Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nadirin Simindən ayrılması (film, 2011)
Nadirin Simindən ayrılması, (fars. جدایی نادر از سیمین‎) ssenari müəllifi və rejissoru Əsgər Fərhadi olan, 2011-ci ildə Qızıl Qlobus mükafatın qazanan və Leyla Hatəmi, Peyman Məadi, Şəhab Hüseyni, Sarə Bayat və Sarina Fərhadinin oynadığı İran dram filmi. Boşanmış bir orta sinif İranlı cüt və həyat yoldaşın yaşlı atası üçün alt sinif bir sorğu tutmasını izləyən çəkişmələri mövzu edinmektedir.61.Berlin Beynəlxalq Film Festivalında ən yaxşı film sahəsində Qızıl Ayı və ən yaxşı aktyor ilə ən yaxşı aktrisa sahələrində Gümüş Ayı qazandı, beləcə Qızıl Ayı qazanan ilk İran filmi oldu. 2012 ildə 69.Qızıl Qlobus mükafatlarında ən yaxşı xarici dil film mükafatın qazandı. Film həmçinin İran film seçimi şurası tərəfindən 2012 Oskar mükafatlarının, ən yaxşı xarici dil film mükafatında iştirak etmək üçün təqdim edilmişdir və Oskar mükafatını əldə etmişdir. Nadir və Simin 11 yaşlı qızları Tirmə ilə birlikdə Tehranda yaşayırlar. Şəhərli orta sinif xarakterə sahib olan ailə dağılmaq üzrədir. Simin qızı Tirmənin İrandakı mövcud şərtlər altında böyüməsini istəmədiyi üçün əri və qızıyla birlikdə ölkəni tərk etmək istəyir. Ancaq Nadir eyni fikirdə deyil. Çünki ailəylə yaşayan və Alzheimer xəstəsi olan atası üçün nigarandır.