Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şifahi ənənə
Şifahi ənənə — məlumatların insan doğulan gündən başlayaraq, yaddaşdan köçürülməsi, uyğun dəyişiklik metodları ilə şifahi olaraq nəsildən-nəslə ötürülməsidir. Müəyyən bir performans tərzi (oxuma, hekayə izahı) tələb edir. Yazı icad edilməzdən əvvəl ictimai təcrübə, keçmişə dair biliklər və ilk sənət əsərləri saxlanılaraq nəsildən-nəslə ötürülürdü. Dastanlar, əfsanələr, rəvayətlər, şəcərə siyahıları şəklində şifahi tarix qədim xalqların tarixi şüurunun ən erkən forması idi. Şifahi ənənəyə tarixi əfsanələr, qəhrəmanlıq əfsanələri, tarixi nəğmələr, xalq dastanları daxildir. Xalq yaradıcılığı nümunələrinin nəsildən-nəslə ötürülməsi prosesində əksər hallarda digər janrlara məxsus folklor mətnlərindən götürülmüş motivlərdən və bədii vasitələrdən geniş istifadə olunur. Bu, reallıqdan xeyli dərəcədə uzaqlaşmaya səbəb olsa da, yeni motiv və vasitələrin əlavə edilməsi nəticəsində reallıqda baş verən hadisələr xalq təxəyyülü ilə zənginləşir. Bu isə folklor mətninin təsir gücünü daha da artırır. Şifahi ənənə yazının gəlişi ilə əhəmiyyətini itirmədi. Əksinə, antik dövrdə və orta əsrlərdə hər yerdə rast gəlinən şifahi xalq ədəbiyyatı nümunələri salnamə və tarixi hekayələrin tərtibində mənbə kimi istifadə edilməyə başladı.
Şifahi xalq ədəbiyyatı
Azərbaycan folkloru — kollektiv yaradıcılıq məhsulu olan, müəllifləri məlum olmayan ədəbiyyatdır. Qədimlikdən, tarixdən xəbər verməklə yanaşı Azərbaycan xalqının ruhundan süzülən mədəniyyətdir. Zəngin Azərbaycan şifahi xalq ədəbiyyati dünyanın digər xalqlarının folkloru arasında özünəməxsus yer tutur. Bütün xalqların ədəbiyyatları üçün ilk və səciyyəvi olan kollektiv yaradıcılıq Azərbaycan ədəbiyyatının da əsasını qoyub. Azərbaycanlıların zəngin bir şifahi ədəbiyyatı var. Şifahi xalq ədəbiyyatına folklor da deyilir. İngilis dilindən götürülmüş bu termin — folk -xalq, lore isə bilik, hikmət (xalq müdrikliyi) anlamındadır. Şifahi xalq ədəbiyyatının ilk nümunələri – ibtidai insanların məişət, təbiət hadisələri, ovçuluq, əmək və digər bu kimi məsələləri haqqında təsəvvürləri və bununla əlaqədər keçirdikləri hisslərin tərənnümüdür. Bunlar qədim dövrlərdə yaranaraq, dildən-dilə, ağızdan ağıza keçərək yaşamış və zənginləşmişdir. Folklor nümunələri xalq zəkasının qüdrətini, bədii təfəkkürünün gücün parlaq əks etdirən, məzmun cəhətdən maraqlı, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir.
Səfalı
Səfalı – Azərbaycan Respublikasının Şamaxı rayonunun Dəmirçi inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin əsası XVII əsrdə qoyulmuşdur. Əvvəllər Zarat adlanan kəndin ərazisindən keçən Pirsaat çayı 1963-cü ildə öz axarından çıxaraq 100-dən çox yaşayış evini yuyub və kənd tamamilə xəritədən silinib. 600-dən çox sakin isə rayonun digər kəndlərinə köçürülüb. 1965-ci ildən kəndin bir neçə sakini yenidən kənddə məskunlaşıb və kənd Səfalı adlandırılıb. == Coğrafiyası == Şamaxıdan 41 kilometr uzaqlıqda, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. Hər il kəndə gələn turistlərin sayı artır. == Mədəniyyət == Kənddə xəstəxana xidmət göstərir. Azərbaycan kinomatoqrafiyası tarixində müstəsna rola malik olan kənddir. Burada "Qəm pəncərəsi", "Qanlı zəmi" (Qaçaq Nəbi), "Qəzəlxan", "Ovsunçu", "Pirverdinin xoruzu", "Dədə Qorqud"un bəzi fraqmentlərinin və son vaxtlarda "Buta" filmi çəkilmişdir.
Sibay
Sibay — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasına daxildir
Addinqton sarayı
Addinqton sarayı — İngiltərədə Cənubi Londonda Addinqton bölgəsinin yaxınlığındakı Kraydon ərazisində yerləşən saray. == Tarixi == Saray XVI əsrdə tikilmişdir. XVIII əsrə qədər sarayın sahibi Ley ailəsi olmuşdur. 1737-ci ildə ailənin sonuncu nümayəndəsi ser Con Ley vəfat edəndə onun yaxın mirasçısı olmur. Bu səbəbdən saray ailənin uzaq qohumu Barlaou Trekotikə qismət olur. Trekotik tacir idi, Londona köçmüşdü, millət vəkili və bələdiyyə başçısı kimi vəzifələrə sahib idi. 1770-ci ildə London meri Lord Mayor Addinqton sarayını 38.500£ qiymətə satın alır. == Müasir dövrdə == 1951-ci ildə saray Özəl Memarlıq Araşdırma Binaları Siyahısına alınmışdır. 1953-cü ildə Kral kilsəsi musiqi qrupu sarayı kirayəyə alır və həmçinin kollec kimi də istifadə olunur. Saray 1996-cı ildə bir şirkət tərəfindən alınmış və indiyə qədər toy, konfrans mərkəzi kimi istifadə olunmaqdadır.
Alferaki sarayı
Alferaki sarayı — Rusiya, Taqanroqda əslən varlı tacir Nikolay Alferakinin evi olan muzey. Bina memar Andrey İvanoviç tərəfindən 1848-ci ildə şəhərin mərkəzində, Frunze küçəsində inşa edilib. Bina dörd korinf sütun və barokkko üslubunda qəliblər olan bir portal ilə bəzədilib. Daxillində otaqlar və tavan boyaması ilə bəzənmiş xüsusi musiqi zalı yerləşir. == Tarixi == Sarayın ilk sahibləri Taqanroqda anadan olmuş Nikolay Alferaki və ailəsi idi. Mixail Şepkin 1863-cü ilin iyulunda Alferaki Sarayında qalmışdır. 1870-ci illərdə Alferaki ailəsi iflas etdikdən sonra saray Yunan taciri Negropontə, bağçası isə tacir icmasına satıldı. Anton Çexov ( Oğlanlar Gimnaziyasının şagirdi kimi) 1876-cı ildə ticarət klubunda verilən konsertlərə gəlir və daha sonra İonych, Mask və Mənim həyatım hekayələrində saraydan bəhs edir. 1918-ci ilin fevral-aprel aylarında bina Taqanroq Sovet İşçilər Şurasının qərargahına çevrildi. Binada 1918-ci ildə işğal zamanı Alman müharibə xəstəxanası, 1919-cu ildə isə Anton İvanoviç Denikin qəragahı yerləşirdi.
Baabda Sarayı
Baabda Sarayı(fr. Palais Présidentiel de Baabda),(ərəb. قصر بعبدا ‎)-Livan prezidentinin rəsmi iqamətgahı. == Tarixi == Baabda sarayı Müdafiə Nazirliyi və digər müxtəlif hərbi postlarla əhatə olunmuşdur. 2005-ci ilin ortalarında təhlükəsizlik səbəbi ilə nazirlər görüşlərinin adi məkanı tərk edildikdən sonra nazirlərin görüşlərinə ev sahibliyi etməyə başladı.İndi nazirlərin görüşləri Baabda Sarayında və Böyük Seraildə alternativ qaydada keçirilir.
Baxçacıq sarayı
Baxçacıq sarayı (fars. کاخ و موزه باغچه‌جوق‎) — Qərbi Azərbaycan ostanında Maku şəhərindən 8 km aralıda Baxçacıq kəndində yerləşir. Sarayın tikintisi 1934-cü ildə tamamlanıb. Baxçacıq sarayı 1996-cı ildə İranın "Milli İrs" siyahısına 1739 nömrəsi ilə qeydə alınmışdır. == Ümumi məlumat == Əslində sarayın tikintisinə Maku xanlarından biri olan Teymur Paşa xanın sifarişi ilə başlansa da, əsas işləri Müzəffərəddin şah Qacarın sərdarlarından olan İqbal-üs-səltənə Makuyi titullu Murtuzaqulu xan Bayatın dövründə aparılmışdır. Sarayın inşaası 1934-cü ildə başa çatdırılıb. 1974-cü ildə Murtuzaqulu xanın varislərindən biri Baxçacıq sarayını satın alaraq təmir etdirdi. 1985-ci ildən saray muzeyə çevrilmişdir. Günümüzdə də Qərbi Azərbaycan ostanının ən çox ziyarət edilən turistik mərkəzlərindən biridir. === Memarlıq xüsusiyyətləri === 11 hektarlıq bağın ərazisində yerləşən saray iki mərtəbəlidir.
Belveder sarayı
Belveder sarayı — Avstriyanın paytaxtı Vyana şəhərinin Landstrasse rayonunda yerləşən iki hissəli saraydır. Barokko üslubunda tikilmişdir. Belveder sarayı 1668–1745-ci illərdə Savoy şahzadəsi Euqenin əmri ilə Yohan Lukas von Hildebrandt tərəfindən tikdirilmişdir. Yuxarı və Aşağı Belveder sarayı olaraq iki hissədən ibarət saray bağça vasitəsi ilə birləşir. Saray hazırda muzey kimi istifadə olunur. Yuxarı Belveder sarayının ən əhəmiyyətli xüsusiyyəti 15 may 1955-ci ildə Avstriyanın İkinci Dünya müharibəsindən sonra müstəqilliyini təsdiq etmiş müqavilənin burada imzalanmasıdır.
Belvedere sarayı
Belveder sarayı — Avstriyanın paytaxtı Vyana şəhərinin Landstrasse rayonunda yerləşən iki hissəli saraydır. Barokko üslubunda tikilmişdir. Belveder sarayı 1668–1745-ci illərdə Savoy şahzadəsi Euqenin əmri ilə Yohan Lukas von Hildebrandt tərəfindən tikdirilmişdir. Yuxarı və Aşağı Belveder sarayı olaraq iki hissədən ibarət saray bağça vasitəsi ilə birləşir. Saray hazırda muzey kimi istifadə olunur. Yuxarı Belveder sarayının ən əhəmiyyətli xüsusiyyəti 15 may 1955-ci ildə Avstriyanın İkinci Dünya müharibəsindən sonra müstəqilliyini təsdiq etmiş müqavilənin burada imzalanmasıdır.
Beykoz sarayı
Beykoz "Məcidiyə" sarayı — İstanbulun Beykoz ilçəsində inşa edilən tarixi bir saraydır. Yalıköy səmtində Padşah estakadası olaraq tanınan sahənin cənubunda yerləşir. Beykozda padşah estakadasının cənubunda, bir vaxtlar Yalıköyə uzanan yol ilə sahil arasında qalan təpəcikdə yerləşir. Qəsrin memarları Nigogos Tayın və Sarkis Balyandı. Misir valisii Kavalalı Mehmet Əli Paşanın sultan Abdülməcidə (1839–1861) xidmət və sədaqət kəsb etmək məqsədilə tikdirdiyi qəsrin tikintisinə 1855-ci ildə başlanmışdır. Qəsr Kavala Mehmet Əli Paşanın oğlu Səid Paşa tərəfindən on bir il sonra 1866-cı ildə tamamlanmışdı və o vaxt taxta keçən Sultan Əbdüləzizə ərməğan edilmişdir. Beykoz qəsri Boğaziçində qərb üslubunda inşa edilən ilk binadır. Tikintisində istifadə edilən daş İtaliyadan idxal edilmişdir. Bundan başqa yerli ağ mərmər də istifadə edilmişdir. Misir valilərinin zənginliyini əks etdirən qəsr, Avstriya İmperiyasının İtaliya hissəsində tez-tez rast gəlinən bir memarlıq üslubuna malikdir.
Bukingem sarayı
Bukinqem sarayı (ing. Buckingham Palace) — britaniya monarxlarının (hazırda II Elizabetin) Londondakı rəsmi iqamətgahı. Pell-Mell küçəsinin və kraliça Viktoriyanın qızılı abidəsi ucaldılan Qrin-Parkın qarşı tərəfində yerləşir. Monarx sarayda olarkən onun damında kral bayrağı dalğalanır. == Ümumi məlumat == Saray monarxiyanın simvoludur. Bu sarayda şahzadə və onun ailəsi yaşayır. Saray bir çox incəsənət əsərləri ilə bəzədilmişdir. Sarayı piyada qvardiya polku və krallıq atçı qvardiya polkundan ibarət olan Saray diviziyası qoruyur. Hər gün aprel ayından avqust ayına kimi saat 11:30-da (qalan aylarda - bir gündən bir) qaravul növbəsinin dəyişmə mərasimi keçirilir. Bu törən Londonda ən məşhur mərasimlərdən biri sayılırki, çox sayda turistləri özünə cəlb edir.
Bukoleon sarayı
Bukoleon sarayı (yun. Βουκολέων) ― Konstantinopolda (müasir Türkiyənin İstanbul şəhəri) mövcud olmuş Bizans saraylarından biri. Saray İpodromun cənubunda, Balaca Ayasofyanın şərqində, Mərmərə dənizinin sahilində yerləşir. == Adlar == Tikilinin əvvəlki adı Hormisdas olmuşdur. Bukoleon adı ehtimal ki, I Yustinian dövründə, 6-cı əsrin sonlarında sarayın qarşısında kiçik liman inşa edildikdə verilmişdir. Rəvayətə görə, ərazidə öküz və limana adını verən aslan heykəlləri dururdu (βοῦς və λέων, müvafiq olaraq "öküz" və "aslan" deməkdir). Saraya həmçinin, "Hormisdas evi" və ya "Yustinian Evi" də deyilir. == Tarix == Boukoleon sarayı 5-ci əsrdə II Feodosinin hakimiyyəti dövründə tikilmişdir. İmperator Feofil sarayı yenidən qurdu və genişləndirdi, sahil divarlarının üstünə böyük bir fasad əlavə etdi. 969-cu ildə İmperator II Nikofor ərazidə dairəvi divar tikdirdi.
Burbonlar sarayı
Burbonlar sarayı (fr. Le palais Bourbon)— Fransanın Parisdəki Milli Assambleyanın yerləşdiyi bina. == Tarixi == Razılıq körpüsünün qarşısında yerləşmiş Burbonlar sarayının fasadı Maden kilsəsinə və Razılıq meydanına baxır.Hazırda Milli Assambleyanın yerləşdiyi binada dörd arxitektorun dəsti xətti görünür:Cardinni 1722-ci ildə binanın tikintisinə başlamış, Lassürans işi davam etdirmiş, Ober və Qabriel onu 1728-ci ildə başa çatdırmışlar. Bina əsasən Burbonlar hersoqu XIV Lüdovikin qızı üçün tikilmişdir. Hersoqun qızı hətta binaya öz adını vermişdir. 1764-cü ildə həyəti daha da genişləndirilmiş vəziyyətdə və indiki görünüşdə şahzadə Kondenin şəxsi mülkünə çevrilmişdir.Binanın fasadını Napoleonun tapşırığı ilə arxitektor Puaye 1803-1807-ci ildə tikmişdir.Fasad nəhəng və hündür sütunlarla bəzədilmişdir.Onun girəcəyinin hər iki tərəfində Pryutun, Syüllinin, Kolberin və Aqessonun möhtəşəm heykəlləri qoyulmuşdur.Daxili incəsənət əsərləri ilə bəzədilmişdir.Romantizm dövrünün tanınmış rəssamı, Viktor Hüqonun yaxın dostu Delekrua 1838-1845-ci illərdə saray kitabxanasını "Sivilizasiya tarixi" mövzusunda çəkdiyi əsərlə daha da gözəlləşdirmiş, Qüdonun yaratdığı Didro və Volterin büstləri kitabxanaya qoyulmuşdur.Lil, Universitet, Varen və Qrenel küçələri məhəllənin tarixiliyini özlərində əks etdirmişlər. Lil küçəsindəki Fəxri Legion sarayı 1787-ci ildə knyaz Salm üçün tikilmişdir.1871-ci ildə Kommuna dövründə bina tamamilə yandırılmışdır.Yalnız yeddi ildən sonra binanın əvvəlki görünüşünü bərpa etmək mümkün olmuşdur.Binada Fəxri Legion ordeni və digər Avropa ordenlərinin tarixinə dair sənədlər qorunub saxlanmaqdadır.
Azərbaycan Şifahi Xalq Ədəbiyyatı
Azərbaycan folkloru — kollektiv yaradıcılıq məhsulu olan, müəllifləri məlum olmayan ədəbiyyatdır. Qədimlikdən, tarixdən xəbər verməklə yanaşı Azərbaycan xalqının ruhundan süzülən mədəniyyətdir. Zəngin Azərbaycan şifahi xalq ədəbiyyati dünyanın digər xalqlarının folkloru arasında özünəməxsus yer tutur. Bütün xalqların ədəbiyyatları üçün ilk və səciyyəvi olan kollektiv yaradıcılıq Azərbaycan ədəbiyyatının da əsasını qoyub. Azərbaycanlıların zəngin bir şifahi ədəbiyyatı var. Şifahi xalq ədəbiyyatına folklor da deyilir. İngilis dilindən götürülmüş bu termin — folk -xalq, lore isə bilik, hikmət (xalq müdrikliyi) anlamındadır. Şifahi xalq ədəbiyyatının ilk nümunələri – ibtidai insanların məişət, təbiət hadisələri, ovçuluq, əmək və digər bu kimi məsələləri haqqında təsəvvürləri və bununla əlaqədər keçirdikləri hisslərin tərənnümüdür. Bunlar qədim dövrlərdə yaranaraq, dildən-dilə, ağızdan ağıza keçərək yaşamış və zənginləşmişdir. Folklor nümunələri xalq zəkasının qüdrətini, bədii təfəkkürünün gücün parlaq əks etdirən, məzmun cəhətdən maraqlı, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir.
Bukinqem sarayı
Bukinqem sarayı (ing. Buckingham Palace) — britaniya monarxlarının (hazırda II Elizabetin) Londondakı rəsmi iqamətgahı. Pell-Mell küçəsinin və kraliça Viktoriyanın qızılı abidəsi ucaldılan Qrin-Parkın qarşı tərəfində yerləşir. Monarx sarayda olarkən onun damında kral bayrağı dalğalanır. == Ümumi məlumat == Saray monarxiyanın simvoludur. Bu sarayda şahzadə və onun ailəsi yaşayır. Saray bir çox incəsənət əsərləri ilə bəzədilmişdir. Sarayı piyada qvardiya polku və krallıq atçı qvardiya polkundan ibarət olan Saray diviziyası qoruyur. Hər gün aprel ayından avqust ayına kimi saat 11:30-da (qalan aylarda - bir gündən bir) qaravul növbəsinin dəyişmə mərasimi keçirilir. Bu törən Londonda ən məşhur mərasimlərdən biri sayılırki, çox sayda turistləri özünə cəlb edir.
Bəylərbəyi Sarayı
Bəylərbəyi sarayı — İstanbulun Üsküdar rayonunda 1861–1865-ci illərdə inşa olunan Osmanlı sarayı. Üsküdar rayonunun Bəylərbəyi səmtində yerləşən saray dövrün Osmanlı padşahı Sultan Əbdüləzizin sifarişi ilə, erməni əsilli baş memar Sarkis Balyan tərəfindən inşa olunmuşdur. Yay sarayı və əcnəbi dövlət adamlarının qonaq edilməsi məqsədilə hazırlanan sarayın inşaat prosesi 6 avqust 1863-cü ildə başlamış, açılış mərasimi isə 21 aprel 1865-ci ildə cümə salamlığının ardından Sultan Əbdüləzizin iştirakı ilə baş tutmuşdur. O illərdə sarayın inşaat xərcləri təqribən 500 min Osmanlı lirəsi olaraq hesablanmışdır. == Ərazisi == Sarayın yerləşdiyi ərazinin tarixi Bizans dövrünə qədər gedib çıxır. Belə ki, Bizans imperatoru II Konstansi burada böyük bir xaç heykəli inşa etdirmiş, bu səbəblə bölgə Bizans dövründə stavroz (yunanca xaç deməkdir) bağçaları olaraq adlanmışdır. XVII əsr erməni səyyahı və tarixçisi Eremya Çələbiyə görə, vaxtilə bu ərazidə Bizans dövründən qalma bir kilsə və pravoslav ziyarətgahı var idi və bu məkanlar XVII əsrin əvvəllərinə qədər ayaqda qalmışdı. Osmanlı dövründə isə ərazi padşahların xas bağçalarından biri olaraq istifadə edilmiş, II Səlim dövrünün bəylərbəylərindən Mehmed Paşanın burada köşk inşa etməsinin ardından ərazi Bəylərbəyi olaraq anılmağa başlanmışdır. Ərazidə Osmanlı dövrünə aid ilk tikili yenə II Səlimin qızlarından Gövhərxan Sultanın sarayı idi. Saray uzun müddət ayaqda qalmış, hətta Osmanlı padşahlarından IV Murad məhz bu sarayda dünyaya gəlmişdir.
Dadiani sarayı
Dadianov sarayı — Dadiani nəslindən olan meqrel hakimlərinin Gürcüstanın Zugdidi şəhərindəki rezidensiyası. == Tarixi == XVII-ci əsrdə Gürcüstanda olan italyan missioneri Arkandjelo Lamberti yazırdı ki Knyazın 50-dən çox sarayı var hansıların için Zugdidi sarayı ən gözəlidir: o ən gözəl daşdan tikilib və onun iç otaqları fars üslubunda tasarlanıb. İndiki var olan saray 1873-1878-ci illərdə inşa edilib knyaqinya Yekaterina Dadiani üçün. Sarayın tasarlanması zamanı mühəndis Edqar Dj. Rays Alupkadakı Voronçov sarayının üslubundan istifadə edib. İkinci saray knyaqinanın oğlu, sonuncu meqrel hakimi üçün 1880-ci ildə inşa edilib, Leonid Vasilyevin layihəsi əsasinda. Nikolay Didiani hakimiyyətdən imtina etdikdən sonra (1866) onun qızı Salome anası ilə Parisə getdi və Parisdə 18 may 1868-ci ildə Marşal Myuratın nəvəsi Aşil Myuratla evləndi. Aşil Myurat bonapartislərin bəzi relikviyaları ilə Napolionun olüm maskasını Meqrelə gətirdi. Günümüzdə maska saray kompleksinin əsas hissəsi olan tarix muzeyində saxlanır. == Muzey == Muzey David Dadiani tərəfindən köhnə tarixi əşyalar və saray sahiblərinin xəzinsi əsasında 1849-cu ildə yaradılıb.
Diokletian sarayı
Diokletianus sarayı (xorv. Dioklecijanova palača) — Xorvatiyanın Split (əvvəllər Spalato) şəhərində, Roma İmperiyasının imperatoru Diokletian tərəfindən IV əsrdə tikilmiş Qədim Roma saraylarından biri.
Diokletiana sarayı
Diokletianus sarayı (xorv. Dioklecijanova palača) — Xorvatiyanın Split (əvvəllər Spalato) şəhərində, Roma İmperiyasının imperatoru Diokletian tərəfindən IV əsrdə tikilmiş Qədim Roma saraylarından biri.
Dojlar sarayı
Dojlar sarayı (it. Palazzo Ducale) — Venesiyada İtaliya XIV–XV əsr qotik memarlığına aid, memar Kalendario Filippo tərəfindən 1309–1424 cü illərdə inşa edilmiş tikili. Bu bina ilk növbədə Dojlar respublikasının iqamətgahı olmuşdur. Sarayda ali şura və senat, eyni zamanda ali məhkəmə və polis xəfiyyəsi fəaliyyət göstərmişdir. Birinci mərtəbəsində vəkillər, dəftərxana, notar kontorları, senzur xidməti və dəniz idarəsi yerləşmişdir. Binanın üst qatındakı mərkəzdə yerləşmiş eyvan tribun kürsüsü funksiyası daşıyır.Sarayın hər iki tərəfi Venesiya laqununa və Müqəddəs Mark meydanına baxır. Saray gümanki 1309–1424 illəri arasında Filippo Kalendario tərəfindən dizayn edildi. Saray olduqca kiçik bir qala üzərində tikilmişdir. Saray 1574-ci ildə baş vemiş yanğın nəticəsində böyük zərər görmüşdür. Saray daha sonra bərpa edimiş və Venesiya dövlətinin əsas siyası binası olmuşdur.
Dolmabaxça Sarayı
Dolmabağça Sarayı — Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində, Mərmərə dənizindən Boğaziçinə gedən yolda, dənizin sol sahilində Üsküdar məhəlləsinin qarşısında yerləşən tarixi saray. == Tarixi == Bu gün Dolmabağça sarayının yerləşdiyi ərazi XVII əsrdə Osmanlı donanmasının gəmilərinin saxlandığı limanlardan biri idi. Ənənəvi dənizçilik şənliklərinin təşkil edildiyi bu liman bir müddət sonra bataqlığa dönmüşdü. XVII əsrdə doldurulmasına başlanan bu liman Osmanlı padşahlarının əyləndikləri və istirahət etdikləri bir bağça kimi istifadə edilməyə başlandı. Bu bağçada uzun tarixi zaman ərzində inşa edilmiş köşklər və qəsrlər kompleksi bir müddət Beşiktaş Sahilsarayı adıyla tanınmışdı. XVIII əsrin II yarısına doğru, Türkiyə memarlığında qərb təsirləri görünməyə başlamış və "Türk rokkokosu" deyilən memarlıq üslubu, yenə qərb ölkələrinin təsiri ilə tikilən barokko üslublu köşklər, qəsr və saraylar inşa edilməyə başlanmışdır. III Səlim Boğaziçində qərb memarlıq üslublarında ilk binaları inşa etdirən padşahdır. O. Memar Antoine Ignace Mellinqə Beşiktaş sarayında bir qəsr inşa etdirmiş, lazım bildiyi digər tikililəri də genişlətmişdir. II Mahmud Topqapı sarayından başqa, Bəylərbəyi və Çırağan bağçalarında iki böyük saray inşa etdirmişdir. Bu dövrdə Yeni Saray (Topqapı sarayı) rəsmən olmasa belə tərk edilmiş sayılırdı.
Dolmabağça sarayı
Dolmabağça Sarayı — Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində, Mərmərə dənizindən Boğaziçinə gedən yolda, dənizin sol sahilində Üsküdar məhəlləsinin qarşısında yerləşən tarixi saray. == Tarixi == Bu gün Dolmabağça sarayının yerləşdiyi ərazi XVII əsrdə Osmanlı donanmasının gəmilərinin saxlandığı limanlardan biri idi. Ənənəvi dənizçilik şənliklərinin təşkil edildiyi bu liman bir müddət sonra bataqlığa dönmüşdü. XVII əsrdə doldurulmasına başlanan bu liman Osmanlı padşahlarının əyləndikləri və istirahət etdikləri bir bağça kimi istifadə edilməyə başlandı. Bu bağçada uzun tarixi zaman ərzində inşa edilmiş köşklər və qəsrlər kompleksi bir müddət Beşiktaş Sahilsarayı adıyla tanınmışdı. XVIII əsrin II yarısına doğru, Türkiyə memarlığında qərb təsirləri görünməyə başlamış və "Türk rokkokosu" deyilən memarlıq üslubu, yenə qərb ölkələrinin təsiri ilə tikilən barokko üslublu köşklər, qəsr və saraylar inşa edilməyə başlanmışdır. III Səlim Boğaziçində qərb memarlıq üslublarında ilk binaları inşa etdirən padşahdır. O. Memar Antoine Ignace Mellinqə Beşiktaş sarayında bir qəsr inşa etdirmiş, lazım bildiyi digər tikililəri də genişlətmişdir. II Mahmud Topqapı sarayından başqa, Bəylərbəyi və Çırağan bağçalarında iki böyük saray inşa etdirmişdir. Bu dövrdə Yeni Saray (Topqapı sarayı) rəsmən olmasa belə tərk edilmiş sayılırdı.
Eldənizlər sarayı
Eldənizlər sarayı və ya Darülmülk — Naxçıvan şəhərində mövcud olmuş orta əsrlərə aid tarixi memarlıq abidəsi Saray böyük Azərbaycan memarı Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilmiş Atabəylər Memarlıq Kompleksinə daxil olmuş, lakin dövrümüzədək gəlib çatmamışdır. Tədqiqatlar zamanı XIII əsrin 20-ci illərində yazılmış "Əcaib əd-dünya" əsərində adı çəkilən "Darülmülk"ün ("Dövlətxana") Eldənizlər sarayı olduğu qənaətinə gəlmişlər. Saray Möminə Xatun türbəsinin yaxınlığında yerləşmişdir. == Mənbə == "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 89.
Ev siçanı
Ev siçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. == Xarici görünüşü == Ölçüləri kiçikdir, bədənin uzunluğu 110 mm, quyruğun uzunluğu 105 mm, qulağın uzunluğu 17 mm, arxa pəncəsi 19 mm-ə qədərdir. Arxa pəncənin uzunluğu meşə siçanınkına nisbətən gödəkdir. Çəkisi 30 q-a çatır. Bədənin üst hissəsinin tük örtüyü sarımtıl-qonur və kül rəngində, alt hissəsinin rəngi isə ağ və ya bədənin üst hissəsinə oxşar rəngdədir. Əmcəklərinin sayı 10-dur. Kəllənin uzunluğu 18,0 – 22,6 mm-dir. Onun burun hissəsi qısa, kəllə qutusu isə çox da böyük deyildir.
Farnezi sarayı
Palasso Farnezi və ya Farnezi sarayı (it. Palazzo Farnese) — Roma şəhərində intibah dövrünə aid nümunələrdən biri olan saray, palasso. Artıq 100 ildən artıqdır ki, bu sarayda Fransa respublikasının səfirliyi yerləşir.
Ferreriya sarayı
Ferreriya sarayı, Palazzo Ferreriya və ya rəsmi adı ilə Palazzo Buttigieg-Francia — Maltanın paytaxtı Vallettanın girişinə yaxın yerləşən saray. XIX əsrin sonlarında inşa edilmişdir. Memar Cüzeppe Bonaviya tərəfindən tərtib edilmişdi. Saray adalarda taxta eyvanları olan ilk bina idi. Bura 1-ci dərəcəli milli abidədir. == Tarixi == Əvvəllər sarayın ərazisində Malta cəngavərləri ordeninin silah-sursat hazırlaması üçün köhnə metaltökmə zavodu mövcud idi. Giuseppe Buttigieg və həyat yoldaşı Giovanna Kamilleri, torpaqları hökumətdən aldılar və 19-cu əsrin sonlarında burada Ferreriya sarayını inşa etdilər. Binanın fasadında Buttiegieg və Kamillerinin gerbləri var. Saray, qızları Tereza Buttigieg üçün cehiz olaraq qaldı. Tereza bir müddət sarayın adını aldığı polkovnik Con Luis Fransiya ilə evləndi.
Fontenblo sarayı
Fontenblo sarayı — Fransa əsilzadə saraylarından biri. Paris şəhərinin mərkəzinə təqribən 55 km uzaqlıqda yerləşən Fontenblo şəhərindədir.
Siyasi siyahı
Siyasi siyahı, partiya siyahısı və ya seçki siyahısı — adətən proporsional və ya qarışıq seçki sistemlərində, eyni zamanda bəzi çoxluqlu seçki sistemlərində olan seçki üçün namizədlər qrupu. Seçki siyahısı siyasi partiya tərəfindən qeydə alınır və ya müstəqil namizədlər qrupunu təşkil edilir. Siyahılar açıq ola bilər, bu halda seçicilər qalib namizədlərin reytinqinə müəyyən təsir göstərə bilər. Bu həmçinin, qapalı ola bilər ki, bu halda namizədlərin sırası siyahının qeydiyyatı zamanı müəyyən edilir. == Əvəzedici siyahılar == Seçilmiş nümayəndə öz yerini tərk edən zaman proporsional nümayəndəlik siyahı sistemindəki təsadüfi vakansiya adətən yerini tərk etmiş nümayəndənin siyahısında daha seçilməmiş ən yüksək səviyyəli namizəd tərəfindən doldurulur. Şəxsi və ya partiya-strateji səbəblərə görə, bu şəxs yerini aşağı səviyyəli həmkarına verməyi seçə bilər. Əvəzedici siyahılar bəzən tək ötürülə bilən səsli seçki sistemlərində təsadüfi vakant yerləri doldurmaq üçün istifadə olunur. Buna misal olaraq 1984-cü ildən İrlandiyada keçirilən Avropa Parlamentinə seçkiləri göstərmək olar.
2016 Şimali Koreya nüvə sınağı
Safari
Safari — Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri. Turizmin bu növü ilk olaraq zəngin təbiəti ilə seçilən Afrikada yaranıb. "Safari" sözü də Afrika xalqlarından olan tanzaniyalıların dilindən götürülüb, "səyahət etmək", "yolçuluq", "gəzinti" mənasını verir. Bu cür turlar Afrikanın bir sıra ölkələrində Qərbi Avropadan və Amerikadan gələn imkanlı turistlərin maraqlarını yerli vəhşi fauna nümunələri ilə cəlb etmək üçün həyata keçirilir. Bu gün safari turizmi ovçuluq və ya fotoovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunan turizm növü kimi məşhurdur. Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyduğu üçün son dövrlərdə təşkilatçılar ov məqsədli turlardan imtina edərək sırf fotosafarilərə istiqamətləniblər. Fotosafariləri bədii dillə "sakit ov" da adlandırırlar.
Siyasi
Siyasət (qədim yunanca: Πολιτικά, politika — "şəhərlərin işləri") — sosial qruplarda qərarların qəbulu və ya fərdlər arasında güc münasibətlərinin digər formaları, məsələn, resursların və ya statusun bölüşdürülməsi ilə əlaqəli fəaliyyətlər məcmusu. Siyasəti və hökuməti öyrənən sosial elm sahəsinə siyasi elm — politologiya deyilir Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdı. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir. "Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib. Sözün ərəb dilindəki hərfi mənası "at təlimi" deməkdir. Bir çox qərb ölkələrində, məsələn, ingilisdilli ölkələrdə, "Politics", almandilli ölkələrdə isə "Politik" terminini istifadə edirlər. "Politics/Politik" sözü yunan sözü olan "Polis" sözündən götürülüb.
Şivaçi
Şivaçi (marathi छत्रपती शिवाजीराजे भोसले; 19 fevral (1 mart) 1627 – 3 (13) aprel 1680) — Maratha İmperiyasının banisi və ilk hökmdarı (1674-1680).
Şixanı
Şixanı — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Şəmayı
Şəmayılar (lat. Chalcalhurnus) — cinsə Xəzər dənizində bir növ Kür şəmayısı və bir yarımnöv - Lənkaran şəmayısı formasında mövcuddur. Kür şəmayısı Xəzər dənizinin əsasən cənubi-qərb hissəsində sahildən 3–5 km aralı, 30 m-dək dərinlikdə yaşayır. Şəmayı keçici balıqdır, noyabrın əvvəllərində kürü tökmək üçün Kür çayına girir. Maraqlıdır ki, suda temperatur aşağı düşdükcə şəmayının çaya girməsi sürətlənir. Belə ki, suda temperatur 12 °C olduqda çaya girmə başlayırsa, 10 °C-də maksimum həddə çatır, 8 °C-də prosses başa çatır.Şəmayı çox da böyük olmayan dadlı balıqdır. Uzunluğu 24-30 sm, kütləsi 125-610qolur.Kür şəmayısi 3-4 yaşında cinsi yetişkənliyə çatır, erkəklər arasında 2 yaşlı yetkin balıqlara da təsadüf olunur.Suyun temperaturu 18-25 °C olduqda Şamayı kuru tökməyə başlayır. Kürülərin inkubasiya dövrü 18,5-21,5 °C temperaturda 70-72 saat çəkir. Kürüdən çıxmış körpələr çayda çox qalmayaraq suyun axarı ilə dənizə aparılır.Şəmayı çox həssas və zərif balıqdır, odur ki, suda temperaturun, oksigenin aşağı düşməsi, mexaniki təsirlər, xüsusilə çirklənmə ona öldürücü təsir edir.Xəzərin Azərbaycan sektorunda şəmayının Lənkəran yarımnövü və Mingəçevir su anbarında şirinsu şəmayısı mövcuddur.Kür şəmayısı qiymətli vətəgə balığıdır. Əvvəlki illərdə hər il 41-348 sentnerə qədər şəmayı ovlanardı.
Difai
Difai partiyası, Difai firqəsi (az-əbcəd. دیفاعی فرقهسی‎) və ya sadəcə Difai (az-əbcəd. دیفاعی‎) — 1905-ci ildə Bakıda və Gəncədə, Daşnaksütun partiyasının terrorizminə və çar istibdadına qarşı mübarizə aparmaq üçün yaradılan siyasi təşkilat. == Haqqında == 1905-ci ildə baş verən Birinci Rus İnqilabı nəticəsində, Rusiyanın ərazisində milliyətçi hərəkatlar fəallaşmışdı. İnqilab Qafqaza da təsir göstərmişdi. Dumada qurulmuş Müsəlman fraksiyasını əsasən azərbaycan türk mənşəli siyasi xadimlər təmsil edir, Rusiya müsəlmanlarının problemlərini gündəmə qaldırırdı. Rusiya, erməni daşnaklarını silahlandırır və onları Azərbaycan türk əhaliyə qarşı yönəldirdi. Daşnaklar İrəvan, Naxçıvan, Ordubad, Qarabağ, Gəncə, Bakı və Şirvanda yaşayan silahsız dinc Azərbaycan türklərinə hücum edir, vəhşiliklər törədir və onların mal-mülkünü qarət edirdilər. Azərbaycan ziyalıları daşnaklarla mübarizə aparmaq üçün cəmiyyətlər qururdular. Belə cəmiyyətlərdən birini 1905-ci ildə Bakı şəhərində Əhməd bəy Ağaoğlu yaratmışdı.
Adi şəmayı
Adi şəmayı (lat. Alburnus alburnus) — Çəkiyəbənzərlər dəstəsinə, Şəmayılar cinsinə daxil olan növ. == Təsviri == Qarışıq rəngə sahibdir — beli tünd, boz-mavidən zeytuni yaşıla qədər, qarnı və ətrafları gümüşü. Bel və quyruq üzgəcləri tünd, digərləri isə sarı və ya qırmızımtıl olur. 20 sm uzunluğa (ortalama 12–15 sm, ən böyüyü 25 sm) və 60 q çəkiyə sahib olur. Bununla belə 80–100 çəkiyə sahib nümunələrinə də rast gəlinir. Ən sevimli qidası milçək tırtıllarıdır. == Yayılması == Adi şəmayılar Azov, Baltik, Qara, Xəzər (şimal hissəsinə aid hövzədə) və Ağ dəniz (qərb avkatoriyasında) sularında müşahidə edilirlər. == Həyat tərzi == Çaylarda, göllərdə, su anbarlarında və nisbətən duzlu olan çay mənsəblərində yayılırlar. Sürü halında yaşayırlar və əsasən suyun üst hissələrini üstün tuturlar.
Alfa Şirazi
Alfa Əli qızı Şirazi (1925 – 1943) — İkinci dünya müharibəsi iştirakçısı, partizan. == Həyatı == Alfa Şirazi iranlı Əli Şirazinin qızı idi. O atasını çox kiçik yaşlarında itirmişdi. Şirazinin anası Dora Mixaylovna isə yəhudi idi və onu nasistlər tərəfindən məhv edilməkdən fars dilini mükəmməl bilməsi xilas etmişdi. Nasistlər Dora Mixaylovna və Alfanın mənzilinə gəldikdə, ansı suallara yalnız fars dilində cavab vermiş və Alfa tərcümə etmişdi. Beləliklə, onlar alman zabitini Dora Mixaylovnanın milliyyətcə fars olduğuna inandıra bilmişdilər. Alfa anası ilə Rostovun tam mərkəzindəki üç mərtəbəli evdə yaşayırdı. Alfa 35 nömrəli məktəbdə oxuyurdu və əksər sovet uşaqları və yeniyetmələri kimi pioner, daha sonra isə komsomolçu olmuşdu. Nasist qoşunları Rostovu işğal etdikdən sonra Alfa partizan dəstələrinə qoşulur. Alman dilini yaxşı bilməsi və İran vətəndaşlığının olması ona nasistlərin qərargahına daxil olmaqda kömək edir.
Bütlərə sitayiş
Bütlərə sitayiş — sanki tanrı imiş kimi bir kult obrazına və ya "büt"ə ibadət etməkdir. İbrahimi dinlərdə bütlərə sitayiş dedikdə, sanki tanrı imiş kimi İbrahimi tanrıdan başqa bir şeyə və ya kiməsə ibadət etmək nəzərdə tutulur. Bu monoteist dinlərdə bütpərəstlik "saxta tanrılara ibadət" kimi qəbul edilmiş və on qüsurlu hərəkət kimi mətnlərlə qadağan edilmişdir. Bəzi digər monoteist dinlər də oxşar qaydalar tətbiq edilir. "Saxta tanrı" ifadəsi İbrahimi olmayan paqan dinlərin kult obrazlarını və ya ilahlarını, eləcə də xüsusi əhəmiyyət kəsb edilən digər oxşar varlıqları və ya obyektləri təsvir etmək üçün İbrahimi dinlərdə istifadə edilən alçaldıcı bir termindir. Öz növbəsində, bəzi animist və politeist dinlərin ardıcılları müxtəlif monoteist dinlərin tanrılarını "saxta tanrılar" kimi qəbul edirlər. Heç bir tanrıya inanmayan ateistlər öz baxış bucaqları bütün tanrıları əhatə etsə də, adətən "saxta tanrı" terminindən istifadə etmirlər. Bu terminin istifadəsi ümumiyyətlə bəzi ilahlara ibadət etməyi, ancaq digərlərinə ibadət etməməyi seçən teistlərlə məhdudlaşır. Dinlərin tarixi bütlərə sitayiş ittihamları və inkarları ilə yadda qalmışdır. Bu ittihamlar heykəlləri və təsvirləri simvolizmdən məhrum hesab edirdi.