ŞİRMAYI

is. [ fars. şirmahi]
1. Fil sümüyü və ya ona bənzər maddə.
Şirmayı dillərdə süzür barmaqlar; “Səadət nəğməsi” yaradır bahar. S.Vurğun.
Minayə … incə, uzun barmaqlarını pianonun şirmayısı tökülmüş dillərinin üstündə oynadır. Ə.Əbülhəsən.

// Sədəf.
[Buğacın] belində zərif naxışlı tirmə qurşağa taxılmış ağ şirmayı dəstəkli, qırmızı məxmər qınlı bir bıçaq var idi. M.Rzaquluzadə.

2. sif. məc. Sədəf kimi, ağappaq. Şirmayı dişlər. Şirmayı dəri.
– Şirmayı rəngli maşının; Rulundan yapışıb; Şirmayı barmaqlı əllər; Sürür maşını küçələrlə. N.Rəfibəyli.

Etimologiya

  • ŞİRMAYI Güman olunur ki, “morj” anlamında işlədilən şirmahi” (“şir balığı” və ya “şir kimi olan balıq”) sözünün əsasında əmələ gəlib, farscadır
Şİ́RMA
ŞİRNİ

Digər lüğətlərdə