Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sardinero
Sardinero (isp. El Sardinero) — Santander şəhərində yerləşən çimərlik. Çimərlik iki hissədən ibarətdir: Birinci və İkinci Sardinero (isp. Primera playa del Sardinero, isp. Segunda playa del Sardinero) çimərlikləri. Santander XIX əsrdən məhşurlaşmışlar. XX əsrin əvvəllərindən Santander kral ailəsinin yay istirahət məkanına çevrilmişdir. Burada hətta La Maqdalena kral sarayı yerləşir. Çimərlik ətrafında beş ulduzlu otel (isp. Hotel Real), kazino (isp.
Estadio El Sardinero
Estadio El Sardinero İspaniyanın Santander şəhərində 1988-ci ildə çox məqsədli olaraq inşa edilən bir stadion Əksəriyyətlə futbol oyununun keçirildiyi stadion, 22.400 tamaşaçı tutumuna malikdir.
Sardinella
Sardinella - Siyənəklər (Clupeidae) fəsiləsinə daxil olan cins Onlara bütün okeanların tropik və subtropik hissələrində rast gəlinir. Sürü halında yaşayırlar və su səthinə yaxın ərazilərdə yayılırlar. Cavan fərdlər liman və laqunlarda, yetkin fərdlər isə sahilə yaxın ərazilərdə rastlanılır. Sənaye əhəmiyyətlidir.
Jardine
Vilyam Jardin; Ser Vilyam Jardin (ing. William Jardine) — Şotlandiya ornitoloqu. Zoologiya sahəsində əsərləri nəşr olunub. == Bəzi əsərləri == The natural history of humming-birds (1833) The natural history of fishes of the perch family (1835) The natural history of the Nectariniadae, or sun-birds (1843) Memoirs of Hugh Edwin Strickland, M. A. (1858) == İstinadlar == Christine Elisabeth Jackson, Peter Davis: Sir William Jardine. A Life in Natural History.
Sardina
Sardina — Siyənəkkimilər fəsiləsinə daxil olan üç bioloji balıq cinsinin sənaye əhəmiyyətli ovunu nəzərdə tutur — avropa sardinası (Sardina), Sardinops (Sardinops) və Sardinella (Sardinella). Sardelka və sardel (it. sardella — sardina) — sardina sözünün köhnəlmiş variantıdır. Bu yaxınlarda əldə edilən məlumata görə 5 milyard balıq, uzunluğu 7 km olan böyük bir dəstə yaradır. Sardinalar soyuq cərəyanlarla hərəkət edir. Bu balıq sürüsünü minlərlə delfin, köpəkbalığı, balina, quş təqib edir.
William Jardine
Vilyam Jardin; Ser Vilyam Jardin (ing. William Jardine) — Şotlandiya ornitoloqu. Zoologiya sahəsində əsərləri nəşr olunub. The natural history of humming-birds (1833) The natural history of fishes of the perch family (1835) The natural history of the Nectariniadae, or sun-birds (1843) Memoirs of Hugh Edwin Strickland, M. A. (1858) Christine Elisabeth Jackson, Peter Davis: Sir William Jardine. A Life in Natural History.
Sardin dili
Sardiniya dili(sard. sardu, limba / lingua sarda, it. sardo, lingua sarda) İtaliyanın Sardiniya adasının əksər yerlərində danışılan və yazılan Roman dillərindəndir. 1997-ci ildən Sardiniya dili adada danışılan başqa dilləri ilə birlikdə, Sardiniyanın rəsmi dili olmuşdur.
Şardone
Şardone — üzüm növü. Qədim zamanlardan mərkəzi və şimal-şərqi Fransa üzümlüklərində becərilir. Krasnodar diyarının Qara dəniz sahillərində, Ukraynada (əsasən Krım vilayəti), Gürcüstanda və Moldovada geniş yayılmışdır. Respublikamızda Ağstafada və üzüm kolleksiyalarında becərilmişdir. Bu sort tez-tez Pineo Şardone adlandırılır. Morfoloji əlamətlərinə görə Pino qrupuna daxil olan sortların hamısından fərqlənir. Yalnız istifadə istiqamətinə görə oxşarlıqları vardır (şampan şərabçılığında). Kolları orta böyümə gücünə malikdir. Çiçəkləri öz-özünü tozlayandır. Salxımı xırda və orta, silindrik və yaxud konusvari, az hallarda pəncəli, sıx və seyrəkdir.
Şardone ipəyi
Şardone ipəyi və ya reyon ("bərq vuran", "parıldayan") – XIX əsrin 70-ci illərinin sonunda fransız kimyaçısı Lui Mari Gilyar Berniqo (1839–1924), qraf de Şardone tərəfindən yaradılmış süni material, ipəyin əvəzedicilərindən biri. Kimyəvi cəhətdən Şardone ipəyi mis-ammiak ipəyi və viskoza ipəyi kimi regenerasiya olunmuş və həddən artıq çökdürülmüş sellülozadır. İpəyəbənzər süni parçanın əldə edilməsi mümkünlüyü entomoloq Reomür tərəfindən hələ 1734-cü ildə qeyd edilsə də, ilk belə parça ancaq XIX əsrin sonlarında əldə edilmişdi. XIX əsrin 70-ci illərində qraf de Şardone fotoqrafiya ilə məşğul olarkən gördü ki, kollodi (fotoqrafiya lövhələrinin üstünü örtmək üçün istifadə olunan nitrosellüloz material) məhlulu tökülərkən yapışqan maddə alınır və onu kiçik dəliklərdən buraxanda ipək saplarına oxşar uzun saplar almaq mümkündür. Şardone üçün ipəkçilik yad mövzu deyildi. Bir dəfə o ipəkqurdlarının xəstəliyini tədqiq etmək üçün öz müəllimi professor Lui Pasterlə birlikdə Liona getmişdi. Bu xəstəlik ölkənin bütün ipək industriyası üçün təhlükə idi. Xəstəliyin səbəblərini dərhal aşkar etmək mümkün olmadığından o burada qalaraq ipəkqurdlarını və onların verdiyi sapı tədqiq etmişdi. Tarixə Şardone ipəyi və ya reyon (yəni "bərq vuran", Şardone özü materialı belə adlandırırdı) kimi daxil olmuş süni material bütün deyil, bəzi göstəricilərinə görə ipəyə bənzəyirdi: o yumşaq və parlaq idi, ancaq təəssüf ki, çox asan alovlanırdı. Şardone öz ixtirasını 1885-ci (başqa məlumata görə, 1884-cü ildə) ildə patentləşdirdi, 1891-ci ildə isə süni ipək istehsalına başladı.
Sardana
Sardana və yaxud sardans (kat.sardanes)-kataloniyalıların milli rəqsi olub. Rəqs yallı xarakteri daşıyır. Rəqs edənlər cərgəyə düzülüb əl-ələ tutaraq musiqi sədaları altında müəyyən rəqs hərəkətləri ifa edirlər. Sardananın harda və nə zaman yaranması tarixi dəqiq məlum deyil. Məlumdur ki, bu rəqs XVII –ci əsrdən məşhurdur. Sardana kataloniyalıların milli ruhunu əks etdirir. Bu rəqs həm də "etiraz rəqsi" adlanır. Cünki bu rəqsi peşəkar rəqqaslar səhnədə, sadə insanlar isə meydanda ifa edir. Frankonun diktaturası zamanı sardana rəqsi rəsmi olaraq qadağan edilmişdi. Müasir zamanda bu rəqsin iki növü yayılmışdır.
Vardane
Vardane — Krasnodar diyarında, Soçi şəhərinin mikrorayonu. Lazarevski rayonunun "Soçi kurort-şəhər" tərkibinə daxildir. Vardane rayonu Qara dəniz sahilində, Buu çayının mənsəbində yerləşir. Rayon mərkəzi Lazarevskoeden 37 km cənub-şərqdə, Soçinin mərkəzindən 40 km şimal-qərbdə və Krasnodardan 270 km cənubda (yolla) yerləşir. A-147 "Cubqa-Adler" federal avtomobil yolu və Şimali Qafqaz dəmiryolunun bir qolu yaşayış məntəqəsindən keçir. Vardane dəmir yolu platforması yaxınlıqda yerləşir. Çınqıllı çimərlik zolağının uzunluğu 600 metr, eni isə 5 metrdir. Vardana qəsəbəsi dar sahil zolağında yerləşir və üç tərəfdən dağlar və silsilələr ilə əhatə olunub. Kəndin relyefi əsasən dağlıqdır. Orta hündürlük dəniz səviyyəsindən 36 metrdir.
Mardin
Mardin — Türkiyənin Mardin ilinin inzibati mərkəzi.
Sarin
Sarin (fr. Sarine, it. Sarina, alm. Saane) — İsveçrədə çay. Uzunluğu 128 km (80 mil) və 1,892 km² (731 kv mi) olan drenaj sahəsinə malikdir. Sarin, İsveçrədə Fribourq kantonunu uzununa istiqamətdə kəsən çaydır. Onun mənbəyi Vale kantonunda yerləşir. Aare çayının bir qoludur və buna görə də Reyn çayının drenaj hövzəsinin bir hissəsidir. Çayın uzunluğu 126 km, hövzəsi 1900 km²-dir. Çay Vale kantonunda 2284 m hündürlükdə Diablerets dağ silsiləsindən başlayır.
Avqusto Sandino
Avqusto Sandino (isp. Augusto Nicolás Calderón Sandino; 18 may 1895 – 21 fevral 1934, Manaqua, Nikaraqua)) — Nikaraqua partizan lideri. Sandinista Xalq Cəbhəsi adını Avqusto Sandinodan götürmüşdür. Sandino 1926-cı ildə Baş Nazir Xuan Bautista Sakaranı prezidentlik vəzifəsinə gətirilməsi üçün apardığı silahlı mübarizə də məşhurlaşmışdır. ABŞ dəniz piyadaları korpusunun 1927-ci ildə ölkəyə müdaxilə etməsindən sonra tərəfdarlı ilə birlikdə ölkənin şimalındakı dağlarda gizlənmişdir. ABŞ və Nikaraqua ordusuna qarşı apardığı uğurlu əməliyyatlar nəticəsində xalqın dəstəyini qazanmışdır. Sandino tərəfindən icra olunan hərbi əməliyyatların əsas məqsədlərindən biri də Nikaraqua xalqında Amerika Birləşmiş Ştatlarına qarşı mənfi fikirlərin formalaşdırılması idi və proseslərin gedişi zamanı partizanlar öz istəklərinə qisməndə olsa nail olmuşdular. 1933-cü ilin yanvar ayında ABŞ ordusunun ölkədən çıxması və Sakaranın hakimiyyətə gəlməsindən sonra tərəfdarlarının bir qismini dağıdaraq sülh prosesinə başlamışdır. Partizanların tərkisilah edilməsi ilə bağlı danışıqların davam etdiyi müddətdə Xalq Mühafizəçilərinin komandiri Anastasio Somoza Qarsiyanın adamları tərəfindən oğurlanaraq öldürülmüşdür. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Avqusto Sandino ilə əlaqəli mediafayllar var.
Devid Hardinq
Devid Hardinq (avqust 1961, Oksford) — İnvestisiyaların idarə olunması üzrə Vinton Qrup-un yaradıcısı və rəhbəridir. == Həyatı == 1961-ci ilin avqustunda İngiltərədə, London şəhərində anadan olmuşdur. Kembric Universitetində təbiət elmləri üzrə təhsil almışdır.
Florens Hardinq
Florens Klinq Hardinq (ing. Florence Harding; 15 avqust 1860[…], Marion[d], Ohayo – 21 noyabr 1924[…], Marion[d], Ohayo) — ABŞ-nin Prezidenti Uorren Hardinqin həyat yoldaşıdır.
Martine Crefcoeur
Martine Crefcoeur (nid. Martine Crefcoeur; 23 may 1935 – 18 aprel 2020) — Hollandiya teatr və kino aktrisası.
Natapute Vardmne
Cina Vardhamana — caynizmin yaradıcısı. Ardıcılları onu "Mahavira" (böyük pəhləvan) adlandırırlar. Mahavira e.ə. 599-cu ildə kşatri təbəqəsinə aid "racelər" ailəsində, Bihar bölgəsində Pavada anadan olmuşdur. Bu gün Pava caynistlərin həcc yeridir. Hər yeni il həcc ayı ilə eyni zamana təsadüf edir. Buddanın çağdaşı olan Vardhamana dünyadan üz çevirmiş, zahidçə yaşamağa üstünlük vermiş və 12 yaşından çox ciddi bir pəhrizə riayət etməyə başlamışdı. Vardhamana 30 yaşında evini, xanımını və uşağını tərk edərək, rahiblik libası geymiş və rahiblik əlaməti olaraq saçından bir pərçəm qopartmışdır. Bir müddət sonra çılpaq gəzməyə başlamış və dilənmişdir. 30 il vaazlar verdikdən sonra aydınlanmaya çatmışdır.
Qarbine Muqurusa
Qarbine Muqurusa İspan professional tennis oyunçusu. Tennisə 3 yaşında başlayan Muqurusa tek qadınlar sıralamasında 2-ci sırada yer alaraq karyerasının ən yüksək dərəcəsinə çatmışdır.
Qardiner siyahısı
Qardiner siyahısı (ing. Gardiner's list) Britaniya misirşünası Sir Alan Qardiner (ing. Alan Gardiner) Qədim Misir dillinin qrammatikası əsasında 26 alt qrup şəklində təsnifata salmış olduğu heroqliflərin siyahısı. Bura 763 Qədim Misir heroqlifi daxil edilmişdir. Budge, Sir E.A.Wallis, An Egyptian Hieroglyphic Dictionary, in Two Volumes, Sir E.A.Wallis Budge, (Dover Publications, Inc. New York), c 1920, Dover Edition, c 1978. (Large categorized listings of Hieroglyphs, Vol 1, pp. xcvii–cxlvii (97–147) (25 categories, 1000+ hieroglyphs), 50 pgs.) A.H. Gardiner, Catalogue of the Egyptian hieroglyphic printing type, from matrices owned and controlled by Dr. Alan (1928). A.H. Gardiner, "Additions to the new hieroglyphic fount (1928)", The Journal of Egyptian Archaeology 15 (1929), p.
Sardana Oyunskaya
Sardana Platonovna Oyunskaya (rus. Сардана Платоновна Ойунская; 6 sentyabr 1934, Yakutsk – 13 iyul 2007) — yakut folklorşünası, ədəbiyyatşünas, filoloq, Rusiya Elmlər Akademiyasının Sibir şöbəsinin fəxri veteranı, filologiya elmləri namizədi, Elmlər Akademiyasının Sibir filialının əməkdar veteranı. Sardana Oyunskaya Moskvada yakut ədəbiyyatşünası Platon Oyunskinin ailəsində anadan olmuşdur. 1962-ci ildə Yakutsk Dövlət Universitetini bitirdi və həmən universitetin Dil, Tarix və Ədəbiyyat İnstitutunda işləməyə başladı. Yakut xalq nağılları və xalq mahnıları toplamaq ilə məşğul idi. 1962–2007-ci illərdə Elmlər Akademiyasının Humanitar Tədqiqatlar İnstitutunda işləmiş və laboratoriya işçisindən elmi işçi vəzifəsinə qədər qalxmışdır. 1989-cu ildə "Yakut xalq tapmacaları" mövzusunda filologiya elmləri üzrə alimlik dərəcəsi almaq üçün namizədlik dissertasiyasını müdafiə etdi. 1988-ci ildə Platon Oyunskinin ədəbi və elmi irsinin öyrənilməsi və nəşri ilə məşğul olmağa başladı. Yakut ədəbiyyatına nəzərə çarpan töhfəni verən onun "Atanın parlaq adı" (Yakutsk, 1999, 2003) kitabı oldu. Kitabda onun poetik əsərləri, esseləri, populyar elmi məqalələri, atası və onun ətrafındakıları ilə bağlı xatirələri yer aldı.
Syuzan Qardiner
Syuzan Qardiner (d. 13 aprel 1980) — Kanadanı təmsil edən su poloçusu. Syuzan Qardiner, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu. Daha sonra Syuzan Qardiner, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Uorren Hardinq
Uorren Qamaliel Hardinq (ing. Warren Gamaliel Harding; 2 noyabr 1865[…] – 2 avqust 1923[…]) — Amerika Birləşmiş Ştatlarının 29-cu prezidenti (1921–1923). 1920-ci ilin noyabr ayında keçirilmiş prezident seçkilərində respublikaçıların nümayandəsi Hardinq prezident seçildi. O, Oqayo ştatından idi. Uorren Hardinq hökuməti ilk növbədə iqtisadiyyatın dövlət tənzimlənməsinə ayrılan büdcə xərclərinin azaldılması təklifi ilə konqresdə çıxış etdi. O, "normal zaman" və "normal qaydalar" şüarını irəli sürərək fərdiyyətçilik prinsipini əsas götürdü. Hökumət şəxsi biznesin inkişafına xüsusi fikir verdi. Əməklə kapital arasında əməkdaşlıq yaradılması məqsədilə həmkarlar ittifaqları assosiasiyaları yaradıldı. 1921-ci ildə 1920-ci illə müqayisədə federal hökumətin xərcləri iki dəfə aşağı düşərək 3,3 milyard dollar təşkil etdi. 1920-ci ilin yayında ölkədə iqtisadi böhran başlandı, istehsal aşağı endi.
Vorren Hardinq
Uorren Qamaliel Hardinq (ing. Warren Gamaliel Harding; 2 noyabr 1865[…] – 2 avqust 1923[…]) — Amerika Birləşmiş Ştatlarının 29-cu prezidenti (1921–1923). 1920-ci ilin noyabr ayında keçirilmiş prezident seçkilərində respublikaçıların nümayandəsi Hardinq prezident seçildi. O, Oqayo ştatından idi. Uorren Hardinq hökuməti ilk növbədə iqtisadiyyatın dövlət tənzimlənməsinə ayrılan büdcə xərclərinin azaldılması təklifi ilə konqresdə çıxış etdi. O, "normal zaman" və "normal qaydalar" şüarını irəli sürərək fərdiyyətçilik prinsipini əsas götürdü. Hökumət şəxsi biznesin inkişafına xüsusi fikir verdi. Əməklə kapital arasında əməkdaşlıq yaradılması məqsədilə həmkarlar ittifaqları assosiasiyaları yaradıldı. 1921-ci ildə 1920-ci illə müqayisədə federal hökumətin xərcləri iki dəfə aşağı düşərək 3,3 milyard dollar təşkil etdi. 1920-ci ilin yayında ölkədə iqtisadi böhran başlandı, istehsal aşağı endi.
Paraseiulus sarcina
Paraseiulus sarcina (lat. Paraseiulus sarcina) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paraseiulus cinsinə aid heyvan növü.
Elena Satine
Elena Satine (gürc. ელენა სატინი, 24 noyabr 1987, Tbilisi, Gürcüstan SSR, SSRİ) — gürcü əsilli amerikalı aktrisa.
Karine Ğazinyan
Karine Ğazinyan — Ermənistan Respublikası xarici işlər nazirinin müavini (2009–2011). == Həyatı == Karine Ğazinyan 1955-ci ildə İrəvan şəhərində anadan olub. 1977-ci ildə İrəvan Dövlət Universitetinin alman dili fakültəsini bitirib. Təhsilini başa vurduqdan sonra 4 il Mozambikdə SSRİ səfirinin köməkçi-katibi, 1983–1988-ci illərdə Portuqaliyada SSRİ səfirinin köməkçisi vəzifələrində çalışıb. 1988–1992-ci illərdə Moskvada 31 nömrəli liseydə ingilis dili müəllimi, 1992–1994-cü illərdə İrəvan Dövlət Universitetində ingilis və portuqal dillərindən dərs deyib. Ermənistanın Rumıniyada və Almaniyada fövqəladə və səlahiyyətli səfiri olub. 2009-cu il mart ayından 2011-ci il sentyabradək Ermənistan xarici işlər nazirinin müavini vəzifəsini tutub. 2011-ci il sentyabr ayında Ermənistan Respublikasının Böyük Britaniya və Şimali İrlandiyadakı səfiri təyin olunub. Karine Ğazinyan 57 yaşında qəflətən Los-Ancelesdə müalicə olunduğu xəstəxanada əməliyyat zamanı vəfat edib. Ermənistan Respublikasının Mxitar Qoş medalı və Rumıniya Böyük Xaç Ordeni ilə təltif olunub.
Jan Şarden
Jan Şarden (fr. Jean Chardin; 16 noyabr 1643[…], Paris – 26 yanvar 1713, Çizik[d]) — fransız səyyahı. == Həyatı == Jan Şarden (1643–1711) varlı zərgər oğlu idi, ömrünün bir neçə ilini Azərbaycanda və İranda yaşamışdı. O, şərqə briliant almağa yollanmışdı.