Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Break My Silence
Break My Silence — 2010-cu ilin aprel ayında Azərbaycanda yaradılmış metalcore qrupu. Qrupun ilk demo mahnısı - "Blind To The Truth" 2011-ci ildə dinləyicilərə təqdim olunmuşdur. Yeni vokalist "Vita" ilə birlikdə qrupun "Boundary Of Emptiness" adlı ilk debüt studio albomu 2012-ci il mayın 21-də dinləyicilərin ixtiyarına verilmişdir.
Silence (feat Leela)
Silence (feat Leela) – C. C. Catch tərəfindən 2004-cü ildə ifa edilən mahnıdır.
Sound of Silence
Sound of Silence (azərb. Sakitliyin səsi‎) — Avstraliyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Dami İm "Sound of Silence" mahnısı ilə Avstraliyanı İsveçin Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı Entoni Egizii və Devid Musumeci tərəfindən bəstələnmişdir.
Echoes of Silence
Echoes of Silence — kanadalı müğənni The Weeknd-in üçüncü miksteypi. 21 dekabr 2011-ci ildə XO tərəfindən buraxılıb.
Les Gardiens du Silence
Les Gardiens du Silence (azərb. Səssizlik qoruyucuları‎) – Azərbaycanın Bakı şəhərində yaradılmış ilk world, etno-spiritual, new age qrupudur. == Haqqında == Qrupun əsası 2015-ci ilin dekabrında qoyulub. Bu qrup musiqinin mistik imkanlarının öyrənilməsi layihəsi kimi yaranıb. Layihə Misir, Şumer, Babil və Yunanıstan kimi qədim musiqi və mədəniyyəti əsasında hazırlanıb. Qrup nej, al oud, djembe, harmoniya, tay fleytası, kelt arfası, diceridu, mridanqa / hol, deqt, hepidrums, skripka, dodaq arfası, hanun, tamburin, gitara, etnik vokal kimi müxtəlif instrumentlərdən istifadə edir. 2017-ci ildə qrup "Divine Balance: Feminine. Divinity" adlanan ilk albomunu təqdim edib. Bir çox festivallarda çıxiş edərək Azərbaycanin incəsənət aləminin hərtərəfliliyini dünyaya çatdirilar. 2019-cu ildə kollektiv "Nəsimi" adli ikinci albomu Yarat!
No Sound Without Silence
No Sound Without Silence İrlandiyanın məşhur Alternativ rok qrupu olan The Script qrupunun 4-cü studiya albomudur. Albomun adı ingilis dilindən tərcümədə 2 cür məna verir: "sükutsuz səssizlik" ya da "sükut olmadan səssizlik olmur". Albomun çıxış treki "Superheroes" artıq 21 İyul 2014 tarixində işıq üzü görmüşdür. Albomun digər treklərindən biri olan "It's Not Right For You" isə 27 İyulda bütün fanatlar ilə paylaşılmışdır. Həmçinin 18 İyul tarixində göstəriş üçün 4 trekin adı da açıqlanmışdır və üstəlik onlardan qısa hissələr də hər kəsə təqdim olunmuşdur. 4 trekin adı isə belədir: "Superheroes, No Good In Goodbye, The Energy Never Dies, Man On A Wire". Qeyd etmək lazımdır ki, artıq 3 gün sonra "Superheroes" trekinin tam versiyası işıq üzü görmüşdür. Albomun tam treklisti isə belədir: "No Good in Goodbye" , "Superheroes" , "Man on a Wire" , "It's Not Right for You" , "The Energy Never Dies" , "Army of Angels" , "Flares" , "Never Seen Anything 'Quite Like You'" , "Paint the Town Green" , "Without Those Songs" , "Hail Rain or Sunshine" və bonus trek "Howl at the Moon". Albomun prodüserliyini bu şəxslər üstlənmişdir: Qrupun vokalisti: Danny O'Donoghue , gitaristi: Mark Sheehan , məşhur ABŞ rok qrupu Linkin Parkın üzvü Mayk Şinoda və digər 2 başqa prodüser James Barry və Andrew Frampton. Albomun tam versiyası 12 Sentyabrda İrlandiya və Böyük Britaniyada , 15 Sentyabrda isə Avropa və ABŞda satışa çıxarılacaq.
Silene
Qoyunqulağı (lat. Silene) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Cerom Selincer
Cerom Devid Selincer (ing. Jerome David Salinger; 1 yanvar 1919[…], Nyu-York, Nyu-York ştatı – 27 yanvar 2010[…], Korniş[d], Nyu-Hempşir) — Amerika yazıçısı. Yazıçının ilk qələm əsəri "Gənc adamlar" hekayəsi 1940-cı ildə işıq üzü görüb. 1941–48-ci illərdə "Colliers", "Esquire" və "Cosmopolitan" kimi dəbli jurnallarda iyirmi hekayə yayımlayıb. Selincerə dünya şöhrətini 1951-ci ildə yazdığı yeganə romanı "Çovdarlıqda uçurumdan qoruyan" gətirmişdi. Əsər dünyada qısa müddətdə 60 milyon nüsxə ilə satılmışdı. Selincer Dzen-Buddizm məktəbindən təsirlənmiş və bunu əsərlərinə yansıtmışdır. 1963-cü ildən heç bir yeni kitabı çıxmamış və yazıçı qapalı həyat tərzi keçirməyə başlamışdır. 1951-ci ildə yazdığı "Çovdarlıqda uçurumdan qoruyan" romanı isə əməlli-başlı səs-küyə səbəb olmuşdu. Burada baş qəhrəman olan Holden Kolfildin necə uşaqlıq, gənclik illüziyalarından böyüməsi əsrarəngiz və ən əsası bənzərsiz təsvir olunub.
Silene compacta
Topaçiçək qoyunqulağı (lat. Silene compacta) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Birillik və ya ikiillik bitkidir. Gövdəsi qalın, hündürlüyü (15) 30-60 (70) sm, sadə və ya yuxarı hissədə nadir və ya qısa budaqlıdır. Kökətrafı yarpaqları kürəkşəkilli-lansetvari, aşağı gövdə yarpaqları tərslansetvari, küt, növbətilər uzunsov-lansetvari və uzunsovvari, yuxarı yarpaqlar yumurtavarilansetvari və ya yumurtavari, küt və ya itidir. Çiçəkqrupu gövdənin yuxarısında sıx-qalxanvari olub, əsasında bir neçə sayda yumurtavari yuxarı yarpaqları vardır. Çiçəkaltlığı ağtəhər və ya bənövşəyi rəngli, ləçəkləri çəhrayıdır. Qutucuq uzunsov-silindrvari, toxumları böyrəkvari, qəhvəyitəhər, xırda qabarıqlıdır. == Yayılması == Böyük Qafqazın qərbindəki rayonlarda orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Meşə talalarında, kolluqlarda, dağ çəmənlərində, qayaların üzərində, axınların və dağ çaylarının kənarlarında bitir.
Silene hypanica

Silene italica
İtaliya qoyunqulağı (lat. Silene italica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü. == Arealı == Avropanın cənubundan İranın çimal-qərbinə qədərə ərazilərdə yayılmışdır.İtaliya qoyunqulağı:''The Plant List saytında takson barədə məlumat. (ing.) == Sinonimləri == Cucubalus catholicus Ficinus Cucubalus clavicarpus Schult. Cucubalus floccosus Ficinus Cucubalus italicus L. Cucubalus mollissimus Waldst. & Kit. Cucubalus pilosus Willd. ex Spreng. Cucubalus silenoides Vill. Silene multifida Edgew.
Silene multifida

Silene saponaria
Dərman sabunotu (lat. Saponaria officinalis) — qərənfilkimilər fəsiləsinin sabunotu cinsinə aid bitki növü. == Sinonim == Bootia saponaria Neck. Bootia vulgaris Neck. Lychnis officinalis (L.) Scop. Silene saponaria Fr. ex Willk.
Silene viscosa
İtaliya qoyunqulağı (lat. Silene italica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü. == Arealı == Avropanın cənubundan İranın çimal-qərbinə qədərə ərazilərdə yayılmışdır.İtaliya qoyunqulağı:''The Plant List saytında takson barədə məlumat. (ing.) == Sinonimləri == Cucubalus catholicus Ficinus Cucubalus clavicarpus Schult. Cucubalus floccosus Ficinus Cucubalus italicus L. Cucubalus mollissimus Waldst. & Kit. Cucubalus pilosus Willd. ex Spreng. Cucubalus silenoides Vill. Silene multifida Edgew.
Silene baccifera
Giləmeyvəli qoyunqulağı (lat. Silene baccifera) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü.
Corc Albert Bulencer
Corc Albert Bulencer (ing. George Albert Boulenger; 19 oktyabr 1858 – 23 noyabr 1937) – Belçika-Britaniya zooloqu və ixtioloqu. == Bulencerin təsnif etdiyi taksonlar == Suda-quruda yaşayanlar Allobates femoralis 1884 Allobates kingsburyi 1918 Allobates ranoides 1918 Allobates trilineatus 1884 Ansonia muelleri 1887 Aromobates alboguttatus 1903 Arthroleptis spinalis 1919 Arthroleptis taeniatus 1906 Arthroleptis xenochirus 1905 Arthroleptis xenodactylus 1909 Astylosternus batesi 1900 Atelopus elegans 1882 Atelopus erythropus 1903 Atelopus oxyrhynchus 1903 Atelopus pulcher 1882 Atelopus spurrelli 1914 Atelopus tricolor 1902 Bombina maxima 1905 Bombina orientalis 1890 Breviceps macrops 1907 Bufo blanfordii 1882 Bufo dodsoni 1895 Bufo gracilipes 1899 Bufo latifrons 1900 Bufo lemairii 1901 Bufo luetkenii 1891 Bufo microtympanum 1882 Bufo parietalis 1882 Bufo superciliaris 1888 Bufo vittatus 1906 Cardioglossa elegans 1906 Cardioglossa escalerae 1903 Cardioglossa gracilis 1900 Cardioglossa leucomystax 1903 Ischnocnema ramagii 1888 Leptodactylodon albiventris Leptodactylodon ventrimarmoratus Leptopelis brevipes 1906 Leptopelis calcaratus 1906 Leptopelis christyi 1912 Leptopelis gramineus 1898 Leptopelis millsoni 1895 Leptopelis ragazzii 1896 Leptopelis vannutellii 1898 Leptopelis vermiculatus 1909 Mannophryne collaris 1912 Nyctibates corrugatus 1904 Scotobleps gabonicus 1900 Trichobatrachus robustus Balıqlar Toxotes blythii 1892 Sürünənlər Cuora yunnanensis 1906 Homopus femoralis 1888 Indotestudo travancorica 1907 Lamprophis fiskii 1887 Lamprophis fuscus 1893 Psammobates tentorius trimeni 1886 Terrapene carolina yucatana 1895 == Seçilmiş əsərləri == 1894 Catalogue of the Snakes in the British Museum (Natural History) . Volume II. British Museum of Natural History London 1895 Catalogue of the Perciform Fishes in the British Museum. Centrachidae, Percidae and Serranideae. British Museum of Natural History London 1896 Catalogue of the Snakes in the British Museum (Natural History). Volume III. British Museum of Natural History London 1897 The Tailless Batrachians of Europe . Parts I & II. The Ray Society London 1903 Batraciens de la Guinee Espagnoles. Madrid 1905 A contribution to our knowledge of the varieties of the wall-lizard (Lacerta muralis) in Western Europe and North Africa. Transactions of the Zoological Society of London London 1910 Les batraciens et principalement ceux d'Europe.
Bələncər
Bələncər — Dərbənddən 25 km cənubda yerləşən orta əsr Belici şəhərgahı yerində olmuş şəhər. Müasir tədqiqatçıların bir qismi ərəb müəlliflərinin məlumatlarına əsaslanaraq, Bələncəri coğrafi məkan etibarilə Sulak çayı ilə Buynaksk şəhəri arasında yerləşdirir və onu hunların keçmiş paytaxtı Varaçan şəhəri ilə eyniləşdirir; bəziləri isə Bələncərin vaxtilə Buynaksk şəhərinin ərazisində yerləşmiş olduğunu söyləyir == Tarixi == Bələncərin şəhər əhalisi, bizanslılar tərəfindən xristianlaşdırılan başqa xristian təbəələri kimi, xəzərlərin mülayim hakimiyəti altında yaşayan albanlar olub. Bələncər döyüşü Bələncər ərəblər tərəfindən hicri 104-cü ilin rəbi əl-əvvəl ayında alınmışdı (19. VIII- I7. IX.722).
Sirenlər
Sirenlər (lat. Sirenia) — afroterilər dəstəüstünə aid heyvan dəstəsi.
Silene coeli-rosa
Ətirli qoyunqulağı (lat. Silene coeli-rosa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü. Birillik bitki kimi yetişdirilir. Bu, 50 sm hündürlükdə, nazik yarpaqlı və müxtəlif rəngdə beşləçəkli çiçəkləri olan bitkidir. Hazırda yabanı növlərdən gülçülükdə istifadə olunmur. Bitkinin sort və hibridləri geniş yayılmışdır. Ətirli qətranın 15x15 sm sxem üzrə yazda torpağa əkməklə çoxaldırlar. Bitki balaca monoqruplarda yaxşı görünür. Bitki dəstələrindən müxtəlif kompozisiyalar yaratmaq olar. == Sinonimləri == Agrostemma coeli-rosea L. Coronaria coeli-rosa (L.) Fr.
Bələncər döyüşü
Bələncər döyüşü — Xəzər-ərəb müharibələrinin döyüşlərindən biri. Dərbənddən şimaldakı yürüşləri Azərbaycanın və Ərməniyyənin valisi Əbdürrəhman ibn Rəbiə yə tapşırılır. Əbdürrəhman guman ki Salman ibn Rəbiə əl-Bəxilinin qardaşıdır. 652\653-cü(başqa mənbələrdə 649\650-ci) illərdə o Şimali Qafqaz ərazisinə soxulur və xəzər qoşunları ilə Bələncər şəhəri yaxınlığında qarşılaşır. Döyüşün gedişində ərəblər darmadağın edilir, Əbdürrəhman öldürülür. Hər iki tərəf döyüşdə mancanaqlardan istifadə edir. Həmin vaxtdan başlayaraq Bələncər xəzər-ərəb qarşıdurmasının kilid məntəqəsi olur. Ərəb tarixçisi Əl Məsudi(10 əsr) onu hətta Xəzər ölkəsinin paytaxtı adlandırır ki, əslində bu başqa mənbələrdə öz təsdiqini tapmır.
Sultan Səncər
Əhməd Səncər və ya Sultan Səncər ya da Muizzəddin Əhməd Səncər (1084 və ya 1086, Sincar – 8 may 1157, Mərv), tam adı Muizzəddin Ədudüddövlə Əbu'l-Haris Əhməd Səncər bin Məlikşah, 1097–1118-ci illər arasında Xorasan Səlcuq Sultanı, 1118–1157-ci illər arasında Böyük Səlcuq Sultanı. == Həyatı == Xaşxaşilər (həşşaşinlər) tərəfindən atası Sultan Məlikşah öldürülmüş, Səlcuqluların çöküşü sürətlənmişdir. Daha sonra Sultan Səncər, xaşxaşilərə bir həmlə etməyi düşündüsə də, yatağına saplanmış xəncəri və məktubu görüncə fikrindən daşınmışdır. Məktubda "İstər bizə hücum et, istərsən bizi rahat burax, əgər yatağına öz evim kimi girə bilmişəmsə, özündən muğayat ol İbn(Əbu) Tahir". Anası, Tacəddin xatun idi. Məlikşahın həyat yoldaşı Türkan xatun, Məlikşahın kiçik oğlu və Səncərin qardaşı I Mahmudun sultanlığını elan etdi. Məlikşahın böyük oğlu olan Börküyarıq isə tərəfdarları tərəfindən Rey şəhərinə qaçırılıb sultan elan edildi. 17 yanvar 1093-cü ildə Börküyarıq və I Mahmud arasındakı savaşda Börküyarıq qalib gəldi. Səncərin və Börküyarıqın əmisi olan Tutuş Suriyaya irəliləyərək Şam və Hələb şəhərlərini ələ keçirib Suriya Səlcuqlu dövlətinin qurucusu oldu. Tutuşun Börküyarıqın əlində olan İran torpaqlarını ələ keçirmək məqsədilə Börküyarıqa hücum etməsinə baxmayaraq, 26 fevral 1095-ci ildə Reydəki savaşda Tutuş yenildi və öldü.
Səncər Naxçıvani
Səncər Naxçıvani (tam adı: Səncər ibn Abdullah) — elm,mədəniyyət və dövlət idarəçiliyində fərqlənən görkəmli şəxsiyyətlər yetirmiş ailə başçısı == Həyatı == Oğlanları Nəsirəddin Qutluğşah, Fəxrəddin Hinduşah, İzəddin Dövlətşah, Hüsaməddin Toğanşah, nəvəsi Məhəmməd inb Hinduşah, nəticəsi Kamaləddin ibn Məhəmməd elmin müxtəlif sahələrində tanınmış, dövlət idarəsinin ayrı-ayrı sahələrində çalışmışdır. Övladları görkəmli alim, dövlət xadimi Əlaəddin Ətaməlik Cüveyninin şərəfinə "əs- Sahibi" (dövlət aparatında yüksək vəzifə tutan şəxs) nisbəsi qəbul etmişdir. Orta əsrlərdə Sahib ləqəbi isə dövlət aparatında işləyən yüksək vəzifəli şəxslərə verilirdi. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 451-437-438. ISBN 5-8066-1468-9.
Səncər qəzası
Səncər qəzası (ərəb. قضاء سنجار‎) — İraq Respublikasının Ninəvə mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Səncər şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.928 km² ərazini əhatə edir. == İnzibati-ərazi bölgüsü == İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Səncər nahiyyəsi (ərəbcə: ناحية سنجار), Şimal nahiyyəsi (ərəbcə: ناحية الشمال) və Kayrəvən nahiyyəsi (ərəbcə: ناحية القيروان). == Əhalisi == 10 oktyabr-20 dekabr 2009-cu il siyahılarına əsaslanan rəsmi təxminlərə görə Səncər qəzasının əhalisi 271.457 nəfər olmuşdur. Eyni təxminlərə görə bütün Nineva mühafazasında 3.106.948 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Səncər qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 8,74%-ni təşkil edirdi. === Etnik tərkibi === Qəzada əhali əsasən yezidilərdən, qismən ərəblərdən və türkmanlardan, az sayda isə xaldeylərdən ibarətdir. Yezidilər Səncər və Şimal nahiyyələrində əhalinin yarıdan çoxunu təşkil edirlər, Kayrəvən nahiyyəsində isə əhalinin çoxu ərəblərdən və türkmanlardan ibarətdir.
Əhməd Səncər
Əhməd Səncər və ya Sultan Səncər ya da Muizzəddin Əhməd Səncər (1084 və ya 1086, Sincar – 8 may 1157, Mərv), tam adı Muizzəddin Ədudüddövlə Əbu'l-Haris Əhməd Səncər bin Məlikşah, 1097–1118-ci illər arasında Xorasan Səlcuq Sultanı, 1118–1157-ci illər arasında Böyük Səlcuq Sultanı. == Həyatı == Xaşxaşilər (həşşaşinlər) tərəfindən atası Sultan Məlikşah öldürülmüş, Səlcuqluların çöküşü sürətlənmişdir. Daha sonra Sultan Səncər, xaşxaşilərə bir həmlə etməyi düşündüsə də, yatağına saplanmış xəncəri və məktubu görüncə fikrindən daşınmışdır. Məktubda "İstər bizə hücum et, istərsən bizi rahat burax, əgər yatağına öz evim kimi girə bilmişəmsə, özündən muğayat ol İbn(Əbu) Tahir". Anası, Tacəddin xatun idi. Məlikşahın həyat yoldaşı Türkan xatun, Məlikşahın kiçik oğlu və Səncərin qardaşı I Mahmudun sultanlığını elan etdi. Məlikşahın böyük oğlu olan Börküyarıq isə tərəfdarları tərəfindən Rey şəhərinə qaçırılıb sultan elan edildi. 17 yanvar 1093-cü ildə Börküyarıq və I Mahmud arasındakı savaşda Börküyarıq qalib gəldi. Səncərin və Börküyarıqın əmisi olan Tutuş Suriyaya irəliləyərək Şam və Hələb şəhərlərini ələ keçirib Suriya Səlcuqlu dövlətinin qurucusu oldu. Tutuşun Börküyarıqın əlində olan İran torpaqlarını ələ keçirmək məqsədilə Börküyarıqa hücum etməsinə baxmayaraq, 26 fevral 1095-ci ildə Reydəki savaşda Tutuş yenildi və öldü.
Əziz Səncər
Əziz Səncər (türk. Aziz Sancar; 8 sentyabr 1946) — Türk həkim akademik, biokimyaçı, molekulyar bioloq və elm adamı. 1997-ci ildən bu yana ABŞ-dakı Çapel-Hill Şimali Karolina Universitetində Biokimya və Biofizika proqramı üzrə çalışan Səncər, son 20 ildə DNT təmirinin bir çox hissəsini müəyyənləşdirmək üçün istifadə etdiyi ilk biokimyəvi yanaşmaları ilə tanınır. Mehmed Özdoğanla birlikdə ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk Amerikalı türk olaraq tanınır. DNT təmiri sahəsindəki araşdırmaları və bioloji saatın tənzimlənməsi sahəsində 6 vacib kəşfinə görə Kimya üzrə Nobel mükafatına layiq görülüb. Texas Universitetində məşhur alim Klaud Rupertin laboratoriyasında molekulyar biologiya üzrə doktorantura təhsili alan Əziz Səncərin ixtira etdiyi və adlandırdığı "Maxicell" üsulu ilə "excinuclease/excision nuclease" ferment terminləri, Oksford Universitetinin Oksford Biokimya və Molekulyar Biologiya lüğətinə daxil olub. == Həyatı və elmi fəaliyyəti == Əziz Səncər 1946-cı ildə Mardinin Savur ilində orta gəlirli fermer ailəsinin səkkiz uşağından yeddincisi olaraq dünyaya gəlib. Xalqların Demokratik Partiyasından (türk. Halkların Demokratik Partisi,HDP) millət vəkili olan qohumu Mithat Səncərin ifadəsinə görə, Əziz Sancərin ana dili ərəb dili idi, ailədə ərəbcə danışılırdı. Əziz Səncər,ərəb dilində valideynləri ilə, lakin bacı-qardaşları ilə türk dilində danışdığını söyləyib.
İlhami Səncər
İlhami Səncər 1909 – 13 dekabr 1986, İstanbul Türkiyəli hakim, siyasətçi və keçmiş nazir. == Həyatı və təhsili == İlhami Səncər 1909-cu ildə Osmanlı İmperiyasının Manisa vilayətinin Gördes bölgəsində anadan olub. O, ilk təhsilini Kamalpaşada, ikinci təhsilini isə İzmirdə tamamlayıb. Daha sonra Səncər, Ankara Universitetinin Hüquq fakültəsində təhsil alıb. O, 1933-cü ildə təhsilini bitirdikdən sonra İzmir şəhəri və ətrafında məhkəmə və prokurorluq orqanlarında çalışıb. O, ilk dəfə 1934-cü ildə, ikinci dəfə isə 1941-ci ildə hərbi xidmətə çağırılıb. == Siyasi fəaliyyəti == İlhami Səncər məhkəmədəki işindən istefa verərək 1942-ci ildə siyasi həyata daxil olub. 1949-cu ildə o, Cümhuriyyət Xalq Partiyasının İstanbul filialının rəhbəri seçilib. 1961-ci ilin 24 yanvarında Türkiyə Qurucu Məclisinə Cümhuriyyət Xalq Partiyası nümayəndəsi olaraq təyin edilib. Hərbi xidmətdən sonrakı zaman o, 1961–1969-cu illər arasında TBMM-nin 13-cü və İstanbul vilayətinin isə 12-ci millət vəkili olaraq xidmət edib.
Birinci Bələncər döyüşü
Bələncər döyüşü — Xəzər-ərəb müharibələrinin döyüşlərindən biri. Dərbənddən şimaldakı yürüşləri Azərbaycanın və Ərməniyyənin valisi Əbdürrəhman ibn Rəbiə yə tapşırılır. Əbdürrəhman guman ki Salman ibn Rəbiə əl-Bəxilinin qardaşıdır. 652\653-cü(başqa mənbələrdə 649\650-ci) illərdə o Şimali Qafqaz ərazisinə soxulur və xəzər qoşunları ilə Bələncər şəhəri yaxınlığında qarşılaşır. Döyüşün gedişində ərəblər darmadağın edilir, Əbdürrəhman öldürülür. Hər iki tərəf döyüşdə mancanaqlardan istifadə edir. Həmin vaxtdan başlayaraq Bələncər xəzər-ərəb qarşıdurmasının kilid məntəqəsi olur. Ərəb tarixçisi Əl Məsudi(10 əsr) onu hətta Xəzər ölkəsinin paytaxtı adlandırır ki, əslində bu başqa mənbələrdə öz təsdiqini tapmır.
Bələncər döyüşü (650)