Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tsikloheptan
Tsikloheptan — Kimyəvi formulu C7H14 olan, halqasında altıdan çox karbon olan alitsiklik birləşmədir. Tsikloheptanon, 180oS-də qaynayan, nanə iyi verən mayedir. Tsikloheptanol və ya suberil spirti 185oS-də qaynayan mayedir. Tsiklohepten, tsikloheptanın doymamış törəmələrindən olub, +177oS-də qaynayan mayedir. Onu 236oS temperaturda nikel metalının katalizatorluğu ilə hidrogenləşdirdikdə, metilsikloheksana və dimetiltsiklopentana çevrilir. M.Mövsümzadə "Üzvi kimya", Maarif-1966.