SAPLANMAQ

məch.
1. Dəstəsinə qədər batmaq, girmək, keçmək, soxulmaq.
Onu hey andıqca hər axşam, səhər; Qəlbimin başına saplanır xəncər. A.Şaiq.

// məc. Batmaq, sancılmaq.
[Səlim:] Ah! Bu yalan bir söz, zəhərli bir ox; Ağzından uçub qəlbimə saplanır. H.Cavid.
Fəqət bu qəhrəmanlıq, bu çevikliyə qarşı qüvvətli bir mizraq onun qəlbinə saplandı. H.Nəzərli.

2. məc. Dikilib qalmaq (göz, baxış haqqında).
Nəhayət, gözləri Mənsurun gözlərinə saplandı, baxdı, baxdı, heç bir söz demədi. C.Cabbarlı.

SAPLANMA
SAPLI

Digər lüğətlərdə