Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Davud sapandı
Davud sapandı ((ivr. ‏קלע דוד‏‎, Rom: Kela David) eyni zamanda əvvəllər Sehrli Çubuq (ivr. ‏שרביט קסמים‏‎, Rom: Sharvit Ksamim) kimi də tanınıb) və ya Stanner (ing. Stunner, ingiliscə stun sözündəndir — gicəlləndirmək; çaşdırmaq, yayındırmaq deməkdir) — İsrailin müdafiə sənayesi məhsullarının istehsalı ilə məşğul olan şirkəti Rafael inkişaf etmiş müdafiə sistemləri və Amerikanın müdafiə sənayesi istehsalçısı olan Raytheon şirkətinin müştərək istehsalı olan və İsrail Müdafiə Qüvvələrinin istifadəsində olan hava hücumundan müdafiə sistemidir Hava hücumundan müdafiə sistemi düşmən təyyarələrini, pilotsuz uçuş aparatlarını, taktiki ballistik raketləri, orta və uzun mənzilli raketlər və qanadlı raketləri məhv etmək üçün nəzərdə tutulmuş və 40 km (24,85 mil) ilə 300 km (186,41 mil) arasında mənzilə malikdir. Davud sapandının İsrail ordusunun arsenalında olan MIM-23 Hawk və MIM-104 Patriotu əvəz etməsi gözlənilir. Davud sapandı İsrailin raket hücumundan müdafiə sisteminin ikinci mərhələsini dəstəkləmək üçündür. Davud sapandının adı Müqəddəs Kitabdakı Davud və Calut haqqında olan hekayədən götürülmüşdür. Arrow 2, Arrow 3, Dəmir Qübbə, Barak 8 və Dəmir şüadan ibarət olan İsrailin inkişaf etdirməkdə olduğu və gələcəkdə istifadə etməyi planlaşdırdığı çoxqatlı raketdən müdafiə sisteminin bir hissəsini təşkil etməlidir.
Sapand
Sapand -bir ucunda, barmağa keçirmək üçün ilgək olan, ipdən atıcı soyuq silah və ov vasitəsi. Sapand ipinin ortasındakı enliyə daş yerləşdirilərək, ipin bir ucunda olan ilgək barmağa keçirilir, o biri ucunda olan düyün isə, həmin əlin barmaqları ilə sıxılaraq, başın üzərində, üfuqi müstəvidə, ya da, əgər döyüş sıx səfli cərgədə baş verirsə, yandan şaquli müstəvidə fırladılır. Lazımı fırlanma sürəti yığılandan sonra, ipin düyünlü ucu buraxılır. Daş ətalət qanununa tabe olaraq atılır.
Sakıp Sabançı
Sakıp Sabançı — Türkiyə sahibkarı Sabançı 1933-cü il aprelin 7-də doğulub. Hacı Ömər və Sadiqə Sabançıların 6 oğul övladından ikincisidir. 1948-ci ildə aylıq 25 lirə maaşla "Akbank""da stajor məmur kimi fəaliyyətə başlamışdır. Xəstəliyi səbəbiylə heç liseydə təhsilini də tamamlaya bilməyən Sabançı bir qədər sonra BOSSA un fabrikində işə başlayıb. Fitri istedadı və qabiliyyəti sayəsində 24 yaşında fabrikdə baş direktor müavinliyinə qədər yüksəlib. Atası vəfat etdikdən bir il sonra - 1967-ci ildə qardaşları İhsan, Hacı, Şövkət, Erol və Özdəmirlə birlikdə sonradan bütün dünyaya səs salacaq "Hacı Ömər Sabançı Holdinq""i quraraq onun başçısı olub. Hazırda holdinqin tərkibində 30 min işçinin çalışdığı 73 şirkət var. Bank sektorundan sement istehsalına, avtomobil şinləri istehsalından qida sektoruna, pərakəndə ticarətə qədər 21 müxtəlif biznes sahəsində fəaliyyət göstərən holdinqin illik gəliri 10 milyard dollardan çoxdur. 1981-ci ildə xaricdə (Londonda) türk sərmayəsi ilə ilk bank quruldu – "Akinternational bank". Bu proyektin arxasında məhz Sabançı imzası vardı.
Dapanci
Dapanci (çin. ənən. 大盘鸡, pinyin: Dàpánjī) və ya çon təxsə toxu korumisi (uyğ. چوڭ تەخسە توخۇ قورۇمىسى, чоң тәхсә тоху қорумиси, qong təhsə tohu ⱪorumisi) — buxarda bişirilmiş toyuq növü. Çinin Sincan-Uyğur Muxtar Rayonuna aid məşhur bir yeməkdir. == Etimologiya == Dapanci Çin dilində "böyük boşqab toyuğu" deməkdir. Yeməyin uyğur dilində olan adındakı çon (چوڭ, Чоң, qong) "böyük", təhsə (تەخسە, Тахсә, təhsə) "süfrə", toxu (توخۇ, Тоху, tohu) "toyuq", korumisi (قورۇمىسى, Korumisi, ⱪorumisi) isə "qızardılmış" deməkdir. == Tarix == Yemək 1990-cı illərin ortalarında Çinin Sincan bölgəsində populyarlıq qazanmışdır. İddia edilir ki, yemək ilk dəfə Sıçuan bölgəsindən olan, çili bibərini toyuq və kartofla qarışdıran bir miqrant tərəfindən Şimali Sincanın Şavan şəhərində hazırlanmışdır. Yeməyin mənşəyinin Şavan olduğu düşünülsə də, başqa iddialar da mövcuddur.
Hacı Sabancı
Hacı Sabancı (1935-ci il, Akçakaya, Kayseri – 26 iyul, 1998-ci il) - Türkiyə iş adamı. == Həyatı == Orta məktəbi Adanada bitirib. Əmək fəaliyyətinə ailələrinin Sabancı Grubunda başlayıb. Çukurova Universitetii və Şərqi Aralıq Dənizi Universiteti tərfindən "Fəxri Doktor" adına layiq görülüb. Tükiyə Prezidenti Süleyman Dəmirəl tərəfindən Türkiyə Cumhuriyyyəti Dövlət Yüksək Xidmət Medalı ilə təltif edilib. Balkanların ən Üstün Təşkilatçısı fəxri adına layiq görülüb. 1958-ci ildə Özcan xanımla ailə hayatı qurub. Ömər, Dəmət və Mehmet adında üç oğlu var.
Sabancı (Avurğazı)
Sabancı (başq. Һабансы, rus. Сабанчи) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Batır kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 13 km, ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 21 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlarlar (78%) üstünlük təşkil edir.
Sabancı Universiteti
Sabancı Universiteti (azərb. Sabancı Üniversitesi‎) — 1994-cü ildə Sabancı Cəmiyyəti tərəfindən Hacı Ömer Sabancı Vəqfinin rəhbərliyi ilə qurulan və ilk tələbələrini salamlayaraq 1999-cu ilin oktyabrında tədrisə başlamış bir özəl universitet. Sabancı Universiteti, Türkiyədə liberal elmlər tərzi təhsil verən tək ali təhsil təşkilatıdır. Bu sistemə əsasən, bütün tələbələr birinci sinifdə əsas sinif qrupuna məruz qalırlar, ikinci sinifdə müəyyən bir kafedraya fokuslandıqdan sonra ikinci sinifdəki təcrübələri nəticəsində proqramlarını ikinci sinifin sonunda seçə bilərlər. Sabancı Universitetinin qurulma prosesi, ali təhsil müəssisələrini özəl fondlara açmaq və fəaliyyət göstərmək hüququnun tanınması ilə başladı. Sabancı Qrupu, 1994-cü ildə Hacı Ömər Sabancı Vəqfinin rəhbərliyi ilə Sabancı Universitetinin təsis qərarını qəbul etdi. 1995-ci ilin avqustunda, 22 fərqli ölkədən, müxtəlif universitetlərdən, elm mərkəzlərindən 50-dən çox alim, tədqiqatçı, tələbə və iş adamı İstanbulda bir araşdırma konfransında bir araya gəldi. Konfrans salonunda qurulacaq universitetin fəlsəfəsinin "Birlikdə yaradılması və inkişaf etdirilməsi" qərara alındı. Bu konfrans tələbə istiqamətləri araşdırması və akademik proqramlar tərəfindən dəstəklənən dizayn komitələrinin işi ilə izlənildi. Sabancı Universitetinin yaradılmasına icazə verən qanun 5 iyun 1996-cı ildə qəbul edildi və Universitet şəhərciyinin təməli 31 iyul 1997-ci ildə qoyuldu.
Sapanca gölü
Sapanca gölü — Adabazarı ilə İstanbul arasında Kocaeli sərhədinə yaxın bölgədə, Sapanca ilçəsi içində göl. Sapanca gölü, Şərqi Mərmərə bölgəsində, Sakarya şəhər mərkəzinin 12 km qərbində, İzmit şəhərinin isə 27 km şərqində yerləşən tektonik mənşəli bir şirin su gölüdür. Şərq-qərb uzanımlı olan gölün şərq seqmenti Sakarya ilinin sərhədləri içərisində, qərb seqmenti isə Kocaeli ilinin sərhədləri içində yerləşir. Gölün içində olduğu bölgə, cənubda Samanlı dağları, şimalda isə Kocaeli Penepleni olaraq adlandırılan morfotektonik strukturlar arasında yer alan və Şimali Anadolu fayının şimal qoluna aid segmentlərlə məhdudlaşdırılmış olan İzmit-Sapanca dəhlizi üzərindədir.
Sabancı mərkəz məscidi
Sabancı mərkəz məscidi — Adananın Rəşadbəy bölgəsində, Mərkəzi parkın cənubunda və Seyhan çayının qərb sahilində yerləşir. 1998-ci ildə istifadəyə verilmişdir. 32 metr diametrli əsas günbəzi vardır. Məscidin layihə memarı Nəcib Dinçdir. Yaxın Şərqin və Türkiyənin ən böyük məscididir. Sabancı mərkəz məscidi tarixi bir struktur olmamasına baxmayaraq, monumental kütləsi, uğurlu arxitekturası və şəhər siluetində görkəmli duruşu ilə yerli və əcnəbi ziyarətçinin diqqətini cəlb edir. Sabancı mərkəz məscidi, Adana şəhərinin mərkəzində, Seyhan çayı sahilində yerləşən Türkiyənin ən böyük məscididir. 32 metr diametrli baş tağı ilə Türkiyənin ən böyük künbəzə malik məscidi oarak qəbul edilir. Yaxın şərqin ən böyük məscidi kimi də qəbul edilir. Sabancı mərkəz məscidi, mövqeyi etibarilə Adanada yerləşən baş arter-lərin, dəmir yolunun və Adana ətraf rayon və rayonlara birləşdirən yolların kəsim nöqtəsində və hündür minarələri kilometrlərlə uzaqdan görünür olması səbəbindən şəhərin sanki simvolu halına gəlmişdir.
Sakıp Sabancı muzeyi
Sakıp Sabancı muzeyi (türk. Sakıp Sabancı Müzesi) — Türkiyənin İstanbul şəhərində, Sabancı Universitetinin nərzində, xəttatlıq, dini və dövlət sənədlərinə, eləcə də Osmanlı dövrünə aid rəsmlərə həsr olunmuş özəl təsviri sənət muzeyi. 2002-ci ildə ziyarətçilərin üzünə açılan muzey İstanbulun Boğaziçi boyu ən qədim yaşayış məskənlərindən biri olan Əmirqanda "Atlı Köşk" (At malikanası) deyilən yerdə yerləşir. Muzey Pablo Pikassonun və Avqust Rodinin əsərlərini nümayiş etdirərək dünyanın diqqətini çəkmişdir. 1927-ci ildə italyan memarı Eduard De Nari tərəfindən inşa edilən malikanənin ilk sahibləri Misirli xidivlər ailəsi olub. Uzun illər yay iqamətgahı kimi istifadə edilən villa bir müddət Monteneqro səfirliyi kimi də fəaliyyət göstərib. Hacı Ömər Sabancının 1950-ci ildə aldığı malikanə, elə həmin il fransız heykəltəraş Lui Dümanın 1864-cü ildə düzəltdiyi və bağçaya qoyulduğu at heykəlinə görə "Atlı Köşk" adlandırılmışdır. Binanın ərazisindəki 2-ci at heykəli İstanbulun Sultanəhməd meydanından götürülmüş, 1204-cü ildə Dördüncü Səlib yürüşü zamanı səlibçilər tərəfindən talan edilmiş və San Marko Venesiya Kilsəsinin qarşısına qoyulmuş 4 atdan birinin heykəlidir. 1966-cı ildən malikanədə yaşayan Sakıp Sabancı 1998-ci ildə binanı və içindəki zəngin xəttatlıq və rəsm kolleksiyasını muzeyə çevrilmək üçün Sabancı Universitetinə bağışladı. 2002-ci ildə müasir qalereya əlavə edilərək ziyarətçilərin ixtiyarına verilən muzeyin sərgi sahələri 2005-ci ildə genişləndirilərək texniki səviyyədə beynəlxalq standartlara çatdırılıb.