Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sidiklik
Sidiklik və ya qədim türkcə Qovuq (lat. vesica urinaria; yun. cystis) sidik-ifrazat sisteminə aid üzv. Sidik üçün bir anbar funksiyasl daşıyır və özü də kişik çanaqda, kişilərdə qasıq birləşməsi ilə düz bağırsaq arasında və qadınlarda qasıq birləşməsinin arxasında, uşaqlıq və uşaqlıq yolunun önündə yerləşmişdir. Sidikliyin yuxarı doğru baxan zirvəsi — lat. apex vesicae (vertex vesicae BNA), aşağı tərəfə çevrilmiş dibi — lat. fundus vesicae və ortada cismi — lat. corpus vesicae vardır. Sidikliyin iki ın və dal səthi iki sağ və sol kənarları vardır. Ön səthi qasıq birləşməsinə və dal səthi kişilərdə düz bağırsağa, qadınlarda isə uşaqlıq və uşaqlıq yoluna baxır.
Cicimli
Cicimli (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Cicimli (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd.
Aşağı Cicimli
Aşağı Cicimli — Azərbaycan Respublikasının Laçın rayonu Cicimli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Laçın rayonunun Cicimli kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Aşağı Cicimli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Əhalisi == Erməni işğalınadək kənd əhalisi azərbaycanlılardan ibarət idi. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Cicimli (Bərdə)
Cicimli (əvvəlki adı: Cimcimli) — Azərbaycan Respublikasının Bərdə rayonunun Mehdixanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 344-IIIQ saylı Qərarı ilə Bərdə rayonunun Mehdixanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Cimcimli kəndi Cicimli kəndi adlandırılmışdır. == Toponimikası == Cicimli variantında da qeydə alınmışdır. Kəndin ərazisi Laçın r-nunun Cimcimli kəndinə aid qışlaq yeri olmuşdur. XX əsrin əvvəllərində bu kənddən köçüb gəlmiş ailələr qışlaq yerində məskunlaşmışlar. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ düzündə yerləşir. Seyid Yusifli kəndi ilə qonşudur.
Cicimli (Laçın)
Cicimli – Azərbaycan Respublikasının Laçın rayonu Cicimli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Cicimli Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri hesab olunur. Buna əyani sübut kimi bu kənddə yerləşən Məlik Əjdər türbəsi, Kar künbəz abidəsi və bu abidələr ətrafında yerləşən "Çoban daş" abidəsini göstərmək olar. Cicimli kəndi XX əsrin 70-ci illərinədək bölgədə əsas məskunlaşma məntəqəsi olmuşdur. Bu kəndin mərkəzində XVIII əsrin 2-ci yarısında inşa edilmiş Məscid uzun illər (Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalınadək) mədrəsə kimi fəaliiyət göstərmişdir və bu təhsil ocağında dövrünün görkəmli din xadimləri islam dinini tədris etmişlər. Peyk görüntüləri ilə müşahidə etdikdə həmin Məscid binasının bu gün də mövcud olduğunun şahidi oluruq. Cicimli kəndi 1828-ci il Türkmənçay "sülh" müqaviləsindən sonra Rusiya İmperiyasının bu ərazilərdə məskunlşdırdığı ermənilər tərəfindən 8 dəfə işğal edilib, 7 dəfə əhalisi soyrırıma məruz qalıb və bütünlüklə yandırılaraq dağıdılmışdır. Sonuncu işğal 1992-ci ilin may ayında baş verib. İşğal nəticəsində kənddə yerləşən orta məktəbin 1948-ci ildə və 1976-cı ildə inşa edilmiş binaları, İcra nümayəndəliyinin, poçtun, tikiş fabrikinin, M.Ə.Sabir adına kolxozun, klubun, kitabxananın, qarışıq mallar mağazasının, tibb məntəsinin və dəyirmanın binaları, həmçinin kənd sakinlərinə məxsus 80-ə yaxın fərdi yaşayış evi Rusiya və Ermənistan Silahlı Qüvvələri və onların himayədarlıq etdiyi erməni terrorçuları tərəfindən yandırılaraq tamamilə məhv edilmişdir. Döyüş əməlyyatları zamanı yaxınlığında heç bir hərbi hədəfin olmamasına baxmayaraq 12 may 1992-ci il tarixdə terrorçu erməni ordusuna məxsus artilleriya qurğusundan açılan atəş nəticəsində bu kənddə yerləşən XII-XIII əsr abidəsi Məlik Əjdər türbəsinin günbəz hissəsi dağıdılmışdır.
Şıxımlı
Şıxımlı (Füzuli)
Yeni Şıxımlı
Yeni Şıxımlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Yeni Şıxımlı oyk. Kürdəmir r-nunun Xırdapay i.ə,v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi köhnə kəndin əsasında yarandığı üçün və köhnə kənddən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 247 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Şıxımlı (Füzuli)
Şıxımlı — Azərbaycan Respublikasının Füzuli rayonunun Üçbulaq kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Şıxımlı (Kürdəmir)
Şıxımlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Şıxımlı oyk. Kürdəmir rayonunun Atakişili i.ə.v.-də kənd. Şirvan düzündədir. əsl adı Şıxümmülüdür. Oykonim Şıxiimmü (qəbir pirin adı) va -lü (mənsub. bildirir) komponəntlarindən düzəlib, kənddəki eyniadlı pirin adı ilə adlandırılıb. Pirin adı isə şıx (şəyx) və ümmii (ər. "ana”) sözlərindən düzəlib, "şeyxin anası” deməkdir. Dəyilənə görə, bu pir keçmişdə mömin və ara həkimi olmuş aslan səyid hesab olunan bir qadının məzarıdır.
Şıxımlı bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şırımlı Avstraliya yastıcası