Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Systema Naturae
Systema Naturae (Latınca) İsveçli botanik, zooloq və həkim Carolus Linnaeusun (1707–1778) ən vacib əsərlərindən biridir və Linnaeus Taksonomiyasını təklif edir. Bu gün ikili adlandırma olaraq bilinən bu sistem, həqiqətdə Linnaeusdan 200 il əvvəl Gaspard və Johann Bauhin qardaşları tərəfindən qismən inkişaf etdirilsə də, Linnaeus bu sistemdən kitabında ardıcıl olaraq ilk istifadə edən ilk insandır. Kitabın ilk nəşri 1735-ci ildə edilmişdir. 1758-ci ildə nəşr olunan ən vacib nəşri sayılan kitabın 10-cu nəşrinin tam adı Latın dilində belədir: “Systema naturæ per regna tria naturæ, secundum classes, ordines, genera, species, cum characteribus, differentiis, synonymis, locistir”. Bu sözləri Azərbaycan dilinə aşağıdakı şəkildə tərcümə etmək mümkündür: “Siniflər, dəstələr, cinslər və növlərinə görə; xarakterləri, fərqlilikləri, sinonimləri və yerləşmə yerləri ilə birlikdə; təbiətin üç aləmi daxilində təbiətin sistematikası” Bu kitabın 10-cu nəşri (1758) zooloji təsnifatın başlanğıc nöqtəsi hesab olunur. Linnaeus 1766 və 1768 arasında özünün sonuncu daha da inkişaf etdirilmiş 12-ci nəşrini etdirmişdir. Daha da çox inkişaf etdirilmiş və eyni tərzdə yazılmış “Systema Naturae” adlı əsər, Johann Friedrich Gmelin tərəfindən 1788 - 1793 arasında nəşr edilmişdir. Bu son əsər zooloqlar tərəfindən iyirminci əsrin əvvəllərindən bəri eyni seriyanın sonuncu nəşri kimi qəbul edilmişdir. Bundan əlavə, bu əsər rəsmi olaraq Beynəlxalq Zooloji Nomenklatura Komissiyasının 296-cı qanunu (26 oktyabr 1954) ilə Systema Naturae seriyasının 13-cü nəşri olaraq qəbul edilmişdir.
Karlos Sarate
Karlos Zareyt (ing. Carlos Zarate Santa; 23 may 1951) — Meksikalı boksçu. Karlos keçirtdiyi 70 döyüşün 63 döyüşünü nakautla qalib olmuşdur. Cəmi 4 dəfə məğlubiyyətə uğrayıb. Dünyada ən peşəkar boksçularından biridir. O, WBC çempionatında yüngül çəki üzrə 28 dekabr, 1976-cı ildə Norveçdə qalib gəlmişdir. WBC döyüşü 8 may 1976-cı ildə başlamış və 3 iyun 1979-cu ilə qədər davam etmişdir. O, Lup Pindora qalib gəlmiş lakin, finalda Con Ovenə uduzan Karlos son saniyələrdə vurduğu zərbələr nəticəsində hesab dəyişmiş və qalib olmuşdur. Zareyt 100 idmançı arasında, 1999-ci ildə Askeytid Press tərəfindən 20-ci əsrin 1 saylı idmançısı (Raben Alviz yanaşı) kimi seçilib.
Phaethornis striigularis saturatus
Phaethornis striigularis saturatus (lat. Phaethornis striigularis saturatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kolibrilər fəsiləsinin günəş kolibrisi cinsinin phaethornis striigularis növünə aid heyvan yarımnövü.
Systema Naturae əsərinin X nəşri
Systema Naturae əsərinin X nəşri, Karl Linnaeus tərəfindən yazılmış, zooloji təsnifatın başlanğıc nöqtəsi olaraq qəbul edilən və 1758–1759-cu illər arasında nəşr olunmuş bir kitabdır. Linnaeus bu kitabda heyvanlar üçün ikili adlandırma metodunu təqdim edir. Linnaeus 1753-cü ildə nəşr etdirdiyi Species Plantarum adlı əsərində bitkilər üçün təsnifat metodunu hazırlamışdır. Bioloji kataloqların əksəriyyəti 1758-dən əvvəlki təqdim etdikləri taksonlar üçün, Systema Naturaenin əvvəlki nəşrləri də daxil olmaqla, müxtəlif əsərlərdən götürdükləri çox sözlü adlandırmalardan istifadə edirdilər. Heyvanlar aləmi üçün ikili adlandırma metodunu ardıcıl olaraq istifadə edən ilk əsər Systema Naturae əsərinin 10-cu nəşridir. Buna görə də Beynəlxalq Zooloji Nomenklatura Komissiyası 1 yanvar 1758-ci ili zooloji təsnifatın "başlanğıc nöqtəsi" olaraq seçmiş və Systema Naturaenin 10-cu nəşrinə həmin tarixdə nəşr olunmuş kimi istinad edilməsini tövsiyə etmişdir. Qaydalara uyğun olaraq verilsə də, bu tarixə qədər nəşr olunan elmi təsnifat üçün istifadə olunan adlar etibarlı sayılmır. 10-cu nəşrdən daha əvvəl olduğu və prioritet sayılan yeganə əsər Carl Alexander Clerck-in 1757-ci ildə nəşr olunan Svenska Spindlar (İsveç dilində) və ya Aranei Suecici (Latınca) əsəridir və yenə bu əsərə də 1 yanvar 1758-ci ildə çıxmış kimi də istinad edilir.
Şatura
Şatura — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.