Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Leroy Sane
Leroy Sane (11 yanvar 1996, Essen, Şimali Reyn-Vestfaliya) — Almaniya futbolçusu.
Akiyama Saneyuki
Akiyama Saneyuki (秋山 真之, 12 aprel 1868, Matsuyama – 4 fevral 1918, Odavara[d], Kanaqava prefekturası) – Yaponiya hərbi xadimi, Yaponiya İmperiya donanmasının zabiti. Yaponiyada müasir donanma doktrinasının memarıdır. O, 1900-cü illərdə Yaponiyada bacarıqlı dəniz döyüşü taktikaçısı kimi tanınmışdır. == İlk illəri == Akiyama Saneyuki 1868-ci ildə Yaponiyanın İyo əyalətində samuray ailəsində doğulmuşdur. == Karyerası == Akiyama 1890-cı ildə Donanma Akademiyasından məzun olmuşdur. 1894–1895-ci illərdə Çin-yapon müharibəsində iştirak etmiş, hərbi təhsil almaq məqsədilə 1897–1899-cu illərdə ABŞ-də yaşamışdır. O, Nyuport şəhərində yerləşən Dəniz Döyüşü Kollecində təhsil almaq istəsə də, ABŞ-nin Yaponiyaya qarşı hərbi planları olduğu üçün qəbul edilməmişdir. Buna görə də birbaşa Alfred Tayer Mehenə müraciət etmişdir. Mehen Akiyamanı donanma tarixindən bəhs edən əsərlər siyahısı ilə təmin etmiş, Akiyama bu əsərləri oxumuşdur. Akiyama 1898-ci ildə baş vermiş İspaniya-ABŞ müharibəsində əcnəbi müşahidəçi qismində iştirak etmişdir.1902–1903-cü illərdə Yaponiyada Dəniz Heyəti Kollecində taktika və strategiya üzrə təlimçi olmuş, dəniz döyüşü haqqında sistematik təhsilə start vermişdir.
Sanco Sanetomi
Sanco Sanetomi (三条 実美, 13 mart 1837, Kioto – 28 fevral 1891, Tokio[d]) – Yaponiya saray əyanı və Meyci hökumətinin başçılarından biri. == Həyatı == 1837-ci ildə Kioto şəhərində Fucivara ailəsinin beş əsas qolundan birinin üzvü kimi doğulmuşdur. Atası Sanco Sanetsumu Ansey təmizlənməsi zamanı 1859-cu ildə şoqunluq tərəfindən öldürülmüşdür. Buna görə də Sanetomi Sonno coy hərəkatına qoşularaq imperator hakimiyyətini dəstəkləməyə başlamışdır.1863-cü ildə imperatorluq sarayında yenicə yaradılmış dövlət işləri üzrə komissar postuna təyin olunmuş, Tokuqava şoqunluğunu devirmək və imperator hakimiyyətini bərpa etmək istəyən əyanlar arasında vacib rol oynamışdır. İmperatorluğu dəstəkləyən Çoşu əyalətinin samurayları ilə əlaqələr qurmuşdur. 30 sentyabr 1863-cü ildə baş vermiş dövlət çevrilişindən sonra altı əyanla birlikdə Çoşu əyalətinə qaçmışdır. Sonuncu Tokuqava şoqunu Tokuqava Yoşinobunun 1867-ci ilin noyabrında hakimiyyəti imperatora qaytarmasından sonra Sanetomi Kiotoya qayıtmışdır. Növbəti il Administrasiya ofisinə təyin olunmuş, İvakura Tomomi ilə birlikdə yeni hökumətin mərkəzi fiqurlarından biri olmuşdur. 1869-cu ildə Sağ nazir, 1871-ci ildə Böyük nazir təyin olunmuşdur. 1885-ci ilə kimi bu postda qalmışdır.
Sanconişi Sanetaka
Sanconişi Sanetaka (三条西 実隆, 11 may 1455, Kioto[d] – 5 noyabr 1537) – Senqoku dövründə yaşamış Yaponiya şairi, saray əyanı, xəttatı, yazıçısı, alimi, tarixçisi və polimatı. == Həyatı == Sanetaka daxili nazir Sanconişi Kinyasunun oğlu kimi dünyaya gəlmişdir. 1506-cı ildə atası kimi daxili nazir vəzifəsinə yüksəlmişdir. Sanetaka imperatorluq sarayında xidmət versə də, Muromaçi şoqunluğunun əsas fiqurları ilə əlaqələr qursa da, onun reputasiyası mədəniyyət sahəsindəki fəaliyyətləri ilə bağlı olmuşdur. O, yaşadığı dövrü "müharibələr, mübahisələr və zorakılıq dövrü" adlandırmışdı.Sanetaka dövrün bir çox ədəbi fiquru ilə birlikdə fəaliyyət göstərmişdir. Bunların içərisində renqa janrının ustası Soqi də var idi. O, Soqiyə "Şinsen Tsukubaşu" adlı renqa kolleksiyası tərtib etməkdə kömək etmişdir. Sanetaka vaka və renqa janrlarında şeirlər yazan şair, "Saqoromo" no tamaşasının müəllifi, "Gencinin hekayəsi" kimi klassik əsərlərin mütəxxəsisi, Çin tarixinin tələbəsi, etika və mərasim məsələləri üzrə ekspert, xəttat və şoqi oyunçusu kimi tanınmışdır. == Əsərləri == Sanetakanın ən tanınmış əsərlərinə "Setsuqyokuşu" və "Çosetsuşu" adlı şeir kolleksiyaları, poetik fəaliyyətləri haqqındakı gündəliyi "Sayşoso", poetik nəzəriyyələrdən bəhs edən "Eyka tayqayşo", "Gencinin hekayəsi" əsərinin təhlili olan "Genci monoqatari sayryuşo" və mərasim məsələləri haqqındakı traktatı "Şozokuşo" aiddir. 1474-1536 illəri əhatə edən "Sanetaka ko ki" adlı gündəliyində dövrün mədəni və siyasi vəziyyətini təsvir etmişdir.
Sanela Cenkins
Sanela Cenkins (bosn. Sanela Jenkins 1973, Sarayevo) — bosniyalı sahibkar və Kaliforniyada yaşayan xeyriyyəçi. == Bioqrafiyası == === Karyerası === Sarayevoda yaşayan, orta sinif boşnak ailəsində anadan olur. Ailədə iki uşaqdan birincisidir. Atası iqtisadçı, anası mühasib olur. Uşaqlığını Sarayevoda keçirir. Sarayevo Universitetində iqtisad ixtisası üzrə təhsil alır. Lakin müharibə başlayandan sonra Sanela ölkəsini tərk edərək əvvəl Xorvatiyaya, sonra Londonda gedir və burada təhsilini davam etdirir. Tələbə olaraq Melissa Odabash çimərlik geyimləri xəttini əldə edir. Debor Andersonun şəkilləri olan "23 Otaq" kitabını buraxır.
Sanem Çelik
Sәnәm Çәlik (türk. Sanem Çelik) — Türkiyə teatr, teleserial və kino aktrisası, balerina. == Həyatı == Sənəm Çəlik 18 may 1975-ci ildə Türkiyə Cümhuriyyətinin İstanbulun Üsküdar Rayonunda anadan olmuşdur. 1983-cü ildə İstanbul Universiteti Dövlət Konservatoriyası nəzdində Musiqi və Balet Məktəbində balet bölümünə qəbul olmuşdur. Bu təhsil müəssisəsində 11 təhsil alan Sәnәm Çәlik peşəkar "Çağdaş Bale Topluluğu"nun tərkibində bir çox balet tamaşasının səhnələşdirilməsində iştirak etmişdir.
Sanet Neqrals
Sanet Neqrals (isp. Sanet y Negrals) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 21,10 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 727 nəfərə çatmışdır.
Viktor Saneyev
Viktor Danilovi Saneev (3 oktyabr 1945[…], Suxumi, Abxaziya MSSR, Gürcüstan SSR, SSRİ – 3 yanvar 2022, Sidney, Yeni Cənubi Uels, Avstraliya) — sovet yüngül atletikidir. Tarixdə 3 dəfə olimpiya çempionu olub. SSRİ-də yaxşı idmançısı olub (1968). Lenin mükafatı (1972), Oktyabr revulasiyası (1980) və Dostluq ordeni (1976) mükafatları almışdır. == İdman tarixi == 1956-cı ildə Qantiadida öz karyerasına başlamışdır (Abxaziya, Gürcüstan). Suxumidə yaşamış və Akopa Samveloviça Kerselyana onun treniri olmuşdur. Üç dəfə olimpiya çempionu olmuşdur (1968, 1972, 1976). 1980-cı ildə Olimpiya çempionatında gümüş mükafatı almışdır. Altı dəfə Avropa çempionu olmuşdur (1970-72, 1975-77) Креер В. А. Ищу единомышленников. — М.: Физкультура и спорт, 1972..
Sake
Sake (yap. 酒 və ya (さけ)) ənənəvi yapon spirtli içkisi. Düyünün qıcqırdılması nəticəsində əldə edilir və əsasən isti halda içilir. Sakeni bəzən "düyü arağı" da adlandırırlar, lakin bu içkinin tündlüyü təqribən 14–25% təşkil edir. Onun tərkibi daha çox likyoru və ya şərabı xatırladır, ancaq onun istehsalı prosesi pivənin istehsalına bənzəyir. == Tarixi == Yaponlar sakeni təxminən 2000 il bundan əvvəl hazırlamağa başlamışlar. Ehtimal olunur ki, onun hazırlanma mexanizmi Çindən gəlib. Uzun zaman sake yalnız imperator sarayında və şintoizm məbədlərində hazırlanıb. Yalnız orta əsrlər dövründə sakeni sadə kənd camaatı da hazırlamağa başlayır. O zamanlar sakenin düzəldilməsi texnologiyası indikindən fərqli idi: onlar düyünün ağızda çeynəyir və onu xüsusi qaba tüpürürdülər və sonra həmin qabda qıcqırma prosesi baş verirdi.
Sana
Səna (ərəb. صنعاء‎) — Yəmənin paytaxtı və böyük şəhəri. == Haqqında == Bütün göstəricilərə görə Səna Yəmənin ən böyük şəhəridir. Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən 2150 metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir. Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında metal emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir. Səna müasir tələblərə cavab verən şose yolları vasitəsilə Taiz, Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı var.
Sate
Sate İndoneziya mətbəxinə məxsus, ədviyyatlardan istifadə edərək şişə çəkilmiş və manqalda qızardılmış ət yeməyidir. Xüsusi sousla süfrəyə verilir. Sate dilimlənmiş toyuq, keçi, qoyun, mal əti, donuz əti, balıq, digər ət və ya tofudan ibarət ola bilər. Kokos palmasının yarpaqları daha original olmasına baxmayaraq, bambuk şişləri tez-tez istifadə olunur. Odun və ya kömür ocağı üzərində qızardılır və sonra müxtəlif ədviyyatlarla servis olunur. Sate müxtəlif souslarla süfrəyə verilir, lakin ən çox soya və yer fıstığı sousundan istifadə olunur. Belə ki, yer fıstığı sousu tez tez sate sousu adlandırılır. Sate İndoneziyayanın Yava adasına məxsusdur. Bu İndoneziyanın milli yeməyidir. Həmçinin Cənub-Şərqi Asiyada, xüsusilə İndoneziya, Malayziya, Sinqapur , Tayland və Vyetnamda məşhurdur.
Saue
Saue (est. Saue) — Estoniyanın şimalında, Haryumaa bölgəsində şəhər. Şəhər statusunu 1993-cü ildə alıb. Əhalisi 6,0 min nəfər, onların 93% estonlar təşkil edir. Saue Tallinin çox əlverişli mövqeyində yerləşdiyindən, həmçinin bu kiçik şəhərdə təmiz iqlimi olduğundan, varlı insanların istirahət yerlərindəndir. Saue təbiətə çox yaxınlıqda olmasına baxmayaraq, burada əyləncə növləri, iş və digər böyük şəhər şəraiti təklif olunur.
Auqust Sanq
Auqust Sanq (est. August Sang; 27 iyul 1914, Pyarnu — 14 oktyabr 1969, Tallin) — Estoniya şairi və ədəbi tərcüməçi. == Həyat və yaradıcılığı == Auqust Sanq Pyarnuda poçt qulluqçusu ailəsində anadan olmuşdur. 1932-ci ildə Pyarnuda kişi gimnaziyasını bitirmişdir. Hərbi xidmətini bitirdikdən sonra Auqust bir il yarım telefon bağlantısı işçisi kimi çalışmışdır. 1934-cü ildən 1942-ci ilə qədər Tartu Universitetində fəlsəfə fakultəsində təhsil almışdır. Bir neçə dəfə bəzi səbəblərdən təhsilini yarımçıq qoymaq məcburiyyətində qalmışdır.Artıq Auqust Sanq səkkiz yaşı olarkən şeirlər yazmağa başlamışdır. İnyo təxəllüsü altında şeirlər yazan Auqust 1933-cü ildə Improvisatsioon poeması ilə Kevadik adlı gənclər jurnalının ədəbi müsabiqəsinin qalibi olmuşdur. 1934-cü ildə onun şeiri ilk dəfə Looming ədəbi jurnalında çap olunmuşdur. 1936-cı ildə onun poetik toplusu Üks noormees otsib õnne işıq üzü görmüş və ona məşhurluq qazandırmışdır.
Eduard Mane
Eduard Mane (fr. Édouard Manet; 23 yanvar 1832[…] – 30 aprel 1883[…], Parisin 8-ci rayonu[d] və ya Paris) — fransız impressionist rəssamı. XIX əsrdə müasir mövzulu əsərlər çəkməyə başlamış ilk rəssamlardandır. Mane realizm cərəyanından impressionizm cərəyanına keçməkdə böyük rol oynamışdır. Eduard Mane Çəmənlikdə səhər yeməyi və Olimpiya əsərləri ilə böyük uğur əldə etmişdir. Müasir dövrdə bu iki rəsm əsəri modern mədəniyyətin başlanğıcı hesab olunur. == Həyatı və fəaliyyəti == === Gənclik illəri === Eduard Mane 1832-ci ilin 23 yanvar tarixində Paris şəhərində kasıb və kibar bir ailədə anadan olmuşdur. Anası (fr. Eugénie-Desirée Fournier) İsveç kralı Tural Bernadotun nəvəsi idi. Atası Aprel Mane (fr.
Feriki sani
Feriki sani (Osmanlı dili: فریق ثانی) və ya qısaca (Osmanlı dili: فریق), Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən mirliva və Feriki əvvəl rütbələri arasındakı hərbi rütbədir və müasir rütbələr arasında general-leytenant ilə general-mayor hərbi rütbəsinə bərabərdir. Bununla birlikdə Feriki sani rütbəsi də, 26 noyabr 1934-cü il tarixli 2590 saylı Ləqəb və Adların Ləğvi Haqqında Qanunun üçüncü maddəsinə uyğun olaraq ləğv edilmişdir.
Foniks Sans
Foniks Sans — Arizona ştatının Finiks şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-də Qərb Konfransında mübarizə aparır.
George Sand
Jorj Sand (1 iyul 1804[…], Paris[…] – 8 iyun 1876[…], Noan-Vik[d], Endr[…])—Fransız yazıçısı, bəziləri tərəfindən feminist olaraq görülsə də, özü bu hərəkata daxil olduğunu qəbul etməmişdir. Məşhur bəstəkar Frederik Şopenlə sevgi əlaqələri olmuşdur. Fransanın ilk qadın yazıçısı olaraq tanınır. == Həyatı == Əsl adı Amandina Avrora Lüsil Düpen olan Jorj Sand 1804-cü ildə Parisdə anadan olmuşdur. Uşaqlığını nənəsi Mari Düpenlə keçirmişdir. Beş yaşında ikən o, fransız dilinin qrammatikasını, latın dilini, coğrafiyanı, tarixi və botanikanı öyrənmişdir. O, uşaqlarla maraqlı oyunlar oynamağı və meşədə gəzməyi çox sevirdi. Avrora bir neçə ilini qadın monastırında keçirmişdir. 1832-ci ildə o, "İndiana" əsərini Jorj Sand ləqəbi ilə yazmışdır. Bu əsər böyük müvəffəqiyyət qazanmışdır.
Hiroko Sano
Hiroko Sano (d. 5 fevral 1983) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Hüseyn Sanı
Hüseyn Paşa oğlu Hüseynov (1900, Göyərçin, Qazax qəzası – 1970, Salah, İcevan rayonu) — Azərbaycan el şairi, pedaqoq. == Həyatı == Hüseyn Hüseynov 1900-cü ildə Qazax qəzasının Göyərçin kəndində (sonradan Dilican rayonu) Paşalar nəslində anadan olmuşdur. Ulu babası Təbrizin Dəvəçilər məhəlləsindən olub. İlk təhsilini mollaxanada alan Hüseyn Dilicanda Pedaqoji Seminariyanı qurtardıqdan sonra Tovuz və Gədəbəyin müxtəlif kəndlərində müəllimlik etmiş və qəzet redaksiyalarında çalışmışdır. O 1930-cu illərdə lüğət də hazırlamışdır. Səməd Vurğun və tanınmış folklorşünas alim Hümmət Əlizadə ilə birlikdə Çəmbərəkəndi və Göyçəni kəndbəkənd gəzərək, ağsaqqallardan, el bayatı və nağıl bilicilərindən bildikləri bu mənəvi sərvəti toplayaraq onları xalqın ümumi istifadəsinə vermişlər.Onun ilk şeiri 1925-ci ildən qəzetlərdə nəşr olunmağa başlamışdır. 1937-ci ildə çap olunan "Aşıqlar" kitabında, 1949–1951-ci illərdə isə orta məktəblər üçün "Ədəbiyyat müntəxəbatı" dərsliyində şeirləri çap olunmuşdur.Hüseyn Hüseynov şeirlərini əsasən Hüseyn Mayıl təxəllüsü ilə yazmışdır. Bəzi kitablarda isə səhvən Aşıq Hüseyn Mayıl kimi təqdim olunmuşdur. O heç vaxt əlinə saz alıb el məclisləri keçirməmişdir. Sazın hazırlanmasında usta kimi fəaliyyət göstərmişdir.
Jane Seymour
Ceyn Seymur (ing. Jane Seymour; 1508 – 24 oktyabr 1537, Riçmond-apon-Tems[d], Böyük London regionu[d]) — İngiltərə kralı VIII Henrinin üçüncü qadını və VI Eduardın anasıdır. Sir John Seymour və Marqaret Wentwort`un qızıdır. == Gənclik illəri == Uşaqlıq və gənclik illəri ilə bağlı məlumat çox azdır. VIII Henrinin digər qadınlarıyla müqayisədə çox az təhsil almış, yazı yazmağı belə çox zəif olmuşdur. Buna baxmayaraq kasıb ailədə böyüməsi səbəbilə əl işi, ev işləri barədə çox qabiliyyətli olmuş, hətta bəzi əl işləri illər boyunca İngiltərə saraylarında saxlanmışdır. == İngiltərə kraliçalığı == 30 may 1536 tarixində Kral VIII Henriylə evləndi və İngiltərə kraliçası elan olundu. Ancaq tacqoyma mərasimi olmadığı üçün rəsmi kraliça hesab edilmədi. O dönəmdə ölkədə Anqlikan hakimiyyəti olsa da, saf katolik inancını daim qorudu. 1537-ci ilin ilk aylarında hamilə olduğu öyrənildi və 12 oktyabr 1537 tarixində VIII Henrinin yeganə vəliəhdi VI Eduard dünyaya gəldi.
Jane Vongvoraçoti
Jane Vongvoraçoti (7 yanvar 1998) — Tailandlı marafonçu. Jane Vongvoraçoti Tailandı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Jane Vongvoraçoti həmdə 2015-ci ildə Cənub-Şərqi Asiya Oyunlarının bürünc medalını qazanıb. == Karyerası == Jane Vongvoraçoti birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 47 dəqiqə 27 saniyəyə qət edərək 157 marafonçu sırasında 91-ci yeri tutdu.
Jorj Sand
Jorj Sand (1 iyul 1804[…], Paris[…] – 8 iyun 1876[…], Noan-Vik[d], Endr[…])—Fransız yazıçısı, bəziləri tərəfindən feminist olaraq görülsə də, özü bu hərəkata daxil olduğunu qəbul etməmişdir. Məşhur bəstəkar Frederik Şopenlə sevgi əlaqələri olmuşdur. Fransanın ilk qadın yazıçısı olaraq tanınır. == Həyatı == Əsl adı Amandina Avrora Lüsil Düpen olan Jorj Sand 1804-cü ildə Parisdə anadan olmuşdur. Uşaqlığını nənəsi Mari Düpenlə keçirmişdir. Beş yaşında ikən o, fransız dilinin qrammatikasını, latın dilini, coğrafiyanı, tarixi və botanikanı öyrənmişdir. O, uşaqlarla maraqlı oyunlar oynamağı və meşədə gəzməyi çox sevirdi. Avrora bir neçə ilini qadın monastırında keçirmişdir. 1832-ci ildə o, "İndiana" əsərini Jorj Sand ləqəbi ilə yazmışdır. Bu əsər böyük müvəffəqiyyət qazanmışdır.
Kane & Lynch
Kane & Lynch: Dead Men — IO Interactive tərəfindən yaradılan və üçüncü-şəxs atıcı janrında olan oyun. Kane & Lynch 2: Dog Days — IO Interactive tərəfindən yaradılan, Eidos Interactive və Square Enix (distribyutor olaraq) tərəfindən isə nəşr edilən üçüncü-şəxs atıcı janrında olan video-oyundur.
Kiplanqat Sanq
Kiplanqat Sanq (14 aprel 1981) — Keniyalı cüdoçu. Kiplanqat Sanq Keniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kiplanqat Sanq birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində Macarıstannın nümayəndəsi Kriztian Tot ilə üz-üzə gəldi. Həmin görüşdə Kiplanqat Sanq rəqibinə 0:100 hesabı ilə uduzdu.
Lorik Sana
Lorik Sana (27 iyul 1983, Priştina) — Kosovoda anadan olan Albaniya futbolçusu. Fransa Liqa 1 komandalarından olan Nant FK-da çıxış edir. == Klub karyerası == Lorik Sana həvəskar karyerasına İsveçrə komandalarından olan Lozanna-Sport klubunda başlamışdır. 2000–2002-ci illər ərzində Pari Sen-Jermen FK-ın gənclər klubunda forma geymişdir. Paris klubunda ilk oyununa 19 aprel 2003-cü il tarixində Nant FK Atlantik klubuna qarşı çıxmışdır. 2003–2004 mövsümündə PSJ-ə Vahid Halilodziç baş məşqçi kimi gətirildi. Onun gəlişi ilə Sana klubda forma geymə şansına malik oldu. Eyni sezonda klub ilə Fransa Kubokunun sahibi oldu. Liqada 32 oyuna çıxıb 1 qol vurmağı bacardı. Ölkəsində isə İlin futbolçusu mükafatına layiq görüldü.
Masarena Sans
Masarena Sans (20 noyabr 1996, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Masarena Sans Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Momodu Sayne
Momodu Sayne (d. 8 sentyabr 2000) — Qambiyalı üzgüçü. Momodu Sayne Qambiyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Momodu Sayne birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. O, yarışı sona qədər başa vura bilmədi, 119 üzgüçü arasında 116-cı oldu və yarımfinala vəsiqə qazanmadı.
Mülazimi sani
Mülazimi sani (osm. ملازم ثانی)) — Osmanlı imperiyasının son dövrlərində və Türkiyə Respublikasının ilk illərində istifadə edilmiş və müasir rütbələr arasında leytenant rütbəsinə bərabər olmuş hərbi rütbə. Mülazimi sani rütbəsi 26 noyabr 1934-cü il tarixli 2590 saylı Ləqəb və Adların Ləğvi Haqqında Qanunun üçüncü maddəsinə uyğun olaraq ləğv edilmişdir.
Olimpiya (Mane)
Olimpiya (fr. Olympia) — Fransa rəssamı Eduard Manenin 1863-cü ildə tamamladığı rəsm əsəri. Realizm cərəyanının nümunəsi olan əsər hal-hazırda Parisdə yerləşən Orse muzeyində sərgilənir. Tablo ilk dəfə 1865-ci ildə Paris Salonunda rəssamın digər əsəri olan "Əsgərlər tərəfindən xor baxılan İsa" rəsmi ilə birlikdə sərgiləndiyində böyük bir qalmaqala səbəb olmuşdur. Əsərdə fahişə olduğu təəssüratı oyandıran çılpaq ağ bir qadın üzərində yastıqlar olan bir yatağa uzanmış halda təsvir edilmişdi. Qadına əlində bir buket çiçək tutan zənci bir xidmətçi və qara pişik yoldaşlıq edirdi. Mane klassik tabloların əksinə heç bir əlavə fikir ehtiva etməyən gerçək bir çılpaq çəkmişdi. Dövrün tamaşaçıları və tənqidçiləri bir tanrı yerinə fahişənin mövzu edildiyi, kəskin ana xətlərə və təzad ehtiva edən sərt rənglərə sahib rəsm əsəri ilə qarşılaşdıqda çox təəccübləndilər. Rəsmdə təsvir edilən qadının izləyənlərə utanmazca baxması, işığın qadının solğun bədəninə və üzərində yatdığı atlaz ədyallarda əks olunması maraq çəkdi. Həmin il Paris Salonu haqqında yazılan 85 məqalənin 72-i gənc qızların və hamilə qadınların uzaq dayanmaları mövzusunda xəbərdar edildikləri "Olimpiya" rəsmi haqqında idi.
Qedunq Sate
Qedunq Sate Bandunq, Qərbi Yava, İndoneziyada ictimai bir binadır. Holland memar J. Qerber tərəfindən indiki İndoneziya elementlərini birləşdirən neoklassik memarlığı təsvirinə əsasən Niderland Ost-Hindi Dövlət Müəssisələrindən olan (Hökumət Sektorları Departamenti sözündən ibarətdir) bu bina 1920-ci ildə tamamlandı. Bu gün bina Qərbi Yava əyalətinin qubernatorluğu və muzey kimi xidmət edir. Onun ümumi adı Qedung sate indoneziyalıların "satay binasına" çevrilmiş bir ləqəbidir və bu binanın mərkəzi zirvəsinin şəklinə istinaddır - indoneziyanın ənənəvi yeməklərindən biri olan "satay" adına bənzəyir.
Rihey Sano
Rihey Sano (21 sentyabr 1912 - 26 mart 1992) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Same Heart
Same Heart (azərb. Tək Qəlb‎) — İsrailin 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Şano-Şatne
Şano-Şatne (fr. Chanoz-Châtenay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şatiyon-syur-Şalaron kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01084. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 360 km cənub-şərqində, Lion şəhərindən 50 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 16 km şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 706 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 437 nəfərin (15-64 yaş arasında) 362 nəfəri iqtisadi cəhətdən fəal, 75 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 82.8%, 1999-cu ildə 71.6%). Fəaliyyət göstərən 362 sakindən 335 nəfəri (178 kişi və 157 qadın), 27 nəfəri işsizdir (16 kişi və 11 qadın).
Şane (En)
Şane (fr. Chanay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sesel kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01318. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 80 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 50 km şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 617 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 383 nəfər (15-64 yaş) arasında 257 nəfər iqtisadi cəhətdən, 126 hərəkətsiz (fəaliyyət göstərici 67.1%, 1999-cu ildə 58.1%) idi. 257 aktiv sakindən 237 nəfər (110 kişi və 127 qadın) işləyir, 20 nəfər işsizdir (10 kişi və 10 qadın).
Banə
Banə- İranın Kürdüstan ostanının şəhərlərindən və Banə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 69,635 nəfər və 15,857 ailədən ibarət idi.
Nanə
Nanə (lat. Mentha) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Dünyada 25-30 qədər növü olan, sağlamlıq baxımından son dərəcə faydalı, xoş qoxulu bir bitkidir. Daha çox nəmli yerləri sevir. == Faydaları == İştah açır. Sinirləri sakitləşdirir və bədənə rahatlıq verir. Stressə və baş ağrısına yaxşı gəlir. Spazm və ürək döyüntüsü riskini azaldır. Qızdırmanı salır. Həzm sistemi və mədə üçün çox faydalıdır.
Sahə
Sahə (ölçü parametri) — səthin sahəsini ölçmək üçün kəmiyyət; Sahə (film, 2010) — Nariman Film tərəfindən çəkilmiş tammetrajlı bədii film; Sahə (Fizika) — müəyyən fiziki xassələrə malik boşluq; Yaşayış sahəsi — Yaşayış massivi nəzərədə tutulur; Elm sahəsi — Bir ixtisas daxilində təmərküzləşən elmi təsvir edir; Torpaq sahəsi — Yerin səthinin bir hissəsi; Fəaliyyət sahəsi — bir şəxsin və ya firmanın fəaliyyət göstərdiyi mövzu dairəsi.
Savə
Savə — İranın Mərkəzi ostanı, Savə şəhristanının mərkəzi olan şəhər. Şəhər Ərak bölgəsinin şimalında 34-35 en dairəsi və 49-50 uzunluq dairəsi arasında yerləşir. Savə şimaldan Zərəndiyyə şəhristanı, şərqdən Tehran bölgəsi, cənubdan Təfreş şəhristanı və Qum bölgəsi, qərbdənsə Həmədanla sərhəddir. == Statistik məlumat == Savə şəhərliyi: Bölümlərin ətraflı məlumatı: Kəndliklərin ətraflı məlumatı: Şəhərlərin Ətraflı məlumatı: == Coğrafiya == Savə şərqdə isti iqlimə yaxınlığı için isti havası var, qərb kəsimində isə dağlıq və soyuqdur.Şəhərliyin yayda orta temperaturu 29.6 °C-dir və ən yüksək temperaturu 48.5 °C olaraq Əhməd abad’da səbt olunub. Bütövlükdəysə orta temperaturu 18.2 °C ölçülüb.Şəhərliyin çox sahəsin düzənliklər təşkil edir. Bu düzənliklər Savə şəhərinin cənubundan başlayır və Qərq abad və Savən’i qapsayan Savə böyük düzənliyinədək və 1000 m yüksəkliyə qədər çəkilir.Mərkəzi və Lain düzənlikləri isə çox məhsulludur. Hündürlüklər şəhərliyin qərbinə yığışmış və şimal-qərbdə ən yüksəkliyinə çataraq zirvə yüksəkliyi 2930m olur. == Etnik tərkibi == Əhalinin mütləq əksəriyyəti Azərbaycan türkləri olub əsasən Xələc, Bayat, Əfşar, Bəydilli, Şahsevən, Muğanlı, Qacar və başqa türk tayfalarının soyundan gəlmədilər .
Xanə
Xanə (lat. tactus — toxunma; dəyər — təkan, zərbə) — ən güclü paydan başlanan və onun gücü yanında bərabər olandan əvvəl bitən musiqi metrinin vahididir. == Not yazısında xanə == Not yazısında xanə — iki xanə xüsusiyyətinin arasında bağlanmış notların və fasilələrin məcmusudur — not qamətində vertikal xətlər. Xanə miqdarla və onun metr vahidlərinin tipiylə təyin edilir — paylar — ölçüylə ifadə edilənlər. Not yazısında ölçü musiqi əsərinin başlanğıcında açardan sonra göstərilir (və ya dəyişən xanə), şərti, adi kəsr şəklində (məsələn, «3/2», «2/4», «6/8», «4/4» və s.) və ya onun şərti işarəsi (C 4/4 ekvivalentdir, 2/2 ekvivalentdir). Surətdə payların miqdarı göstərilir, məxrəcdə isə — onların nisbi uzunluğu. Not yazısında xanələr bir-birindən vertikal xüsusiyyətlə not qaməti eninə ayrılmışdır, hansı ki, xanə xüsusiyyəti adlanır. Takt xüsusiyyəti güclü paydan əvvəl qoyulur. Əgər əsər zəif paydan başlanırsa, onda başlanğıcda natamam xanə yaranır, hansı ki, yarımxanə adlanır. Çox zaman yarımxanə xanənin yarısını ötmür.
Şanen
Şanen (fr. Chaneins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Trivyo-syur-Muanyan kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01083. == Coğrafiyası == Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 38 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 32 km şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 820 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 527 nəfər əmək qabiliyyətli insanlar arasında (15-64 yaş arasında) 434 nəfər iqtisadi cəhətdən, 93 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 82,4%, 1999-cu ildə 71.7%). Fəal 434 sakindən 409 nəfər (225 kişi və 184 qadın), 25 nəfər işsiz (10 kişi və 15 qadın) idi.
Şans
Şans (film, 2004) — Rejissor Elçin Məmiyevin filmi. Şans (qəzet) — baş redaktoru jurnalist Azər Hüseynbala olan qəzet.
Abbasabad (Savə)
Abbasabad — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Zərənd bölgəsinin Ətraf kəndistanında, Zərənd qəsəbəsindən 11 km şimal-qərbdədir.
Abissal sahə
Abissal düzənlik — çökəkliyin dibində zəif maili, akkumulyativ, horizontal səthli, dərin dəniz düzənliyi. Onun yaranması suspenzion axınlar vasi­təsilə dib çöküntülərinin yerdəyiş­məsi prosesi ilə əlaqədardır. Abisal düzənlikləri okean dibinin sahəsinin təqribən 40%-ni əhatə edir və 2,500–5,500 metr dərinlikdə yerləşir. Onlar qitənin ətəyi ilə Orta-Okean silsiləsi arasında yerləşirlər.
Acan (Savə)
Acan — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Xərəqan bölgəsinin Ətraf kəndistanında, Xərəqan qəsəbəsindən 5 km şimaldadır.
Adaramənd (Savə)
Adaramənd — İranın Mərkəzi ostanında kənd. == Coğrafi yerləşməsi == Savə şəhristanının Xərəqan bölgəsinin Çaharoymaq kəndistanında, Razqan qəsəbəsindən 12 km şimaldadır.
Allüvial sahə
Allüvial sahə — çay çöküntülərindən əmələ gəlmiş sahə. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Axtac (Savə)
Axtac — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Xərəqan bölgəsinin Ətraf kəndistanında, Xərəqan qəsəbəsindən 30 km şimal-qərbdədir.
Ağ Şanı
Ağ Şanı — üzüm növü. Abşeronun yerli sortudur. Azərbaycan Respublikasının əksər üzümçülük rayonlarında, Dərbənddə, Həştərxan və Volqoqrad vilayətlərində becərilir. Kolları güclü böyüyəndir. Çardaqda, alleyada, sərilən formada (qumlu torpaqlarda) yaxşı məhsul verir. Bu onu göstərir ki, dayağı şpalerdən ibarət olan üzümlüklərdə kordon və kombinələşmiş formalar tətbiq edilməlidir. Çiçəkləri funksional dişi tiplidir. Qara Şanı onun ən yaxşı tozlayıcısıdır. Mərdəkanda, Bilgəh və Fatmayıda Ağ Şanı Qara Şanı ilə qarışıq əkilir. Siyezen ve Zarat bolgelerinde,en yaxshi mehsul veren "Fransa süfre üzüm sortu"dur.
Ağqala (Savə)
Ağqala — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Növbəran bölgəsində, Bəyat kəndistanında, Növbəran qəsəbəsindən 15 km şimal-qərbdədir.
Ağçaqala (Savə)
Ağçaqala — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Növbəran bölgəsinin Bəyat kəndistanında, Növbəran qəsəbəsindən 24 km cənub-qərbdə, Qaraçay çayının sahilindədir.
Banə şəhristanı
Banə şəhristanı — İranın Kürdüstan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Banə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 116,773 nəfər və 24,709 ailədən ibarət idi. == Tarixi == İslamdan öncə Banədə qəqo adlanan bir zərdüşti tayfa yaşam sürərmiş ki ərəblərin bu bölgəyə yürüş keçirməsindən sonra ixtiyarəddinlilər onun hökümətini ələ keçirdə bildilər.Qəməri 13-ücü yüzilliynə qədər banənin adı bərujəimiş ki kürd dilində günəş işığını çox tutan yer deməkdir.Banə birinci dünya müharibəsindən öncə və ikiinci dünya müharibəsində iki yol od tutub,bütünlükdə məhv olmuşdur.Banənin şimal-şərqində eramızadək gəlib çıxmış köhnə qəbristanın qalıqları mövcüddür. == Etmiologiyası == Ban sözü kürdcədə yüksək və uca yer anlamında istifadə edilir.Şəhərin hündür bir məntəqədə yerləşməsindən asılı olaraq buraya belə ad verilib.