Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sentriol
Balaca, silindir formasında vı 0,2 μm genişliyində ve 0,4 μm uzunluğundadı. Drosophila melanogaster embriyolarında, çift olaraq, Caenorhabditis elegans sperm hüceyrələrində və erken embriyolarında tək, amma doqquz dənə olaraq görülür. Hüceyrə sitoplazmasında birbirinə dik olaraq yerləşən ve matriksle çevrili olan sentriol çiftlərinə sentrozom deyilir. Her sentriol eninə dairəvi olaraq düzülmüş 9 fibrilden ibarətdir. Fibrillər bir matrikslə sarılıb. Sentriollar hüceyrə bölünməsi sırasında çoxalıb tək çift halına hüceyrənin her iki qütbünə gedərək aster deyilən ipliklərin oəmələ gəlməsi ve asterlər vasitəsilə xromosomların sentromerlerindən tutulub qütblərə çəkir. Hüceyrə bölünməsində iştirak edir. Replikasya sırasında, çütləşmiş her yeni sentriol qrubu, həm sentriol çiftini həm də original çifti özündə saxlayır. Əgər sentriollar özlüyündən hərəkət eden [[qamçı]nın ] şəkilləndirilməsində iştirak edərsə, sentriolların yaşlı tayı, ana sentriol, orqanoid quruluşunu təşkil edən əsas gövdə halına gəlir.
Letrizm
Hərfçilik (letrizmdə deyilir) — bir ədəbi axındır. İkinci Dünya müharibəsi sonunda ortaya çıxmışdır. Rumıniyalı şair Isidore Isou tərəfindən başladılmışdır. Şeirlərə istiqamətli bir ədəbi axındır. Xüsusiyyəti, şeirdə sözlərin deyil hərflərin təməl alınmasıdır. Məqsədi, hərflərin təməl alınması yoluyla fərqli tərzdə bir şeir yazılmasıdır. Ədəbiyyatda klassik axınlara qarşı çıxan bir qarşı-axındır. Axının qurucusu Isidore Isou hərfçiliyi "Hərf olmayan və ya hərf olmayacaq heç bir şey mənəvi olaraq da var ola bilməz" formasında yekunlaşdırmışdır. Maurice Lemaitre və François Dufrêne, Letrizmin qabaqda gələn şairləridir. Letrizm bir ədəbi axın olaraq doğulmuş olmasına qarşı kino başda olmaq üzrə dövrün musiqi və rəqs axınları üzərində də təsirini göstərmişdir.
Şintoizm
Şintoizm və ya Şinto (yap.神道, şinto, "tanrıların yolu") — Yaponiyanın ənənəvi dini. Qədim yaponların animist inanclarına əsaslanır və ibadət obyektləri çoxsaylı tanrılar və ölülülərin ruhudur. Etimoloji cəhətdən yaponca iki sözün birləşimindən yaranmışdır. Şin tanrılar və ya ruhlar, to isə yol deməkdir. Tarix boyu şintoizm daha çox buddizm və konfutsiçiliyin təsirlərinə məruz qalmışdır. Qədim yaponlar onları əhatə edən təbiət hadisələrinin, bitki və heyvanların, ölmüş əcdadlarının ruhları olduğunu deyir, onlara sitayiş edirdilər. Şintoizmdə həmçinin totemizm, animizm və digər ibtidai dinlərin də təsiri aşkar şəkildə əks olunmuşdur. Hazırda Yaponiyada şintoistlərin 80 minə qədər məbədi, 119 milyondan artıq bu inananı var. Yaponiyadan başqa şintoizm ancaq Havayda və Braziliyada yayılmışdır ki, bu həmin ərazilərdə yapon imiqrantlarının çox olması ilə əlaqəlidir. Şintoizmdə əsas yerlərdən birini də, Kami inancı tutur.