SAYƏ

is. [ fars. ]
1. Kölgə.
Sən bir ağacsan ki, ömründə heç kəs; Nə sayə görübdür, nə səmər səndən. Q.Zakir.
[Dərviş:] Ruqiyyə əvəzində duman arasında sayə görürdüm… A.Divanbəyoğlu.

□ Sayə salmaq – kölgə salmaq, kölgələmək.
Qaşın qabağında sığallı birçək; Sayə salmış üzə şölə mübarək. M.P.Vaqif.

2. məc. Himayə, mühafizə, qoruma.
[Pərvizxan:] Mərhəmətiniz artıq, lütfünüz ziyadə, sayəniz kəm olmasın. M.S.Ordubadi.

□ Sayə salmaq – himayə etmək, mühafizə etmək, kömək etmək, himayəsi altına almaq.
Şahlar şahı sayə salsın üstümə; Ələsgərtək bəxtiqara dolansın. Aşıq Ələsgər.

3. Sayəsində şəklində – “nəticəsində”, “səbəbilə”, “köməyilə” mənalarında.
Müəllimlərin səyi və qeyrəti sayəsində çox qövm və tayfalar xoşbəxt olub ağ günə çıxıblar… F.Köçərli.

◊ Bu (o) sayədə – bunun (onun) nəticəsində, səbəbilə, üzündən.
Qoy cahan elm ilə pürnur olsun; Vətən o sayədə məmur olsun. A.Səhhət.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SAYƏ sayə bax kölgə 1

Omonimlər

  • SAYƏ SAYƏ I is. [ fars. ] Kölgə. Qaşın qabağında sığallı birçək; Sayə salmış üzə şölə, mübarək (M.P.Vaqif)
SAYDIRMAQ
SAYƏBAN
OBASTAN VİKİ
Keyni Sayə
Keyni Sayə (fars. کینی‌سایه‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 332 nəfər yaşayır (103 ailə).

Digər lüğətlərdə

ко́мышком позаме́шкаться прое́ктец рубе́ль сме́на бе́ри-бе́ри вагоне́тчик верте́пный вжать здравотде́л милёнок нарезать окостене́лость онемева́ть предста́вь сце́живать all but bottoming fatherless splenial sure-footed typesetter займище нехороший погашение