Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şamlar nekropolu
Şamlar nekropolu — Şahbuz rayonunda, Şamlar yaşayış yerinin şimal-şərqində dəmir dövrünə aid arxeoloji abidə. Şimal-qərbdən və şimal-şərqdən hündür dağlarla, cənub-şərqdən isə quru çay vadisi ilə əhatələnir. Yerli əhali arasında "Mehbalı yeri", "Dölçək" adları ilə də tanınır. Nekropolun aşağı hissəsində sel sularının açdığı yarğanda boz rəngli gil qablar tapılmışdır. Qazıntı zamanı nekropoldan üç bütöv gil qab aşkara çıxarılmışdır. Onlardan biri kasa tipli, qara rəngli iri qab olub, xaricdən yüngülcə cilalanmış, gövdəsi qabarıq zolaqla əhatələnmişdir. Qablar (xüsusilə piyalələr) kiçik həcmli olub qabarıq gövdəlidir; üzərində çəhrayı ləkələr var. Tapıntılar tipoloji cəhətdən Şamlar yaşayış yerindən toplanmış gil məmulatı ilə oxşardır. Abidənin e.ə. X–IX əsrlərə aid olması ehtimal edilir.
Siçanlar və adamlar
Steynbek 1902-ci ilin fevral ayında Kaliforniyanın Salinas şəhərində anadan olmuşdur. Alman, ingilis və irland əsilli idi. Steynbekin ata babası Yohann Adolf Qrosşteynbek ABŞ-a köçəndə soyadını Steynbekə qısaltmışdır.Yazıçı atası ilə eyni ad və orta ada sahibdir. Conun anası, məktəb müəllimi olan Oliv Hamilton, oğlunun ədəbiyyata olan həvəsini bölüşürdü.Uşaqlıqda Xristian olan yazıçı sonralar aqnostik olmuşdur.O, gəncliyi boyu Sakit okeandan 40 kilometr məsafədə dünyanın ən məhsuldar torpaqlarından birində yerləşən kiçik bir kənddə yaşayırdı. Sonralar müəllifin yaratdığı ən gözəl romanlar məhz doğulub-böyüdüyü bu Kaliforniya vadilərində və sahillərində keçir. Yaylarını yaxınlıqdakı heyvandarlıq fermalarında, sonralar isə şəkər çuğunduru təsərrüfatında miqrant işçilərlə birlikdə keçirirdi. Təsərrüfatda insan təbiətinin qaranlıq tərəflərini və yoldaşlarından miqrant həyatın çətinliklərini öyrənən Steynbek sonralar bu təcrübələrinə əsaslanaraq Siçanlar və İnsanlar romanını yazmışdı. 1919-cu ildə Stanford Universitetində İngilis ədəbiyyatı oxumağa gedən Steynbek 6 il sonra diplom almadan universiteti tərk etmişdi. Nyu-Yorka gedən gənc müəllif yaza-yaza pul qazanmaq üçün müxtəlif peşələrdə işləmişdi.Buna baxmayaraq, yazılarını nəşr etdirə bilmədikdən sonra Kaliforniyaya döndü və Tahoe gölündə tur nəzarətçisi olaraq çalışdı. Burada ilk həyat yoldaşı Kerol Henninq ilə tanış oldu.
Adamlar
Adamlar-2014-ci ildə qurulmuş vokalist, gitaraçı Tolga Akdoğan, gitaraçı Gürhan Öğütücü, baş gitaraçı Berat İşçioğlu və nağaraçı Bartu Özbatur'dan ibarət rok musiqi qrupudur. == Karyera == İlk olaraq Tolga Akdoğan "Adamlar" adı ilə əlavə layihə olaraq musiqi hazırlamağa başladı. Sonralarda o kariyerasına bu adla davam etmək qerarına gəldi. Albom prosesi albomdakı mahnıları toplamaq ideyası ilə başladı. Beləliklə albomun hazırlanması prossesi başladı. Bu müddət ərzində qrupda fəaliyyət göstərəcək üzvlər müəyyənləşdirilib. Heyət Tolga Akdoğan, Berkan Tilavel, Burak Güngörmüş, Gürhan Öğütücü və sonradan gələn Burak Irmak ilə tamamlanıb. 2014-ci ilin sentyabr ayında Eski Dostum Tankla Gelmiş adlı ilk albomlarını hazırlamışdırlar. Tərz olaraq əyləncəli sözlərə və musiqilərə sahib olan bu albom dinləyiciləri tərəfindən maraqla qarşılanıb. 2016-cı ilin oktyabr ayında ikinci albomları olan Rüyalarda Buruşmuşuz dinləyicilərə təqdim olunub.
Biaklar
Biaklar, biak-numforlar, numforlar, nuforlar, maforlar, İndoneziya dilində oranq-biaklar - Şərqi İndoneziyada (Papua əyalətinin Biak- Numfor dairəsi; Yeni Qvineya adasının şimal-qərb sahilləri, Çendravasih körfəzindəki Biak, Numfor və s. adalar) Avstroneziya xalqı. == Haqqında == Biakların sayı 80 min nəfərdir (2013). Cənubi Halmahera və Qərbi Yeni Qvineya xalqları qrupuna daxildir. Avstroneziya dillərinin Qərbi Yeni Qvineya qoluna aid biak dilində (biak və numfor ləhcələri, coxlu dialektləri var) danışırlar. Yazıları latın qrafikası əsasındadır, onların arasında İndoneziya dili də yayılmışdır. Biakların 90%-dən çoxu xristiandır. Ənənəvi məşğuliyyətləri balıqçılıq, dəniz vətəgələri, dənizçilik, gəmiqayırma, ticarətdir. Yeni Qvineyanın şimal-qərbində ticarət əlaqələrinə nəzarət edən Bialkar dəniz quldurları kimi məlum idilər. Ənənəvi sənətkarlıq sahələri dəmirçilik və zərgərlikdir.
Elamlar
Elamlar — Elam dövlətinin əsasını qoyan tayfa birliyi. == Ərazisi == Bəşər sivilizasiyasının qədim mərkəzlərindən olan Elam İranın cənubunda geniş bir ərazini əhatə edirdi. Karun və Kerha çayları arasındakı münbit düzənlik antik dövrdə Suziana, Luristandakı dağlıq massiv isə Elimaida adlanırdı. Suziana münbit və məhsuldar torpaqlara malik olmuşdur. Suziana düzənliyi hər tərəfdən dağ silsiləsi ilə əhatə olunmuşdur. Şimal qərbdə Puşti kuh dağ silsiləsi uzanır. Bu dağlar Kərha çayı vadisini İkiçayarasından təcrid edirdi. Dağ silsiləsinin son zirvəsi Kəbirkuh adlanır. Kəbirkuhdan başqa şimal-şərqə uca sıldırım dağ uzanır və İran ərazisini İkiçayarasından ayırır. Burada müasir Luristan vilayəti yerləşir.
Riaslar
Riaslar (rus. риасы, ing. rias) — dəniz sahili dağlıq olan ərazilərdə çay dərələrinin aşağılarına dənizin inqressiyası nəticəsində əmələgəlmiş körfəzlər. İspaniyanın şimal-qərb, İrlandiyanın cənub-qərb sahilləri üçün səciyyəvidir.
Sibolar
Sibolar — Altay xalqları tunqus-mancur qrupunun mancur qoluna mənsub xalq. Sibolar Çin Xalq Respublikasında (əsasən ölkənin şimal-qərbindəki — Sinszyan-Uyğur muxtar rayonunda, qismən Lyaonin və Qirin əyalətlərində) yaşayırlar. Onlar özlərini sibo mançju adlandırırlar. Sibolar Altay dil ailəsinin tunqus-mancur qoluna daxil olan mancur dilinin sibo ləhcəsində danışırlar. Antropoloji cəhətdən sarı (monqol) irqin şimali Asiya tipinə aiddirlər. Şamançıdırlar. Sayları 89 min nəfərdir (1987). Siboların soykökündə əsasən mancur tayfaları iştirak etmişlər. Siboların əsas məşğuliyyəti əkinçilikdir. Balıqçılıq və heyvandarlıq köməkçi təsərrüfat sahələridir.
Sikanlar
Sikanlar (lat. Sicani) — Siciliyada yaşamış qədim xalq. Onların qeyri-Hind-Avropa mənşəli olduğu güman edilir. Sikanlar e.ə. XIII əsrdə sikullar və elimlər tərəfindən qovulmuş və sonradan ellinləşdirilmişdir. Onlar Kastelluçço arxeoloji mədəniyyətinə uyğun gəlirlər. Tavromeniyalı Timey sikanları Siciliyanın yerli əhalisi hesab edirdi. Onun əsəri dövrümüzə qədər gəlib çatmayıb, lakin Diodor ona istinad edir. Doğrudan da, arxeoloji tədqiqatlar onu göstərir ki, adada minilliklər boyu avtoxton mədəniyyət mövcud olmuşdur. Fukididin fikrincə, sikanlar Pireney yarımadasından (ehtimal ki, Kataloniyadan) köç etmişdir.
Silahlar
Silah — insanların və ölkələrin bir başqa insana və ya ölkələyə qarşı müdafiə və müqavimət üçün istifadə etdiyi alətdir. Silahlardan həm də özünü müxtəlif yırtıcılardan və təhlükəli obyektlərdən qorumaq üçün istifadə edilir. İlk dəfə odlu silah XIV əsrdə Çində ixtira olundu. Daha sonra bu odlu silahlar Yaxın Şərqə, Avropaya və Afrikaya yayıldı. Hətta silahda istifadə olunan barıtı da çinlilər ixtira edib. Bu isə IX əsrdə ixtira olunub. Silahlar iki yerə bölünürlər: soyuq və odlu. Soyuq silahlara bıçaq, şüşə parçası, kəsici alətlər, sağlamlığa zərər verə biləcək bütün bərk əşyalar və s. aiddirlər. Soyuq silahlar da iki yerə bölünürlər: cinayət məsuliyyəti daşıyan və daşımayan.
Siraklar
Sisaklar
Sisakanda (indiki Zəngəzur ərazisi) yaşayan saklar tarixi ədəbiyyatda sisaklar adlanırlar,çünki indi çox hissəsi Ermənistanın,az hissəsi Azərbaycanın tərkibində olan Zəngəzur mahalı tarixən Sisakan adlanmışdır.Sisakan toponimini ilk dəfə Suriya müəllifi Zaxariy Ritor 554-cü ildə çəkmişdir və V əsr erməni mənbələrində Syuni adı ilə məlumdur."VII əsr erməni coğrafiyası"nda bu toponim Sisakan kimi yazılır.Moisey Kalankatlı da "Alban ölkəsinin tarixi"ndə bu toponimi Sisakan kimi işlətmişdir.Sisakan erkən orta əsrlər Qafqaz Albaniyası tarixində mühüm rol oynamışdır,çünki branın öz hökmdar sülaləsi olmuşdur.Sisakan toponiminin sak etnonimini əks etdirdiyini ilk dəfə iddia edənlərdən biri akademik N.Y.Marr olmuşdur.Lakin hətta sakların türk mənşəli olduqları sübut edilmədiyi bir dövrdə belə erməni tarixçiləri Sisakanı erməni vilayəti sayır və onun çarlarını da etnik mənsubiyyətcə erməni olduğunu yazırlar.(Hətta Sisakandakı əhalinin etnik mənsubiyyətcə erməni olduqları qəbul edilsə belə bunun indiki ermənilərə-haylara heç bir aidiyyatı yoxdur.Çünki tarixdə yad olunan ermənilər-ərmənlər türk mənşəli bir etnos olmuş,Böyük Ermənistan adı ilə öz dövlətlərini qurmuşlar.Sonradan ərmənlərin ərazisində məskunlaşan köçəri və vəhşi haylar bu türk etnosunun adını mənimsəmişdir) İlk öncə qeyd edilməlidir ki,Sisakan vilayəti ermənilərin əvvəldən məskunlaşdığı vilayət olsaydı sakların etnik adını daşımazdı.İkincsi Syuni hakimləri Aranşahlar adını daşımazdılar.Üçüncüsü "Alban ölkəsinin tarixi"ndə yazılır ki,Alban kilsəsi ilə Erməni kilsəsi arasında 607-ci ildən ixtilaflar kəskinləşdikdə syunilər erməni kilsəsindən aralanaraq Qafqaz albanlarına qoşulmuş və Alban kilsəsinin tabeliyinə keçmişdi.Ermənilərin Sisakana gəlməsi VIII əsrdən sonra ərəb xəlifəsinin Alban kilsəsini Erməni kilsəsinə tabe etməsindən sonra başlamışdı. Sisakan toponimi "Si" və "sakan" (Balasakan toponimində olduğu kimi) hissələrindən ibarətdir."Sakan" komponenti Sak etnoniminə və "-an" şəkilçisinə ayrılır.Deməli bu ad "Si sakları" anlamını verir və indiyədək Ermənistanda Sisyan rayonunun adında qalır.Adın birinci komponenti olan Si sözü Sisakanda hakimiyyətdə olmuş sülalənin adıdır.(Kirzioğlu M.Fahrettin,Kars tarihi,I cilt,İstanbul,1953) Başqa sözlə Si sülaləsi sakların içərisində bir tayfanın adı idi.Qədim türklərdə Si (Çin mənbələrində Xi) tayfasının adı məlumdur.Erkən orta əsrlərdə bu tayfa Altayda və Tuva ərazisində Dalay-Nor gölü vadisində yaşayırdı.Göstərilir ki,Si tayfası orada hunların qədim bir qolunun adıdır.(Tuva tarixi,Moskva,1964) Q. Qeybullayev qeyd edir ki,güman ki,sak tayfalarından olan Si tayfasının bir hissəsi Mərkəzi Asiyada qalmış və sonra hunların tərkibinə daxil olmuş,sakların tərkibində qalan hissəsi isə Sisakan adlı əyalətdə hakim sülüləyə çevrilmişdir.Ona görə də ,burada məskunlaşmış saklar Si sakları adlanmış və beləliklə də ,Sisakan adı yaranmışdı.Qədim erməni mənbələrində və "Alban ölkəsinin tarixi"ndə Si-sakan etnonimi qısaldılmış şəkildə Sisak kimi yazılmışdır.Lakin erməni mənbələrində Sisakan adı çəkilmir,əvəzində Syuni (əslində Siuni olmalıdır,"s" səsindən sonra "i" səsinin düşməsi və "y" səsinin əlavə olunması qrabar dili əsasında baş vermişdir.) adı verilir ki,bu da məhz Si etnonimindən və qrabar dilində mənşəcə urartu dilinə aid olan ,yer və tayfa adlarına əlavə edilən "-uni" şəkilçisindən ibarətdir. Erməni tədqiqatçıları Siuni adının mənşəyini izah edə bilməmiş və ona görə də bu adı Urartu mənbələrində Göyçə gölünün ətrafının adı kimi çəkilən Etiuni (qədim erməni mənbələrində Uti) adı ilə eyniləşdirmişlər.Halbuki müxtəlif ölkələrdən olan tədqiqatçılar dəfələrlə qeyd etmişlər ki,bu iki söz müxtəlif mənşəli sözlərdir. Q. Qeybullayev qeyd edir ki,Sisakan toponimi erməni dilində deyil və həm də bu adda İran mənşəli "kan" şəkilçisi yoxdur."Alban ölkəsinin tarixi"ndə qeyd olunur ki,bu adı farslar deyirlər.Buradan belə nəticə çıxır ki,Sisakan adında "an" şəkilçisi farscadır. Sakların məskunlaşdığı bu ərazidə Si sülaləsinin hakimiyyəti hələ eramızdan əvvəlki dövrlərdə başlamışdı.Çünki eramızın I əsrinin 60-cı illərində Qafqaz Albaniyasında hakimiyyətə keçmiş Ərən (Aran,Eran) "Alban ölkəsinin tarixi"ndə yazıldığına görə məhz Sisak sülaləsindən idi.Eramızın əvvəllərində Ermənistan Parfiya dövlətinin tərkibinə daxil edildikdən sonra Parfiya hökmdarı öz qardaşı Valarşakı Ermənistana çar göndərmişdi.Valarşak isə Qafqaz Albaniyasına Sisak nəslindən olan Ərən adlı bir nəfəri hökmdar təyin etmişdi.Buradan aydın olur ki,Sisak sülaləsi I əsrdə artıq tanınmış hakim sülalə idi.Ərən şəxs adının türkcə olması Sisak sülaləsini türk mənşəli olduğunu göstərən tutarlı faktlardandır.Sisak sülaləsinin Ərəndən sonrakı hökmdarlarının adları bəlli olmadığından bu sülalənin Qafqaz Albaniasındakı sülalə şəcərəsini izləmək mümkün deyildir. Q.Qeybullayev qeyd edir ki,görünür bu sülalənin hakimiyyəti IV əsrdən bu yana keçməmişdir.V əsr erməni tarixçisi Yegişe (Yegişe,V fəsil) albanlarda çar nəslinin Qnuni adlandığını yazmışdır.(451-ci ildə Sasanilərə qarşı üsyanda iştirak etmiş alban hökmdarı Vahan bu nəsildən idi) Qnuni qrabar dilində əlavə olunmuş,Urartu mənşəli şəkilçidir. Q.Qeybullayev və Y.Yusifov qeyd edir ki,qrabarcada təhrifə uğramış "qn" sözü qun-hun kim bərpa edilə bilər və deməli hakimiyyətdə hun mənşəli sülaləni olması ehtimal edilə bilər.Həmin hun sülaləsi isə eranın əvvəllrində Qafqaz Albaniyasının Şimal-Şərqində yaşamaqda olan maskutlardan idi.Təsadüfi deyil ki,alban hökmdarı II Vaçe hakimiyyətdən əl çəkdikdə məhz Maskut əyalətinə çəkilmişdi. IV əsrdə bütün Qafqaz Albaniyası əhalisi ilə birgə Sisakan əhalisi də xristian dinini qəbul etmişdi.Bu sülalənin nümayəndələri saklı (ərəb mənbələrində Səhl) ləqəbini daşıyırdılar.Səhl (Sisak) nümayəndəsinin ən məşhur nümayəndələrindən biri də Səhl ibn Sunbat idi.O,Babəki tutub ərəblərə vermişdi. Səhl Sunbatın qalası Şəkki qalası idi. Ərəblərin Azərbaycanı fəthindən sonra Sisakın xristian hakimləri "məlik" adlandırıldılar.Səhl ibn Sunbat da məlik idi və Kitabi Dədə Qorquddakı Şökülü Məlik (Şəkili Məlik adının təhrifi) güman ki,məhz Şəkki hakimi Səhl ibn Sunbatdır.Qeyd edilməlidir ki,Bəzz qalasının hakimi ,xürrəmilərin başçısı Cavidan da ərəb mənbələrində Cavidan ibn Səhlək adlandırılmışdır.Cavidanın qəbrinin Zəngəzurda Pir-Davidan adı ilə indiyədək qalması da bununla bağlıdır.
Sitatlar
Sitat — öz fikrini əsaslandırmaq və ya aydınlaşdırmaq üçün başqasının söylədiklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarışlar. Sitatbaz (latınca citatum və farsca . . . baz] dedikdə, yazısında, nitqində sitat gətirməyi sevən adam, sitat həvəskarı nəzərdə tutulur.
Siçanlar
Siçanlar (lat. Muridae) — gəmiricilər dəstəsinə aid məməli heyvan fəsiləsi.
Skatlar
Skatlar - Batomorpha dəstəüstü. Skatların çoxu dib həyatı keçirir. Bununla əlaqədar olaraq bədənləri bel qarın istiqamətində yastılaşıb. 5 cüt olan qəlsəmə yarıqları qarın tərəfdə yerləşir. Bu balıqlarda spirakulum dəliyi yaxşı inkişaf edib, o nasos vəzifəsini yerinə yetirərkən suyu qəklsəmələrə ötürür. Skatların dişləri yastı və kütdür, bədəni çılpaq və ya üzəri sərt törəmələrlə örtülüdür. Yaxşı inkişaf etmiş döş üzgəcləri başı da əhatə edir. Bir çox növlərin bel və quyruq üzgəcləri çox kiçilib, anal üzgəci tamamilə yoxdur. Əsas hərəkət orqanı döş üzgəcləridir: bu üzgəclərin dalğavari hərəkəti balığın hərəkətini təmin edir. Dib heyvanları olduqları üçün bədənləri bel-qarın istiqamətində yastılaşmışdır.
Svanlar
Svanlar — azsaylı Kartvel dilli xalq, Kartvel dil ailəsinə daxil olan svan dilində danışırlar, mütləq əksəriyyəti Gürcüstanda yaşayır. Gürcüstanda siyahıyaalınmalar zamanı ümumi kartvel adı ilə gürcülərlə birlikdə göstərilirlər. Gürcülər ana dilləri olan gürcücədə onları svanebi (სვანები) adlandırırlar. Svanlar özlərini şan, yaşadıqları ölkəni isə Şvanar adlandırırlar.
İmamlar
İmam (ərəb. إمام‎ — başçı) — islamda məscidə, dini ayinlərə rəhbərlik edən ruhani şəxs. "İmam" sözü həm də "nümunəvi şəxs" kimi izah oluna bilər. İslamda məcburi olan ümumi cümə namazı zamanı imam seçilir və o namaza rəhbərlik edir. Bu ayinin yerinə yetirilməsi zamanı 8 yaşına çatmış istənilən şəxs imam ola bilər. Türkiyədə imamı namaz qılanlar özləri seçir, hakimiyyət isə onun statusunu təsdiqləyir. Adətən imamlar ilahiyyat təhsili alanlar arasından seçilir. İmamın geyimindəki fərqlər — ağ əmmamə və paltarın ağ ətəkləridir. On iki imam teologiyasına görə (şiəlikdə) on iki imam Məhəmməd peyğəmbərin birbaşa mənəvi varisləri olmuşlar. İlk imam peyğəmbərin kürəkəni, dördüncü xəlifə İmam Əlidir.
Sitarlar
Sitarlar (lat. Citharidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kambalakimilər dəstəsinə aid heyvan fəsiləsi.
Kamlar
Saklar
Saklar — müasir türk xalqlarının bir çoxunun, eləcə də Azərbaycan türklərinin etnogenezində birbaşa iştirak etmiş ən qədim Türk tayfalarından biri. Qədim Çin yazılı mənbələrində «sak» etnonimi «sai» adlanırdı. Nikolay Aristov da «sak»/»saka» və onun təhrif edilmiş törəməsi sayılan «skif» kəlməsinin ilkin variantının məhz «sa» sözü olduğunu, «k» şəkilçisinin isə cəmlik bildirdiyini qeyd etmişdir. Onun fikrincə, «bir vaxtlar Qərbi Tyan-Şan ərazilərində yaşayan «saka», «sa» və ya «se» adlanan türk tayfası sonralar Hindistana köç etmiş və burada yerli əhaliyə qarışaraq itmişdir. Lakin onun izləri qara kırğızların sayak, qırğızların soltı və Yeniseydəki saqay tayfalarının adlarında qalmaqdadır. Soltı qırğızların bir nəsli isə «çaqa» adlanır». Qafqazın əski türklərin vətəni olduğunu bildirən Pavel Nazarova görə, «skif» kəlməsi qədim türklərin antik adıdır. Tədqiqatçı yazır ki, «yəhudilər, yunanlar, romalılar «türk» sözünü deyil, «skif» sözünü işlədirdilər və bu kəlmə (skit, skut, aşkuz, aşkez) «As kişi», yəni «As (Az) adamı» ifadəsinin təhrif olunmuş formasıdır. Herodotda skif sözləri - «jun» (yun), oyr (ər), «asxi» (acı) sadalanır və onlar türkcədir. Bizans müəllifləri isə bu sıraya «balıq» kəlməsini də əlavə edirlər».
Sarlar
Sarlar (lat. Buteoninae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinə aid heyvan yarımfəsiləsi.
Saylar
Say bir rəqəmi ifadə edən simvol ya da rəqəmlər yaxud simvollar qrupudur. Bu mənalara gələ bilər: Say sistemləri Say (qrammatika) Say — rəqəm.
Saçlar
Saç və ya tük yaxud qıl — məməlilərin və onların əcdadlarının (terapsidlər) qoruyucu örtüyünün tərkib hissəsi. Filogenetik olaraq dəri örtüklərinin epidermisinin törəməsidir. Heyvanlarda tükdən hazırlanmış sıx örtük xəz və ya yun adlanır. Saçlar statik elektrik toplamaq imkanına malikdir. Saçın xarici örtüyü bir-birinin üstünə yığılan keratin pulcuqlardan yaranıb. Saçların görünən hissəsi sterjen adlanır. Dərinin altında qalan saçın hissəsi isə saç kökü (və ya saç soğanağı) adlanır. Soğanaq follikul adlanan tüklü torbayla əhatə olunmuşdur. Saç tipi follikulun formasından asılıdır: düz saçlar dəyirmi, azacıq qıvrım olan oval, buruq-buruq olan isə böyrəkvarı follikuldan artırlar. Hər tük üç qatdan ibarətdir.
İsalar
İsalar — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd. Qarabağ düzündədir. Kənd isalar nəslinə mənsub ailələr tərəfindən məskunlaşdığı üçün belə adlandırılmışdır. Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin oktyabrın 1-də isə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Salar
Salarlar — Çin Xalq Respublikasında yaşayan Türk xalqlarından biri. Sayları 104.503 nəfərdir . Salırlar Sünni müsəlmanlarıdırlar, Hənafi-Məturudi məzhəbinə aiddirlər. Salırlar öz ənənəvi yaşayış yerlərindən də başqa böyük şəhərlərdə Döngən kimi tanınan müsəlman Çinlilərlə bir arada yaşayırlar. İslam təhsili Sanlanbahai bölgəsində Jiezi kəndində Gaizi Mişit adı verilən bir mədrəsədə alırlar.
Samar
Samar adası var. Samar (12°03′ şm. e. 125°07′ ş. u.) — Filippin arxipelaqının mərkəzində yerləşir. Adanın sahəsi 12 849,4 km² təşkil edir. Ada ilk dəfə ispaniyalı dənizçi Rui Lopes de Vilyalobos (isp. Ruy López de Villalobos) tərəfindən 1543-cü ildə kəşf edilir. Adanın ən iri şəhəri Kalbayoqdur. Ada inzibati cəhətdən Samar (733,377 nəf), Şimali Samar (589,013 nəf) və Şərqi Samar (428 877 nəf) cilayətlərinə bölünür.
Elektron silahlar
Sıflar
Şualar
"Şualar" — Səid Nursinin əsəri. Risale-i Nur Külliyatını təşkil edən ən önəmli əsərlərdən biridir. Əsasən 1936–1949 illər arasında Eskişehirdə yazılmışdır.
Şıxlar
Azərbaycanda Şıxlar (Göyçay) — Göyçay rayonunda kənd. Şıxlar (Cəbrayıl) — Cəbrayıl rayonunda kənd. Şıxlar (Qax) — Qax rayonunda kənd. Şıxlar (Qaradağ) — Qaradağ rayonunda kənd. Şıxlar (Masallı) — Masallı rayonunda kənd. Şıxlar (Sabirabad) — Sabirabad rayonunda kənd. Şıxlar (Yardımlı) — Yardımlı rayonunda kənd. Şıxlar (Cəlilabad) — Cəlilabad rayonunda kənd. Şıxlar (Xaçmaz) — Xaçmaz rayonunda kənd. Şıxlar (Ağdam) — Ağdam rayonunda kənd.