Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sarıtala
Sarıtala — Azərbaycan Respublikasının Tovuz rayonunun Sarıtala kənd inzibati ərazi dairəsində kənd. 7 mart 2012-ci ildə Ağacqala kəndi Sarıtala kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Ağacqala kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrinə daxil edilmişdir. Kənd XVIII əsrdə Xınna (indiki Yanıqlı) kəndindən çıxmış Ələkbər, Qasım və Ələsgər adlı qardaşların Sarıtala adlanan yerdə məskunlaşması nəticəsində yaranmış­dır. Talanın adı isə torpaq örtüyünün rəngi ilə bağlı olmuşdur. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd dağətəyi ərazidə yerləşir. Kənddə Sarıtala kənd kitabxana filialı, Sarıtala kənd klubu, Sarıtala poçt şöbəsi (AZ6036) fəaliyyət göstərir. Kənddə Zabit Məmmədov adına Sarıtala kənd tam orta məktəbi fəaliyyət göstərir. 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 425 000 manat vəsait ayrılmışdır. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Sarıtala bələdiyyəsi
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaratala
Qaratala — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Bölgənin digər yaşayış məntəqələri kimi Qaratala kəndinində tarixi çox qədimdir. Ən əski dövrlərdən kənd ərazisində Türk uyğarlıqları yaşamışdır. Qafqaz Albaniyasına daxil olan kənd ərazisində Türksoylu və Türkdilli Saqalar(Saklar) məskunlaşmışdır. Erkən orta əsrlərdə Azərbaycan ərazisinə Hunlar,Peçeneqlər,Barsillər,Xəzərlər və.s kimi Türk tayfaları köç etmiş,elə bu səbəbdəndir ki,kənddə əhalinin genetikası və dili heç pozulmadan,original qalmışdır. Həmçinin Türklər kəndə önəmli kültür ornamentləridə qazandırmışdır. Daha sonra Azərbaycana gələn Səlcuqi-Oğuzlar və Elxanilər dövründə şimala axın etmiş Türk boylarıda kənddən yan keçməmiş,sonralar kəndin əsas etnik sütununu təşkil etməyə başlamışdır. Bütün bunları nəzərə alaraq biz rahatlıqla kəndin Qədim Türk-Oğuz yurdu olduğunu deyə bilərik. Kənddə Oğuz boylarının yaşaması faktını kəndlə qonşuluqda yerləşən Oncallı kəndi ərazisindəki Oğuz qəbiristanlığı ilədə isbat etmək mümkündür. Kənd əhalisinin antropoloji xüsusiyyətlərinə gəlincə isə əhali Turanid və Oğuz irqi tipindədirlər.
Sarıbaba
Sarıbaba (Laçın) — Laçın rayonunda kənd. Sarıbaba (Şuşa) — Şuşa rayonunda kənd.
Sarıcalar
Sarıcalar (Saatlı) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Sarıcalar (Zəngibasar) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd olmuşdur. Sarıcalar (Türkiyə) — Bolu ilinin Göynük ilçəsinin kəndi Sarıcalar (cins) — Ağ kəpənəklər fəsiləsinə aid kəpənək cinsi.
Sarıcalı
Sarıcalı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Sarıcalı (Ağdam) Sarıcalı (Çəmənli, Ağdam) — Ağdam rayonunun Çəmənli inzibati ərazi dairəsində kənd. Sarıcalı (Sarıcalı, Ağdam) — Ağdam rayonunun Sarıcalı inzibati ərazi dairəsində kənd. Sarıcalı — Azərbaycan Respublikasının Tərtər rayonunun Sarıcalı kənd inzibati ərazi vahidində kənd. Yuxarı Sarıcalı — Azərbaycan Respublikasının Tərtər rayonunun Düyərli kənd inzibati ərazi vahidində kənd. Sarıcalı — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının Takab şəhristanının inzibati ərazi vahidində kənd. Sarıcalu — İranda, Zəncan ostanının Əbhər şəhristanının Sultaniyə bəxşinin Gözəldərə dehestanında kənd. Sarıcalı (Urmiya) — Sarıcalı (Takab) — Sarıcalı (Sultaniyə) Oxşar Sarıcalı oymağı — Cavanşir elinin qollarından biri. Sarıca — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.
Sarıqaya
Sarıqaya (Samux) —
Sarıcalı (Sarıcalı, Ağdam)
Sarıcalı — Azərbaycan Respublikasının Ağdam rayonunun Sarıcalı kənd inzibati ərazi dairəsində kənd. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Sarcalı kəndinin adı Cavanşirlərdən Sarı Alının adından götürülmüşdür, çox sarı olduğu üçun ona Sarıca Alı deyiblər və toponim də buradan yaranmışdır. Bu əhalinin də həmin tayfadan olduğu deyilir. Orta əsrlərdə Qarabağda yaşamış Cavanşir tayfasının oymaqlarından birinin adı. Bu oymaq Xaçın nahiyəsində Tərnəgüt ətrafında qışlayır, başqa adı “Torpaqbulaq“ olan Küştaş adlı yerdə yaylayır, indiki Ağcabədi rayonunda Bayat kəndi yaxınlığında Doğalan və Zəliyan çayları arasında əkinçiliklə məşğul olurdu. 1823-cü ilə aid mənbəyə aid Sarcalı eli 5 kiçik maldar elatdan ibarət idi. XIX əsrin ortalarında oturaq həyata keçdikdən sonra Sarcalı adlı kəndlər yaranmış və bir birindən fərqləndirilməsi üçün İncilli Sarıcalısi, Yetim Sarcalısı, Dərgahlı Sarjalısı, Çəmənli Sarcalisi (yaxud Əmiraslanbəyli Sarcalısı) və Sarcalı-Yedditəpə adlanmışdır. Ağdam rayonundakı Sarcalı kəndinin tam adı Dərgahlı Sarcalısı (Sovet dövründə "Ağdamkənd Sarcalısı") olmuşdur. Youtube-da bax :Bir kəndin nağılı.
Ayıtala
Sarıyal
Böyük Sarıyal Kiçik Sarıyal Sarıyal — Xanlar rayonu ərazisində dağ. Hündürlüyü 1821 m. Sarıyal — Xanlar rayonunda dağ. Hündürlüyü 1640 m.
Keçəldağ (Sarıqaya)
Keçəldağ — Azərbaycanda, Abşeron rayonu, Novxanı qəsəbəsi, Sarıqaya yaşayış massivi ərazisində yerləşən təpə. Təpənin hündürlüyü 109 metrdir. Təpə Abşeron yarımadasının şimal hissəsində yerləşən ən hündür zirvələrdən biridir.
Qaratala bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sarıbaba (Laçın)
Sarıbaba (əvvəlki adı:Ağbulaq (?–2015)) — Azərbaycan Respublikasının Laçın rayonunun Zerti kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. 29 may 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Zerti kənd inzibati ərazi dairəsi tərkibindəki Ağbulaq kəndi Sarıbaba kəndi adlandırılmışdır. Sarıbaba kəndi Qarabağ silsiləsinin ətəyindədir.
Sarıbaba (Şuşa)
Sarıbaba (əvvəlki adı: Yextsahoq); həmçinin bəzi mənbələrdə Salatınkənd — Azərbaycan Respublikasının Şuşa rayonunun Sarıbaba kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan toponimlərinin ensiklopedik lüğətində qeyd olunur ki, yaşayış məntəqəsində XIX əsrdə İrandan köçüb gəlmiş erməni ailələri yerləşdirilmiş və sonralar Yextsahog (ermənicə "kilsə yeri") adlandırılmışdı. Həmçinin lüğətdə qeyd olunur ki, 1991-ci ilin yanvarında kəndə ermənilərin vəhşicəsinə qətlə yetirdiyi jurnalist Salatın Əsgərovanın adı verilmişdir. Lakin 5 oktyabr 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Şuşa rayonunun Yextsahoq kənd inzibati-ərazi vahidi tərkibindəki Yextsahoq kəndi Sarıbaba dağının adı ilə Sarıbaba kəndi adlandırıldı, Yextsahoq kənd inzibati-ərazi vahidi isə Sarıbaba kənd inzibati-ərazi vahidi adlandırıldı. Hal-hazırda Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsü təsnifatında sözügedən kəndin adı Sarıbaba kimi göstərilibdir. 14 dekabr 2021-ci il tarixində Milli Məclisin payız sessiyasının iclasında deputat Qənirə Paşayeva bildirmişdi ki, Salatın Əsgərova şəhid olan zaman o vaxtkı dövlət rəsmiləri onun qətlə yetirildiyi kəndə Salatın Əsgərovanın adının veriləcəyini və Salatınkənd adlanacağını vurğulasa da, illər sonra oğlu Ceyhun Əsgərovun araşdırmaları zamanı 1998-ci ildə kəndin adının dəyişdirildiyi amma Salatınkənd adlandırılmadığı aydın olub. Qənirə Paşayeva həmçinin öz çıxışında Salatın Əsgərovanın 60 illik yubileyində evladının, bir çox həmkarlarının və ziyalıların xahişini dövlət rəsmilərinə çatdıraraq çıxışında Salatın Əsgərovanın şəhid olduğu kəndin onun şərəfinə Salatınkənd adlandırılmasını xahiş etdi. Jurnalist Sultan Laçının araşdırmasına görə, Salatın Əsgərovanın qətlə yetirildiyi həmin il Azərbaycan parlamentinin qərarıyla kənd onun xatirəsinə Salatınkənd adlandırılıb, lakin sonradan nədənsə həmin qərar Azərbaycan hökuməti tərəfindən rəsmiləşdirilməyib və kənd rəsmən Sarıbaba adını daşıyır. Həmçinin, Sultan Laçın 1991-ci ildən bəriki bütün yazılarında həmin məntəqəni Salatınkənd kimi göstərdiyini bildirir. Kənd dağətəyi ərazidə yerləşir.
Sarıcalar (Saatlı)
Sarıcalar — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 2780 nəfərdir. Saatlı r-nunun eyni­adlı i.ə.v.-də qəsəbə. Muğan düzündədir. Əsl adı Sancalılardır. Sonralar təhrif olunaraq Sancalar formasına düşmüşdür. Yaşayış məntəqəsi bəhmənli tayfasının sarıcalı (sarıcaəlili) qolunun məskunlaşması nəticə­sində yaranmışdır.
Sarıcalar (Zəngibasar)
Sarıcalar — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd olmuşdur. Rayon mərkəzindən 8 km cənub-qərbdə, Zəngi çayının yanında yerləşirdi. Zəngibasar rayonu yaradılanadək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Saracalar formasında verilir. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində Sarucalar kimidir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. 1588-ci ilə aid mənbədə Qarabağda qışlayan bir el Sarıcalı adlanırdı [167]. XIX əsrin əvvəllərində Qarabağda yaşayan tayfalardan biri Sarıcalı idi Mənşəcə bu tayfa Əfşarlara məxsusdur. Toponim sarıcalılar türk tayfasının adı əsasında yaranmışdır.
Sarıcalar (cins)
Sarıcalar (lat. Colias) — Ağ kəpənəklər fəsiləsinə aid kəpənək cinsi. Qanadlarının kənarları dairəvi olması ilə seçilir. Cins 70 bioloji növü özündə birləşdirir. Onlar əsasən tropik qurşağdan kənar ərazilərdə yayılmışlar.
Sarıcalı-Quzanlı
Quzanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Quzanlı qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Quzanlının tam adı Sarıcalı-Quzanlıdır. Kənd Qarabağda yaşamış böyük bir türk tayfasının adı ilə bu cür adlandırılmışdır. XX əsrin ikinci yarısında Sofulu, Sarıcalı (Cır Sarıcalı), Çaylı kəndləri Quzanlıya köçürülüb. Quzanlıda, Şahbəyli, Birinci Quzanlı, İkinci Quzanlı, Ana Quzanlı, Bala Quzanlı, Çaylı, Məmmədli və "Kommunist" adlanan məhəllələr mövcud olub. 1593-cü ilin məlumatına görə, Quzanlı tayfası Bərdə mahalının Sir nahiyəsində yaşayırdı. Mənşəcə VI əsrdə Altaydan Cənubi Avropaya qədər geniş bir ərazini əhatə etmiş, Türk xanlığının əsasını qoymuş və mənbələrdə adı Kuzan/Kuzen/ kimi qeyd olunmuş tayfa adı ilə bağlıdır. Ehtimal ki, XIII əsrdə Mil düzündə Beyləqan rayonu yaxınlığında adı çəkilən Kizan/Xizan/ qalasının adı da bu tayfanın adı ilə əlaqədardır. Kənddə Dəlləkoğlu, Məmmədlilər, Mollahüseynli, Kərbalayi Abdulla, Əmrahovlar, Çaylı, Allahverənli, Sudhallaclı və s. nəsillər yaşayırlar.
Sarıcalı (Ağcabədi)
Sarıcalı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Sarıcalı kənd inzibati ərazi dairəsində kənd. Əhalisinin sayı 1591 (01.01.2007-ci ilə aid olan statistik məlumata görə) nəfərdir. Kənd əhalisi əsasən, heyvandarlıq, taxılçılıq, pambıqçılıq və baramaçılıqla məşğul olur. Sarıcalı yaşayış məntəqəsi cavanşir tayfasının sarıcalı (əslində sarıcaəlili) qolunun burada məskunlaşması nəticəsində yaranmışdır. Qədimdə sarıcalılar türk tayfası bəhmənli elinə mənsub idilər. Onlar orta əsrlərdə cavanşir tayfasına qarışmışlar.XIX əsrin əvvələrində sarıcalılar Dərgahlı sarıcalısı, Əmiraslanbəyli sarıcalısı, Çəmənli sarıcalısı, İncilli sarıcalısı, Yetim sarıcalısı, Novruzlu sarıcalısı adlı tirələrə bölünmüşdülər.XX əsrin 30-cu illərinə qədər Ağdamın Novruzlu kəndi yaxınlığında da Sarıcalı adlı kənd olub. Qarabağ xanı olan Pənahəli xan bu tayfadandır.Ağdam, Tərtər, Cəbrayıl rayonlarında da Sarıcalı adlı kənd vardır. Tofiq Sarıcalınski — Dövlət xadimi Rüstəm Rüstəmov — Professor , alim Ələsgər Rüstəmov — Hüquqşünas Youtube-da bax: Bir kəndin nağılı. Sarıcalı (film) Kəmalə Sarıdcalinskaya — Hüquqşünas, Zakavkaziyada ilk qadın kriminalist.
Sarıcalı (Ağdam)
Sarıcalı (Çəmənli, Ağdam)
Sarıcalı (Sultaniyə)
Sarıcalı (fars. ساريجالو‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 451 nəfər yaşayır (115 ailə).
Sarıcalı (Takab)
Sarıcalı (fars. ساري جالو‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 141 nəfər yaşayır (28 ailə).
Sarıcalı (Tərtər)
Sarıcalı — Azərbaycan Respublikasının Tərtər rayonunun Sarıcalı kənd inzibati ərazi vahidində kənd. Zolgəran Youtube-da bax :Bir kəndin nağılı.
Sarıcalı (Urmiya)
Sarıcalı (fars. ساريجالو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 228 nəfər yaşayır (72 ailə).
Sarıcalı (Xudafərin)
Sarıcalı (fars. ساري جالو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 382 nəfər yaşayır (96 ailə).
Narikala
Narikala (gürc. ნარიყალა; azərb. Narınqala və ya İsgəndər qalası‎) – Gürcüstanın paytaxtı Tbilisi və şəhərdən keçən Kür çayını nəzarətdə saxlayan qədim qaladır. İki qatlı divarlara malik qala, Tbilisi botanika bağı və mineral su hamamları arasındakı hündür təpənin üstündə yerləşir. Qalanın aşağı həyətində yeni restavrasiya edilmiş Müqəddəs Nikolay kilsəsi yerləşir. Bu kilsə, yanğın nəticəsində məhv olmuş XIII əsr kilsəsinin yerində 1996-1997-ci illərdə inşa edilmişdir. Xaçvari plana malik yeni kilsənin üç tərəfində giriş qapıları vardır. Kilsənin interyeri Gürcüstan tarixinə və Bibliya mövzularına həsr olunmuş freskolarla bəzədilmişdir. IV əsrdə əsası qoyulmuş qala Suris-tsixe (Qısqanclıq doğuran qala) adlandırılmışdır. VII əsrdə qala Əməvilər, daha sonra Qurucu David (1089-1125) tərəfindən ələ keçirilmişdir.
Nariqala
Narikala (gürc. ნარიყალა; azərb. Narınqala və ya İsgəndər qalası‎) – Gürcüstanın paytaxtı Tbilisi və şəhərdən keçən Kür çayını nəzarətdə saxlayan qədim qaladır. İki qatlı divarlara malik qala, Tbilisi botanika bağı və mineral su hamamları arasındakı hündür təpənin üstündə yerləşir. Qalanın aşağı həyətində yeni restavrasiya edilmiş Müqəddəs Nikolay kilsəsi yerləşir. Bu kilsə, yanğın nəticəsində məhv olmuş XIII əsr kilsəsinin yerində 1996-1997-ci illərdə inşa edilmişdir. Xaçvari plana malik yeni kilsənin üç tərəfində giriş qapıları vardır. Kilsənin interyeri Gürcüstan tarixinə və Bibliya mövzularına həsr olunmuş freskolarla bəzədilmişdir. IV əsrdə əsası qoyulmuş qala Suris-tsixe (Qısqanclıq doğuran qala) adlandırılmışdır. VII əsrdə qala Əməvilər, daha sonra Qurucu David (1089-1125) tərəfindən ələ keçirilmişdir.
Şaşikala
Şaşikala Cavalkar-Sayqal (Maratx dilində: शशिकला जवळकर-सैगल; 4 avqust 1932, Solapur[d], Britaniya Hindistanı – 4 aprel 2021, Mumbay) və ya səhnə adı ilə Şaşikala — Hindistanlı aktrisa. O, 4 avqust 1932-ci ildə müasir Maharaştra əyalətinin Solapur rayonunda varlı ailədə anadan olmuş və eyni zamanda da ailəsindəki altı uşağın ən kiçiyi olmuşdur. Onun atası Anantrao Cavalkar parça taciri idi və özünün dükanı var idi, lakin şəraitin pisləşməsi səbəbindən müflis olmuş, bundan sonra ailənin hətta yeməyə belə pulu qalmamışdır. Onda beş yaşı olan beş yaşlı Şaşikala rəqs və dram dərnəyinə qoşulmuş və ailəyə maddi köməklik etmək üçün onunla birlikdə rayonun müxtəlif yerlərində çıxışlar etmişdir. Nəticədə ailənin dostlarından biri ona kinoda iş axtarmağı təklif etmişdir. Bunun üçün ailə Bombaya köçmüş və burada Şaşikala atası ilə birlikdə iş axtarışı üçün kinostudiyalara müraciət etməyə başlamışdır. Beləliklə o burada, 1945-ci ildə çəkilmiş Qızım Zinət filmində qız rolunu oynamağı təklif edən Nur Cahanın diqqətini cəlb etmişdir, lakin Şaşikala o zaman filmin çəkildiyi urdu dilini bilmədiyi üçün o, yalnız qavvali səhnəsində iştirak edə bilmiş və bunun üçün 25 rupi almışdır. Nur Cahanın dəstəyi ilə o, Nur Cahanın əri, rejissor Şövkət Hüseyn Rizvi ilə 400 rupi maaşla dörd illik bir müqavilə imzalamışdır. O, təxminən on ilə yaxın müxtəlif filmlərdə kiçik rollar oynamağa davam etmişdir. Nəticədə o, V. Şantaramanın "The Girl from Bombay (1953) filmində ikinci plan rolunda çıxış etmişdir.
Əyritala
Əyritala — Azərbaycan Respublikasının Balakən rayonunun Hənifə kənd inzibati ərazi dairəsində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Yaşayış məntəqəsi XIX əsrin sonlarında Əyriçayın sahilində yerləşən talada salındığı üçün belə adlandırılmışdır. 2013-cü ilin oktyabr ayının 8-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.
Saitama
Saytama (yap. さいたま市) — Yaponiyanın Honşu adasında olan Kanto regionunda yerləşən Saytama prefekturasının eyniadlı paytaxtı.