Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Silikon Vadisi
Silikon vadisi və ya silisium vadisi ― Şimali Kaliforniyada (ABŞ) San-Fransisko ilə San-Xose arasındakı bölgənin adı. Hesablama texnikasının inkişafına önəmli təsir etmiş bir çox kompüter firmaları burada yerləşir. Kaliforniya ştatının Palo-Alto şəhəri rayonunda yarımkeçiricilərin istehsalının sürətlə inkişafını göstərmək üçün 1971-ci ildə "Electronic News" jurnalının müxbiri Don Höfler bu rayonu Silikon vadisi adlandırıb. Silikon vadisinin bazası Stenford Universitetində yerləşir. Kompüterlər üçün proqram təminatı buraxan, İnternet vasitəsilə mal və xidmətlər satan çoxlu müəssisələrin burada cəmləşməsini nəzərə alaraq son zamanlar bu regionu İnternet Vadisi də adlandırırlar. Burada bir çox böyük şirkətin mərkəzi yerləşir: Intel, Cisco, Google, HP, Maxtor, Softway Solutions, Apple, Microsoft, Oracle, Nvidia, AMD, Facebook, Twitter, Mozilla,Yahoo! İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 779 s.
İdarəolunan silikon düzləndirici
idarəolunan silikon düzləndirici (SCR) 1. (silicon controlled rectifier, кремниевый управляемый выпрямитель, silikon kontrollü doğrultucu)-sabit cərəyan üçün bloklayıcı açar kimi fəaliyyət göstərən elektron komponent.2. Ekran qoruyucusu (SCREEN SAVER) fayllarının uzantısı. Windows əməliyyat sistemində . SCR faylı . EXE faylı kimidir, sadəcə, o, ekran qoruyucusu kimi quraşdırıla bilər; hesab edilir ki, o, ekranda qrafika əks etdirəcək. İnsanların aldanaraq ziyanverici proqramları başlatmaları üçün belə bir praktika geniş yayılıb: həmin proqramlara . EXE uzantısı deyil (çünki bu faylları hamı tanıyır), . SCR uzantısı verilir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı,750 s.
Siligo
Siligo (italyanca:Siligo) — İtaliyanın Sardiniya vilayətində şəhər.
Suliko
Suliko (gürc. სულიკო) — Varenka Tseriteli Akakiya Tseriteli sözlərinə yazılan mahnı.
Sikoz
Sikoz — stafilokokklarin törətdiyi xroniki iltihabi xəstəlik.
Silikat turşusu
Metasilikat və ya Silikat turşusu H2SiO3. Silisium 4-oksid suda həll olmur və onunla reaksiyaya girmir. Ona görə də silikat turşusu H2SiO3 dolayı yolla- onun həll olan duzlarının məhlullarına turşu ilə təsir etməklə alınır: Na2SiO3 + 2HCl = 2NaCl + H2SiO3 ↓ Silikat turşusunun tərkibini göstərən H2SiO3 formulu şərtidir. Əslində x SiO2 . y H2O və ya (H2SiO3)n tərkibli silikat turşuları qarışığı - polisilikat turşusu əmələ gəlir. qızdırıldıqda polisilikat turşusu suyunu tədriclə itirib bərk silisium 4-oksidə çevrilir. H2SiO3 = SiO2 + H2O Silikat turşusu H2SiO3 zəif, ikiəsaslı turşudur. Suda həll olmur və indikatorun rəngini dəyişdirmir. qismən susuzlaşdırılmış H2SiO3 - bərk, ağ, məsaməli, yüksək adsorbsiya xassəli kütlə - silikagel adlanır. Silikat turşusunun duzlarına silikatlar deyilir.
Əhməd Salikov
Əhməd Salikov (1882, Noqkau[d], Alagir rayonu və ya Terek vilayəti – 2 sentyabr 1928, Varşava) — Osetiyalı yazıçı və publisist, Rusiya dövlət və ictimai xadimi. Müsəlman Osetin ailəsində anadan olmuşdur. Stavropol klassik gimnaziyasını bitirir. 1899-cu ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olur, tələbə hərəkatında, 1905-ci ilin dekabrında Vladiqafqazdakı inqilabi hadisələrdə iştirak edir. 1902–1904-cü illərdə "Şimali Qafqaz" qəzetinin əməkdaşı kimi fəaliyyət göstərir. 1910-cu ildən "Otkliki Qafqaza" qəzetində və "Na Qafqaz" jurnalında məqalələr dərc edir. 1917-ci ildə Ümum-Rusiya Müsəlmanları Şurasının "İzvestiya" qəzetinin redaktoru olur. 1919-cu ildə Tiflisdə nəşr olunan "Volnı Qoreç" qəzetinin redaktoru işləyir İyuldan 1920-ci ilin dekabrına qədər Tiflisdəki "Noq Sard" (Yeni Şəfəq) qəzetinin naşiri və redaktoru olur. Rusiya Sosial Demokrat Fəhlə Partiyası Menşevik fraksiyasının liderlərindən biri olur. 8 may 1917-ci ildə Əhməd Salikov Ümum-Rusiya Müsəlmanları Konqresinin təşkilat komitəsinin üzvü olur və orada məruzə ilə çıxış edir.
Suliko Jqenti
Suliko İliç Jqenti (rus. Сулико Ильич Жгенти; 22 iyun 1920, Çoxatauri bələdiyyəsi – 3 fevral 2000) — sovet sovet ssenarist və aktyoru. Gürcüstan SSR əməkdar incəsənət xadimi (1967). Lenin mükafatı laureatı.
Vladislav Şuliko
Mattia De Şiliyo
Mattia De Şiliyo — A Seriyası klubu "Yuventus"dan icarə əsasında "Empoli" klubunda oynayan və İtaliya millisində sağ cinah müdafiəçisi kimi çıxış edən italiyalı peşəkar futbolçu. == Karyerası == "Milan" klubunun yetirməsi olan Mattia, klubun gənclər sistemində bir neçə mövsüm keçirdikdən sonra 2011-ci ildə "Milan"ın əsas heyətində peşəkar debüt etdi və sonradan sağ və ya sol cinah müdafiəçisi kimi oynaya bilərək, iki dəfə "Supercoppa Italiana" titulunu qazanır. O,20 iyul 2017-ci ildə 12 milyon avroya "Yuventus" klubuna transfer edilir. O, klubla ilk mövsümündə "qızıl dubl" edir, ardınca daha iki ardıcıl A Seriyası çempionluğu titulunu və İtaliya Superkubokunu qazanıb. Milli komanda səviyyəsində Mattia De Şiliyo 2013-cü ilin martında böyük komandada debüt etdi və o, 2013 FIFA Konfederasiyalar Kuboku (burada bürünc medal qazandı), 2014 FIFA Dünya Kuboku və UEFA Avro 2016 üçün İtaliya milli komandasına dəvət edilir. De Şiliyo 29 avqust 2024-cü ildə "Empoli" tərəfindən bir illik icarə əsasında transfer edilib.