdir. 1965–1975-ci illərdə baş mühəndis, sonra isə Beloretsk istismar və texniki rabitə qovşağının rəhbəri olmuşdur. 1976-cı ildən BMSSR Texniki İstehsal Rabitəsi İdarəsinin (TİRİ) rəhbər müavini vəzifəsinə keçir və 1987-ci ilin noyabr ayında yekdilliklə müəssisə rəhbəri seçilir. 1992-ci ildə BMSSR TİRİ Başinformsvyaz ASC-yə çevrilməsindən sonra Salavat Qaysin 2011-ci ilə qədər şirkətə rəhbərlik edərək baş direktor vəzifəsində işləyirdi. 1990–1995-ci illərdə BMSSR Ali Şurasının deputatı olmuşdur, Başqırdıstan parlamentinin Nümayəndələr Palatasının deputatı seçilmişdir, Başqırdıstan Respublikası Hökumətinin üzvü olmuşdur.Rusiya Təbiət Elmləri Akademiyasının fəxri akademiki, Başqırd Dövlət Universitetinin fəxri akademiki, Telekommunikasiya Keyfiyyəti Akademiyasının həqiqi üzvü, Ufa FK-nın fəxri prezidenti.
Salavat Yulayev
Salavat Yulayev (başq. Салауат Юлай улы; 16 iyun 1754 — 26 sentyabr 1800) — başqırd xalq qəhrəmanı və el şairi. == Həyatı == Salavat Yulayev 16 iyun 1754-cü ildə anadan olmuşdu. Şeytan-Kuday kəndində yaşam sürən tarxan ailəsindən idi. Çelyabinsk vilayəti əhalisi Puqaçov üsyanına qoşulurdu. Üsyanın nüvəsini başqırdlar və digər türk xalqları təşkil edirdi. Bu üsyan Salavat Yulayev kimi xalq qəhrəmanları yetirdi, lakin müstəmləkə zülmünə qarşı oyanıb ayağa qalxan xalqların milli azadlıq hərəkatını rus kəndli müharibəsi adlandırıldı. Üsyan qanlar içində boğdurulub susduruldu. Salavat Yulayev 26 sentyabr 1800-cü ildə vəfat edib. == İstinadlar == == Xarici keçidlər == Статья "Салават Юлаев" в "Башкортостан.
Salavat bayramı
Salavat bayramı (başq. Salauat yıyını) — Salavat Yulayev günləri çərçivəsində qeyd olunan respublika səviyyəli folklor bayramı. == Bayram haqqında == "Başqırdıstan Respublikasında Salavat Yulayev günlərinin keçirilməsi barədə" sərəncam Respublika prezidenti tərəfindən 2004-cü ilin iyulunda imzalanıb. Həmin vaxtdan etibarən "Salauat yıyını" hər il Respublikanın müxtəlif şəhər və rayonlarında keçirilir. Əvvəlcə təsnifat mərhələsi keçirilir. Respublikanın folklor bayramı olan "Salauat yıyını"nın keçirilməsinin məqsəd və vəzifələri aşağıdakılardır: Xalq yaradıcılığının qorunub saxlanılması və inkişafı; Yetişməkdə olan nəsildə Salavat Yulayev obrazında vətənə, onun tarixi keçmişinə sevgi, milli qürur, yaşlı nəslə hörmət və qayğı hissi aşılamaq; Başqırd xalqının milli adətlərin təşviqatı və təbliğatı; Milli İdman növlərinin təbliğ edilməsi; Sağlam həyat tərzinin təbliğ edilməsi.Bayram çərçivəsində yarış keçirilir: "Salauat yıyını batırı", "Saya kızzar", yurt müsabiqəsi, ənənəvi idman yarışları (kisə ilə qaçış, yun üzərində gediş, kisə ilə mübarizə, kureş (güləş) , Salavat Yulayev adına kürəş mübarizəsi turniri). 2015-ci ildə "Salaut yıyını" proqramına qalibin Bayka Aydar adına mükafatla təltif olunduğu sesenlər yarışı da əlavə edildi. 2004 — Başqırdıstanın Salavat rayonu 2005 — Başqırdıstanın Salavat rayonu 2006 — Başqırdıstanın Baltaçevskiy rayonu 2007 — Başqırdıstanın Çekmaquşevskiy rayonu 2008 — Salavat şəhəri 2009 Ufa şəhəri 2010 — Başqırdıstanın İşimbay rayonu 2011 — Başqırdıstanın Salavat rayonu 2012 — Başqırdıstanın Salavat rayonu 2013 — Başqırdıstanın Salavat rayonu 2014 — Başqırdıstanın Salavat rayonu == Salauat yıyını — 2010 == "Salauat yıyını −2010" tarixi məkan olan Toratau dağlarının ətəyində qeyd olundu. Məhz bu yerdə ərazi yıyını keçirilirdi və başqırd tayfaları taleəhəmiyyətli məsələlərin həlli üçün burada toplaşardılar. RF-nın və ölkənin müxtəlif regionlarından olan başqırdların III ümumdünya qurultayının nümayəndələri də orada iştirak etdilər.
Salavat dağı
Salavat dağı — İranın Şərqi Azərbaycan ostanında dağ. Hündürlüyü 2242 m. Dağın qərb yanından Qarasuçay axır.
Salavat mağarası
Salavat mağarası — təbiət abidəsi, Başqırdıstanın İşimbayski rayonu ərazisində yerləşir. Mağara Kalim-uskan qayasında yerləşir. 1985-ci ildən mağara, qaya ilə birlikdə qorunan təbiət abidəsi elan edilmişdir. Hazırda turizm obyekti kimi istifadə edilir. == Yerləşməsi == Mağara Makarovski kəndindən yeddi kilometr aralıda, Kulqukinoya gedən yolun üzərində qərarlaşır. Rəsmi yerləşim yeri olaraq isə Makarovski meşə savxozu, Şixanov meşə sahəsi, 46 (19, 27, 28 görünüş) və 47 (26, 36, 37 görünüş) məhəllə == Qorunma obyekti == Əsrarəngiz qaya və mağara. Ətraf ərazilərin meşə ilə örtülü olması və nadir bitkilər. Digər ərazilərdə müşahidə edilməyən mənzərə. == Təsvir == Kalim-uskan qayası Sikaya çayı ilə əhatələnmişdir. Salavat mağarasının girişi çay səthindən altı metr yüksəklikdə yerləşir.
Salavat rayonu
Salavat rayonu (başq. Салауат районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Malayaz kəndidir. == Coğrafiyası == Rayon Başqırdıstanın şimal-şərq hissəsində, Çelyabinsk vilayəti ilə həmsərhə yerlıəşir. Rayonun sahəsi 2182 km²-dir. Ərazinin əsas hövzəsini Yuruzani və Ay çayları təşkil edir. Cənub-şərq hissəsində Uralın qərb yamacının ətəkləri (Suleia, Başqırd İlçikeyevo) uzanır. Karatau silsiləsi şimaldan yüksəlir, Ufa yaylası isə şimal-qərbdə yerləşir. Orta səth hündürlüyü 370 m-dir. Rayonda yerləşən Yangantau dağı, Kuselyarovski hidrogen sulfid bulağı, Korqazak bulağı, Laklinskaya mağarası, İzris mağarası təbii abidələr elan edilmişdir.
Salavat tramvayı
Salavat tramvayı — Salavat şəhərində tramvay sistemi. Tramvay təsərüfatının idarə olunmasını Salavat şəhər Tramvay idarəsi təşkil edir. == Tarixi == Şəhərdə ilk tramvay 29 iyul 1957-ci ildə № 1 maşrutu üzrə «Kolxoz bazarı — Kombinat idarəsi» hərəkət etmişdir. 10 ədəd МТВ-82 vaqonları ilə hərəkət təmin edilmişdir. Kolxoz bazarından depoya bir xətt hərəkət edirdi. Elə ilk gündən iki vaqonlu tranvayların istismara verilməsi zərurəti yaranmışdır. Ancaq bu gercəkləşdirilməmiş qalır. XX əsrin 60-cı illərində şəhərin cənub-şərqində yeni zavodun inşası ilə bura tramvay xətti çəkilmişdir. Bu istiqamətdə КТМ-2+КТП-2 vaqonları xəttə buraxılır. 1967-cı ildə yeni xətlə zavoddan kombinat idarəsinə və Novo-Salavatskaya TES adlı yerə istiqamətlənir.
Balabəy Həsənbəyov
Həsənbəyov Bala bəy Cabbar bəy oğlu (1899, Yelizavetpol – 1937, Bakı) — iqtisadçı, professor, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) rektoru. == Həyatı == Bala bəy Həsənbəyov 1899-cu ildə Gəncə şəhərində anadan olub. İlk təhsilini də bu şəhərdə almışdır. Daha sonra Moskva Dövlət Univeristetinin iqtisadiyyat fakültəsini bitirmişdir. Əsasən işçi qüvvəsinin yerləşdirilməsi məsələlərinin tədqiqi ilə məşğul olmuş, 1931-ci ildə "Azərbaycanda işçi qüvvəsinin təkrar istehsalı problemi" adlı doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Vətənə döndükdən sonra respublikanın elmi həyatında yaxından iştirak edib == Fəaliyyəti == 1920-ci illərdə partiya, dövlət orqanlarında çalışmışdır. 1936-cı il mart ayının 30-da Azərbaycan KP(b)P Mərkəzi Komitəsinin birinci katibi M.C.Bağırovun imzaladığı qərarla Azərbaycan Şura Ensiklopediyası iqtisadiyyat və kənd təsərrüfatı şöbəsinə redaktor təyin edilmişdi. Onun fəaliyyətinin son dövrü Azərbaycan Dövlət Universiteti ilə bağlıdır. B.Həsənbəyov rektor olmaqla yanaşı, həmçinin ADU-da siyasi iqtisad kafedrasına başçılıq edib. == Güllələnməsi == 1937-ci il yanvarın 28-də Azərbaycan SSR XDİK Dövlət Təhlükəsizlik İdarəsi tərəfindən professor, ADU-nun rektoru B.Həsənbəyov saxta ittihamlarla həbs olunub.
Balabəy Əlibəyov
Balabəy Əlibəyov — texnika elmləri doktoru, professor. Balabəy Əlibəyov — diplomat, kolleksioner, muzeyşünas.