seolit
separatçı
OBASTAN VİKİ
Avropada separatçılıq
Avropada separatçılıq — Avropada yerləşən seperatçı hərəkatların siyahısı. Avropanın hər bir dövlətində çoxlu xalqlar yaşamaqdadır. Lakin Avropada yaşayan bəzi xalqarın özlərinə aid dövləti yoxdur. Başqa dövlətlərin əsarəti altındadırlar. Bu xalqlar öz Mədəniyyəti, Tarixi, Dili, Musiqisi, Adət ənənəsi, Rəqsi, Ədəbiyyatı üzərində qurulmuş müstəqil dövlətdə yaşamaq istəyirlər. Bunlardan Bəziləri: Kataloniya, Şotlandiya, Şimali İrlandiya, Siciliya, Bask, Korsika, Padaniya və s. == Şotlandiya == Şotlandiya — Böyük Britaniya krallığına daxil olan tarixi və inzibati ərazi. Böyük Britaniyanın şimal hissəsində yerləşir. 1707-ci ildən bəri Böyük Britaniyadan asılı inzibati ərazidir. Şotlandiyanı müstəqillik referendumuna daşıyan ilk konkret addım, 1978-ildə Şotlandiya və Uels üçün ayrı-ayrı nəzərdə tutulan qanunlar çərçivəsində səlahiyyət verilməsi üçün, 1 mart 1979-cu ildə referendum təşkil olundu.
Chanteius separatus
Chanteius separatus (lat. Chanteius separatus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin chanteius cinsinə aid heyvan növü.
Darfur separatçılarının bayrağı
Darfur bayrağı — Darfurun müstəqilliyi uğurunda mübarizə aparan Sudan Azadlıq Hərəkatı/Ordu, (ərəbcə: حركة تحرير السودان, Ḥarakat Taḥrīr Al-Sūdān) (abbreviatura SLM və ya SLA) təşkilatının bayrağı. Panafrika rəngələrindən ibarətdir və aypara rəsmi əlavə edilib. Aypara rəsmi əhalinin islam dininə sitayiş etməsinə işarədir.
Dağlıq Qarabağ separatçıları
Qondarma Dağlıq Qarabağ Respublikası (erm. Լեռնային Ղարաբաղի Հանրապետություն, translit. Lernayin Ğarabaği Hanrapetut’yun) və ya rejimin özünü adlandırdığı kimi Artsax Respublikası (erm. Արցախի Հանրապետություն) — Beynəlxalq hüquqa əsasən Azərbaycan Respublikasına aid, Cənubi Qafqazda dənizə çıxışı olmayan və Ermənistan Respublikası, Rusiya Federasiyası və Erməni Diasporunun hərbi, siyasi və maliyyə dəstəyi ilə qurulmuş, BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan keçmiş dövlət. 1991–2024-cü illər arasında tanınmamış respublika keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bəzi hissələrinə, o cümlədən mərkəz Xankəndinə nəzarət edirdi. Onun Ermənistana yeganə quru yolu eni 5 km olan Laçın dəhlizindən keçirdi. Rəsmi olaraq 10 noyabr 2020-ci ildə üçtərəfli atəşkəs bəyannaməsinə əsasən böyük hissəsində Azərbaycan Respublikası suveren nəzarəti bərpa etmişdir, bir hissəsinə isə Rusiya sülhməramlı qüvvələri nəzarət edir. 28 sentyabr 2023-cü ildə qondarma respublikanın "prezidenti" Samvel Şahramanyanın imzaladığı fərmana əsasən, 1 yanvar 2024-cü ildən etibarən idarə fəaliyyətində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilir və qondarma rejim fəaliyyətini dayandırır. == Qondarma rejimin elanı == 10 dekabr 1991-ci ildə azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum nəticəsinə görə "müstəqillik qərarı" alınmış və 6 yanvar 1992-ci ildə də "müstəqillik" rəsmən elan edilmişdir. Lakin Ermənistan Respublikası daxil, heç bir ölkə və ya beynəlxalq qurum qondarma rejimin müstəqilliyini tanımamışdır.
Dağlıq Qarabağda erməni separatçı rejim

No Degree of Separation
No Degree of Separation (azərb. Ayrılıq yox dərəcəsində‎) — İtaliyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Françeska Mikyelin "No Degree of Separation" mahnısının tamamilə italyan dilində səslənən versiyası Nessun grado di separazione ilə İtaliyanın əsas musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında iştirak etmiş və ikinci yerə layiq görülmüşdür. Mahnı Avroviziya üçün seçildikdən sonra müsabiqə qaydalarına əsasən mahnı bir qədər qısaldılmış və eyni zamanda Mikyelinin və İtaliyanın RAI telekanalının birlikdə qərarı ilə mahnının kiçik bir hissə ingilis dilinə tərcümə edilmişdir. "No Degree of Separation" mahnısının musiqisi Keope, Fabio Qarqiulo və Federika Abbate, sözləri isə ifaçı Françeska Mikyelin və eyni zamanda Federika Abbate və Norma Cin Martineyə aiddir.
Separate
Separate (alm. Sebastian Faisst‎) — Alman reperidir. İfaçı Sebastian Faisst ABŞ-nin məşhur rep ifaçılarından biri olan Tupak Şakurdan (1971-1996) ilhamlanmış və "Separate" adlı musiqi qrupunu yaratmışdır. 2000: Was auch immer Du sagst (Freestyle Tape) 2003: Nichts zu verlieren (EP) 2003: ÜberlegDirWasDuSagst 2004: Rap Art War (als Kinder Des Zorns) 2004: 1.
Separatizm
Separatizm, hər hansı bir mədəni, etnik, qəbilə, dini, irqi qrupun ümumi sərhədlərindən ayrı olan muxtariyyət və ya muxtariyyət tələbini ehtiva edən bir termin. Separatizm — istənilən formada dövlətin və cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla, ölkənin milli təhlükəsizliyinə ciddi təhlükə mənbəyi ola bilən fəaliyyətdir.
Separatçı

Separatçı kababçılar
Separatçı kababçılar (türk. Bölücü kebapçılar) — Dövlət Baxçalının çıxışlarının birində kabab satıcıları və məhsullarına yüksək qiymətlər qoyaraq "terrora dəstək verən" digər satıcıları təsvir etmək üçün istifadə etdiyi ifadə. Bu çıxış sosial şəbəkə istifadəçiləri tərəfindən lağa qoyulmuşdur. Dövlət Baxçalı çıxışında Türkiyədə bahalaşmanı və işsizliyi tənqid etmiş və məsuliyyəti satıcıların üzərinə atmışdır. Çıxış belədir: Gələcək Partiyasının sədri Əhməd Davudoğlu çıxışına "simit və avtomobil satıcıları Baxçalının növbəti hədəfinin kimin olacağı ilə bağlı narahatdırlar" demişdir. CHP-dən olan millət vəkili Çingiz Göyçəl çıxışı tənqid edərək demişdir ki ki, "valyutanın alıcılıq qabiliyyətinin azalmasına və işsizliyin artmasına səbəb olanlar əsl terrorçulardır". Bu çıxış "Twitter"də də geniş reaksiyaya səbəb olmuşdur.
Separatçılıq
Separatizm, hər hansı bir mədəni, etnik, qəbilə, dini, irqi qrupun ümumi sərhədlərindən ayrı olan muxtariyyət və ya muxtariyyət tələbini ehtiva edən bir termin. Separatizm — istənilən formada dövlətin və cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla, ölkənin milli təhlükəsizliyinə ciddi təhlükə mənbəyi ola bilən fəaliyyətdir.
Six Degrees of Separation (mahnı)
"Six Degrees of Separation" mahnısı The Script rok qrupunun #3 albomundan 2-ci trekidir. Mahnının ərsəyə gəlməsində, yəni yazılmasında bu şəxslər iştirak etmişdir: Qrupun solisti — Danny O'Donoghue , qrupun elektro gitaristi — Mark Sheehan və digər köməkçi şəxslər Steve Kipner, Andrew Frampton. Mahnının klipi 5 noyabr 2012-ci ildə çəkilib bitmişdir və Beynəlxalq video portalı olan "YouTube"a yerləşdirilmişdir. Həmçinin qrup bu mahnının akustik versiyasını da çıxarmışdır. Mahnının ilk dəfə akustik versiyasını Billboard səhnəsində səsləndirmiş və geniş kütlənin marağına səbəb olmuşdur.
Qarabağda vəzifə tutan separatçıların həbsi
Sentyabrın 27-də Laçın dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin (DTX) hərbi qulluqçularının sayıqlığı nəticəsində Azərbaycan ərazisinə qeyri-qanuni gələn qondarma "Dağlıq Qarabağın Dövlət naziri" vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karlenoviç Vardanyan Azərbaycanın Ermənistan istiqamətində gələn zaman saxlanıldı. Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin hərbi qulluqçularının müşayiəti ilə Bakı şəhərinə gətirildi. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verildi. Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən Ruben Vardanyan xarici dövlət vətəndaşı olduğu halda terror-təxribat əməlləri törədilməsi məqsədilə 2022-ci ilin sentyabr ayında Azərbaycanın dövlət sərhədinə qanunsuz daxil olaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə daxil olmuş, həmin ərazidə Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin qurulmasında, habelə idarələrə və ayrı-ayrı şəxslərə insanların öldürülməsinə və digər ağır nəticələrə səbəb olan basqınlar etmiş sözügedən qanunsuz hərbi birləşmələrin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi nəqliyyat vasitəsi və əsgəri ləvazimatla təchiz edilməsində rol alıb. Bundan başqa o, pul vəsaitlərini həmin qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətinin qurulmasına maliyyələşdirib. Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü Ruben Karlenoviç Vardanyanın Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edildi. Sentyabrın 28-də Səbail rayon Məhkəməsində Ruben Vardanyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxıldı. Hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baş tutan prosesdə təqdimat təmin edildi və Ruben Vardanyan barəsində 4 aylıq həbs tədbiri seçildi. Sentyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ermənistan vətəndaşı Davit Manukyanın Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edildiyini bildirdi. DTX məlumatında əldə olunmuş sübutlar əsasında, Ermənistan vətəndaşı, 1971-ci il təvəllüdlü Manukyan Davit Azati tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3, 228.3, 279.3 və 318.1-ci maddələrində ehtiva olunan cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edildiyini bildirdi.
Separatçı hərəkatların siyahısı
Bu siyahıda yer alan separatçı hərəkatlar aktiv fəaliyyət göstərmiş və göstərməyə davam edən ayrılıqçı və muxtariyyətçi hərəkatları əhatə edir.
Aktiv separatçı hərəkatların siyahısı
Bu siyahıda yer alan separatçı hərəkatlar aktiv fəaliyyət göstərmiş və göstərməyə davam edən ayrılıqçı və muxtariyyətçi hərəkatları əhatə edir.

Digər lüğətlərdə