Sarıtala — Azərbaycan Respublikasının Tovuz rayonunun Sarıtala kənd inzibati ərazi dairəsində kənd.[ 3] 7 mart 2012-ci ildə Ağacqala kəndi Sarıtala kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Ağacqala kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrinə daxil edilmişdir.[ 4]
Kənd XVIII əsrdə Xınna (indiki Yanıqlı) kəndindən çıxmış Ələkbər, Qasım və Ələsgər adlı qardaşların Sarıtala adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır. Talanın adı isə torpaq örtüyünün rəngi ilə bağlı olmuşdur.[ 5]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd dağətəyi ərazidə yerləşir.
İl
Daimi əhali
Kişilər
Qadınlar
1999 [ 6]
446
218
228
2009 [ 7]
↘429
↘212
↘217
Kənddə Sarıtala kənd kitabxana filialı,[ 8] Sarıtala kənd klubu,[ 9] Sarıtala poçt şöbəsi (AZ6036)[ 10] fəaliyyət göstərir.
Kənddə Zabit Məmmədov adına Sarıtala kənd tam orta məktəbi fəaliyyət göstərir.[ 11] [ 12] 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 425 000 manat vəsait ayrılmışdır.[ 13]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Sarıtala kənd xəstəxanası yerləşir.[ 14]
↑ http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=107 .
↑ https://www.e-gov.az/az/services/readwidenew/3544 .
↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 98" (PDF) . 2022-01-28 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2022-04-30 .
↑ "Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 7 mart 2012-ci il tarixli Qanunu " (az.) . president.az . 09 aprel 2012, 18:40. 2015-09-24 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2015-06-30 .
↑ Sarıtala // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti . II cild. Bakı: Şərq-Qərb. 2007. səh. 178. ISBN 978-9952-34-156-0 .
↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 157.
↑ "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 210" . 2022-04-11 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-04-23 .
↑ "" Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 58" (PDF) . 2021-11-10 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2022-04-22 .
↑ "" Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 103" (PDF) . 2021-11-10 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2022-04-22 .
↑ "Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti. Poçt və Rabitə (tovuz-ih.gov.az)" . 2022-06-18 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-04-26 .
↑ "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az)" . 2022-06-27 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-04-22 .
↑ "Tovuz rayonundakı orta məktəblər, internat məktəbi, peşə liseyi və dövlət sosial iqtisad kolleci haqqında məlumat (tovuz-ih.gov.az)" . 2015-12-19 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-04-23 .
↑ "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. (e-qanun.az)" . 2022-04-23 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-04-23 .
↑ "Tovuz rayon səhiyyə müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)" . 2022-06-18 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-04-23 .
Şəhərlər Kəndlər Ləğv olunmuş kəndlər